Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə6/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   2   3   4   5   6   7   8   9   ...   46

Ələsgər Mirzəzadə 
 
22
Fərübürzə(1200-1204)  məxsusdur.  Bu  bölgədə  Eldəgiz  və 
Şirvanşahlara məxsus pullar sonralar da aşkar edilmişdir 
(Məqalə yaılarkən az.wikipedia.orq/wiki/ Sabirabad_rayo-
nu saytından istifadə edilmişdir ). 
  Muğan  öz  keçmiş  mədəniyyətini  həmçinin,  Araz 
çayının  sağ  və  sol  sahillərində  yerləşən  Saatlı  rayonu 
ərazisində  də  qoruyub  saxlamışdır.  Rayonun  ərazisində 
qədim  dövrə  aid  yaşayış  məskənlərinin  olduğu  arxeoloji 
qazıntılarla sübut edilib. Azadkənd, Fətəlikənd, Cəfərxan, 
Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. III - II minillik-
lərə  aid  arxeoloji  abidələr,  o  cümlədən  saxsı  qabların 
qalıqları tapılıb. 
  Azərbaycanın  əlverişli  iqlimi  və  təbii  şəraiti  Araz 
çayı  ətrafında  insanların  hələ  qədim  daş  dövründən 
məskən  salmasına  şərait  yaratmışdır.  Saatlının  arxeoloji 
abidələri  Araz  çayının  hər  iki  sahilindən  tapılmaqla 
yaşayış yerləri və qəbir abidələrindən ibarətdir. Arxeoloji 
abidələrin  əsasını  isə  XX  əsrin  əvvəllərində  tədqiqatçılar 
tərəfindən aşkar edilmiş nekropollar təşkil edir.   
 
 
 
 
 
 
 
 
 
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
23
MUĞAN ORTA ƏSRLƏRDƏ 
 
Muğan şəhəri qaynaqlarda 
 
  Aparılan  tədqiqatlar  zamanı  Muğan  ərazisində 
dağılmış bir neçə orta əsr şəhərinin adı və onların ərazisi 
müəyyənləşdirilmişdir.  Bu  şəhərlər  Bərzənd,  Muğan, 
Bəcirəvan,  Həməşərə  və  Xılli  ərazisində  -  dənizin  içəri-
sində  aşkar  olunmuş  Mahmudabad  şəhərləridir.  Həmin 
şəhərlərin qədim Azərbaycanın ən böyük və inkişaf etmiş 
şəhərləri olduğu elmi, tarixi dəlillərlə sübuta yetirilmişdir. 
Lakin  qədim  Muğan  şəhərinin  yeri  ehtimalla  aşkar 
olunsa da, elmi, tarixi dəlillərlə hələ ki, sübuta yetirilmə-
mişdir.  Bu  da  tədqiqatçı  alimlərimizin  Muğan  şəhərinin 
izinə  arxeoloji  nöqteyi-nəzərdən  düşməməsidir.  Düzdür, 
orta  əsr  xəritələrində  mənbələrə  əsasən,  akademik  Z. 
Bünyadov və N. Vəlixanlı tərəfindən Muğan şəhərinin adı 
və bölgə yeri təxmini qeyd edilmişdir və dəqiq yeri, hələ 
ki,  müəmmalı  olaraq  qalır.  Amma  bizim  tərəfimizdən 
aparılan müşahidələr, araşdırmalar və orta əsr mənbələri 
Muğan  şəhərinin  məhz  bizim  bölgədə  -  Azərbaycanın 
cənub–şərq bölgəsində olmasına gətirib çıxarır.   
 
***** 
 
Orta  əsr  ərəb  və  sərq  qaynaqlarına  əsasən  Muğan 
Azərbaycanda həmin əsrlərə aid tarixi bir şəhər olub. Orta 
əsr  müəlliflərinin  (Müqəddəsi,  İbn  Xordadbeh,  Yaqut 
Həməvi  və  b.)  məlumatına  görə,  bağlarla  əhatə  olunmuş 


Ələsgər Mirzəzadə 
 
24
Muğan,  Xəzər  dənizi  sahilində,  Kürün  mənsəbindən 
təqribən  100  kilometr  cənubda,  Ərdəbilin  60  -  70  kilo-
metirliyində  yerləşməklə  iki  çay  arasında  təsvir  olun-
muşdur. Bəzi mənbələr Muğanın Ərdəbildən gün yarim - 
iki günlük məsafədə yerləşməsini də qeyd edirlər. X əsrdə 
Müqəddəsi  şəhərin  gözəlliyi,  əhalinin  səxavət  və  hör-
mətcilliyini,  Yaqut  Həməvi  şəhər  əhalisinin  əksəriyyətini 
türkmanların
1
  (Oğuz  türkləri)  təşkil  etməsini,  burada 
çoxlu  otlağın  olmasını,  İbn  Xordadbeh  yerli  hakim  Şəklə 
haqqında və s. maraqlı məlumatları qeyd etrmişlər.
 
(ASE, 
VII  cild.,  səh.84;  Vəlixanlı  N.M.  «IX-  XII  əsr  ərəb  coğra-
fiyaşunas səyyahları Azərbaycan haqqında», Bakı, 1974).   
Qaynaqların,  o  cümlədən  ərəb  müəlliflərinin  Muğan 
şəhərinin  adını  müntəzəm  çəkmələrinə  baxmayaraq, 
sonrakı  dövrlərdə  şəhərin  arxeoloji  yeri  haqqında  dəqiq 
məlumat,  demək  olar  ki,  heç  bir  mənbə  tərəfindən 
göstərilmir.  Bir  çox  tədqiqatçıların  fikirləri  isə  ziddiy-
yətlidir. Ərəb qaynaqlarına əsaslanan XX əsr Azərbaycan 
tarixçi alimləri xəritələrdə Muğan şəhərinin yerini üst-üstə 
düşməyən  ərazilərdə  qeyd  edirlər.  Məsələn,  AMEA–nın 
Tarix  İnstitutunun  2007-ci  ildə  buraxdığı  7  cildlik 
“Azərbaycan tarixi”nin II cildinin (III-XIII əsrlər) sonunda 
verilmiş  xəritələrdə  Muğan  şəhərinin  yeri  haqqında 
uyğunsuzluq vardır. İkinci xəritədə (Arran və Azərbaycan 
vilayətləri  Ərəb  xilafətinin  tərkibində)  Muğan  Xəzər 
                                                            
1
 
Qeyd:  oğuz  türklərini  ilk  olaraq“türk-mən(man)”  formasında  ərəblər 
işlətmişlər. 
 
 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
25
dənizinin  xəritə  miqyasına  görə  1  mm-də  verilmişdir. 
Üçüncü  xəritədə  (Sacilər  və  Salarilər  dövləti)  yenə  də 
Muğan şəhəri   
ikinci xəritədə olduğundan bir qədər cənuba və Xəzər 
dənizindən (miqyasa əsasən) 3-4 mm şərqə tərəf qeyd   
olunub. Dördüncü xəritədə (X əsrin II yarısı-XI əsrin II 
yarısı)  qeyd  olunan  Muğan  şəhərinin  yeri  əvvəlkilərə 
tamamilə uyğun  gəlmir.  Bu  dəfə  Muğan dənizdən  9  mm 
(miqyasa  əsasən)  uzaqda  göstərilir.  Xırda  miqyasa  malik 
olan  xəritədə  1  mm  -  9  mm  arasındakı  ərazi  fərqinin 
olması uyğunsuzluğa gətirib çıxarır. 
Azərbaycan  Tarixi  Atlasında  isə  Muğan  şəhərinin 
qeyd olunduğu yer, akademik Nailə xanım Vəlixanlının 
müəllifi  olduğu  1-ci  xəritəyə  uyğun  gəlir.  Akademik 
Z.Bünyadov  da  öz  əsərində  Muğan  şəhərinin  yerini 
müəyyənləşdirmişdir. O, şəhərin yerini VII əsrə aid xəritə-
də  bir  neçə  millimetr  şimalda  (təxminən,  Azərbaycanın 
Biləsuvar-Cəlilabad-Masallı  ərazisində)  göstərmişdir. 
(Xəritələri müqayisə üçün kitabın axırına daxil edirəm).   
                                         
*** 
  Muğan  ölkəsi  və  Muğan  şəhəri  haqqında  geniş 
məlumatı  ərəb  coğrafiyaşünasları  və  səyyahları  verirlər. 
VI  əsrdən  XII  əsrə  qədər  olan  dövr  onların  əsərlərində 
olduğu  qədər  heç  bir  mənbələrdə  işiqlandırılmır.  Bunun 
səbəbi,  VII  əsrin  ortalarından  başlayaraq  Azərbaycan 
torpaqlarının  ərəb  qoşunları  tərəfindən  işğalı  və  onların 
burada IX əsrə qədər möhkəmlənməsi ilə bağlıdır. 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə