Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə4/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   2   3   4   5   6   7   8   9   ...   46

Ələsgər Mirzəzadə 
 
14
Mənbələrin  göstərdiyinə  görə,  od  müxtəlif  dini  əqidələrə 
malik  olan  insanların  həyatında  da  mühüm  rol  oyna-
mışdır”.  İranın  geniş  ərazilərində  və  Güney  Azərbaycan 
ərazisində  yaşayan  dini  əqidəyə  malik  Azərbaycan 
türklərinin həyatında od inamı yayılsa da, onlar arasında 
daha  çox  “tanrıçılıq”  ideyası  mühüm  yer  tuturdu.  Əgər 
“Avesta” insanın inamını oda, atəşə bağlayırdısa, “Tanrı-
çılıq” ideyası (Göytanrıçılıq) insanı birbaşa tək olan Tanrı-
ya  –  göyün  ruhuna,  eyni  zamanda,  insana,  həyata  can 
verən  GÜNƏŞƏ  bağlayırdı.  Buna  baxmayaraq,  islama 
qədər  hər  iki  dində  od,  atəş  ideyası  insanları  bir-birinə 
yaxınlaşdırmış,  bir-birinə  uyğun  mədəniyyət  forması  ya-
ratmışdı.   
  Elmi tədqiqatlar və araşdırmalar sübut edir ki, Muğ-
lar türk tayfasıdır. Məlumdur ki, türklərin əskidən inancı 
Tanrıçılıq (tenriçilik, tenqriçilik) olmuşdur. Yerli muğların 
bir  qismi  tenqriçilik  inancını  saxlasa  da,  bir  çoxları  məc-
buri  və  qeyri-məcburi  atəşpərəstliyi,  zərdüştiliyi  qəbul 
etmişdi.   
  Qədim  türk  mifologiyasında  göyün  ruhu  –  sahibinə 
Tanrı  (altaylarda  tenqri,  şorslarda  teqri,  çuvaşlarda  tura, 
yakutlarda  tanqara,  buryatlarda  tenqeri,  tenqri,  kalmık-
larda tenqer, xakaslarda ter) deyilib. Bu gün bəzi ölkələrin 
kultları bir – birindən fərqlənsə də, eyni kökə malikdir.   
  Azərbaycanda  da  Tanrı  şəklində  xatırlanan  ilahi  bir 
qüvvə  haqqında  erkən  orta  əsrlərə  aid  yazılı  abidələrdə, 
klassiklərin  əsərlərində,  hətta  bu  gün  də  rast  gəlirik  – 
“Tanrı  səni  qorusun”,  “Tanrı  haqqı”,  “Tanrı  yardımçın 
olsun” və s. Amma zaman – zaman bir çox xalqlar işğalçı 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
15
dövlətlərin,  imperatorların  təzyiqləri  nəticəsində  öz  kul-
tundan,  öz  dinindən  dönməyə  məcbur  edilmişlər.  Bura-
dan aydın olur kı,, Muğan türklərinin kökdən dını inancı 
Göy Tanrıçılığı olmuşdur. 
  Antik müəlliflər milladdan əvvəl VI-V əsrlərdə Adər-
bayqan (Cənubi Azərbaycan) əhalisini müxtəlif ad altında 
yad etmişlər. Miletli Hekatey ( e. ə. V əsr) Araz çayı ilə Xə-
zər  sahili  ərazilərdə  Mük  tayfasını  yerləşdirir.  Mənşəyi 
tam  açılmayan  mük-muk-muğ  etnonimi  Muğan  adı  ilə 
tarixə  düşmüşdür.  Akademik  Ziya  Bünyadov  “  Azər-
baycan tarixi” əsərində (I cild, səh., 131-132) mük etnoni-
minin  maq  (atəşpərəstlikdə  kahinlərə  verilən  ad  -  Ə.M.) 
sözü ilə eyniləşdirməyin əleyhinə çıxır. 
  Makedoniyalı İsgəndərin Şərqə yürüşü dövründə də 
müqlərin vətəni geniş Muğan ərazisi kimi xatırlanır. 
Herоdot “Tarix” əsərində yazır ki, “müğlər silk deyil, 
kasta  deyil,  Kaspi  dənizınin  cənub-qərbində  yaşayan... 
tayfalardan biridir”. Müəyyən siyasi proseslər nəticəsində 
Xəzər  dənizinin  qərb  qütbündə  -  Muğan  Çölündə  məs-
kunlaşan  muğ-müq  tayfaları  ayrı-ayrı  vaxtlarda  və 
ayrı-ayrı  adlar  altında  müxtəlif  həyat  tərzi  keçirməyə 
başlamış, məşğuliyyətləri, əsasən maldarlıq olmuşdur.   
  AMEA-nın  Tarix  İnstitutu  tərəfindən  buraxılmış 
“Azərbaycan  tarixi  atlası”nda  Muğan  düzü  miladdan 
əvvəl  VI-IV  əsrlərdə  müklər,  IV-III  əsrlərdə  Paytakaran, 
sonra Kaspiana, bizim eranın ilk dövrlərində isə Balasakan 
adlanmışdır.  Digər  tarixi  mənbələr  göstərir  ki,  müklərlə 
eyni  soykökdə  olan  tayfaların  birləşməsi  proseində  bura 
“Mükan”- “Muğan” adlanmışdır. 


Ələsgər Mirzəzadə 
 
16
MUĞAN QƏDİM DÖVRLƏRDƏ 
(Qısa icmal) 
   
  Muğanın çox qədim və zəngin tarixi var. Antik döv-
rünə  aid  arxeoloji  tapıntılar  bu  yerlərdə  yaşayışın  bizim 
eradan çox-çox əvvəllərə aid olduğunu göstərir. Muğanın 
bir  çox  ərazilərində  aparılmış  arxeoloji  tədqiqatlar  bölgə-
nin neolit, eneolit, tunc və erkən dəmir dövrlərinə aid ta-
rixi abidələri üzə çıxarmış, zamanında bu ərazilərdə yaşa-
mış  qəbilə  və  tayfaların  tarixi  keçmişini,  məişət  və  həyat 
şəraitini izləməyə imkan vermişdir.   
  Arxeoloji  tədqiqatların  nəticələri  e.ə.  VII–VI  əsrlərə 
aid  Muğan  mədəniyyəti  mərkəzinin  hal  –  hazırda  məhz 
Azərbaycanın  cənub  –  şərq  bölgəsi  olduğunu  söyləməyə 
əsas verir. Muğanın Cəlilabad, Masallı, Biləsuvar, Salyan, 
Sabirabad, Saatlı bölgələrində qədim qəbristanlıqlarda və 
onlara  müvafiq  qədim  yaşayış  yerlərində  aparılan  arxeo-
loji  tədqiqatlar  bölgənin  qədim  tarixinə  dair  yeni  faktları 
üzə çıxartmağa imkan yaratmışdır. Son vaxtlar Alxantəpə 
və  Polutəpədə  (Cəlilabad)  neolit  dövrünü  əks  etdirən 
arxeoloji  işlər,  Babazanlı  və  Noxudlu  kurqanlarındakı 
(Salyan) antik və ilk orta əsrlərə aid tədqiqat işləri, Suqo-
vuşan, Cavad, Şəhərgahda (Sabirabad) küp qəbirlərin, nu-
mizmatik  dəfinənin  aşkar  olunması,  Biləsuvar  və  Masal-
lıda antik əşyaların tapılması buna bir daha sübutdur.   
  Şimali  Azərbaycana  nəzərən  Muğanın  cənub  ərazi-
ləri  –  həm  aranı,  həm  də  dağlıq  və  dağətəyi  əraziləri  ar-
xeoloji  abidələrlə  zəngindir.  Cəlilabad  bölgəsində  100-ə 
yaxın  abidələr  mütəxxəsislər  və  həvəskar  tədqiqatçılar 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
17
tərəfindən izlənilmiş və üzə çıxarılmışdır. Onların bəziləri 
öyrənilsə də, digərləri hələ də xalqımız üçün “müəmmalı” 
olaraq qalır. 
  Hal-hazırda  ərazidə  aparılan  arxeoloji  qazıntı  və 
tədqiqatlar sübut  edir ki, Cəlilabad  torpağı  7-8  min  il öncə 
yaşamış  qədim  qəbilələr  yurdudur.  Fakt  olaraq,  Uzun-
təpə(arx.İ.Cəfərzadə),  Mişarçay  (arx.İ.Nərimanov,  F.Mah-
mudov),  Əliköməktəpə  (arx.  F.Mahmudov,  İ.Nərimanov), 
Alxantəpə  (arxeoloq  T.Axundov),  Polutəpə  (T.Axundov) 
abidələrində  geniş  qazıntı  işləri  aparılmış,  antik  dövr 
(neolit,eneolit,  tunc  və  dəmir)  maddi-mədəniyyət  abidələ-
rimiz üzə çıxmışdır. Əliköməktəpə, Alxantəpə, Polutəpə və 
Mişarşay qədim yaşayış məskənlərində qəbilələrin bir-birinə 
yaxınlığı,  birgəyaşayış  tərzi,  evlərin  arasında  dəfnetmə 
adətləri,  primitiv  və  cızıqlarla  naxışlanmış  gil  və  saxsı 
qablar,  parça  və  dən  qalıqları  onu  deməyə  əsas  verir  ki, 
burada “neolit inqilabı” baş vermiş, iştehsal təsərrüfatına ke-
çid  olmuş  və  insanlar  irəliyə  doğru  tərəqqi  dövrünü  yaşa-
mışlar. 
  Cəlilabad torpağının qədim sakinləri erkən orta əsrlər-
də də varisləri üçün güclü tarixi mədəniyyət əmanət qoya-
raq getmişlər. Xudutəpə, Qoşatəpə, Cəngitəpə və s. abidələr 
qədim və orta əsr yadigarlarıdır. Xudutəpədə Atropatenaya 
aid  möhrə  qəbirlər,  Qoşatəpədə  müxtəlif  çeşiddə  saxsı 
qablar, məişət əşyaları və XI-XII əsrə aid pul dəfinəsi (273 
ədəd) və s. 
  Masallı bölgəsinin də qədim tarixi mədəniyyəti Mu-
ğan  mədəniyyəti  ilə  bağlıdır.  Muğan  mədəniyyəti  -  son 
tunc  -  erkən  dəmir  (e.ə.  II  minilliyin  ikinci  yarısı  -  e.ə.  I 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə