Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

 

91 

 

Heydər  Əliyevlə  Turan  Cavidin  söhbətində  hər  iki 

müsahibin  xarakterindəki  obyektivliyi  parlaq  şəkildə 

göstərən epizodlar da az deyildir. Belə ki, Hüseyn Cavidin 

düşmənlərindən şikayətlənən Turan xanım onun dostlarına 

–  Üzeyir  bəyə,  Əziz  Əliyevə,  Cəfər  Cəfərova,  repressiya 

olunmuş şairin ailəsinə göstərdikləri qayğı və diqqətə görə 

minnətdarlığını  da  unutmur  və  bu  məqamda  cavidlərlə 

əliyevlərin  tarixi  taleyinin  kəsişdiyi  daha  bir  məqam  üzə 

çıxır. Məlum olur ki, Turan Cavid Heydər Əliyevin ömür-

gün  yoldaşı,  bu  fani  dünyanı  vaxtsız  tərk  etmiş  görkəmli 

oftalmoloq-alim, akademik Zərifə Əliyevanı və onun atası, 

Azərbaycanın  böyük  ictimai-siyasi  xadimi,  vətənpərvər 

ziyalısı  Əziz  Əliyevi,  Zərifə  xanımın  bacısı,  görkəmli  zi-

yalı, istedadlı musiqiçi Gülarə Əliyevanı da tanıyırmış. Bu 

isə özlüyündə Heydər Əliyevlə cavidlərin növbəti möhkəm 

bağı kimi nəzərə çarpır: 

Turan Cavid: Onda şərəf bilirdilər kimsə-kimsəni ifşa 

eləsin. Şərəf bilirdilər. Qardaşım Ərtoğrol əsgərliyə gedən-

dən  sonra  məktub  yazmışdı  Üzeyir  bəyə.  «Mən  əsgərliyə 

gedirəm, görüşə bilmədim. Bacıma işə düzəlməkdə kömək 

edin».  Birinci  işi  mənə  Üzeyir  bəy  düzəltdi.  Zəng  elədi 

radio  komitetə.  Sonra  institutu  qurtardım.  İkinci  xeyirxah 

Əziz  Əliyevdir.  Onun  göstərişi  ilə  mənə  institutda  dərs 



 

92 

 

verdilər. Dərs qurtardı, 52-ci il gəldi. Üçüncü Cəfər Cəfə-

rov mənə işə düzəlməkdə kömək etdi. Hər dəfə mən bu üç 

şəxsi xatırlayıram. Cavid ocağını, demək olar ki, yaşadan-

lardır.  Mən  həmişə  təəssüf  edirəm  ki,  Əziz  Əliyevi  görə 

bilmədim. 



Heydər Əliyev: Əziz Əliyevi görmədin? 

Turan Cavid: Mən Əziz Əliyevi tanıyırdım. Birinci ki-

tabı reabilitasiyadan sonra, çıxanda avtoqrafnan mən Əziz 

Əliyevə    göndərdim  -  Gülarənin  vasitəsi  ilə.  Mən  Gülarə 

ilə tanış idim. 



Heydər  Əliyev:  Yadımdadı,  Gülarə  də,  Zərifə  də  sizin 

haqqınızda çox danışırdılar. Çünki Gülarə ilə bir institutda 

işləyirdiniz. 

Turan  Cavid:  Bəli,  bir  mərtəbədə.  Hər  gün  gö-

rüşürdük.” 

Beləcə  söz-sözü  çəkir  və  Heydər  Əliyev  Hüseyn 

Cavidin istedadlı oğlu, sənətin müxtəlif sahələrində böyük 

ümidlər verən, ancaq nə yazıq ki, taleyin amansız çarxı al-

tında  vaxtsız-vədəsiz  saralıb-solmuş  Ərtoğrol  Cavidi  hələ 

Naxçıvanda olarkən, müharibə dövründən tanıdığını etiraf 

edir: 


Heydər  Əliyev:  Zərifə  xanım  da  çox  maraqlanırdı  si-

zin ilə. Mənə həmişə sənin haqqında danışırdı. Mən sənin 




 

93 

 

qardaşını  da  görmüşdüm.  Bir  dəfə  1942-ci  il  idi.  Naxçı-

vanda  idim.  Dedilər  ki,  Hüseyn  Cavidin  oğlu  burdadır. 

Onda  onu  əsgərlikdən  buraxmışdılar  Naxçıvana.  Bir  dəfə 

küçədə  gedəndə  onu  mənə  göstərdilər.  Əsgər  geyimində 

idi,  üzü  çox  solmuş,  amma  sifəti  çox  gözəl  bir  oğlan  idi. 

Ondan sonra xəbərim olmadı düzü ondan. 

Turan Cavid: Anama oxşayırdı gözəllikdə. Vəfat edən-

də ən yaxın qohumlardan başqa heç kəs dəfnə gəlmədi. 



Heydər  Əliyev:  Nə  vaxt  vəfat  edib,  mənim  ondan 

xəbərim yoxdur. Çünki mən onda bir iş sahibi deyildim.” 

1942-ci ildə 19 yaşlı bir yeniyetmə ikən, özünün dediyi 

kimi,  hələ  elə  bir  yüksək  məqam  tutmadığı  bir  vaxtda 

Hüseyn Cavidin xəstə oğlu ilə maraqlanması və kim bilir, 

bəlkə  də  ona  yardım  göstərə  bilmədiyi  üçün  təəssüflən-

məsi  də  bu  dahi  azərbaycanlının,  Ulu  Öndərimizin  böyük 

Cavid sevgisindən, Azərbaycan xalqı qarşısında xidmətləri 

olan  hər  bir  şəxsiyyətə  münasibətdə  qədirşünaslığından 

xəbər verir. 

Ancaq  doğrudan  da,  dünyanın  səbri  nə  qədər  böyük 

imiş  və  haqq-ədalətin  öz  yerini  tutması,  cavidlərə  layiq 

olduqları qiymətin verilməsi üçün altmış ilə yaxın bir dövr 

keçməli,  qocaman  çərxi-fələk  öz  çevrəsini  başa  vurmalı 

imiş.  Dünya  ilə  birgə  Turan  xanımın  da  səbri  nə  qədər 

 

94 

 

böyük  imiş  və  titanik  bir  səbrlə  gözlədiyi  günün  gəlib 

çatmasını  da  titanik  bir  təntənə  ilə  qeyd  edirdi  Turan 

Cavid: 


Turan  Cavid:  Onda  qorxurdular.  Amma  indi  Nax-

çıvanda ən gözəl məqbərə onlarınkıdır. Taleyin işi belədir. 

Hüseyn  Cavid  öz  əliylə  kitabların  birində  doğum  tarixini 

yazıb.  Öz  doğum  tarixini,  anamınkını  yazıb,  anamın 

doğum günü və ayı məlum olmadığına görə boş qoyub və 

uşaqların  doğum  tarixini  yazıb.  Hətta  məndən  əvvəl  bir 

uşaq olub qalmayıb. Onun da tarixini yazıb. 

Heydər Əliyev: Sən 2-ci uşaqsan? 

Turan  Cavid:  Xeyr,  mən  3-cü  uşağam.  Hərdən  fikir-

ləşirəm ki, bu 2-ci mənim dözdüyümə dözməyəcəkdi, ona 

görə də Allah onu götürüb ki, 3-cü uşaq da olsun.” 

Müsahibinə münasibətdə ən incə detalları belə nəzərdən 

qaçırmayan  Heydər  Əliyev,  təbii  ki,  cavidlərin  doğum 

tarixlərinin  yazıldığı  kitabın  hansı  kitab  olması  ilə  də 

maraqlanmalıydı  və  Ulu  Öndər  bu  sualı  da  Turan  xanıma 

verir: 


Heydər Əliyev: Bu tarixlər yazılan kitab nə kitabdır? 

Turan  Cavid:  «Qamusi-türki».  Hüseyn  Cavidin  115 

kitabı  olub.  Çox  qəribədir  ki,  bunlar  hamısı  İstanbulda 

nəşr edilmiş kitablardır – Yunan tarixi, təbabətə aid, astro-



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə