Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 

53 

 

etməliyik  ki, onun ruhu şad olsun?! Yalnız ona layiq işlər 

görməliyik.  Gurultulu  sözləri  sevməyən  Heydər  Əliyevi 

sevir, ona hörmət ediriksə, özümüzü də, xalqı da boş söz-

lərlə  aldatmamalıyıq.  Yalnız  bu  millətə  xeyir  verən  işlər 

görməklə Heydər Əliyev əməllərinə sadiq qaldığımızı, ona 

ehtiramımızı  bildirmiş  olarıq.  Bununla  da  onun  memarı 

olduğu,  qurub-yaratdığı  dövlətçiliyimizin  mənafeyini  qo-

ruya  bilərik.  Heydər  Əliyevin  ruhu  Hüseyn  Cavid  demiş-

kən nuri-həqq kimi daim yanacaq, sönməyəcək.” 

Turan xanımın vətəndaş qeyrəti və qüruru ilə yazdığı bu 

sözlərdən 10 ildən də artıq bir zaman keçir. Nə yaxşı ki, bu 

ziyalı  xanımın  tövsiyəsi  və  vəsiyyəti  bu  gün  müstəqil 

Azərbaycan Respublikasında ən yüksək səviyyədə gerçək-

ləşməkdədir. Ulu Öndərin layiqli varisi, onun monumental 

vətənsevər  işlərinin  davamçısı,  Azərbaycan  Respublika-

sının  Prezidenti  İlham  Əliyevin  ürəyində  də  Heydər  Əli-

yevin  ürəyində  olan  Hüseyn  Cavid  sevgisi,  Azərbaycan 

sevgisi  alovlanmaqdadır.  Hüseyn  Cavidin  130  illik  yubi-

leyinin beynəlxalq səviyyədə keçirilməsi, ölməz sənətkarın 

irsinə,  onun  ev  muzeylərinə  (Naxçıvanda  və  Bakıda) 

göstərilən yüksək qayğı və diqqət bunun əyani sübutu kimi 

səslənə  bilər.  Ancaq  yenə  də  mövzumuza  qayıdaq  və 

tarixin səhifələrini bir daha varaqlayaq.  



 

54 

 

Dahi  öndər  Heydər  Əliyev  Naxçıvanda  Hüseyn  Cavid 

məqbərəsinin təntənəli açılışı mərasimində söylədiyi dərin 

mənalı nitqində bir daha Hüseyn Cavidi, onun yaradıcılığı-

nın  Azərbayacan  xalqı  və  dövlətçiliyi  üçün  əhəmiyyətini 

belə qiymətləndirmişdir: «Hüseyn Cavidin bütün yaradıcı-

lığı,  bütün  fəaliyyəti  Azərbaycan  xalqının  mədəniyyətini 

yüksəkliyə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq et-

məkdən  ibarət  olubdur.  Onun  bütün  yaradıcılığı  Azərbay-

can  xalqını  milli  azadlığa,  müstəqilliyə  çağırıbdır.  O,  hə-

mişə  öz  iradəsi  ilə  yaşamış,  öz  iradəsinə,  millətinə  sadiq 

olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və mil-

lətinə həddindən artıq xidmət edən bir insan olmuşdur». 

Yalnız  klassikin  həyat  və  yaradıcılığını,  eləcə  də  onu 

araya-ərsəyə  gətirən  mədəni-mənəvi,  sosial-siyasi  mühiti 

dərindən  dərinə  bilən  və  elmi  araşdırmaya,  sistemləşdir-

məyə qabil bir təfəkkür sahibi olan, eyni zamanda, doğma 

ədəbiyyatını,  mədəniyyətini  sonsuz  bir  məhəbbətlə  sevən 

bir  şəxsiyyət  bu  cür  qiymət  verə  bilərdi.  Heydər  Əliyev 

bütün  həyatı  və  fəaliyyəti  boyu  Hüseyn  Cavid  yaradıcılı-

ğına  və  şəxsiyyətinə  münasibətdə  məhz  vurğuladığımız 

mövqeyi  tutduğunu  və  bu  mövqedən  bir  an  belə  geri 

durmadığını  parlaq  şəkildə  sübuta  yetirmişdir.  Bir  şey  də 

maraq  doğurur  ki,  Heydər  Əliyevin  Hüseyn  Cavid  haq-




 

55 

 

qında  dediyi  yüksək  sözlər,  əslində,  dahi  bir  azərbaycanlı 

kimi  elə  onun  özünə  də  tamamilə  aiddir;  əgər  həmin 

sözləri  iqtibas  edərək  desək  ki:  «Heydər  Əliyevin  bütün 

yaradıcılığı,  bütün  fəaliyyəti  Azərbaycan  xalqının  mədə-

niyyətini yüksəkliyə qaldırmaqdan, xalqımızı azad, müstə-

qil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı 

Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. 

O,  həmişə  öz  iradəsi  ilə  yaşamış,  öz  iradəsinə,  millətinə 

sadiq  olmuşdur,  millətini,  xalqını  həddindən  artıq  sevmiş 

və  millətinə  həddindən  artıq  xidmət  edən  bir  insan  ol-

muşdur»  -  bu  sözlərdə  zərrə  qədər  də  yanlışlıq  tapmaq 

mümkün olmaz.   

Ən əlamətdarı isə odur ki, Ümummilli Lider bu cür mü-

nasibəti  təkcə  Hüseyn  Cavidə  qarşı  deyil,  Azərbaycan 

ədəbiyyatı və mədəniyyəti tarixində xidmətləri olan hər bir 

klassik  sənətkarımıza  qarşı  göstərmişdir.  Bu  münasibətin 

bu  gün  də  davam  etməsi,  yəni  Ümummilli  Lider  Heydər 

Əliyevin  birbaşa  gələcəyə  yönəlmiş  müdrik  mədəniyyət 

siyasətinin  davam  və  inkişaf  etdirilməsi  Azərbaycan  döv-

lətçiliyinin, xalqın mədəni səviyyəsinin dönmədən inkişafı 

və gücləndirilməsinin möhkəm qarantı kimi nəzərə çarpır. 

Son  zamanlar  Azərbaycan  Respublikasının  Prezidenti 

İlham  Əliyev  tərəfindən  xalqımızın  böyük  şəxsiyyətləri-



 

56 

 

nin,  şair  və  yazıçıların  yubileylərinin  yüksək  səviyyədə 

keçirilməsi haqqında verilən sərəncamlar Heydər Əliyevin 

mesenatlıq  fəaliyyətinin  və  bununla  da  Azərbaycan  xal-

qına xidmətinin dinamik inkişafının göstəricisidir. 



 

57 

 

 

 



 

 

 

HÜSEYN CAVİD  

İRSİNİN BİLİCİSİ 

 

əşər tarixində şeirə-sənətə, sənətkar şəxsiyyəti-



nə hamilik edən dövlət başçıları az olmayıbdır. 

Xüsusi  halda  klassik  Yaxın  və  Orta  Şərq  ədə-

biyyatlarına  üz  tutsaq,  bir  çox  hökmdarların  adlarını 

hörmətlə  çəkə  bilərik  ki,  bunların  arasında  tarixən  türk 

başçıları  öz  səxavət  və  mərifətləri  ilə  həmişə  seçilmişlər. 

Ancaq  Azərbaycanın  Ümummilli  Lideri,  Ulu  Öndər  Hey-

dər Əliyev bu baxımdan unikal bir mövqeyə malikdir, de-

sək, yəqin  ki, mübaliğə olmaz. Xüsusən  klassiklərin yara-

dıcılığına böyük önəm verən Heydər Əliyev onların tədqiq 

və təbliğinə, Vətən və millət qarşısındakı xidmətlərinin də-

yərləndirlməsinə  qayğı  və  diqqətini  bir  an  belə  əsirgəmə-

B

 



58 

 

mişdir.  Azərbaycan  ədəbiyyatını  dünyanın  ən  qədim  və 

zəngin  ədəbiyyatlarından  biri  sayan  Ümummilli  Lider,  bu 

ədəbiyyatın  yetirdiyi  böyük  dahilərin  qlobal  miqyasda  öz 

layiqli  qiymətlərini  almadıqlarını  dəfələrlə  qeyd  etmiş  və 

bu  yolda  göstərdiyi  titanik  səyləri  təvazökarlıqla  özünün 

vətəndaşlıq borcu elan etmişdir. 

Heç şübhə yoxdur ki, Heydər Əliyevin sevə-sevə qayğı 

göstərdiyi  klassik  Azərbaycan  sənətkarları  içərisində  dahi 

şair  və  dramaturqumuz,  böyük  filosof  və  fikir  adamı,  və-

tənpərvər  ziyalı  Hüseyn  Cavidin  özünə  məxsus  müstəsna 

yeri vardır. Hüseyn Cavidin repressiyaya uğradığı 1937-ci 

ildə  Heydər  Əliyevin  14  yaşı  vardı  və  o,  artıq  tay-tuşları 

arasında  ədəbiyyata,  xüsusən  dramaturgiyaya  güclü  meyl 

göstərən bir gənc kimi tanınırdı. Şübhəsiz ki, o dövrün ən 

böyük dramaturqlarından olan Hüseyn Cavidin yaradıcılığı 

ilə  də  yaxşı  tanış  idi.  Cavid  irsi  ilə  bu  tanışlığının,  Cavid 

irsinə  bu  sevgisinin  təsiri  idi  ki,  sonralar  Heydər  Əliyev 

Cavidi  dünya  dramaturgiyasının  ən  böyük  nümayəndələri 

olan  Şekspirlə,  Gete  ilə  müqayisə  edəcək  və  üstünlüyü 

Azərbaycan dahisinə verəcəkdi. 

Bəli,  taleyin,  zamanın,  dünyanın  özünü  əsərlərində  bir 

marionet  kimi  oynadan  böyük  Cavidi,  taleyin  oyunları 

1937-ci ildə Şərqi Turan (yenə də taleyin istehzası!) çöllə-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə