Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 

99 

 

yayda  bağda  mənə  ərəb  əlifbasını  öyrətmişdi.  Bir  azdan 

məni  çağırıb  dedilər  ki,  heç  bir  şey  qalmayıb.  Bununla 

qurtardı.  Amma  mən  isə  ümidimi  üzmədim.  «Telli  saz»la 

«Şəhla»  evdən  çıxıb.  Tamaşaya  qoymaq  istəyirdilər.  Nə 

isə  yarımçıq  qalıb.  Yeganə  «Xəyyam»ı  İrəvan  teatrından 

Şahzavallı  adlı  bir  aktyor  var  idi,  o  mənə  verib.  Yoxsa 

«Xəyyam» itmişdi, çap olunmamışdı. Axı «Xəyyam» əsə-

rini  1935-ci  ildə  Şura  hökumətinin  qurulmasının  15-ci  il-

dönümü  münasibətilə  müsabiqəyə  verib,  əsər  üçüncü  mü-

kafatı  alıb.  Həmin  o  mükafat  alınan  əsər  kimi  tamaşaya 

qoyulmalıydı, amma yarımçıq qaldı.” 

“Xəyyam” əsərinin 35 ildən sonra tapılıb bərpa olunma-

sı xoşbəxt bir presedent kimi Cavidin başqa itmiş əsərləri-

nin  də  tapılmasına  həm  Turan  Caviddə,  həm  də  çağdaş 

cavidşünaslıqda  zəif  də  olsa,  bir  ümid  qığılcımı  doğurur. 

Ancaq kommunist rejiminin alovları da bu əsərlərdən əsər-

əlamət qoymamaq üçün çox  güclü idi  və nə qədər ağır da 

olsa, Heydər Əliyev bu acı xəbəri Turan Cavidə - Hüseyn 

Cavidin  kişi  qızına  çatdırmağı  özünə  borc  bilir.  Təsəllisi 

də o olur ki, Cavidin axı başqa əsərləri qalır və doğma xal-

qına,  dövlətinə  xidmətini  davam  etdirir.  Xüsusən  “Xəy-

yam”  pyesini  yüksək  qiymətləndirən  Heydər  Əliyev  əsər 

barədə bəlkə də yaxşı bildiyi bir sıra tarixi məlumatları da 



 

100 

 

sanki Turan xanımın öz dilindən eşitmək istəyir: 

Heydər Əliyev: Demək, «Xəyyam» o illərdə (1930-cu 

illərin ortalarını nəzərdə tutur – G.B.) tamaşaya qoyulma-

yıb? 

Turan Cavid: Azərbaycan teatrında yeganə əsəridir ki, 

yazılması 1935-ci ildi, tamaşaya qoyulması 1970. 35 il ke-

çib arasından. 

Heydər Əliyev: Bu tamaşa Mehdi Məmmədovun quru-

luşunda qoyulub. 



Turan Cavid: Yeganə onun quruluşunda qoyulub. Gö-

zəl bir tamaşa idi. 



Heydər  Əliyev:  Mən  o  tamaşaya  baxmışam.  Amma 

mən  elə  bilirdim  əvvəllər  tamaşaya  qoyulub.  Demək,  ilk 

dəfə qoyulubmuş.  

Turan Cavid: İlk dəfə Mehdi Məmmədov qoyub. O il-

lərdə  çap  da  olunmamışdı.  Bir  nəfər  üzünü  köçürüb.  Öz 

xətti də deyildi. Sübut üçün mükafat alandan sonra qəzetdə 

parçalar  verilmişdi,  onlar  tutuşduruldu.  Bir  əsər  bax  belə 

tapıldı.”  

Deyirlər,  ümid  ən  sonda  ölür.  Turan  xanım  da  ilahi  bir 

qüvvəyə malik şəxsiyyət saydığı, yenilməz bir qüvvə kimi 

güvəndiyi Ulu Öndərin hüzurunda ümidini dilə gətirməklə 

sanki bir  möcüzə  gözləyir, yaxın adamının ölümünə inan-



 

101 

 

mayan bir insan kimi inad göstərməkdə davam edir: 

“Fikirləşirəm ki, bəlkə, o biri əsərlər də belə tapıla bilər. 

Təhlükəsizlik Nazirliyində qapalı yerlər ola bilsin ki, var. 



Heydər Əliyev: Elə bir yer yoxdur. 

Turan Cavid: Amma Siz bir dəfə yadımdadır ki, çıxışı-

nızda  dediniz  ki,  təzə  gələndə  işçilərdən  biri  deyib  ki,  o 

həyətdə Cavidin bütün əsərlərini yandırıblar. 

Heydər  Əliyev:  Elədir.  Mən  təzə  gəlmişdim  Moskva-

dan,  işləyirdim.  Və  mənə  məlumat  verdilər  ki,  Cavidin 

əsərlərini  və  Salman  Mümtazın  kitablarını  qutulara  töküb 

yandırmışdılar. Bu iş ilə məşğul olanlar, əsasən, ermənilər 

imiş. İndi Allaha şükür ki, qalan əsərləri də var.” 

Bu da maraq doğurur ki, təxminən eyni yaşda olmaları-

na baxmayaraq, Turan Cavid Heydər Əliyevə bir ata kimi 

yanaşır,  ata  əvəzi,  Cavid  əvəzi  kimi  baxır,  istər  dərdini, 

istərsə  də  sevincini  səmimi  bir  ərklə  onunla  bölüşməkdən 

həzz alır, doğma bir insan kimi ona güvənir. Cavid əsərlə-

rinin ilk örnəklərinin ədibin özünün yazdığı kimi, imlasına 

və  üslubuna  toxunmadan,  əlyazmasında  olduğu  kimi  çap 

edilməsi Turan xanımı nə qədər sevindirirsə, bu məlumatı 

Ulu Öndərə verməsi və həmin kitabı hədiyyə etməsi Cavid 

qızının  sevincini  on  qat  artırır.  Gəlin,  bu  sevinci  onun  öz 

dilindən duyaq: 



 

102 

 

Turan  Cavid:  İndi  mən  sizə  bir  kitab  təqdim  eləyə-

cəm. Çox sevindim, nəhayət ki, Cavidin öz qələmindən çı-

xan  bir  tərzdə  onun  əsərləri  nəşr  olundu,  mən  özüm  işlə-

dim.  O  üç  əsəri  «Turan»  adlı  nəşriyyat  buraxıb.  Burada 

«Bahar şəbnəmləri»ndəki şeirlər, «İblis»  və «Peyğəmbər» 

pyesləri necə yazmışdısa elə verilib.” 

Hüseyn Cavidin de yure və de-fakto reabiltasiyası, onun 

cismən  vətənə dönməsi  də söhbətin aparıcı  motivləri  sıra-

sında  olmalı  idi  və  sonrakı  dialoqdan  bunun  elə  belə  də 

olduğunu görürük: 

Turan Cavid: Elə şeylər var ki, danışmaq da artıqdır. 

Bilirsiz,  bu,  çox  yüksək  bir  işdir.  Xatırlayıram  rəhmətlik 

Mirvari  Dilbazinin şeirini: «Sağ olsun  Cavidi  vətənə  gəti-

rən  oğul»  deyir.  Görünür  ki,  Allah  insanları  yer  üzünə 

göndərəndə  hər  kəsi  öz  missiyasına  görə  göndərir.  Kimsə 

nə isə eləməlidir. 

Bu adam bu işi görməlidir. Məndə, həqiqətən, bir inam 

var  ki,  bir  işi  başlayan  adam  mütləq  onu  sona  çatdırmalı-

dır. Məsələn, bəziləri deyirdilər ki, buranın alınması müm-

kün deyil. Deyirəm mümkün olmayan şey həyatda yoxdur. 

O, bir ölümdür ki, insanlar acizdir. Qalan hər bir şey insan 

iradəsindən, insan qeyrətindən asılıdır. İnsanlar hər işi gə-

rək  ürəynən  etsinlər.  Əlbəttə,  buranı  mən  özüm  üçün  elə-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə