Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 

45 

 

çoxları kimi gözdən pərdə asmaq, yalnız faktı təsdiq etmək 

xatirinə  həyata  keçirməmiş,  doğrudan  da,  ictimai-siyasi 

istedadının bütün potensialını sərf etməklə, sevə-sevə gör-

müş  və  nəticədə  həm  özünə,  həm  də  Cavidə  layiq  gözəl 

abidələr qoyub getmişdir. 

Bu abidələrdən biri də uzun illərdən bəri üzərində iş ge-

dən, ancaq Cavid məqbərəsindən yalnız 6 il sonra, yenə də 

dahi  şairin  anadan  olmasının  ildönümündə,  daha  doğrusu, 

120  illik  yubileyində  ümummilli  liderimiz  Heydər  Əliyev 

tərəfindən açılan Hüseyn Cavidin ev muzeyidir. 

Hüseyn Cavid öz ölməz əsərləri ilə adını tarixdə əbədi-

ləşdirmiş sənətkarlardandır. Heydər Əliyev isə bu əbədiliyi 

tamamlayan, bütövləşdirən, bir daha nadanların hücumuna 

məruz  qalmayacaq  hala  salan,  ona  layiq  olduğu  qiyməti 

verən  və  layiq  olduğu  abidələri  ucaldan  nadir  dövlət  rəh-

bərlərindəndir.  Dahi  sənətkarlar  çox  vaxt  dahi  rəhbərlərin 

qayğısı nəticəsində öz layiqli qiymətini alır. Hüseyn Cavid 

irsinə,  xüsusən  də  ev  muzeyinin  açılışına  göstərdiyi  müs-

təsna  qayğı  və  diqqəti  Ulu  Öndərin  cismani  yoxluğundan 

sonra riqqətlə xatırlayan Turan xanım  Cavid  2003-cü ildə 

yazırdı: 

«Hüseyn  Cavidin  uzaq  Sibirdən  doğma  Naxçıvana 

gətirilməsi  o  dövrdəki  Sovetlər  İttifaqında  yeganə  hal  idi. 



 

46 

 

Onun  da  səbəbkarı  daim  xalqına,  millətinə  bağlı  olan, 

ziyalılarına  xüsusi  məhəbbətlə  yanaşan  Heydər  Əliyev 

oldu.  Təbii  ki,  belə  məsuliyyətli  vəzifəni  yerinə  yetirmək 

biz  fikirləşdiyimiz  qədər  də  asan  deyil.  Buna  mütləq  ən 

yüksək  səviyyəli  rəhbərlərin  razılığı  lazım  idi.  Görünür, 

Heydər  Əliyev  belə  bir  çətin  işin  öhdəsindən  gələcəyinə 

inanırdı. Ona görə də işini planlı şəkildə həyata keçirmişdi. 

Hələ  o  vaxt  Cavidsevərlər  dahi  şairin  gec  də  olsa  vətənə 

gətirilməsi  kimi  böyük  cəsarət  tələb  edən  işin  öhdəsindən 

gəldiyinə  görə  ona  minnətdarlıq  etdilər.  Bu,  həqiqətən, 

müqayisəsi,  bənzəri  olmayan,  xalq  qarşısında  misilsiz  bir 

xidmət kimi həmişə yüksək qiymətləndiriləcək.» 

Doğrudan  da,  Heydər  Əliyevin  təkcə  Hüseyn  Cavidi 

cismən  Vətənə  qaytarması  onun  cavidşünaslıq  qarşısında 

müstəsna  xidmətlərindən  biri  kimi  qiymətləndirilə  bilər. 

Ancaq Ulu Öndər fraqmentarlığı, yarımçıqlığı sevmirdi və 

başladığı bir işi kompleks şəkildə yüksək səviyyədə həyata 

keçirməyincə,  necə  deyərlər,  rahatlıq  tapmır,  ürəyi  soyu-

murdu. Ona görə də, 1981-ci ildə əsasını qoyduğu möhtə-

şəm  işləri  Ümummilli  Lider  ikinci  dəfə  Respublika  haki-

miyyətinə gəldikdən sonra qətiyyətlə davam etdirdi və Hü-

seyn  Cavidə  layiq  bir  şəkildə  sona  yetirdi.  Turan  xanım 

minnətdarlığına davam edərək yazırdı: 




 

47 

 

«Onu  da  xatırlayırıq  ki,  bunu  eşidən  digər  millətlər  də 

repressiya qurbanları olan böyük şəxsiyyətlərinin, yaxınla-

rının cənazəsini öz diyarlarına gətirmək istədilər. 

Lakin  qürbətdən  doğma  elinə  qayıdan,  doğma  torpağa 

qovuşan təkcə Hüseyn Cavid oldu.» 

Əlbəttə, bu, hər oğulun işi deyildi  və bu əzəmətli  planı 

həyata keçirmək üçün Heydər Əliyev dühası, Heydər Əli-

yev  müdrikliyi, Heydər Əliyev nüfuzu  və qətiyyəti, impe-

riyanın ən yüksək dairələrində layiq olduğu böyük hörməti 

lazım idi. Bu baxımdan Heydər Əliyev o zamankı müttəfiq 

respublika rəhbərlərindən qat-qat yüksəkdə dururdu. Turan 

xanım da məhz bunu nəzərdə tutaraq deyirdi: 

«Bu  işin  çətinliyini  göstərmək  üçün  bir  məsələni  də 

qeyd etmək istəyirəm. Əgər bu köçürülmə indi olsaydı, bir 

o  qədər  təəccüblənməzdik.  Çünki  artıq  müstəqil  respubli-

kayıq,  istədiyimizi  edə  bilərik.  Amma  o  dövrün  şəraitini, 

kimlərin  təsiri  və  rəhbərliyi  altında  yaşadığımızı  bir  daha 

yada salsaq, onda görərik ki, belə mümkünsüz görünən işi 

reallaşdırmaq  üçün  hətta  razılıq  almağın  özü  bir  məharət 

tələb  edirdi.  Görünür,  qarşısındakının  dili  ilə  danışmağın 

özü  bir  siyasət  imiş.  Onda  bir  daha  hiss  etdik  ki,  Heydər 

Əliyev dediyi sözün üstündə axıra qədər dayanan qətiyyət-

li bir şəxsiyyətdir.» 



 

48 

 

Ulu  Öndərin  cavidşünaslıq  sahəsində  on  dörd  il  sonra 

gördüyü  möhtəşəm  işlərə  də  yüksək  qiymət  verən  Turan 

Cavid  istər  məqbərənin,  istərsə  də  ev  muzeyinin  Heydər 

Əliyev və Hüseyn Cavid dühalarının qovuşuğunda təqdim 

etməklə öz səmimi duyğularını ifadə etmiş olur: 

«1996-cı ildə Cavidin  məzarı üzərində ucaldılmış  məq-

bərənin  açılışında  dediyi  sözlər  bu  gün  də  qulaqlarımda 

səslənir.  Hamıdan  çox  o,  sevinirdi.  Dedi  ki,  mən  bu  gün 

arzuma  çatmışam.  Dahi  rəhbərin  Cavid  irsinə  məhəbbəti 

bununla  bitmədi.  Sonra  Hüseyn  Cavidin  Ev  Muzeyinin 

onun adına layiq təşkil edilməsində misilsiz xidmətləri ol-

du. 

Ev  Muzeyi  də  əslində  hələ  o  vaxt,  yəni  1982-ci  ildə 



açılmalı  idi.  Lakin  ondan  sonra  bu  məsələ  ilə  maraqlanan 

olmadı.  Hər  yerə  müraciət  etdim,  lazımi  təşkilatlara  mək-

tub yazıb, teleqramlar vurdum, heç bir nəticə vermədi. 

Hüseyn  Cavidin  Ev  Muzeyi  yalnız  o  (Heydər  Əliyev  – 

G.B.)  yenidən  Azərbaycana  rəhbərliyə  qayıtdıqdan  sonra 

reallaşdı.  1995-ci  ildə  müşavirə  çağırdı.  Məqbərənin  layı-

həsinin  nümunələrinə  baxıldı.  Daha  sonra  muzeyin  təşkili 

ilə maraqlanaraq dedi ki, adətən dahilərin muzeyləri onla-

rın  yaşadıqları  evlərdə,  mənzillərdə  olur.  Nə  üçün  indiyə 

qədər  bu  işi  həll  etməmisiniz.  Beləcə,  düz  14  ildən  sonra 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə