Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 

67 

 

maturqu Hüseyn Cavidin cənazəsini 1982-ci ildə Sibirdən 

gətirərkən,  onu  burada  –  Naxçıvanda  torpağa  verərkən 

mən  qərar  qəbul  etmişdim  ki,  onun  qəbri  üzərində  məq-

bərə tikilsin. Bu, indiyədək  olmamışdı.  İndi onu başa çat-

dırmışıq  və  mən  bu  mərasim  münasibətilə  Naxçıvana 

gəlmişəm.” 

Səriştəsiz, diletant başçıların üç il yarım ərzində xaraba 

qoyduqları  Azərbaycanı  tam  qarşısında  durduğu  uçurum-

dan  xilas  etmək  üçün  Heydər  Əliyev  üç  il  yarım  ərzində 

fasiləsiz mübarizə aparmalı oldu, hətta o dərəcədə ki, doğ-

ma Naxçıvana  getməyə belə  vaxt tapa  bilmədi. Kim bilir, 

bəlkə  hələ  üç  il  yarım  da,  yəni  nağıllarda  olduğu  kimi, 

yeddi  il  Naxçıvana  gedə  bilməyəcəkdi,  əgər  Ümummilli 

Liderin  böyük  Cavid  sevgisi,  dahi  sənətkar  qarşısında 

duyduğu  övladlıq  borcu  olmasaydı…  Təsadüfi  deyil  ki, 

müsahibəsinin sonunda da bunu xüsusi vurğulayır və “mən 

bu mərasim münasibtəilə Naxçıvana gəlmişəm” – deyirdi. 

Repressiya  qurbanı  olan  Hüseyn  Cavid  Heydər  Əliyev 

üçün  bir  də  şəhid-sənətkar  kimi  əziz  idi.  Buna  görə  də 

təsadüfi  deyil  ki,  Cavid  mərasiminə  gəlmiş  Azərbaycan 

Prezidenti ilk növbədə  Naxçıvandakı  Şəhidlər Xiyabanına 

getmiş,  burada  qorunan  fəxri  kitaba  öz  ürək  sözlərini 

yazmışdı.  İndi  artıq  tarixə  qovuşmuş  həmin  ürək  sözləri 



 

68 

 

belə idi: 

“Azərbaycan Respublikasının ərazi bütövlüyü, suveren-

liyi,  müstəqilliyi  uğrunda  şəhid  olanlar  əbədiyyətə  qovu-

şublar.  Onların  qəhrəmanlıq  xatirəsi  bizim  qəlbimizdə 

daim yaşayacaq.” 

Şübhəsiz ki, bu sözlərdə Hüseyn Cavidin, Azərbaycanın 

başqa  şəhid  övladlarının  da  payı  vardır.  Çünki  vətən, 

millət  uğrunda  canını  fəda  edənlər  hər  hansı  bir  zaman 

kəsiyinə sığışmır, tarixin əbədi yol yoldaşlarına çevrilirlər.   

 

 

 



 


 

69 

 

 

 



 

 

 



 

 

HÜSEYN CAVİD İRSİNİN  



BÖYÜK QAYĞIKEŞİ

 

 

eyirlər,  dahilərin  talelərində  bənzər  cəhətlər, 



kəsişən  xətlər  çox  olur.  Eyni  torpaqdan  nəşət 

tapmış  Hüseyn  Cavid  və  Heydər  Əliyevin  

talelərindəki  bənzərlik  də  təkcə  zahiri,  formal  cəhətlərlə 

məhdudlaşmır.  

Azərbaycan  xalqının  yetirdiyi  bu  iki  düha  bir  an  belə 

doğma xalqa və vətənə xidmətdən geri qalmamışdır və ən 

əlamətdarı  da  odur  ki,  hər  an  bir-birinə  həyan  olmuş,  öz 

müqəddəs  missiyalarını  yerinə  yetirərkən  bir-birinin 

yardımçısı olmuşlar. 

Hüseyn  Cavidin  bədii-fəlsəfi  yaradıcılığı  Azərbaycan 



 

70 

 

ədəbiyyatı  və  mədəniyyəti  xəzinəsinin  ölməz  dəyərləri  sı-

rasına  çoxdan  vəsiqə  alıb.  Böyük  sənətkarın  əsərlərinin 

son  dəfə  beşcildlik  şəklində  Azərbaycan  Prezidentinin 

sərəncamı  ilə  latın  qrafikalı  yeni  Azərbaycan  əlifbasında 

kütləvi  tirajla  çap  edilməsi  bu  ölməz  ədibin  bədii  irsinin 

xalqımız  arasında  populyarlaşdırılmasında  müstəsna  rol 

oynayıb. 

Minillik  tarixə  malik  olan  Azərbaycan  ədəbiyyatı  inki-

şafı boyunca hər əsrdə yeni-yeni böyük sənətkarlar ərsəyə 

gətirib.  Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük 

şəxsiyyətlərdən biri olan filosof-şair və istedadlı dramaturq 

Hüseyn Cavid bu milli dirçəliş əsrinin ərməğan etdiyi dahi 

sənətkarlardan biridir. Yaradıcılığının ilk çağlarından oriji-

nal sənət yolu ilə o zamankı yüksək səviyyəli milli ədəbi-

ictimai fikrin diqqətini öz yaradıcılığına çəkmiş Cavid irsi 

30  il  ərzində  ədəbi  prosesin  aparıcı  qüvvələrindən  biri 

olmuşdur.  Günahsız  yerə  repressiya  olunduqdan  sonra  bir 

müddət Hüseyn Cavidin ədəbi şəxsiyyəti və ölməz əsərləri 

yasaq  mövzuya  çevrilsə  də,  əsl  vətənpərvər,  milli  ruhlu 

ziyalıların  xatirindən  bir  an  da  çıxmamış,  yeri  gəldikcə 

müxtəlif  məclislərdə  və söhbətlərdə anılmış, böyük sənət-

karın  proqressiv  humanist  fikirləri  qeyri  mətbu  formada 

olsa  belə  yayılmış,  gənclər  arasında  təbliğ  edilmiş,  onun 




 

71 

 

unutqanlıq zonasına düşməsinə imkan verilməmişdir.  

Bütün böyük klassiklər kimi, Hüseyn Cavid də zamanın 

haqq  və  ədalət  sınağından  alnıaçıq  çıxaraq  layiq  olduğu 

bəraəti  almış  və  xalqın  xoşbəxt  gələcəyi  uğrunda  mübari-

zədə öz  müstəsna rolunu  və funksiyasını layiqincə davam 

etdirməyə  başlamış,  tarixin  kəsilmiş  bağlarını  bir-birinə 

düyünləmişdir.  Xalqımızın  bir  çox  klassik  sənətkarı  kimi, 

Hüseyn  Cavid  irsinin  və  sənətkar  şəxsiyyətinin  də  əsl 

qiymətini,  müstəsna dəyər  və lazımlığını  Azərbaycan xal-

qının XX əsrdə yetirdiyi daha bir dahi oğlu, ümummilli li-

derimiz,  sözün-sənətin  böyük  bilicisi  və  hamisi  Heydər 

Əliyev  müəyyən  etmiş,  onun  istər  cismən,  istərsə  də  mə-

nən vətəninə, xalqına qaytarılmasında, milli-mənəvi tərəq-

qi  prosesində  öz  layiqli  yerini  tutmaqda  müstəsna  rol 

oynamışdır.  Məhz  Heydər  Əliyevin  təşəbbüsü  və  bilava-

sitə  iştirakı  ilə  şairin  ev-muzeyi  yaradılaraq  fəaliyyətə 

başlamış,  doğma  vətəni  Naxçıvanda  möhtəşəm  məqbərəsi 

ucaldılaraq  Cavidin  qərib  ruhuna  bir  töhfə  kimi  ərməğan 

edilmişdir.  

Heydər  Əliyev  ideyalarının  və  işlərinin  layiqli  davam-

çısı  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyev hər sahədə olduğu kimi, Cavid irsinin nəşri, təbliği 

və  öyrənilməsi  sahəsində  də  ümummilli  liderimizin  baş-



 

72 

 

ladığı  qədirşünaslıq  fəaliyyətini  davam  və  inkişaf  etdirir. 

Bu  baxımdan  Hüseyn  Cavidin  125  və  130  illik  yubiley-

lərinin  yüksək  dövlət  səviyyəsində  keçirilməsi  haqqında 

ölkə  Prezidentinin  imzaladığı  sərəncamlar  ədəbi-mədəni 

irsimizin,  o  sıradan  Hüseyn  Cavid  yaradıcılığının  ən  ali 

dairələrdə necə yüksək qiymətləndirilməsi haqqında əyani 

təsəvvür  oyadır.  Bu  ali  dövlət  sənədləri  Azərbaycanın 

bütün  ziyalıları  kimi,  Azərbaycan  Milli  Elmlər  Akademi-

yası  Hüseyn  Cavidin  ev  muzeyinin  kollektivi  üzərinə  də 

məsul  və şərəfli  vəzifələr  qoymuşdur. Bütün respublikada 

və  dünya  azərbaycanlıları  arasında  Cavid  irsinin  vur-

ğunları  üçün  bir  növ  qeyri-rəsmi  əlaqələndirmə  mərkəzi, 

görüş, hal-əhval tutmaq yeri kimi çıxış edən muzeydə son 

illər  böyük  şair  və  dramaturqun  ədəbi-bədii  irsinin  nəşri, 

təbliği  və  araşdırılması  üzrə  bir  çox  işlər  görülmüşdür  ki, 

bütün  bunlar  barədə  respublikanın  kütləvi  informasiya 

vasitələrində, muzeyin internet saytında kifayət qədər mə-

lumat verildiyindən bir daha nəzərə çatdırılmasına ehtiyac 

yoxdur.  Hüseyn  Cavidin  125  və  130  illik  yubileylərinin 

keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti 

İlham  Əliyevin  verdiyi  sərəncamlardan  sonra  muzeydə 

təbii  olaraq  yeni  bir  canlanma  müşahidə  edilməkdədir. 

Muzeyin əməkdaşları ali dövlət sənədlərindəki direktivlər-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə