Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

 

41 

 

rında  böyük  memarımız  Əcəmi  Naxçıvaninin  yaratdığı 

mavzoleylə yan-yana, yeni bir mavzoley də 800 il bundan 

sonra  bugünkü  təsirlər  yaratsın.  Hüseyn  Cavid  belə  bir 

mavzoleyə, belə bir məqbərəyə layiq bir adamdır.” 

Demək,  Azərbaycan  xalqının  dahi  oğlu  1992-ci  ildə 

işıqsız,  yanacaqsız,  ərzaqsız,  od-ocaqsız  soyuq  Naxçıvan-

da  böyük  romantik  Hüseyn  Cavidin  xəyallarının  gücü  ilə 

2792-ci ili görürmüş! Məgər bu, peyğəmbər uzaqgörənliyi 

deyilmi?  Bu  baxımdan  Hüseyn  Cavid  romantik  ədəbiyya-

tımızın  nə  qədər  dahi  sənətkarıdırsa,  Heydər  Əliyev  də 

dövlətçiliyimizdəki  romantik  vüsətin  o  qədər  böyük  me-

marı və qurucusudur. Axı hər bir əsər müxtəlif materiallar 

üzərində  gerçəkləşənə  qədər  ilk  növbədə  öz  yaradıcısının 

beynində və ürəyində gerçəkləşir. Buna görə də, heç şübhə 

olmasın  ki,  2792-ci  ilin  xoşbəxt  azərbaycanlıları  Möminə 

xatun türbəsi ilə yanaşı, Hüseyn Cavid türbəsini də böyük 

ehtiramla  ziyarət  edəcək  və  onun  yaradıcısı  dahi  Heydər 

Əliyevin ruhuna da ixlasla rəhmətlər oxuyacaqlar.  

Çünki Tarixin səbri böyükdür və tarixi ədalət gec-tez öz 

yerini  tutur,  elə  Hüseyn  Cavidin  sevimli  qızı  mərhum 

Turan Cavidlə birlikdə tarix növbəti dəfə Heydər Əliyevin 

əlləri ilə ədaləti bərpa etmədimi? 

110  illik  yubileydəki  nitqinin  sonunda  Ümummilli 



 

42 

 

Lider  Heydər  Əliyevin  xoşfal  dilindən  səslənən  nikbin 

arzuların,  tarixi  ədalətin  bərpasına  da  o  qədər  çox  qalma-

yıb. Buna bütün Azərbaycan xalqı, bütün Türk dünyası də-

rin və sarsılmaz inam bəsləməkdədir: 

«Azərbaycan  müstəqil  dövlətdir,  müstəqilliyi  təmin  et-

mək üçün şübhəsiz ki, böyük çətinliklər və problemlər var-

dır.  Amma  Azərbaycan  xalqı  Hüseyn  Cavid  kimi  böyük 

şəxsiyyətlər  yaratmışdır.  Azərbaycan  öz  müstəqilliyini 

bundan  sonra  da  qoruyacaq,  müharibə  də  qurtaracaq,  tor-

paqlarımız da hamısı özümüzə qayıdacaq, Azərbaycan xal-

qı  yeni  mərhələdə  onun  daxilində  olan  böyük  imkanları, 

böyük mənəviyyat potensialını bütün dünyaya nümayiş et-

dirəcəkdir. Mən bu fikirlərlə öz çıxışımı bitirərək sizin ha-

mınızı bu böyük bayram  münasibətilə ürəkdən təbrik edi-

rəm,  sizin  hamınıza  Cavid  paklığı,  təmizliyi,  mənəviyyatı 

arzulayıram.» 

Hüseyn  Cavidlə,  onun  ölməz  yaradıcılığı  ilə  həmişə 

maraqlanan,  fürsət  tapan  kimi  onun  əsərlərinin  tamaşa-

larına  baxan  Heydər  Əliyev  1993-cü  ildə  yenidən  respub-

lika rəhbərliyinə qayıtdıqdan sonra, şübhəsiz ki, ilk vəzifə 

kimi  Azərbaycanı  düçar  olduğu  ölçüyəgəlməz  fəlakətdən 

qurtarmağı  qarşıya  məqsəd  qoydu  və  qısa  bir  müddət  ər-

zində bunun öhdəsindən uğurla gəldi. Yalnız ölkədə əmin-




 

43 

 

amanlığı  bərpa  etdikdən,  vətəndaş  qarşıdurmasını  aradan 

qaldırdıqdan  sonra  ümummilli  liderimiz  mədəni-mənəvi 

quruculuq  işlərini  böyük  entuziazmla  davam  etdirməyə 

başladı. 1996-cı ilin oktyabrında, Hüseyn Cavidin məqbə-

rəsinin açılışında söylədiyi nitqdə Heydər Əliyev bu yolda 

sərf  etdiyi  titanik  səyləri  təvazökarcasına  belə  ümumiləş-

dirirdi: «Üç il yarımdır ki, Azərbaycanın dövlət müstəqilli-

yini  möhkəmləndirmək, ölkəmizin ərazi bütövlüyünü bər-

pa etmək, respublikamızı Ermənistanın təcavüzündən qur-

tarmaq  üçün  əlimdən  gələni  əsirgəmirəm  və  bu  yolda  ge-

cə-gündüz çalışıram». 

1995-ci ilin iyununda Hüseyn Cavidin hələ 1982-ci ildə 

yaradılmalı olan məqbərəsinin və ev-muzeyinin ərsəyə gə-

tirilməsinə  həsr  edilmiş  müşavirədəki  dərin  məzmunlu, 

həm  də  narahatlıq  dolu  giriş  sözündə  Cavidin  irsinin,  xa-

tirəsinin xalqın yaddaşında əbədiləşdirilməsi ilə bağlı pro-

sesi  incədən  incəyə  təhlil  edən  Heydər  Əliyev,  doğrudan 

da,  mədəniyyətimiz,  ədəbiyyatımız,  elmimiz  üçün  unikal, 

əvəzedilməz bir dahi şəxsiyyət olduğunu çox sadə sözlərin 

köməyi  ilə  diqqətə  çatdırmışdı:  «Biz  1981-ci  ildə  Hüseyn 

Cavidin anadan olmasının 100 illiyi  haqqında qərar qəbul 

etdik.  Bundan  sonra  bir  çox  işlər  görüldü.  Ancaq  təəssüf 

ki, o vaxt qəbul olunan qərarlarda nəzərdə tutulmuş tədbir-



 

44 

 

lərin bəziləri indiyədək həyata keçirilməyib. O dövrdən isə 

artıq on beş il keçir». 

1990-cı  ildə  dünyada  gedən  qlobal  ictimai-siyasi  hadi-

sələrin  nəticəsində  doğma  yurdu  Naxçıvana  qayıdan 

ümummilli liderimiz ilk növbədə Cavidin məzarı üstə get-

miş və gördüklərindən heyrətə gəlmişdi. Müşavirədəki nit-

qində Heydər Əliyevin özü həmin hadisəni səmimi bir hə-

yəcanla  belə  xatırlayırdı:  «Fikirləşirdim  ki,  məqbərə  yox-

dursa  da,  heç  olmasa,  sənətkarın  qəbrinin  üstü  götürülüb. 

Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox 

narahat oldum». 

Müşavirədəki  nitqini  üç  böyük  işin  həyata  keçirilməsi 

istiqamətində  quran  ümummilli  liderimiz  bu  işlərin  hamı-

sının  müstəsna  əhəmiyyəti  olduğunu  qeyd  etmiş,  Cavidin 

məqbərəsinin,  ev  muzeyinin  və  abidəsinin  acılışını  əlaqə-

dar təşkilatların qarşısına bir nömrəli vəzifə kimi qoymuş-

dur. Yalnız bundan sonra qısa bir müddət ərzində, Heydər 

Əliyevin  şəxsi  nəzarəti  və  qayğısı  altında  nəhəng  işlər 

görülmüş və özünün müəyyənləşdirdiyi kimi, böyük şairin 

anadan olmasının ildönümündə – 1996-cı ilin oktyabrında 

Naxçıvanda Hüseyn Cavidin məqbərəsi bütün gözəlliyi və 

əzəməti  ilə  xalqın  gözü  qarşısında  ucalmışdır.  Onu  da 

qeyd etmək istəyirəm ki, Heydər Əliyev bütün bu işləri bir 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə