Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 

31 

 

 

 



 

 

 

 

NAXÇIVANDAN BAŞLANAN  

TANIŞLIQ 

 

əşəriyyətin  ilk  peyğəmbərlərindən  və  xilaskar-



larından  olan  Nuhu  öz  qoynunda  əziz  və  mü-

qəddəs  bir  əmanət  kimi  saxlayan,  məkrli  düş-

mən qarşısında alınmaz bir qala kimi ucalan qədim Naxçı-

van torpağı həmişə şeirə-sənətə, müdrik, tərbiyəedici sözə, 

gözəl və ürəkaçan kəlama, eləcə də müdrik ağsaqqallar qə-

dər nüfuzlu el-oba başçılarına yüksək qiymət verən insan-

ların  məskəni  olmuşdur.  Bu  diyarın  təkcə  ziyalıları  deyil, 

sıradan insanları, şəhər əsnafı, sadə kəndlilər də ta qədim-

lərdən söz xiridarı olmuş, tükü tükdən seçmiş, gizli məna-

nı,  incə  eyhamı  adi  bir  işarədən  anlamışlar.  Buna  görədir 

B

 

32 

 

ki,  maddi  cəhətdən,  var-dövlət  baxımından  o  qədər  də 

seçilməyən  bu  yerin  insanları  mənən  çox  zəngin  olmuş, 

məntiqi və bədii təfəkkürləri ilə çox zaman seçilmişlər. 

Ulu Öndər Heydər Əliyev 1996-cı ildə Hüseyn Cavidin 

məqbərəsinin  Naxçıvanda  təntənəli  açılışı  mərasimində 

söylədiyi tarixi nitqdə Naxçıvanı ən yüksək sözlərlə xarak-

terizə  edərək  demişdi:  «Naxçıvan  Azərbaycanın  gözəl  bir 

guşəsidir.  Naxçıvan  Azərbaycan  xalqının  qədim  tarixini 

əks  etdirən  müqəddəs  bir  torpaqdır.  Naxçıvan  böyük  şəx-

siyyətlər  yetişdirmiş  bir  torpaqdır.  Naxçıvan  Azərbaycan 

xalqının  tarixini  əks  etdirən  abidələri  özündə  cəmləşdirən 

bir  diyardır.»  (Heydər  Əliyev.  Ədəbiyyatın  yüksək  borcu 

və amalı. Bakı, 1996, s. 365.) Ulu Öndərin bu dərin mənalı 

sözləri  Naxçıvanı  səciyyələndirmək  və  tanıtmaq,  onun 

malik  olduğu  və  malik  olacağı  mədəni-mənəvi  sərvətləri 

səciyyələndirmək  baxımından  bütöv  bir  ensiklopediyadan 

daha  zəngin  material,  dərin  bilgi  verir  desək,  o  qədər  də 

böyük mübaliğə olmaz. 

Sözə  və sənətə diqqət və qayğı  mühitində dünyaya göz 

açmış  və  nəşvü  nüma  tapmış  Heydər  Əliyevin  də  müdrik 

bir söz xiridarı kimi böyüməsi çox təbii idi.  

Hüseyn Cavid yaradıcılığı və cavidlər ailəsi ilə tanışlığı 

1981-ci  ildə  böyük  şairin  100  illiyi  münasibətilə  qəbul 




 

33 

 

edilmiş  qərardan  çox-çox  əvvəllər,  hələ  Ulu  Öndərin 

uşaqlığı  və  ilk  gəncliyi  dövründə  baş  vermişdir.  Ümum-

milli  liderimizin  heyrətamiz  fenomenal  yaddaşı  sayəsində 

sonralar xatırladığına görə, Hüseyn Cavidin böyük qardaşı 

Şeyx  Məhəmməd  Naxçıvanda  onun  ilk  ana  dili  müəllimi 

olmuşdur.  Sonralar  Hüseyn  Cavidin  qızı  Turan  Cavidlə 

söhbətində  Heydər  Əliyev  öz  müəllimini  xatırlayaraq  de-

yəcəkdi:  «Mənə  ilk  Azərbaycan  dilini  öyrədən  Şeyx  Mə-

həmməddir.  Gözəl  müəllim  idi.  Amma  çox  tələbkardı, 

hətta demək olar ki, əzazil idi. 

Turan  Cavid:  Amma  deyim  Sizə  ki,  Siz  həmişə  mü-

əllimlərinizi xoş sözlərlə xatırlayırsınız. Tələbkar müəllim 

çox yaxşıdır. 

Heydər Əliyev: Bəs nə, müəllim tələbkar olmalıdır. Özü 

də o  vaxtlar. Mənim  kimi tələbəyə bir o qədər tələbkarlıq 

lazım deyildi, amma 25-30 nəfər tələbənin hamısı müxtəlif 

səviyyədə idilər. Ona görə də çox tələbkar idi.  

Mənə 5-ci sinifə qədər o dərs deyib.  Azərbaycan dilin-

dən. Amma mən sənə deyim ki, o vaxtlar maddi cəhətdən 

çətinlik çəkirdi. Elə mən özüm də kasıb bir evdən idim. O 

vaxtlar, ümumiyyətlə, orda sən deyən dövlətli adamlar yox 

idi. Amma bəzi müəllimlər var idi ki, keçmişdən onlara nə 

isə  qalmışdı.  Geyimləri  yüksək  idi.  Amma  bu  isə  sadə 



 

34 

 

geyinirdi. 

Turan Cavid:  Ailə də çox böyük idi. Birinci qadından 3 

uşağı var idi, o birisindən isə 5. Ona görə çətin idi. 

Heydər  Əliyev:  Çətinliyi  olmağını  hiss  edirdim,  amma 

çox intizamlı və tələbkar müəllim idi.”  

1943-cü  ildə  ordudan  tərxis  edilərək  Naxçıvana  gəlmiş 

Ərtoğrol  Cavidi,  sonralar  isə  Hüseyn  Cavidin  həyat  yol-

daşı  Mişkinaz  xanımı  gördüyünü  yaxşı  xatırlayan  Heydər 

Əliyevin ürəyində Cavid sevgisinin daha da qüvvətlənmə-

sində,  şübhəsiz  ki,  bu  ünsiyyətlərin  də  böyük  rolu  olmuş-

dur.  Hələ  bundan  xeyli  əvvəl,  Naxçıvan  Pedaqoji  Mək-

təbində təhsil alarkən sənətin bütün növlərinə, o sıradan da 

teatra  böyük  maraq  göstərən  Ulu  Öndər  məktəbin  dram 

dərməyinin  aparıcı  üzvlərindən  biri  olarkən,  o  dövrdə 

tələbə  gənclər  arasında  populyar  olan  başqa  tamaşalarla 

yanaşı,  Hüseyn  Cavidin  «Şeyx  Sənan»  faciəsində  də  baş 

rolu böyük uğurla ifa etmişdi. 

1981-ci  ildə  Cavid  irsinin  öyrənilməsinin,  təbliğinin 

daha  da  yaxşılaşdırılması  və  Azərbaycanın  bu  böyük 

sənətkarının xatirəsinin əbədiləşdirilməsi haqqında Heydər 

Əliyevin  təşəbbüsü  ilə  və  Hüseyn  Cavid  şəxsiyyətinə, 

yaradıcılığına  böyük  məhəbbəti  sayəsində  qəbul  edilmiş 

tarixi qərarın əsas bəndlərinin həyata keçirilməsinin, Sovet 




 

35 

 

İttifaqında  və  dünyada  gedən  mürəkkəb  qlobal  ictimai-

siyasi  proseslərin  təsiri  altında  tam  15  il  gecikəcəyi  heç 

kimin  ağlına  gəlməzdi.  Burada  simvolik  məna  axtarmaq-

dan uzaq olsaq da, belə bir həqiqəti də etiraf etməliyik ki, 

sanki  tarixin,  heç  nəyə  baxmayan  zamanın  özü  də  bu  işlə 

bağlı  gedişini  dayandıraraq,  həmin  təşəbbüs  müəllifinin 

özünün qayıtmasını  və yarımçıq qalmış işlərin özünün  ta-

mamlamasını  gözləyirdi.  Ancaq  təkcə  Azərbaycana,  vətə-

nin ən qədim dilbər guşəsi doğma Naxçıvana qayıtmaqla iş 

bitmirdi. Heydər Əliyev o zaman həm də hər kəsdən artıq 

layiq  və  gərəkli  olduğu  hakimiyyətə  qayıtmalı  idi  ki, 

qarşıya qoyduğu ülvi məqsədləri gerçəkləşdirə bilsin. Hələ 

1992-ci ildə Naxçıvan Muxtar Rezpublikası Ali Məclisinin 

Sədri  vəzifəsində  çalışarkən  Hüseyn  Cavidin  110  illik 

yubileyi  münasibətilə  keçirilən  yığıncaqdakı  nitqində  Ulu 

Öndər təəssüflə deyirdi: 

«1981-ci ildə Azərbaycan KP MK, Azərbaycan Nazirlər 

Soveti  Hüseyn  Cavidin  100  illik  yubileyi  haqqında  qərar 

qəbul edərkən bir çox tədbirlərin həyata keçirilməsi nəzər-

də  tutuldu.  Hüseyn  Cavidin  cənazəsinin  vətəninə  qay-

tarılması, Hüseyn Cavidin Bakıda və Naxçıvanda yaşadığı 

evlərdə  ev-muzeyinin  təşkil  olunması,  Hüseyn  Cavidin 

heykəlinin  Bakıda  qoyulması,  Hüseyn  Cavidin  Naxçıvan-



 

36 

 

da  məzarı  üzərində  məqbərənin  yaranması,  Naxçıvanda 

Hüseyn  Cavidin  heykəlinin  qoyulması,  Hüseyn  Cavidin 

əsərlərinin  geniş  yayılması,  dərc  olunması,  rus  dili  və 

başqa dillərə tərcümə olunması, təqdim olunması. Təəssüf 

ki,  bu  tədbirlərin  çoxu  bu  10  ilin  içərisində  həyata 

keçirilməyibdir. Bu gün qeyd olunur ki, bu işlərdə mənim, 

Heydər  Əliyevin  təşəbbüskarlığı  olubdur.  Bəli,  olubdur, 

ancaq mən bunu özüm böyük bir nailiyyət hesab etmirəm. 

Bu  mənim  sadəcə  vətəndaşlıq  borcum  olubdur.  Mən 

vətəndaşlıq  borcumu  yerinə  yetirdiyimə  görə  şübhəsiz  ki, 

təsəlli tapıram.» 

Əlbəttə, bu da Heydər Əliyevin böyük təvazökarlığının 

bir  sübutudur  ki,  gördüyü  möhtəşəm  işləri  sadəcə  özünün 

vətəndaşlıq borcu kimi qələmə verə bilsin! Ancaq eyni za-

manda,  bunun  özü  də  Heydər  Əliyevin  azərbaycançılıq 

məktəbinin başqaları üçün bir ibrət və örnək dərsidir ki, o 

zaman  hakimiyyətdə  olanlar  da  heç  olmasa,  vətəndaşlıq 

borclarını anlayıb, heç olmasa, Heydər Əliyevin yarısı qə-

dər yerinə yetirə bilsinlər... Heydər Əliyevin verdiyi müd-

rik  dərslərdən  biri  də  budur  ki,  təkcə  əlində  hakimiyyət 

olan  dövlət  xadimləri,  vəzifəli  şəxslər  deyil,  hər  bir  azər-

baycanlı  milli-mənəvi  dəyərlərə  münasibətdə  öz  mövqe-

yini ortaya qoymağa borcludur. Bu baxımdan o, özünü sa-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə