Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 

37 

 

də azərbaycanlılardan ayırmayaraq deyirdi: 

«Fəqət  o  tədbirlərin  indiyə  qədər  həyata  keçirilməməsi 

yəqin ki, hər bir millətini, dövlətini, xalqını, mədəniyyəti-

ni,  ədəbiyyatını  sevən  azərbaycanlı  üçün  eyni  zamanda 

çox böyük narazılıq törədir. O cümlədən məndə də.» 

Müdrik Ulu Öndər, Azərbaycanın tarix boyu baş bəlası-

na  çevrilmiş  xırda  yerliçilik  hisslərinə,  regionçuluq  duy-

ğularına da özünün kəskin münasibətini bildirir, bu sözləri 

ilə  də,  bütün  zamanların  ən  böyük  azərbaycançılarından, 

bütöv,  güclü  Azərbaycanı  hər  şeydən  uca  tutanlardan  biri 

olduğunu bir daha elan edirdi: 

«Bəziləri  düşünə  bilər  ki,  Hüseyn  Cavid  naxçıvanlı 

olduğuna görə bəlkə Heydər Əliyev belə bir təşəbbüskarlıq 

edir. Yox, Azərbaycanda hamı bilir ki, Azərbaycanın milli 

irsinə,  mədəni  irsinə,  ədəbiyyatına,  mədəniyyətinə  im-

kanım  qədər  kömək  etməyə  və  onları  qaldırıb  indiki 

nəsillərə göstərməyə həmişə çalışmışam.» 

Heydər  Əliyevin  dilimizin  imkanlarından  maksimum 

yararlanmaqla söylədiyi bu tarixi nitqində diqqətçəkən bir 

cəhət də budur ki, o, Cavidin 110 illiyinə sadəcə bir anım, 

bir yubiley, böyük sənətkarın yad edilməsi kimi yanaşmır, 

onu böyük bir bayram olaraq təqdim edirdi. Əlbəttə, mədə-

ni  irsə  yanaşmanın  yolunu  göstərən  bu  münasibət  də  bir-



 

38 

 

başa  Heydər  Əliyevin  vətənsevərlik  məktəbinin  ibrətamiz 

dərslərindən  sayılmalıdır.  Nitqinin  lap  başlanğıcında 

Ümummilli  Lider  üzünü  ağır  blokada  və  müharibə  şərai-

tində  mərdliklə  yaşayan,  doğma  torpaq,  sevgili  yurd  uğ-

runda bütün çətinliklərə sinə gərən həmvətənlərinə tutaraq 

deyirdi: 

«Bu  gün  bayram  günüdür,  bu  gün  bütün  Azərbaycan 

xalqı üçün, o cümlədən naxçıvanlılar üçün böyük bir bay-

ramdır.  Biz  Azərbaycanın  böyük  yazıçısı,  şairi,  dramatur-

qu,  mütəfəkkiri,  filosofu  Hüseyn  Cavidin  anadan  olması-

nın 110 illiyini qeyd edirik.» Nitqini fəlsəfi mühakimələrlə 

davam  etdirən  Ümummilli  Lider,  özünün  də  müdrik  bir 

ağsaqqal,  dünyagörmüş  filosof,  qlobal  xeyir-şər  qarşıdur-

masını dişinə vurmuş mütəfəkkir olduğunu təsdiq edirdi: 

«Bu dünya heç kim üçün, heç kəs üçün əbədi deyil. Hü-

seyn  Cavid  öz  həyatı  dövründə  yaratdığı  mənəvi,  mədəni 

sərvətlərlə  özünü  əbədiləşdiribdir.  Ona  görə  də  bugünkü 

toplantı,  bu  mərasim,  bu  yubiley  gecəsi  deyil,  bayram 

gecəsidir.  Biz  Hüseyn  Cavidin  əsərlərinin  uzun  illərdən 

sonra  qalibiyyətini  qeyd  edirik  və  bayram  edirik.  Bu 

bayram  xüsusi  bir  şəraitdə  keçirilir.  Azərbaycan  öz  milli 

azadlığına,  dövlət  müstəqilliyinə  nail  olub  və  bu  bayramı 

biz  müstəqil  Azərbaycanın  mövcud  olduğu  bir  şəraitdə 




 

39 

 

keçiririk. Eyni zamanda bu bayramı Azərbaycanda, o cüm-

lədən  də  Naxçıvanda  mövcud  olan  gərgin  sosial-iqtisadi, 

ictimai-siyasi vəziyyət şəraitində keçiririk.» 

Ancaq təbii ki, Ulu Öndəri Azərbaycanın və Naxçıvanın 

düşdüyü  ağır  müharibə  vəziyyəti  qorxutmur,  o,  vəziyyəti 

bir diplomat, bir təcrübəli dövlət xadimi, nəhayət, bacarıqlı 

və istedadlı bir sərkərdə  kimi analiz edərək,  gələcəyə tam 

bir nikbinliklə baxır: 

«Bu vəziyyətin səbəbləri  məlumdur. Beş ildir ki, Azər-

baycan  müharibə  şəraitindədir,  torpaqlarının  bir  qismi 

əlindən gedib, çox qurbanlar gedib. Fəqət Azərbaycan hələ 

də  bu  müharibədən  çıxa  bilməyibdir  və  öz  ərazi  bütövlü-

yünü, suverenliyini təmin edə bilməyibdir.  İkinci tərəfdən 

bu gərginliyin səbəbi iqtisadi, ictimai-sosial böhrandır. Bu 

böhran  artıq  keçmiş  Sovetlər  İttifaqının  hər  yerindədir. 

Azərbaycan  burada  müstəsnalıq  təşkil  etmir.  Fəqət 

Azərbaycanın uzun müddət müharibə şəraitində olması bu 

böhranı daha da dərinləşdirir  və bizim  vəziyyətimizi  ağır-

laşdırır. Ancaq bunların hamısına baxmayaraq, biz bu gün 

bayram edirik. Çünki  həyat nə qədər  maddi cəhətdən ağır 

olsa  da,  insan  mənəviyyatı  insanı  yaşatmağa,  mübarizəyə 

və  bu  çətinliklərin  öhdəsindən  gəlməyə  yardım  edir.  Bu 

mənəviyyat mənbəyi də bizim mədəniyyətimizdədir, bizim 



 

40 

 

xatirimizdədir, bizim ali köklərimizdədir, bizim əbədiyyə-

timizdədir, bizim mənəviyyat, mədəniyyət xəzinəmizdədir. 

Bu xəzinəni bizə bəxş edənlərdən biri də və demək olar ki, 

ən görkəmlisi də Hüseyn Caviddir.»  

Hələ  1992-ci  ildə,  yəni  gələcəyin  dumanlı,  qeyri-mü-

əyyən  olduğu,  Cavid  məqbərəsinin  başa-bəhəmə  gələcəyi 

günə  tam  dörd  il  qalarkən  bu  barədə  Heydər  Əliyevin 

xəyal  kimi  görünən  proqnozları,  onun  ülvi  məqsədləri, 

Hüseyn Cavidin xatirəsi qarşısında bütün azərbaycanlıların 

daşımalı olduğu borc hissinə münasibəti, peyğəmbərcəsinə 

uzaqgörənliyi sözün ən yaxşı mənasında heyrət doğurmaya 

və  bu  söz  sahibinin  iradəsi  qarşısında  baş  əydirməyə 

bilmir: 


“Hüseyn  Cavidin  cənazəsini  Sibirdən  gətirəndən  sonra 

onun  dəfni  ilə  əlaqədar  Azərbaycanda  fikir  müxtəlifliyi 

oldu.  Bəziləri  onun  Bakıda  Fəxri  Xiyabanda  dəfn  olun-

ması, bəziləri isə Naxçıvan torpağında, şəhərin mərkəzində 

dəfn  olunması  fikrini  irəli  sürdülər.  Bu  məsələni  biz  həm 

alimlərlə, həm yazıçılarla  geniş  müzakirə etdik  və ümumi 

fikir  belə  oldu  ki,  cənazə  Naxçıvana  gəlsin.  Bir  ona  görə 

yox ki, o burada, Naxçıvanda doğulub, ona görə ki, burada 

onun  məzarının  üzərində  böyük  bir  məqbərə,  mavzoley 

ucalsın.  Bu  bir  ziyarətgah  olsun.  Qədim  Naxçıvan  diya-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə