Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə38/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
155
Masallı və ətraf kəndlərin əhalisi bolşevik və erməni silahlı 
dəstələrinin  aramsız  hücumlarından  çox  əziyyət  çəkirdilər. 
Əhalinin vəziyyəti gündən –günə pisləşməkdə idi. Hər gecə 
kəndlərə  girib  camaatı  qarət  etməklə  kifayətlənməyən  qul-
durlar,  hətta  mindiyi  atı  əllərindən  alırdılar.  Kəndlərdə 
keşikçi  dəstələrı  təşkil  edilmışdi  ki,  quldurların  gəlişi  ilə 
camaatı xəbərdar etsinlər.   
Ərkivan  mahalının  komissarı  Neyparidzeye  Çaxırlı 
kəndinin qorunması üçün yerli sakinlərdən nələr tələb edir?   
  Çaxırlı  kəndinə  hücum  edən  erməni-rus  silahlıları 
kənddə  gizlənmiş  ”Müsavat”in  Lənkəran  şöbəsinin  sədri 
Yusif  bəy  Bayraməlibəyovu  ələ  keçirirlər.  Onu  azadlığa 
buraxmaq üçün çoxlu pul tələb edir və məqsədlərinə nail 
olduqdan  sonra  azad edirlər.  Sonra  silahlılar  kənd  sakini 
Məşhədi  Şahpələngi  döyüb  pulunu  və  mal-qarasını 
əlindən alırlar. Buna etiraz edən oğlu Fətullahı isə qəbiris-
tanlığa aparıb güllələmək istəyirlər. Lakin atası yenə də 5 
min rubl pul vermək şərti ilə oğlunu azad edə bilir. Səhəri 
gün  silahlılar  kəndə  hücum  çəkib  Nəsrəddin  Şahbaz 
oğlunun  60  baş  qoyununu  aparırlar.  Çaxırlı  kəndinin 
ağsaqqalları  bu  haqsızlığa  son  qoymaq  üçün  Ərkivan 
mahalının  komissarı  Neyparidzeye  şikayət  edirlər.  Kənd 
camaatının  şikayətinə  cavab  olaraq  komissar  yeddi 
nəfərlik silahlı dəstəni kəndi mühafizə etmək üçün onların 
ixtiyarına  göndərir.  Bunun  əvəzində  isə  hər  evdən  100 
rubl  və  bundan  başqa  hər  gecə  üçün  1  qoyun,  300 
yumurta, 10 girvənkə yağ, 5 toyuq tələb edirlər. Onsuz da 
ağır  olan  kənd  camaatının  vəziyyəti  bundan  sonra  daha 
da ağırlaşır.   


Ələsgər Mirzəzadə 
 
156
  Ermənilər Ərkivanda Qala Bazarına niyə gəlmişdi?   
  Malağanlar  və  ermənilər  gürcu  əsilli  Nayparidzeni 
müsəlmanlara  tərəfdar  olduğu  üçün  ölümlə  hədələyirlər. 
Silahlı  ermənilər  əvvəlcə  Qala  bazarına  gəlib  komissarı 
görməyəndə Ərkivana gedirlər. Onun ərkivanlı Qulaməli 
Qədir  oğlunun  evində  olduğunu  bilən  silahlılar  evi 
mühasirə  edirlər.  Tüfəng  səsini  eşidən  camaat  vahiməyə 
düşərək kənddən qaçmağa məcbur olur. Mahal komissarı 
isə  ölümdən  qurtulub  Lənkərana  qaçır.  Erməni-rus 
əsgərləri qisas almaq üçün yenidən Qala bazarına qayıdıb 
dükanları  qarət  edir  və  yandırırlar.  Molla  İsgəndərin 
öldürülməsi və Lənkərandakı silahlı dəstələr Şirvanlı tacir 
Malik  Mahmud  oğluna  məxsus  bəzzaz  və  tənbəki 
dükanından  30  min  rubulluq  malı  arabalarla  Malağana       
(Masallının  indiki  Kalinovka  kəndi)  aparırlar.  İki  gün 
sonra  Yeddioymaq  kəndinə  hücum  edən  silahlılarla 
atışmada  kənd  sakini  Molla  İsgəndər  qətlə  yetirilir.  Bu 
dövrdə Lənkəranda fəaliyyət göstərən silahlı dəstələrin sa-
yı-hesabı  bilinmirdi.  Bunların  çoxu  çar  ordusunun  əsgər 
və  zabitləri  olub,  Rusiyada  sovet  hakimiyyətinin  qurul-
masından  sonra  kommunist  bolşeviklərə  xidmət  etməyə 
başladılar.  Erməni  polkovniklər  Avetisov  və  Makarovun 
Lənkəranda  elədikləri  bəhs  olunan  dövrdə  ingilislərin 
dayağı,  milliyyətcə  erməni  olan  polkovnik  Avetisov  və 
Makarovun  qoşun  hissələri  Lənkəranda  meydan 
oxuyurdular. Onlar general Tomsonun sədaqətli adamları 
idilər.  Makarovun  5  min  nəfərlik  birləşmiş  qoşunla  hələ 
1918-ci  ilin  dekabrında  Lənkərana  daxil  olması  bildirilir. 
Onların  vəhşiliyindən  cana  gəlmiş  camaat  dövrün  ta-


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
157
nınmış ziyalılarından olan Teymur bəy Bayraməlibəyovu 
türk  qoşunları  baş  komandanı  Nuru  Paşanın  yanına 
göndərirlər.  Lənkəran  ziyalıları  Nuru  Paşaya  göndər-
dikləri  məktubda  yazırdılar:  “...Avetisov  Lənkəranda 
ermənilərdən  ibarət  tərəfdarlar  toplamışdır.  O,  1919-cu  il 
fevralın 1-də lənkəranlı Əkbər Qəribovun, Xəlil Nəcəfqulu 
oğlunun evinə quldur kimi basqın etmiş, evdəki qiymətli 
şeyləri  aparmışdır.  Belə  biabırçılığa  türk  oğlu,  müsəlman 
dözə  bilməz.  Xahiş  edirik  köməklik  göstərəsiniz”. 
Polkovnik  Makarovun  dəstəsində  qalan  100  nəfər 
silahlının  hamısı  ermənilər  idi.  Bu  dəstənin  üzvləri 
1919-cu  ilin  yanvarında  Böyük  Bazarda  Məşədi  İbrahim 
Səmədovun dükanını dağıtmış, onun 15 min rubldan çox 
ərzaq  və  qeyri  ərzaq  mallarını  götürüb  aparırlar.  Güllük 
məhəlləsində  isə  Mir  Mehti  Quluyevin  15  min  rubulluq, 
Məşədi  Cəbrayıl  Abbasəliyevə  məxsus  dükanı  dağıdaraq 
18  min  rubulluq  parçanı  aparırlar.  Lakin  çox  çəkmir  ki, 
polkovnik  Makarovun  qoşunu  tərk-silah  edilir.  Lən-
kəranda fəaliyyət göstərən digər silahlı birləşmələrdən biri 
Muğan hökumətinin bolşevik və ermənilərdən ibarət olan 
bölmələri  idi.  Onun  əsgərləri  Yermalay  mehmanxanasını 
zəbt  edib  oradan  yatacaq,  qab-qacaq  və  25  min  rubulluq 
şərab  aparmışdılar.  Bu  dəstənin  3  erməni  əsgəri  mart 
ayında  Yəhya  Axundovun  Böyük  bazardakı  dükanını 
qarət  edib  əlini  və  üzünü  xəncərlə  doğrayır,  onun  3200 
rubl  pulunu  alırlar.  İki  gün  sonra  isə  ermənilər  Kiçik 
bazarda  Məşhədi  Ruhullah  Qasımovun  dükanını  talan 
edib  arpa  və  ununu  aparmaqla  ona  5  min  rubl  zərər 
vururlar. Gərmətük kəndində  Zülfüqar Hacı Məhəmməd 


Ələsgər Mirzəzadə 
 
158
oğlunun  evinə  soxulan  erməni  əsgərləri  ondan  pul  tələb 
edirlər. İstədiklərinə  nail olmayan  ermənilər  ev  sahibinin 
ayaqlarını gülləbarana tuturlar. Erməni əsgərləri həmçinin 
Səfərəli Məşədi Cabbar oğlunu döyərək onun 7 min rubl 
pulunu  və  evinin  əşyalarını,  Balağa  Məşhədi  Manqay 
oğlunun  pulunu  və  qiymətli  ev  əşyalarını  aparırlar. 
Ermənilərin  Vələdi  kəndindəki  zülm  və  qarətləri  daha 
dözülməz  idi.  Müqavimət  göstərən  kənd  sakinlərini 
yerindəcə güllələyirdilər. Onlar Ağahüseyn Cavad oğlunu 
ağaca  sarıyıb  güllələyirlər.  Şahidlər  onun  bədənində  28 
güllə yarasının olduğunu deyirdilər. Böyük Bazarda çayçı 
Dadaş  ermənilər  tərəfindən  qılıncla  ağır  yaralanmışdır. 
Ermənilərlə  birləşən  Privolnoye  kəndindən  olan  ruslar 
Çaxırlı  kəndini  yandıraraq  Mirzə  Əhməd  Əhmədovun 
qoyun  və  mal-qarasını,  pulunu  ələ  keçirirlər.  Bununla 
kifayətlənməyən  ermənilər  onun  Biləsuvarda  yerləşən  su 
dəyirmanını  əlindən  alaraq  Privolnoyedən  olan  Repinə 
verirlər. Lənkəran qəzasının Şahağacı və Potasər kəndləri 
Fyodor Uşubayev və Tkaçovun rus-erməni birləşmələrinin 
zülmündən  çox  əziyyət  çəkirdilər.  Camaat  qorxu  içində 
yaşayırdı.  Onlar  xalqı  Cümhuriyyəti  tanımamağa  çağırır, 
müsəlmanları  qorxu  içində  saxlamaq  üçün  kənd  və 
şəhərlərdə  piyada  və  atlarla  dolaşırdılar.  Uşubayevin 
əsgərləri  Şahağacı  kəndində  Hüseyn  Rəhim  oğlunu, 
Məhəmməd  Hacı  Nəcəfəli  oğlunu,  Lənkəranda  İrandan 
olan tələbəni güllə ilə vurub öldürmüşdülər. May ayında 
ermənilər Seyidəkəran kəndində 3 kişini və 1 arvadı boğa-
raq  öldürmüşdülər.  1919-cu  ilin  ikinci  yarısına  qədər 
Lənkəran  qəzası  və  Muğanın  bir  hissəsi  tamamilə 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə