Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   2   3   4   5   6   7   8   9   ...   29

 



 

ni,  onu  necə  zənginləşdirdiyini  göstərəcəyik.  Buna  bizim 

əvvəllər  də  ehtiyacımız  olmuşdur,  lakin  bu  gün  xüsusilə 

vacibdir.  Çünki  Azərbaycan  müstəqil  dövlətdir,  xalqımız 

milli azadlığa nail olmuşdur  və biz  müstəqilliyimizin dai-

mi, ədəbi olması üçün çalışırıq və bundan sonra da çalışa-

cağıq.” 

Görünən  dağa  nə  bələdçi...  Aralarında  səksən  illik 

bir  məsafə  olsa  da,  hər  iki  dahinin  sözlərindəki  vətənpər-

vər,  millətsevər  qayə,  amal  eynidir  və  bu  amal  bu  gün  də 

ölkəmizə, xalqımıza, mədəni yüksəlişimizə xidmət etmək-

dədir.  Bir  də  axı,  əbədiyyətlə  müqayisədə  səksən  il  nədir 

ki! 

Nə  qədər  ki,  Azərbaycan  adlı  əbədiyyət  var,  bu  iki 



əbədiyyət də onunla qoşa addımlayacaq. 

Bu  kitabın  müəllifi,  Heydər  Əliyevin  həyat  verdiyi 

və  bu  gün  uğurla  elmi  və  ədəbi-təbliği  fəaliyyət  göstərən 

AMEA  Hüseyn  Cavidin  Ev  Muzeyinin  direktoru,  filolo-

giya  üzrə  elmlər  doktoru  Gülbəniz  xanım  Babaxanlı  da 

çalışıb ki, bu əbədiyyətin bir neçə anını bir daha nəzərdən 

keçirsin,  bu  iki  nurdan  ədəbiyyatımızın  bəzi  məqamlarına 

işıq tutsun.  

Yığcam  bir  araşdırma  kimi  dəyərləndirilə  bilən  bu 

əsər özünəməxsus üslubu ilə Hüseyn Cavidlə Heydər Əli-



 



 

yevin  fəaliyyətlərindəki  qarşılıqlı  münasibətləri  şirin  bir 

dillə oxucunun gözləri önündə sərgiləyir. Ola bilsin ki, bu-

radakı  “qarşılıqlı” sözü bəzilərinə ilginc  gəlsin. Doğrudan 

da, Heydər Əliyevin cəmi on dörd yaşı olarkən gedər-gəl-

məzə göndərilmiş və dörd ildən sonra Sibirin soyuq cəhən-

nəmində gözlərini əbədi yummuş Hüseyn Cavidin Heydər 

Əliyevlə  necə  qarşılıqlı  münasibətləri  ola  bilərdi?  Buna 

böyük Nizami belə cavab verir: “Özüntək diri bil məni ca-

handa; Mən də canlanaram sən canlananda!” 

Hüseyn Cavidin də qədirbilən xalqı, bu xalqın yetir-

diyi  Heydər  Əliyev  kimi  dühalar  onun  əsərlərinə,  şəxsiy-

yətinə  layiqli  qiymətini  verəndə  dahi  sənətkar  da  yenidən 

canlanır,  beləcə  də  öz  münasibətini  bildirmiş  olur.  Bütün 

bunlar kitabda inandırıcı şəkildə öz əksini tapmışdır. 

Girişlə  başlayıb  sözardı  ilə  qapanan  kitabın  “Ədə-

biyyatın  böyük  mesenatı”,  “Naxçıvandan  balayan  tanış-

lıq”,  “Hüseyn  Cavid  irsinin  bilicisi”,  “Hüseyn  Cavid  irsi-

nin böyük qayğıkeşi”, “Turan xanım canlı körpü idi”, “İki 

qayıdış”  kimi  maraqlı  və  oxunaqlı  bölmələrində  zəngin 

faktlar  və  materiallar  əsasında  Ümummilli  Lider  Heydər 

Əliyevin Hüseyn Cavid irsinə, bütövlükdə ədəbiyyatımıza 

və mədəniyyətimizə göstərdiyi dərin diqqət və qayğı elmi-

populyar bir səpkidə təqdim edilir. 




 



 

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr 

edilmiş bu kitab, eyni zamanda Hüseyn Cavidin, Turan C-

avidin,  Ərtoğrol  Cavidin,  Mişkinaz  Cavidin  ruhlarına  da 

layiqli bir ərməğandır, desək yanılmarıq. 

Kitabı  oxuduqca  hiss  edirsən  ki,  Gülbəniz  xanımın 

bu mövzuda deyiləsi sözləri hələ çoxdur. Bu yolda ona ye-

ni-yeni uğurlar arzulayırıq. 

  

 

Aybəniz Əliyeva-Kəngərli 

filologiya üzrə elmlər doktoru 

23 iyul, 2013 

 

10 

 

 

 



 

 

 



 

 

GİRİŞ 

 

əşər  tarixinin  keşməkeşli  gedişi  sübut  edir  ki, 



dünyada  baş  verən  ən  mühüm  hadisələr  dahi 

şəxsiyyətlərin  fəaliyyətinə  birbaşa  bağlı  olur. 

Hətta bəzi ifrat sosial quruluşlarda bunu etiraf etmək istə-

məsələr belə, bəşər tarixinin yaradıcıları əslində elə böyük 

tarixi şəxsiyyətlərin özü olur. 

Hər kəsin yaxşı yadında olar ki, Sovet dönəmində tarix-

də xalq kütlələrinin müstəsna rol oynaması, şəxsiyyətin isə 

epizodik xarakter daşıması haqqında əsassız fikri marksist-

leninçi tarix elmi inadla bizə təlqin edirdi. Ancaq nədənsə, 

dünya  klassikasının  ən  böyük  əsərlərinin  niyə  məhz  şəx-

siyyət adları ilə adlandırılmasını izah etməyi  ya bacarmır, 

B



 

11 

 

ya ağıllarına belə gəlmir, ya da qəsdən yaddan çıxarırdılar. 

«Çıxarırdılar» deyəndə  ki, bəlkə də bunun izahı  marksist-

leninçi  adlanan  yanlış  metodologiya  baxımından  «əqi-

dəli» kommunist  ideoloqlarına  sərf  eləmirdi.  Çünki  bunu 

izah  etməyə  qalxışsaydılar,  istər-istəməz  şəxsiyyətin  rolu-

nu  etiraf  etməli  olacaqdılar...  Özü  də  tarixin  istehzası 

üzündən, sovet quruluşunun ilk böyük ideoloji böhranı elə 

şəxsiyyətə pərəstiş şəklində üzə çıxdı, xalqa, xalq kütlələ-

rinə pərəstiş şəklində deyil. 

Bizim monoqrafiyamız da Azərbaycan tarixində əvəzsiz 

rol oynamış, hətta ölkə tarixinin axınını müəyyənləşdirmiş 

məhz belə iki böyük şəxsiyyətin–Heydər  Əliyevin  və  Hü-

seyn Cavidin adlarını qoşa olaraq daşımaqdadır. Milli dra-

maturgiyamızın  və  milli  dövlətçiliyimizin  inkişafında 

müstəsna  rol  oynamış  və  indi  də  oynamaqda  davam  edən 

bu iki böyük şəxsiyyətin. Onları hər cəhətdən Azərbaycan 

adlı  qədim  və  mədəni  bir  ölkənin  və  millətin  öncülü  say-

maq olar və bu siyahı çox uzanar; təkcə onu göstərmək ki-

fayətdir  ki, Hüseyn Cavid  Azərbaycan  mənzum dramının, 

Heydər Əliyev isə müasir müstəqil Azərbaycan dövlətinin 

yaradıcısıdır. Demək, Hüseyn Cavidlə Heydər Əliyevi hər 

şeydən  öncə,  hər  ikisinin  yaradıcı  şəxsiyyət  olması  bir-

birinə yaxınlaşdırır. Doğrudur, onlardan birinin yaradıcılı-



 

12 

 

ğı  daha  çox  bədii-nəzəri,  o  birininki  isə  həm  nəzəri,  həm 

də praktik əhəmiyyət daşımışdır. Biri öz əsərləri ilə insan-

lara ədalətin və həqiqətin düzgün yolunu göstərmiş, o biri 

isə insanları ədalətin və həqiqətin, xalqa və vətənə xidmə-

tin düzgün yolu ilə öz ardınca aparmışdır. 

Azərbaycan  klassik  ədəbiyyatının,  o  sıradan  Hüseyn 

Cavidin mütərəqqi humanist ideyaları, bəşəri görüşləri, in-

sansevər ənənələri ruhunda böyümüş Heydər Əliyev Azər-

baycan  xalqının  əvəzedilməz  liderinə  çevrildikdən  sonra 

öz haqq işində daim bu ənənələri rəhbər tutmuşdur. O, Və-

tənin inkişafı, xalqın mədəni-mənəvi, sosial-əxlaqi tərəqqi-

si naminə daim bu ideyalardan faydalanmaqla, onların gur 

işığında  irəliləməklə  yanaşı,  ədəbiyyatımızın,  mədəniyyə-

timizin, incəsənətimizin  həqiqi dəyərinin  verilməsi  və bü-

tün  dünyada  tanıdılması  üçün  müstəsna  işlər  görmüş,  sə-

nətkarların layiqli qiymətini verməkdən ötrü əlindən gələni 

əsirgəməmişdir. Bu cür sənətkarların ön cərgəsində, yəqin 

ki, qədim Naxçıvan torpağının yetirməsi olan böyük Cavid 

dayanır. 

Keçən əsrin 70-ci illərində ilk dəfə Respublika rəhbərli-

yinə gəldiyi dövrdən Cəlil Məmmədquluzadə, Mirzə Ələk-

bər Sabir, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Səməd 

Vurğun, Mikayıl Müşfiqlə bir sırada Hüseyn Cavid sənəti-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə