Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 

63 

 

mayacaq hala salan, ona layiq olduğu qiyməti verən və la-

yiq  olduğu  abidələri  ucaldan  nadir  dövlət  rəhbərlərindən-

dir. 


Heydər  Əliyev  bundan  öncə  də  nəzərdən  keçirdiyimiz 

nitqlərinin birində Hüseyn Cavidi: “millətinə həddən artıq 

xidmət edən bir adam” adlandırmışdı. Ümumilikdə böyük 

şəxsiyyətlərə və bu halda Hüseyn Cavidə aid edilən həmin 

ifadə,  əslində  elə  Heydər  Əliyevin  özünə  də  heç  bir 

şübhəyə yol vermədən aid edilə bilər. Heydər Əliyev üçün 

bu,  bir  meyardır;  şəxsiyyətin  böyüklüyünü  ölçmək  üçün 

meyar. Əgər hər hansı bir şəxsiyyət böyüklüyə iddia edir-

sə,  o,  mütləq  öz  millətinə  xidmət  etməlidir.  Əks  halda, 

şəxsiyyətin böyüklüyündən söhbət belə gedə bilməz. Hey-

dər Əliyevin ömür həsr etdiyi və başqalarından da tələb et-

diyi ideya, amal, yüksək  məqsəd də  məhz budur. Əlbəttə, 

onu demək artıqdır ki, bu cür şəxsiyyətlər – “haqq-taalanın 

könüllərinə  ilham  verdiyi”  (Dədə  Qorqud)  şəxsiyyətlər-

dəndir və onların adı vətən tarixində daim yaşayacaqdır. 

Hüseyn Cavid  kimi, Heydər Əliyevin siyasət, diploma-

tiya,  mədəniyyət,  ədəbiyyat  adamlarına  qayğı  və  diqqət 

sahəsindəki yaradıcılığı  da  Azərbaycan xalqının mədəniy-

yətini  və  ədəbiyyatını  yüksəklərə  qaldırmaqdan,  bütün 

dünyada  tanıtmaqdan  ibarət  olubdur  və  onun  səmərəsini 



 

64 

 

biz  bu  gün  bütün  parlaqlığı  ilə  görməkdəyik.  Çünki  Hey-

dər Əliyev bütün şüurlu həyatı boyu  doğma xalqının xoş-

bəxtliyi,  dünya  birliyi  içərisində  öz  layiqli  yerini  tutması 

uğrunda  yaradıcılıq,  quruculuq  fəaliyyətinə  bir  an  belə 

fasilə  verməmiş,  bunu  həyatının  ən  başlıca  mənası  hesab 

etmişdir.  

Heydər Əliyev ilk növbədə bir azərbaycançı kimi ölkə-

nin maraqlarına uyğun gələn bütün cəhətləri birləşdirmək, 

xalqa və dövlətə kompleks fayda vermək, onun yüksəlişinə 

maksimum dərəcədə nail olmaq yolunu tutmuşdu. Hüseyn 

Cavid irsi də bu baxımdan istisna təşkil etmirdi. 1996-cı il 

oktyabrın  29-da  Hüseyn  Cavidin  məqbərəsinin  təntənəli 

açılışı  üçün  Naxçıvana  yola  düşən  Prezident  Heydər 

Əliyev  Bakının Binə hava limanında jurnalistlərə müsahi-

bə verərkən bunu xüsusi vurğulayaraq demişdi: 

“Mən  Naxçıvana  birinci  növbədə  Hüseyn  Cavidin 

məqbərəsinin  tikilib  başa  çatması  münasibətilə  gedirəm. 

Oktyabrın 24-də Hüseyn Cavidin anadan olmasının 114-cü 

ili tamam olmuşdur. Bilirsiniz ki, bu məqbərənin tikilməsi 

barədə biz hələ 1982-ci ildə qərar qəbul etmişdik, ancaq o 

tikilməmişdi və bu işə fikir verilməmişdi. Biz artıq bu mə-

sələni də həll etdik. Mən bu işi də başa çatdırmışam. Məq-

bərənin  açılışı  olacaqdır.  Azərbaycan  ziyalılarının  böyük 




 

65 

 

bir  dəstəsi,  Milli  Məclisin  üzvləri  mənimlə  birlikdə  oraya 

gedirlər. bu, əlamətdar bir hadisədir. Güman edirəm ki, bu, 

Azərbaycanın  həm  mənəvi,  həm  də  mədəni  həyatında 

böyük bir hadisə olacaqdır. 

Mən üç ildən çoxdur ki, Naxçıvanda olmamışam. Nax-

çıvandan  Bakıya  getməyimdən  üç  il  yarım  vaxt  keçibdir. 

Mən  Naxçıvan  Muxtar  Respublikasına  baş  çəkmək  istə-

yirəm. İstəyirəm görüm ki, orada insanlar necə yaşayır, v-

əziyyət necədir, necə etmək lazımdır ki, blokada şəraitində 

olan  Naxçıvan  Muxtar  Respublikası  bundan  sonra  da 

yaşaya bilsin.” 

Bu  sadə  sözlərdəki  dərin  mənalardan  belə  anlaşılır  ki, 

Heydər  Əliyev  Azərbaycan  naminə  xalqımızın  keçmişini, 

indisini və gələcəyini birləşdirmək yolunu seçib və əslində 

də  Azərbaycana  xidmətin  ən  doğru  yolu  elə  budur.  Öz 

fikirlərini  Naxçıvan  hava  limanındakı  müsahibəsində  da-

vam  etdirən  Ulu  Öndər  sanki  mifik  Antey  kimi  Naxçıvan 

torpağından  güc  almasını  da  üstüörtülü  şəkildə  dilə  gətir-

məyə  nail  olmuşdur.  Xarici  ölkələrə  səfərləri  ilə  Nax-

çıvana  səfərini  müqaytisə  edən  Ümummilli  Lider  maraqlı 

və orijinal fikirlər irəli sürmüşdür: 

 “Şübhəsiz ki, bunun böyük fərqi var. çünki bir var mən 

xarici ölkələrə səfər edirəm, bir də var ki, öz torpağımızın, 



 

66 

 

Azərbaycanın  bir  hissəsi  olan  Naxçıvan  Muxtar  Respub-

likasına  gəlirəm.  Bura  mənim  doğulduğum  yerdir.  Əhə-

miyyətli  cəhət  bir  də  ondan  ibarətdir  ki,  1990-1993-cü 

illərdə - Muxtar Respublika üçün ən ağır dövrdə, o cümlə-

dən mənim də həyatımın çətin bir dövründə - mən Naxçı-

vanda  yaşamışam,  işləmişəm,  Naxçıvan  əhalisi  ilə  bir 

yerdə olmuşam. 

Üç  il  yarım  bundan  əvvəl  Bakıda,  Azərbaycanda  baş 

vermiş  ağır,  çətin  proseslərə  görə,  Respublikamız  böyük 

təhlükə qarşısında olduğuna, vətəndaş müharibəsi başladı-

ğına  görə  mən  Bakıya dəvət olundum. O  vaxt hesab edir-

dim ki, mən Bakıya bir neçə günlüyə gedirəm. gedirəm ki, 

müəyyən  məsləhətlər  verim,  yaxud  vəziyyəti  normallaş-

dırmaq  üçün  öz  xidmətimi  göstərim.  Ancaq  hadisələr  elə 

inkişaf  etdi  ki,  mən  Bakıda  qalası  oldum,  Naxçıvana 

dönmədim.  Mən  o  vaxt  naxçıvanlılara  söz  vermişdim  ki, 

iki-üç gündən sonra qayıdacağam. Ancaq mümkün olmadı. 

Bundan  sonra  da  Azərbaycanın  qayğıları,  işləri  məni  o 

qədər  məşğul  etdi  ki,  buraya  gəlmək  imkanı  əldə  edə 

bilmədim. 

Nəhayət, mən bu imkanı əldə etmişəm, çox məmnunam, 

sevinirəm, şadam. Xüsusən ona görə ki, mənim bir arzum 

da  yerinə  yetir.  Böyük  Azərbaycan  yazıçısı,  şairi,  dra-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə