Microsoft Word Yagut-x-monog-2009+. doc



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix31.10.2018
ölçüsü1,11 Mb.
#77150
1   2   3   4   5   6   7   8   9   ...   42

 

 

 



— 11 — 

karlıqla dolu həyatının da bir örnək olaraq öyrənilməsinə ehti-

yac vardır. 

Artıq dünyasını dəyişmiş bu böyük sənətkarın, ədəbi irsini 

təşkil edən 2000-dən çox şeir və 20-yə yaxın dastan müstəqil 

tədqiqat mövzusu olmayıb, demək olar ki, əksəriyyət etibarilə 

elmi dövriyyədən kənarda qalıb. Bu səbəbdən də kamil sənət 

nümunələri kimi sevilib seçilən,  Şirvan, Dağıstan və Güney 

Azərbaycan aşıqlarının repertuarının aktiv hissəsinə daxil olan 

Aşıq Əhməd poeziyasının növ, janr, mövzu və sair poetik xüsu-

siyyətlərinin çağdaş elmi-nəzəri tələblər səviyyəsində, sistemli 

şəkildə araşdırılması folklorşünaslıq elmi üçün zəruri və aktual 

problemdir. 

Araşdırma Aşıq  Əhmədin mətbu  əsərləri (nəşr olunmuş 5 

kitabı) ilə yanaşı, nəşr olunmamış şeir və dastan mətnləri əsa-

sında  aparılmışdır. Tədqiqatın əsasını Aşıq Əhmədin bioqrafı-

yası  və  sənət yolu, poeziyasının mövzu-janr xüsusiyyətləri və 

sənətkarın dastan yaradıcılığının poetik xüsusiyyətləri təşkil 

edir. 

Tədqiqat işində başlıca məqsədimiz Aşıq Əhmədin yaradı-



cılığının səciyyəvi cəhətlərini müəyyənləşdirməklə konkret sə-

nətkarın timsalında  Şirvan aşıqlığının gerçək təbiətini aşkarla-

maq, onun ədəbi-estetik məzmununu, funksiyasını  və  fıloloji-

nəzəri dəyərini üzə çıxarmaq olmuşdur. 

Bu məqsəddən irəli gəlməklə  aşağıdakı  işlərin görülməsi 

nəzərdə tutulmuşdur: 

– Sənətkarın ədəbi irsi və sənətkar şəxsiyyəti haqqında mə-

lumatları təhlil etməklə aşağın sənətkar statusunu müəyyənləş-

dirmək; 

– Aşığın sənət irsi haqqında elmi təsəvvür yaratmaq; 

– Aşığın poeziyasının  mövzu əhatəsini və janr səciyyəsini 

müəyyənləşdirmək; 

– Dastan yaradıcılığını    təhlil etməklə XX yüzil aşıq das-

 

 



 

— 12 —


tançılığının ənənəvi və özəl xüsusiyyətlərini aşkarlamaq. 

– Aşıq Əhmədin söz və musiqi repertuarı, şairliyi və aşıqlı-

ğının səciyyəvi cəhətlərini müəyyənləşdirməklə    Şirvan aşıq 

mühitinin regional özəllikləri və Azərbaycan aşıq poeziyası 

haqqında elmi təsəvvürləri genişləndirmək. 

Tədqiqat tarixi-müqayisəli metod əsasında işlənmişdir.  İş 

hazırlanarkən müasir folklorşünaslığın elmi-nəzəri müddəala-

rına, türkologiyanın  və Azərbaycan filologiyasının aşıq sənə-

tinə dair mülahizələrinə əsaslanılmışdır. 

Ustad sənətkar Aşıq Əhmədin yaradıcılığının tədqiqi möv-

zusu Azərbaycan folklorşünaslığında ilk dəfə qoyulur. Sənətka-

rın yaradıcılığının təhlilindən əldə edilən qənaətlər yenidir: 

– Aşıqlıq fəaliyyəti və  ədəbi irsi əsasında sənətkarın  sta-

tusu müəyyənləşdirilmiş; 

– Ustad aşığın sənətkarlığının özəllikləri aydınlaşdırılmış; 

– El sənətkarının epik və lirik yaradıclığının mövzu əhatəsi 

və janr səciyyəsi müəyyənləşdirilmiş; 

– Aşığın yaradıcılığında arxaik türk dastançılığı və orta çağ 

Azərbaycan klassik dastan tiplərinin mövcudluğu aşkarlanmış; 

– Azərbaycan aşıq sənətinin Şirvan mühiti üçün xarakterik 

xüsusiyyətləri açıqlanmış; 

– Sənətkarın yaradıcılığının dini, əxlaqi dəyərləri, dövlətçi-

lik və vətəndaşlıq şüurunu gücləndirən ədəbi-estetik və sosial-

mədəni mahiyyəti, sənət özəllikləri aşkarlanmışdır. 

Qeyd etmək istərdik ki, bu tədqiqatdan folklorşünaslığın 

aşıq yaradıcılığı ilə bağlı nəzəri problemlərinin həlli ali məktəb-

lərin folklor, orta məktəblərin ədəbiyyat dərsliklərinin aşıq sə-

nəti ilə bağlı bölmələrinin hazırlanması üçün istifadə etmək 

olar. Ali məktəblərin fılologiya fakültələrində aşıq sənətinə dair 

xüsusi kursların tədrisi zamanı elmi vəsait kimi tədqiqatdan is-

tifadə oluna bilər. 

Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Folk-

lor İnstitutunda namizədlik dissertasiyası şəklində işlənib hazır-



 

 

 



— 13 — 

lanmışdır. Tədqiqatın nəticələri müəllifin konfrans və seminar-

lardakı məruzələrində və müxtəlif elmi məcmuələrdə çap olun-

muş məqalələrində öz əksini tapmışdır. Qeyd etməliyik ki, təd-

qiqatın  bir hissəsi bundan əvvəl də ayrıca kitab şəklində hör-

mətli oxuculara təqdim olunmuşdur. 

Oxucularda tədqiqatın əsas tematik-analitik təhlil istiqamət-

ləri haqqında təsəvvür yaratmaq üçün bildirməliyik ki, əsərin 

birinci fəsli «Aşıq Əhmədin həyat və yaradıcılıq yolu» adlanır. 

Tədqiqatın bu hissəsində öncə «aşığın həyatı  və  sənət yolu» 

haqqında dolğun təsəvvür yaradılır. Çünki aşığın sənətkar statu-

sunun  müəyyənləşdirilməsində  onun bioqrafiyası və sənət şə-

cərəsi, eləcə də onun haqqında  elm və mədəniyyət nümayəndə-

lərinin fikir və mülahizələri və başqa bu tipli məlumatlar olma-

dan keçinmək mümkün deyil. Ona görə də aşığın sənətkar kimi 

yetişməsində ciddi rolu olan sosial-mədəni mühit, tarixi gerçək-

lik qiymətləndirilir, aşıq Əhmədin sənət yolu işıqlandırılır. 

Tədqiqatın «Aşıq  Əhmədin poeziyası» adlanan ikinci fəs-

lində  sənətkarın nəşr olunmuş  və olunmamış  şeirləri üzərində 

aparılan müşahidələr onun sənətkar kimi formalaşmasında folk-

lor və yazılı  ədəbiyyat qaynaqlarının rolunu təsdiqlədiyindən  

Nəsimi, Xətai, Vaqif, Sabir, Seyid Əzim ənənələrinin, Qurbani, 

Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq  Ələsgər, Aşıq 

Mirzə Bilal örnəklərinin təsir dairəsi və imkanları da təhlil kon-

tekstinə cəlb olunmuşdur. Aşıq öz dövrünün ədəbi-mədəni çev-

rəsində  fəaliyyət göstərdiyindən onun müasiri olmuş  aşıqlarla 

sənət əlaqələri də araşdırmada öz əksini tapmışdır. Aşıq Əhmə-

din lirik və epik yaradıcılığının şeir fondu araşdırlaraq ictimai-

siyasi və etik-estetik motivlərin aktiv məqamları müəyyənləşdi-

rilir, sənətkar və zaman problemi diqqətdə saxlanaraq «şeirlərin 

mövzu  əhatəsi» dəqiqləşdirilir. Aşığın mövzu əhatəsinə görə 

zəngin poetik sənət nümunələri ideya-estetik keyfıyyətləri, əx-

 

 

 



— 14 —

laqi-etik xüsusiyyətləri, yüksək arzu və amalları  təbliğ etməsi 

baxımından sənət təravətini  əbədi olaraq itirməyən milli-mə-

nəvi irs kimi dəyərləndirilir. Sənətkarın  şeirlərinin janr səciy-

yəsi geniş təhlil olunur; xalq şeiri və divan şeirinin çeşidli qə-

liblərindən istifadə edən sənətkarın irsinin janr spesifikası  və 

poetik özünəməxsusluğu müəyyənləşdirilir. 

Monoqrafiyanın «Aşıq Əhmədin dastan yaradıcılığı» adla-

nan üçüncü fəslində isə aşığın arxivində saxlanan dastan mətn-

ləri təhlil olunmuşdur. Burada sənətkarın özündən alınan məlu-

matlara əsasən onun dastan repertuarı  müəyyənləşdirilir, klas-

sik dastanların ifa özəllikləri və dastan yaradıcılığı  məsələləri 

şərh olunur. Aşıq  Əhmədin  Şirvan mühitindən məşhur olan 

başqa aşıqların da repertuarında aktiv şəkildə işlənən dastanları, 

«Kitabi-Dədə Qorqud», «Oğuz Xaqan», «Koroğlu» kimi qəhrə-

manlıq dastanları  və orta çağ Azərbaycan xalq dastanları (tə-

səvvüfi dastanlar) ilə müqayisə olunur, oğuz-türk epik ənənəsi-

nin XX əsr dastan reallığı aydınlaşdırılır. El sənətkarının das-

tanları tipinə, strukturuna, məzmununa və mövzusuna görə çe-

şidli aspektlərdən elmi prinsiplərə əsasən təsnif edilir. 

Əsərdə eyni zamanda aşığın klassik saz havalarının ifa 

özəllikləri və Şirvan aşıq mühiti üçün xarakterik cəhətləri fərdi 

sənətkarlıq xüsusiyyətlərinə, toy mərasimində aşığın iştirakının 

bəzi spesifık məqamlarına aydınlıq gətirilir. Bununla Şirvan 

aşıq fenomeni haqqında elmi təsəvvürlər genişləndirilir. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə