Microsoft Word yadigar 55 4267227 yadigar- ?l?sg?r doc



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə44/46
tarix30.10.2018
ölçüsü3,15 Mb.
#76102
1   ...   38   39   40   41   42   43   44   45   46

Ələsgər Mirzəzadə 
 
194
TARİXİLİKLƏ GERÇƏKLİYİN 
ÜZVİ VƏHDƏTİ 
 
  İNSAN  öz  taleyi  ilə  tarix  yaradır.  Hara  insan  ayağı 
dəymişsə,  insan  haradan  yol  eləyib,  karvan  sürüb 
keçmişsə,  orada  bəşər  mədəniyyətinin  kiçik  bir  parçası 
həkk  olunmuş  tarix  vardır,  o  yollar  və  cığırlar  tarixin 
kitabələridir.  Bunlarsız  bütünlükdə  tarix  özü  olmazdı. 
Məntiqi olaraq belə bir nəticə hasil olur ki, Muğan zonası 
da  tarixlərin  şahididir,  Azərbaycanın  nadir  bir  parçası, 
tarixi  proseslərdə  yaxından  iştirak  etmiş  bir  məkandır. 
Qədim yaşayış məskənlərinin qalıqları, xalqımızın qədim 
keçmişinə dair maddi-mədəniyyət nümunələri burada da 
aşkar  edilmişdir,  qədim  tayfaların  və  qəbilələrin  izləri  hər 
yerdə  görünür.  Bu  mədəniyyətin  müxtəlif  aspektlərinin 
öyrənilməsinə,  tədqiq  olunmasına  indiki  dövrdə, qloballaş-
ma şəraitində çox böyük önəm verilməlidir.   
  Mənbələr  və  alimlərin  araşdırmaları,  habelə  digər 
faktlar  göstərir  ki,  bizim  eradan  əvvəl  IV-III  minilliklərdə 
Kür-Araz  çayları  vadisinin  cənub  hissəsində,  konkret 
olaraq  bu  yerlərdə  yaşayan  əkinçi-maldar  tayfalar  öz 
mədəniyyətlərini  yaratmış,  həmin  insanlardan  yadigar 
qalan  mədəniyyətlərin  qalıqları  təpələr,  sikkə  və 
miniatürlü  saxsı  qablar,  küp  qəbirlər,  məişət  əşyaları 
qismində  gəlib  zəmanəmizə  çatmışdır.  Herodot,  Strabon, 
şərq  salnaməçiləri,  digər  qədim  düha  sahibləri  bu 
ərazilərin  qədim  yaşayış  məskənləri  olduğunu,  burada 
miladaqədərki  dövrdə  kadusi,  gell,  muğ,  massaget  və 
digər  tayfaların  yaşadıqlarını  bildirmişlər.  Tarixi-coğrafi 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
195
şəraiti araşdırarkən belə bir qənaətə gəlmək olur ki, qədim 
xalqların həyatında mühüm rol oynamış tarixi «İpək yolu» 
və  ya  onun  qollarından  biri  Xəzər  dənizinin  sahilləri 
boyunca  məhz  müasir  Muğan  ərazisindən  keçmişdir. 
Ərazi VII-X əsrlərdə xəzərlərlə ərəblərin savaş meydanı ol-
muş, XII əsrin əvvəllərində monqolların hücumuna məruz 
qalmış,  daha  sonralar  feodal  çəkişmələri,  Nadir  şahın 
istilaçılıq  yürüşləri  nəticəsində  bir  sıra  qədim  yaşayış 
məntəqələri viranəyə çevrilmiş, tamamilə dağıdılaraq yer 
üzündən silinmişdir.   
  İndi  vəzifə  tarixin  yaddaşında  olanları  doğru  və 
dürüst şəkildə gələcək nəsillərə ötürməkdən ibarətdir. Bu 
sahədə  isə  müasir  tarixçilərimizin  üzərinə  çox  çətin  bir 
missiya  düşür.  Bəzi  məqamları  nəzərə  almasaq,  cəsarətlə 
demək  olar  ki,  xüsusən  müstəqillik  illərində  tarixçilə-
rimizin  həmin  sahədə  gördükləri  işlər  diqqətəlayiqdir. 
Yerli  tarixçilərin,  başqa  sözlə  desək,  əyalət  tarixçilərinin 
əcdadların  tarixini  araşdırmaq  cəhdləri  isə  son  vaxtlar 
daha çox bəhrə verir.   
  Bu  cəhətdən  Muğan tarixinin yorulmaz  tədqiqatçısı, 
öz araşdırmaları ilə nəinki geniş ictimaiyyətin, hətta elmi 
dairələrin geniş rəğbətini qazanmış Ələsgər Mirzəzadənin 
xidmətləri  böyükdür,  desək,  səhv  etmərik.  Onun  bir  çox 
dəyərli məqalələri, xüsusilə ötən il nəşr olunmuş “Muğan: 
maddi  mədəniyyət  abidələri”  kitabı  oxucular  arasında 
böyük  rezonanc  yaratmış,  faydalı  diskussiyalara  zəmin 
olmuş,  tarixin  bir  sıra  qaranlıq  səhifələrinə  aydınlıq 
gətirmişdir. 


Ələsgər Mirzəzadə 
 
196
  Budur,  hörmətli  tarixçimizin  -  fədakar  el  oğlunun 
yeni  kitabı  qarşımdadır  və  fürsətdən  istifadə  edərək 
fikirlərimi,  eyni  zamanda  indiyədək  demədiklərimi 
oxucularla paylaşmaq istərdim.   
  Ələsgər  Mirzəzadənin  yeni  "Tarix  və  zaman"  kitabı 
ölkəmizin  hüdudlarında  ən  qədim  yaşayış  məskənlə-
rindən biri olan Muğan elinə həsr olunmuş əhatəli əsərdir. 
Məlumdur  ki,  Muğan  problemi  indiyədək  lazımi  həllini 
tapmamışdır,  Azərbaycan  tarixşünaslığında  mövcud 
konsepsiya  bitgin  deyildir.  Bunun  səbəbi  isə,  fikrimcə, 
alimlərimizin,  eləcə  də  digər  müstəqil  tədqiqatçıların 
problemdə  yekdil  olmamaları,  ona  müxtəlif  mövqedən 
yanaşmalarıdır. İnsanlar isə öz əcdadlarının hansı məkanda 
nə vaxt, hansı şəraitdə yaşamış olduğunu bütün aydınlığı ilə 
bilməlidirlər,  bu  ərazilərin  keçmişini  işıqlandıran  bütün 
tarixi  faktlar  nəzərə  alınmalıdır.  Elə  etmək  lazımdır  ki,  bu 
problemin  hərtərəfli  həlli  zamanı  indiki  tədqiqatçı  gələcək 
nəsillər qarşısında gözükölgəli qalmasın.   
  Bu  baxımdan  Ələsgər  müəllimin  yeni  əsəri  xüsusi 
maraq  doğurur.  Əsərdə  Muğan  problemi  ən  qədim  dövr-
lərdən siyasi və mədəni tariximizin fonunda araşdırılmışdır. 
Kitabda belə bir fikir var: "Muğan muğ etnonimi kimi bəzi 
tarixi  mənbələrdə  4  min  il,  bəzi  mənbələrdə  isə  5  min  il 
bundan  əvvələ  aid  edilir.  Bəzi  qaynaqlarda  Muğan  türk 
soykökündə  dayanan  toponim  kimi,  bəzi  fars 
mənbələrində  isə,  səhvən  Midiya  ərazisində  olan  fars 
mənşəli  bir  xalq  hesab  edilir".  Muğanın  tarixi  haqqında 
müəllifin  nöqteyi-nəzərinin  ana  xəttini  məhz  bu  funda-
mental mülahizə təşkil edir, yəni sözü gedən tarixi-coğrafi 


Tarix və zaman Muğan tarixinə dair elmi araşdırma 
 
197
məkan  bilavasitə  azərbaycanlıların  ulu  əcdadlarının 
məskənidir.  Məsələnin  bu  cür  qoyuluşu  tamamilə 
düzgündür və obyektiv həqiqətdir, bir sıra yeni müddəa-
lar isə diqqəti öz orijinallığı ilə cəlb edir, bəzi uydurma və 
saxta konsepsiyalar isə cəarətlə rədd edilir. 
  Biz  kitabın  içindəkiləri  şərh  etməyə  ehtiyac  duy-
muruq,  bunu  tamamilə  oxucunun  ixtiyarına  buraxırıq. 
Ancaq  bir  mülahizəmizi  deməyə  borcluyuq  ki,  Muğan 
probleminin  kitabda  verilmiş  həlli  əksər  koordinatlarda 
etiraz  doğurmur,  çünki  irəli  sürülən  müddəalar  əvvəlcə 
deyilmiş fikirlərdən keyfiyyətcə fərqlənir.   
  Ələsgər  Mirzəzadənin  faktları  şərh  etmək  üslubu 
yaxşı  və bitgin  nümunələrin timsalında  tarixi  həqiqətlərə 
uyğundur.  Onun  ən  cazibəli  fərdi  fikirləri  özünə  məx-
susluğu  ilə  fərqlənir,  qələmə  aldığı  müddəalarda  idraki 
ifadə,  qoyulmuş  məsələyə  müstəqil  münasibət  hakimdir. 
Ümumiyyətlə,  bu  fikirlərin  müəllifi  kimi,  o,  qaldırdığı 
problemlərə  sadiqdir,  burada  polemik  ehtiras  olduqca 
güclüdür, məhz buna görə də həmin fikirlər cəlbedicidir, 
oxucunun  düşüncələrini  fəth  edir.  Yəni,  Ələsgər 
müəllimin  bütün  müddəaları  tarixilik  cəhətdən  geniş 
auditoriyaya  dərhal  təsir  edir.  Onu  da  xüsusilə  qeyd 
etmək istərdik ki, müəllif nədən danışırsa danışsın, onun 
mərkəzində  həqiqət  dayanır,  tədqiqata  cəlb  olunmuş 
dövrün  problemləri  fonunda  xalqın  mübarizəsi  öz  bariz 
təcəssümünü tapır.   
  Əsərin  ən  başlıca  cəhətlərindən  biri  budur  ki, 
müəllifin  fikirləri  ehkamdan,  metafizikadan  uzaqdır, 
bəzən  ritorik  ifadələrə  rast  gəlinsə  də,  bu,  keçicidir,  yəni 


Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə