Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 

77 

 

Yetər  ki,  ədəbiyyatımız,  mədəniyyətimiz,  klassik  irsimiz 

qarşısındakı vəzifələrimizi Ulu Öndərin vəsiyyətlərinə uy-

ğun  şəkildə  anlayaq  və  tam  bir  məsuliyyət  və  ciddiliklə 

reallaşdırmağa çalışaq. 

Şübhəsiz  ki,  bu  yolda  dövlətimiz  öz  üzərinə  düşən 

vəzifələri yüksək şəkildə həyata  keçirir; ancaq unutmayaq 

ki, yalnız xalqla dövlətin sıx  birliyi, həmrəyliyi şəraitində 

qarşıda duran və çox vaxt həlledilməz görünən problemləri 

aşıb,  bizi  gözləyən  yüksəlişə  və  rifaha  qovuşmaq  müm-

kündür.  Unutmayaq  ki,  qarşımızda  duran  qarı  düşmən  bi-

zim bu birliyimizi pozmaq üçün əlindən  gələn riyakarlığı, 

məkkarlığı,  xəyanətkarlığı  bir  damcı  belə  əsirgəmir.  Bu 

düşmənə  qalib  gəlməyin  yollarını  isə  Heydər  Əliyev  və 

Hüseyn Cavid kimi dahilər bütün həyat və fəaliyyətlərinin 

örnəyində  bizə  çox  gözəl  şəkildə  öyrədirlər.  yetər  ki, 

qabiliyyətli və sadiq şagirdlər olaq!   

 

 



78 

 

 

 



 

 

 



 

TURAN XANIM 

CANLI KÖRPÜ İDİ... 

 

 



eydər  Əliyev  və  Hüseyn  Cavid  mövzusundan 

bəhs  edərkən  bu  iki  dahi  arasında  canlı  körpü 

rolunu  oynamış  Cavid  qızı  Turanın  fəaliyyə-

tindən danışmadan keçinmək olmaz. Hər il sentyabrın 12-

sində Cavid nəslinin son nümayəndəsi, böyük Azərbaycan 

şairi  və  dramaturqu  Hüseyn  Cavidin  sevimli  qızı  Turan 

Cavidin  anım  günü  keçirilir.  Məhz  həmin  gün  Turan  xa-

nım  bu  fani  dünya  ilə  «haqq-hesabı  çürüdüb»,  dahi  ata-

sının,  sevimli  anasının,  əziz  qardaşının  görüşünə  tələsdi, 

əbədiyyətə  qovuşdu,  Hüseyn  Cavidin  Naxçıvandakı  məq-

bərəsində  əzizlərinin  türbəsi  yanında  boş  qalmış  yerini 

tutdu. 





 

79 

 

Əgər  böyük  Cavid  özündən  sonra  Azərbaycan  ədəbiy-

yatını  son  dərəcə  zənginləşdirən  ölməz  əsərlər  qoyub  get-

disə,  Turan  xanım  da  bu  əsərlərin  son  mükəmməl  nəşrini 

hazırlayıb  öz  xalqına  təhvil  verdi,  sonra  isə  arın-arxayın-

lıqla, rahatlıqla həyatın keşməkeşlərində bir qədər sərtləşsə 

də, həmişə intellekt və əsilzadəlik yağan gözlərini yumdu. 

Hüseyn Cavidin beşcildliyi – uzun onilliklər  boyu apa-

rılan  gərgin  mətnşünaslıq  işinin,  müxtəlif  qaynaqlarından 

axtarışların  və tapıntıların uğurlu yekunu, şirin bəhrəsidir. 

Məlumdur  ki,  Cavidin  üslubu  kimi,  bədii  dili  də  təkrar-

edilməz,  unikal  idi  və  böyük  ədib  bu  dilin  üstündə  əsirdi, 

onu  olduğu  kimi  oxucularına  çatdırmaq  istəyirdi.  Bu  da 

səbəbsiz deyildi; Cavidin əsərlərində, hər bir böyük sənət-

karın  yaradıcılığnda  olduğu  kimi,  forma  və  məzmun  vəh-

dəti  çox  güclü  idi  və  bunlardan  birinin  azacıq  dəyişdiril-

məsi, oraya edilən kobud müdaxilə poetik sistemin bütöv-

lüyünün  pozulmasına,  gözəlliyin  kamilliyinə  xələl  gətir-

məsinə  səbəb  olurdu.  Elə  buna  görə  idi  ki,  əlyazmalarını 

nəşriyyata  təqdim  edərkən  Cavid  təkidlə:  «İmlasına  do-

kunmamalı!»  qeydini  yazırdı  və  təbii  ki,  şairin  sağlığında 

çap  olunan  əsərlərində  buna  ciddi  riayət  edilirdi.  Ancaq 

böyük  sənətkar  repressiya  edildikdən,  uzun  müddət 

əsərləri qadağan edildikdən sonra, nəhayət, bəraət aldıqda 



 

80 

 

onun əsərlərinin nəşri zamanı süni məhəlliləşdirməyə, Ca-

vidin  bütün  yaradıcılığı  boyu  uğrunda  mübarizə  apardığı 

böyük  türk  birliyindən  ayırmağa  ciddi-cəhdlə  çalışmağa 

başladılar. Turan xanım ürək ağrısı ilə bütün bunları xatır-

layıb  türkofob  bolşevik  ideologiyasının  Cavid  irsini  «mü-

asirləşdirməyə»,  xalqa  «yaxınlaşdırmağa»  yönəlmiş  bas-

qısından  yana-yana  danışır,  bu  yolda  nə  kimi  əzablar 

çəkdiyini yada salırdı. 

Yalnız  ölkəmizdə  dövlət  müstəqilliyi  əldə  edildikdən, 

türkofobiyaya  son  qoyulduqdan,  milli  və  dini  dəyərləri-

mizə qayıdış baş  verdikdən, xüsusən ümummilli liderimiz 

Heydər  Əliyevin  ikinci  dəfə  respublika  rəhbərliyinə  qayı-

dışından və mədəni dəyərlərimizə hami, arxa, qahmar dur-

masından sonra Turan xanımın uzun illərdən bəri ürəyində 

gəzdirdiyi  arzuları  həyata  keçirmək  üçün  real  imkanlar 

yarandı.  Heydər  Əliyevin  və  Turan  xanımın  ən  böyük 

müştərək  yadigarlarından  biri  olan  Hüseyn  Cavidin  ev 

muzeyində böyük ədibin unikal bir dördcildliyi saxlanılır. 

Bu  dördcildliyin  hər  səhifəsində  Turan  xanımın  əli  ilə 

edilmiş  minlərlə  düzəliş  vardır.  Bu,  Turan  xanımın  Cavid 

irsinin  bərpası  uğrunda  çəkdiyi  titanik  zəhmətin  əyani 

göstəricisidir. Turan xanım öz zəhmətinin bəhrəsini – Hü-

seyn  Cavidin  latın  qrafikalı  yeni  Azərbaycan  əlifbası  ilə 




 

81 

 

nəfis şəkildə  kütləvi tirajla çapdan buraxılmış beşcildliyi-

ni görməsə də, həmin nəşri əlinə alan hər kəs Turan xanı-

mı  xəyalən  görür,  onun  ruhuna  qəni-qəni  rəhmətlər  oxu-

yur.  Bir  övlad  kimi  Turan  xanımın  borcunu  ləyaqətlə  ye-

rinə yetirmək nişanəsi olan bu nəşr ona ən böyük abidədir. 

Turan  xanımın  illər  boyu  üzərində  zəhmət  çəkdiyi  və 

yüksək  səviyyədə  araya-ərsəyə  gətirdiyi  «əsərlərdən»  biri 

də  Hüseyn  Cavidin  Ev-Muzeyidir.  Yuxarıda  qeyd  etdiyi-

miz  kimi,  bu  muzey  də  Cavid  irsinin  böyük  himayəçisi, 

ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və 

bir  rəhbər  kimi  qayğısı  nəticəsində  yaradılıb  və  Cavid-

sevərlərin ixtiyarına verilib. Muzeyin hər bir eksponatında, 

hər  bir  guşəsində  Turan  Cavidin  Cavidlərə  məhəbbətini, 

Cavid  ocağının  qorunu  qorumağa  yönəlmiş  övladlıq  qey-

rətini duymamaq olmur. Hüseyn  Cavidin beşcildliyi  kimi, 

bu  muzey  də  mükəmməl  bir  sistemdir,  forma  və  məzmun 

vəhdətinin  klassik  örnəyidir.  Ancaq  beşcildliklə  muzeyi 

fərqləndirən bir cəhət var ki, bu da muzeyin rəsmi açılışını 

görməyin, böyük öndərimiz mərhum Heydər Əliyevlə bir-

likdə  muzeyin salonlarını  gəzməyin ona qismət olmasıdır. 

Həmin  açılışdan  alınmış  videolent  də  indi  muzeyin  ən 

qiymətli  eksponatlarından  biri  kimi  qorunmaqda  və 

cavidsevərlərə nümayiş etdirilməkdədir. 



 

82 

 

Turan Cavid, təbii ki, beşcildliyin nəşrindən və muzeyin 

sonrakı  taleyindən  nigaran  getdi.  Amma  onun  müqəddəs 

ruhu  yəqin  ki,  beşcildliyin  nəşrini  də,  muzeyin  indiki 

səviyyəsini və inkişaf yolunu da görüb şad olur, rahatlanır. 

Turan xanımın vəfatından keçən dövr ərzində muzeydə bir 

sıra  görülmüş,  bu  qurumun  böyük  Cavid  adına  layiq  ol-

ması üçün  muzey əməkdaşları əllərindən  gələni əsirgəmə-

mişlər. Bu işlərin sırasında Hüseyn Cavidin ev  muzeyinin 

əsərləri olan «Cavidşünaslıq» toplusunun artıq 10 cildinin 

çapdan çıxmasını, Hüseyn Cavidin mükəmməl biblioqrafi-

yasının  hazırlanıb  nəşr  edilməsini,  Hüseyn  Cavidin  iste-

dadlı oğlu Ərtoğrol Cavidin 1938-1941-ci illərdə dahi Bül-

bülün rəhbərliyi ilə toplayıb şərhlər verdiyi folklor mətnlə-

rinin işlənərək 10 cildlik  “Azərbaycan qeyri-maddi  mədə-

niyyət  abidələri  və  Ərtoğrol  Cavid”  çox  cildliyinin  çap 

olunmasının, şairin sevimli qızı Turan Cavidin həyat və fə-

aliyyətini  əks  etdirən  “Turan  Cavidin  ömür  səlnaməsi” 

kitabının  nəşrə  hazırlanmasını,  Hüseyn  Cavidin  şeirlərinə 

bəstələnmiş  mahnılardan  ibarət  “Sözləri  Hüseyn  Ca-

vidindir” albomunun işıq üzü görməsinin, Hüseyn Cavidin 

əsərlərinin  Avropa  və  Şərq  dillərin  tərcümə  edilməsini, 

müntəzəm  olaraq  cavidlərin  anım  günlərinin  və  Cavid 

yaradıcılığına  həsr  olunmuş  elmi  sessiyaların  keçirilməsi-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə