Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 

87 

 

mübaliğə yoxdur. 

Təbii  ki,  Heydər  Əliyevlə  Turan  Cavidin  söhbətinin 

əsas  mövzusu dahi Hüseyn Cavid olmuşdur  və onlar söh-

bətin ayrı-ayrı məqamlarında yenə də sözü bu dahi şəxsiy-

yətin  üzərinə  gətirmişlər.  Heydər  Əliyevin  cavidlər  qar-

şısında  ən  böyük  xidmətlərindən  biri  də  Hüseyn  Cavidin 

cənazəsinin uzaq Sibirdən gətirilməsi olmuşdur və təbii ki, 

söhbət bura çatanda hər iki müsahib qürur və minnətdarlıq 

duyğularını  gizləyə  bilməmişdilər.  Yenə  də  müsahibəyə 

qayıdaq:  

Turan  Cavid:  Muzeyimizin  guşələrinin  birində  Hü-

seyn Cavidin cənazəsinin İrkutskdan çıxarılarkən çəkilmiş 

fotoşəkillər nümayiş olunur. 



Heydər Əliyev: Bu qərarı biz imzalamışdıq. 

Turan  Cavid:  Bəli.  1982-ci  il  oktyabrın  21-də  Sibirdə 

onun qəbrini tapıb, 100 yaşına görə 100 atəş açırlar və cə-

nazəni çıxarırlar. Əlbəttə, Siz də çox müdrik qərar verdiniz 

ki, cənazə əvvəl Şirvanşahlara gətirilsin. Sonra da bu bina-

da qoyulub, buradan Naxçıvana aparılsın. 

Heydər  Əliyev:  İndi  20  il  vaxt  keçir  üstündən.  Xatır-

layırıq Şirvanşahlar sarayına gətirilməsini.” 

Cavidin  Sibirdən  gətirilməsi  mövzusunda  söz-sözü  çə-

kir  və bu iki böyük nəsil şəcərəsi arasında daha yeni, ma-



 

88 

 

raqlı  bağlantılar  üzə  çıxır.  Bunlardan  biri  də,  əlbəttə,  Hü-

seyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin vaxtilə or-

ta  məktəbdə  Heydər  Əliyevin  müəllimi  olması  faktıdır. 

Turan xanım əmisinin adını çəkəndə Ulu Öndər bildirir ki, 

Şeyx  Məhəmməd  ona  Azərbaycan  dili  və  ədəbiyyatdan 

dərs deyib: 

Turan Cavid:  Siz təsəvvür eləyin  ki, biz çıxdıq aero-

portdan.  Maşında  Zakir  Bağırov  idi,  Məmməd  Cəfər  idi, 

Abbas Zamanov, bir də mən. İndi maşınla gəlirik, mən də 

bilmirəm  hara  gedəcəyik.  Gəldik-gəldik  Qız  Qalasını  da 

keçdik. Çox yaxşı bir iş gördülər ki, Qız Qalasına Bakı So-

veti  tərəfdən  yox,  fırlandılar  bu  evin  qarşısından  keçdilər. 

Onda  mən  başa  düşdüm  ki,  Şirvanşahlara  gedirik.  Amma 

yol  o  tərəfdən  qısadır.  Dedim,  Zakir  müəllim,  bilərəkdən 

bu evin qarşısından keçdiniz? Dedi hə. Qoy birinci evinin 

qapısından  keçsin  və  noyabrın  1-nə  qədər  Şirvanşahlarda 

saxladılar.  Noyabrın  2-də  bura  –  Əlyazmalar  İnstitutuna 

gətirdilər.  Burda  da  bir  gecə  zalda  qaldı.  Bir  gecə  də 

Naxçıvanda  gənclik illərində  yaşadığı evində  qaldı. Hansı 

ki,  o  evdə  sonralar  böyük  qardaşı  Şeyx  Məhəmməd  yaşa-

mışdır. 


Heydər  Əliyev:  Bəli,  mən  onu  tanıyıram,  müəllimim 

olub.” 



 

89 

 

Ulu Öndərin hüzurunda sanki bir növ ürəklənən, ilham-

lanan Turan Cavid atasının həyat  və yaradıcılığı haqqında 

qiymətli tarixi-ədəbi informasiyanı dilə gətirmişdir. Bunun 

özü də dolayısı yolla Heydər Əliyevin Hüseyn Cavid irsi-

nə və şəxsiyyətinə böyük məhəbbətinin sübutu kimi nəzərə 

çarpır. Belə bir böyük məhəbbət olmasaydı, dövlət başçısı 

ilə  ziyalı  xanım  arasında  da  bu  cür  səmimi  ürək  söhbəti 

baş tutmazdı. Heydər Əliyevlə dialoqundan necə deyərlər, 

“balü pəri açılan”, çoxdan arzuladığı əziz bir adamını gör-

müş kimi qol-qanad açan Turan xanım Hüseyn Cavid haq-

qında  cavidşünaslıq  üçün  böyük  önəm  daşıyan  informa-

siyanı ortaya qoymuşdur: 

Turan  Cavid:  Bəli.  Bilirəm.  Babam  o  evdə  az  yaşa-

yıb,  gənclik  illərini  yaşayıb  orda.  Sonra  İstanbula  getdi, 

qayıdandan sonra isə Bakı-Tiflis-Gəncə. Mən həmişə deyi-

rəm  ki,  sonda  həqiqət  yerini  alır.  Başqa  cür  qeyri-müm-

kündür. Əgər haqlıdırsa, bir adam haqqını alacaq. Ürək ağ-

rıdan bir hal odur ki, ordan - sürgündən bizə məktub gön-

dərirdi,  nə  istədiyi  bizə  məlum  olmurdu,  çünki  məktubun 

yarısını əl ilə kəsib götürürdülər, bu vəziyyətdə bizə gəlib 

çıxırdı (yarımçıq məktublardan Prezidentə göstərir), burda 

yazdıqları rus dilində, ordan yazdıqları ərəb əlifbası ilə idi. 

Həbs  olunan  gecəsində  tərtib  olunan  axtarış  protokolunda 



 

90 

 

yazılıb  ki,  bir  zənbil  əlyazısı  aparılıb.  Bir-bir  yazılmayıb. 

Axtarışa  gələnlər  azərbaycanlı  deyildilər,  rus idilər.  Onlar 

necə biləcəkdilər ki, orda yazılanlar nədir və eləcə də 115 

kitab,  23  fotoşəkil.  Halbuki  belə  olmamalıdır.  O,  bir-bir 

yazılmalıdır. Onlar oxuya bilmirdilər. Heç olmasa hərəsin-

dən  bir  nüsxə  saxlanılsaydı.  «Atilla»,  «İblisin  ilhamı», 

«Çingiz», «Şəhla», «Telli saz» aparılan əsərlərdəndir. 



Heydər Əliyev: Onlar indi yoxdur? 

Turan Cavid: Xeyr, yoxdur. Özü də hamısı tarixi əsər-

lərdir.  «Xəyyam»dan  sonra  yazılıb.  Hamısı  makina  çapı 

şəklindəymiş.” 

Deyirlər, əlyazmalar yanmır.  Ancaq nə yazıq  ki, Turan 

xanımın  adlarını  çəkdiyi  bu  qiymətli  Cavid  əlyazmaları 

kommunizmin  KQB  tonqallarında  bir  daha  geri  dönmə-

mək  üçün  yandırılaraq  yoxa  çıxıblar  və  maraqlıdır  ki,  bu 

faktın özünü də böyük ürək ağrısı ilə Heydər Əliyev etiraf 

etməli olur. Turan Cavid atasının həbsindən  və sürgünün-

dən sonra da onun əleyhinə çıxışların olduğunu, böyük şai-

rə  müxtəlif  uydurma  damğaların  vurulduğunu  deyəndə, 

Heydər Əliyev özünəməxsus müdrikliklə aşağıdakı cavabı 

verir: 

Heydər  Əliyev:  (İstehza  ilə)  Alman-yapon  ştampını 



vurublar. Onda da yapon təzə çıxmışdı.” 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə