Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə34/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   30   31   32   33   34   35   36   37   ...   46

Ələsgər Mirzəzadə 
 
138
taxt,  başına  qoyduğun  “Cıqqa  –buta”  sənin  taleyinə 
-qismətinə yazılıb. Özün də yaxşı bilirsən ki, “Cıqqa-buta” 
mərdliyin, cəsurluğun, şərəf və şücaətin simvoludur. Sən 
cəsur olduğun qədər bizim xalqımız da əməksevərdir. Bu 
xalq  ulu  Tanrının  iradəsi  ilə  onu  qoruyan  igidi  darda 
qoymaz!  Biz  hamımız  elliklə  qolumuzu  çırmalayıb  daş 
daşıyarıq,  gözəl  bir  şəhər  salarıq.  Dünyagörmüş  dədə-
lərimiz  “Elin  gücü,  selin  gücü”  demişlər.  Bir  şəhər  nədir 
ki,  xalq  onun  inşasında  acız  qala,  sən  razılıq  ver!  Dəniz 
kənarında tikilən şəhər alınmaz qala olacaq. Bundan sonra 
sən  öz  igidlərinlə  uzaq  səfərə  çıxanda  bizdən  də  nigaran 
qalmazsan...”.  Ağsaqqalların  öyüd-nəsihəti  Muğanı 
rulandırdı. Hamı qolunu çırmalayıb işə başladı. Elin gücü 
ilə  ətraf  divarları  qırmızı  kərpicdən  hörülmüş  böyük  bir 
şəhər  salındı.  Şəhərin  darvazası  Xəzərin  ləpədöyəninə 
açılırdı.  Şəhər  dənizə  gur  axan  Gür-Gür  çayın  hər  iki 
sahilində  ucalan  möhtəşəm  qalaya  bənzəyirdi.  Novruz 
günlərində  təzə  salınmış  şəhərdə  yeddi  gün,  yeddi  gecə 
böyük toy  məclisi quruldu. Muğan vüsala  çatdı.  Xalq  bu 
təzə şəhəri öz igid oğlunun adı ilə Muğan adlandırdı.Qəh-
rəman  Muğan  xaqan  yeni-yeni  igidliklər  göstərdi.  Hərbi 
səfərlərə  çıxanda  gözü  arxada  qalmadı.  Onun  igidliyi 
ellərdən-ellərə, dillərdən – dillərə yayıldı. 
Qeyd: Əfsanə Muğanşünas alım Əsgər Zahidovun 1969-cu 
ildə  “Ulduz”  jurnalının  10-cu  sayında  dərc  olunmuş 
“Haradasan Muğan şəhəri” məqaləsi əsasında yazıçı – jurnalist 
Nurəddin  Ədiloğlu  tərəfindən  “Masallı  folkloru”  kitabı
 
üçün  işlənmişdir. 
                                                                2007-2009 – ci il.   


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
139
   
 
 


Ələsgər Mirzəzadə 
 
140
ANAR AĞALARZADƏ, 
AMEA Arxeologiya və 
Etnoqrafiya İnstitutunun dosenti, 
tarix üzrə fəlsəfə doktoru 
 
Qədim “Muğan mədəniyyəti”nin 
kəşf olunduğu məkan 
Azərbaycan  çoxəsrlik  qədim  tarixə  malik  olan  bir 
diyardır.  Yurdumuzun  ərazisində  mövcud  olan  yüzlərlə 
tarixi-arxeoloji  abidələr  qədim  zamanlardan  başlayaraq 
burada  məskunlaşmış  tayfaların  həyat  tərzi,  onların 
maddi  və  mənəvi  mədəniyyəti,  etnomədəni  əlaqələri 
baxımından  kifayət  qədər  məlumat  verir.  Bu  cür  zəngin 
abidələr  kompleksi  cənub  bölgəsində  də  cəmləşmişdir. 
Respublikamızın  cənub  bölgəsinin  arxeoloji  cəhətdən 
öyrənilməsinin  son  100  ildən  artıq  bir  tarixi  vardır.  XIX 
əsrin  sonlarından  elmə  məlum  olan  bir  çox  abidələr 
sonrakı  illərdə  də  davamlı  olaraq  qeydə  alınmış  və  bir 
qismində  müəyyən  tədqiqatlar  aparılmışdır.  Cənub 
bölgəsinə  daxil  olan  Cəlilabad,  Masallı,  Lənkəran, 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
141
Yardımlı  və  Lerik  rayonları  özünün  tarixin  müxtəlif 
dövrlərinə aid arxeoloji abidələri ilə çox sıx və zəngindir. 
Bunlar arasında Cəlilabad rayonu müstəsnalıq təşkil edir. 
Çünki  bu  rayon  Muğan  düzü  ilə  Talış  dağları  arasında 
yerləşməklə  qədim  tayfa  birlikləri  üçün  intensiv  və 
mühüm  yaşayış  məskənlərindən  olmuşdur.  Ərazinin 
mülayim  iqlimi,  məhsuldar  torpaqları  yay  aylarından 
başqa ilin qalan fəsillərində də insanların təsərrüfat həyatı 
üçün  olduqca  əhəmiyyətli  olmuşdur.  Orta  əsr  ərəb 
coğrafiyaşünası Yaqut Həməvinin verdiyi məlumata görə, 
Muğanda  çoxlu  kəndlər  və  şəhərlər  olmuşdur.  Məhz  bu 
gün də Muğan düzündə günümüzə qədər salamat qalmış 
yaşayış  yerləri,  şəhər  qalıqları  tarixçi  və  coğrafiyaşünas-
ların mənbələrdə verdikləri xəbərləri təsdiq edir. 
  Qeyd  etdiyimiz  kimi,  Cəlilabad  rayonunun  tarixi--
arxeoloji  abidələri  neolit-eneolit  dövründən  başlayaraq 
son  orta  əsrlərə  qədər  mövcud  olan  yaşayış  yerlərindən, 
qəbiristanlıqlardan  ibarətdir.  Lakin  bu  arxeoloji  dövrlər 
içərisində daha zənginliyi ilə seçilən 2500-3000 illik tarixə 
malik  son  tunc  -  erkən  dəmir  dövrü  abidələridir.  Tarixin 
son  tunc  -  ilk  dəmir  dövrü  arxeoloji  mədəniyyətləri  olan 
“Xocalı-Gədəbəy  mədəniyyəti”  və  “Naxçıvan  mədəniy-
yəti”nin ardından Cəlilabad rayonundakı abidələrin möv-
cudluğu ilə ilk dəfə elmə gətirilən “Muğan mədəniyyəti” 
termini  də  dövrün  elmi  problemləri  ilə  məşğul  olan 
alimlərin nəzər-diqqətini cəlb etmişdir. Belə ki, 1941-ci ildə 
Bakı-Astara dəmir yolu xəttinin çəkilişi zamanı Cəlilabad 
rayonu  ərazisində,  Uzuntəpə  kəndi  yaxınlığında 
təsadüfən  böyük  bir  abidə  aşkar  edilmişdir.  Həmin  ilin 


Ələsgər Mirzəzadə 
 
142
yazında  SSRİ  EA  Azərbaycan  filialına  Uzuntəpə  kəndi 
yaxınlığında maddi mədəniyyət nümunələrinin tapılması 
haqqında  məktub  daxil  olmuşdur.  Filialın  rəyasət  heyəti 
Azərbaycan  Xalq  Tarixi  Muzeyinin  rəhbərliyinə  abidədə 
elmi-tədqiqat  işləri  aparmaq  üçün  ezamiyyə  əmrini 
vermiş  və  tapıntıların  yeri,  xarakteri,  təyinatı  barədə 
məlumatların  Bakıya  çatdırılması  işi  tapşırılmışdır.  İlk 
dəfə abidəyə muzeyin elmi əməkdaşı B.M.Qukasov ezam 
edilmişdir.  O,  1941-ci  il  aprelin  11-də  abidədə  ilkin 
tədqiqat  işlərinə  başlayıb  və  aprelin  17-də  iki  qəbirin 
qazıntısını  aparıb.  B.M.Qukasov  bu  qəbirlərdən  çoxlu 
sayda  arxeoloji  materiallar  -  tuncdan  hazırlanmış  alət  və 
silahlar,  gil  qablar,  müxtəlif  növ  bəzək-zinət  əşyaları 
aşkarlayıb  və  topladığı  materialları  muzeyə  təqdim  edib. 
Azərbaycan  Xalq  Tarixi  Muzeyi  tapılmış  əşyaların  tarixi 
əhəmiyyətini nəzərə alaraq öz əməkdaşı İ.A.Xanumovu da 
abidəyə  ezam  edib.  Muzey  əməkdaşlarının  Uzuntəpə 
abidələr kompleksində apardıqları qısamüddətli arxeoloji 
kəşfiyyat  işləri  zamanı  üzə  çıxarılan  çoxlu  sayda  maddi 
mədəniyyət  nümunələri  bölgənin  tarixinin  öyrənilməsi 
üçün olduqca əhəmiyyətli idi. 
  Lakin  Uzuntəpə  abidələrinin  əsas  xüsusiyyətləri  və 
yeni  bir  arxeoloji  mədəniyyətin  -  “Muğan  mədəniyyəti”-
nin  kəşfi  Azərbaycan  arxeologiya  elminin  banilərindən 
biri,  görkəmli  alim  İshaq  Cəfərzadənin  adı  ilə  bağlıdır. 
Buradan  əldə  edilən  arxeoloji  materialların  “Muğan 
mədəniyyəti”nə aid olmasını söyləməklə bərabər, İ.M.Cə-
fərzadə onun izlərinin Cənubi Qafqazın bir çox yerlərində
Talış  dağlarında  və  İranın  şimal-şərq  rayonlarında  mü-


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə