Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 

49 

 

əvvəl binanın birinci mərtəbəsində olan muzey, məhz onun 

diqqət  və  qayğısı  sayəsində,  əsl  ünvanında  yerləşdirildi. 

Onun daimi nəzarəti altında çox böyük bərpa və tərtibat iş-

ləri aparıldı.» 

Yazısında  atası  Hüseyn  Cavid  kimi,  özünə  mənəvi 

qardaş  saydığı  Heydər  Əliyevin  də  cismani  yoxluğuna 

inanmadığı açıq-aşkar hiss olunan Turan xanımın dilindən 

bəzən nisgilli ifadələr də süzülür: 

«Hüseyn Cavidin anadan olmasının 120 illiyi ərəfəsində 

muzeyin  açılışında  şəxsən  iştirak  etdi.  Heç  kəsin  ağlına 

gələ bilməzdi ki, bu böyük şəxsiyyətin lentini kəsdiyi son 

muzey elə Cavidin ev muzeyi, onun yadigarlarını qoruyan 

bu  otaqlar  olacaq.  Həmin  gün  muzeydə  xeyli  oturdu.  Bi-

zimlə  çox  səmimi  söhbətlər  etdi.  Vaxtın  necə  keçdiyini 

heç  kəs  hiss  etmədi.  «Kitabi-Dədə  Qorqud»un  Drezden 

nüsxəsini (Drezden nüsxəsinin nəfis surəti nəzərdə tutulur 

–  G.B.)  Elmlər  Akademiyasına  (Əlyazmalar  İnstitituna  – 

G.B.)  təqdim  etdi.  Həmin  gün  bizim  üçün  həmişə  xatırla-

yacağımız son dərəcə mənalı tarix idi.» 

Doğrudan  da,  bəzən  əziz  bir  insanı  itirəndən  sonra  ona 

hər  an  ehtiyac  duyulduğu  daha  kəskin  şəkildə  meydana 

çıxır. Bu zaman onun hər bir sözü, işi yada düşür və yeni 

kontekstdə, yeni şəraitdə nəzərdən keçirilərək qiymətləndi-



 

50 

 

rilir.  Turan  xanımın  Heydər  Əliyevi  təzəcə  itirdiyimiz  bir 

vaxt qələmə aldığı bu yazı da bənzər duyğularla çulğalan-

mışdır. Xüsusən, Ümummilli Liderin möhtəşəm işlərindən 

sonra cavidşünaslığın yeni mərhələyə qədəm qoyması Tu-

ran Cavid tərəfindən sadə sözlərin köməyi ilə dilə gətirilir:  

«Heydər Əliyevin atama münasibəti elə bil insanlara cə-

sarət verdi. Onun haqqında məqalələr, namizədlik disserta-

siyaları yazıldı.» 

Çox doğru fikirdir: çox vaxt bir işi başlamaq çətin olur, 

təşəbbüs  göstərən  böyük  zəhmət  sərf  etməli  olur.  Ancaq 

onun  göstərdiyi örnək bir çoxlarının qarşısında duran psi-

xoloji maneələri keçmək üçün yardım edir. Məhz buna gö-

rədir ki, hər hansı bir möhtəşəm işdə orijinal ideyanın mü-

əllifinə  böyük  önəm  verilir.  Heydər  Əliyevi  də  Cavid-

şünaslıqda orijinal ideya müəllifi saymaq olar. Bu ideyanın 

əsasında isə Ulu Öndərin böyük Cavid sevgisinin durduğu 

heç bir şübhə doğurmur. Turan Cavid Heydər Əliyevin bu 

sevgisindən  qürur  və  minnətdarlıq  hissi  ilə  bəhs  edərək 

yazırdı:   

«O, (Heydər Əliyev – G.B.) Cavidi çox sevirdi. Demək 

olar  ki, bütün  külliyyatı ilə tanış idi. Bilirdi  ki, Cavid söz 

xatirinə misra  yazan şair olmayıb. Hər biri bir xəzinə olan 

külliyyat yaradıb, irs qoyub gedib. Zəngin sərvət bəxş edib 




 

51 

 

bu xəzinədən yararlananlara. Heydər Əliyev də belə qədir-

bilən, sənətə, hər kəsə layiq olduğu qiyməti verən söz sər-

rafı idi.”  

Maraqlıdır  ki,  Turan  xanım  Hüseyn  Cavidlə  Heydər 

Əliyevin  yaradıcı  intellekti  arasında  ortaq  nöqrtələr,  kəsi-

şən  cizgilər,  ümumi  cəhətlər  axtarır  və  tapmağa  da  nail 

olur. Heydər Əliyevin təkcə baza təhsilinə görə deyil, həm 

də  şəxsi  keyfiyyətlərinə  görə  tarixçi  olması  ilə  Hüseyn 

Cavidin  tarixi  mövzuda  qələmə  aldığı  ölməz  əsərləri  ara-

sında intuitiv bir yaxınlıq görən Turan xanım yazırdı: 

“O, (Heydər Əliyev – G.B.) həm də tarixçi olub. Cavi-

din əsərlərinin əksəriyyəti isə demək olar ki, tarixi hadisə-

lərdən qaynaqlanırdı. Bəlkə də bu idi ona  Cavid  yaradıcı-

lığını sevdirən, onu ölməz sənətkara bağlayan ortaq meyar 

mənbə.  Realist  şair  Hüseyn  Cavidin  əsərlərində  həyatdan 

qaynaqlanan  həqiqət  var  idi.  Heydər  Əliyev  isə  həyatın, 

düzlüyün, saflığın vurğunu idi. Təsəvvür edin, 1990-cı ildə 

Naxçıvana qayıdanda ilk  getdiyi yer Hüseyn  Cavidin  mə-

zarı olub. Onu bu işə vadar edən sənətə, sənətkara məhəb-

bəti, hörməti idi.” 

Turan  xanımın  yazısında  müəllifinə  hörmət  doğuran 

cəhətlərdən  biri  də  odur  ki,  o,  təkcə  Hüseyn  Cavidin  qızı 

kimi  yox,  qeyrətli,  vətənpərvər  bir  azərbaycanlı  xanım 



 

52 

 

ziyalı  kimi  Heydər  Əliyev  irsinə  münasibət  göstərir,  bu 

baxımdan  onu  öz  doğma  atasından  ayırmır.  Onun  bir  növ 

Azərbaycan xalqına müraciət kimi səslənən son sözləri də 

bu duyğulardan və narahatlıqdan qaynaqlanır: 

“Heydər  Əliyev  həm  də  ensiklopedik  biliyə  malik  fe-

nomen  insan  kimi  xatırlanacaq.  Onun  dərindən  bilmədiyi 

elə bir sahə yox idi. Hansı peşədən, ixtisasdan danışsaydı, 

elə  bilərdin  o  işin  mütəxəssisidir.  Ədəbiyyatı  da  incə-

liklərinə  qədər  bildiyi  üçün  sevirdi.  Gərək  bir  işi  sevəsən 

ki, onu öyrənməyə həvəsin ola, haqqında danışmağa baca-

rığın, qabiliyyətin çata. Heydər Əliyev həqiqətən fitri iste-

dada  malik, hafizəsinə hamının qibtə etdiyi insan idi. Hə-

mişə  bir  iş  görməzdən  əvvəl  ətrafına  topladığı  insanların 

təkliflərinə  qulaq  asıb,  məsləhətlərini  eşidən  ümummilli 

liderimiz  deyərdi:  «Gəlin  görək,  indi  nə  etməliyik?»  Ən 

əsası  isə,  bu  müdrik  insanda  başqalarında  hiss  edilməyən 

Azərbaycana bağlılıq təsəvvür edilməyəcək dərəcədə yük-

sək və ülvi idi. Elə buna görə də otuz dörd illik tariximizdə 

nəyə  üz  tuturuqsa,  orada  Heydər  Əliyevin  izini,  dəst-xət-

tini görürük. Buna görədir ki, ona ümumxalq məhəbbətini 

bildirmək  istəyən  milyonlar  gecədən  xeyli  keçənə  qədər 

mərhumun məzarını ziyarət edir. 

İndi  bu  sualı  hər  birimiz  özümüzə  verməliyik.  Biz  nə 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə