Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 

59 

 

rinə ataraq, rus imperializminin əlilə onun Vətən və millət 

üçün bu qədər önəmli olan həyatına son qoydu. 

Nə etməli? Dünya fanidir və əgər Tanrının ən yaxın se-

vimlisi  (Həbibullah)  Peyğəmbərimiz  də  ölümü  dadmağa, 

bu dünyadan əbədi köç etməyə məhkum edilmişsə, biz bu 

vaxtsız-vədəsiz  ölümü  də  Allahın  bir  qəzavü-qədəri  kimi 

qəbul  etməyə  borcluyuq.  Məşhur  sözdür  ki,  böyük  sənət-

karlar  ölmür,  ölməz  əsərləri  ilə  əbədi  həyat  əldə  edirlər. 

Cavid də öz cismani ölümü ilə sadəcə öz sonrakı yaradıcı-

lığını yarımçıq qoydu – ölümünə qədər yazdıqları isə onun 

dünya ədəbiyyatına əbədi bəxşişi və ölümsüzlüyünün rəh-

ni, möhkəm qarantı oldu. 

Cavidin  bu  dünyadan  köçməsindən  62  il  sonra  ümum-

milli liderimiz Heydər Əliyev dünyasını dəyişmiş, əbədiy-

yətə  qovuşmuşdur.  Hüseyn  Cavidin  cismən  bu  dünyada 

olmadığı  bu  62  ildə  Azərbaycan  xalqının  ərsəyə  gətirdiyi 

bu böyük şəxsiyyətlər həyatlarının və fəliyyətlərinin məna-

sını  öz  xalqlarına  və  doğma  yurdlarına  xidmətdə  görmüş 

və  həmin  müqəddəs  missiyanı  yerinə  yetirərkən  əqidə  və 

fikir  dostları  kimi  daim  bir-birilərinə  dayaq  olmuşlar. 

Azərbaycan klassik ədəbiyyatının, o sıradan Hüseyn Cavi-

din mütərəqqi humanist əsərləri, bəşəri  görüşləri zəminin-

də  ərsəyə  gəlmiş  Heydər  Əliyev  dühası  Azərbaycan  xal-



 

60 

 

qının tarixi taleyinin xoşbəxtliyi üzündən xalqımızın əvəz-

edilməz liderinə çevrildikdən sonra öz haqq işində daim bu 

ənənələri rəhbər tutmuş, vətənin inkişafı naminə bunlardan 

faydalanmaqla  yanaşı,  böyük  qədirşünaslıq  örnəyi  göstər-

miş,  ədəbiyyatımız,  mədəniyyətimiz,  incəsənətimiz  üçün 

müstəsna  işlər  görmüş  sənətkarların  layiqli  qiymətini  ver-

mək yolunda əlindən gələni əsirgəməmişdir. Bu cür sənət-

karların ön cərgəsində yəqin ki, böyük Cavid durmaqdadır. 

Bəzən adama elə gəlir ki, Cavid də, nəinki doğma xalqı və 

vətəni  qarşısında  öz  ölməz  əsərləri  ilə  borclu  qalmamış, 

hətta  şair  dünyadan  köçərkən  18  yaşlı  bir  gənc  olan  Hey-

dər Əliyevin simasında gələcəkdə Azərbaycan xalqının ba-

şında böyük bir maarifpərvər, sənətsevər liderin duracağını 

görmüş  və  bunun  bədii  örnəyi  olaraq,  Alp  Arslan,  Məlik-

şah  kimi  şeir-sənət  vurğunu,  elm  hamisi  türk  hökmdar 

obrazları yaratmışdır. Xəyyamın bir rübaisini dinləyən Alp 

Arslanın: 



Ah, bu sözlər nə qadar incə, dərin, 

Böylə kəskinsə də, xoşdur şeirin! 

 

deyə  onun  sənətinə  yüksək  qiymət  verməsi,  onun  oğlu 



Məlikşahın,  vəziri  Xacə  Nizamın  (tarixi  şəxsiyyət  kimi 

Nizamülmülkün) isə daim bu böyük alimə və şairə hamilik 




 

61 

 

edərək qayğı göstərməsi bunu sübut edir. Aydındır ki, orta 

əsrlərin  bu  böyük  türk  hökmdarlarının  dərin  mənalı,  iste-

dadla  yazılmış  əsərlərə  qarşı  göstərdikləri  bu  mesenatlıq 

fəaliyyəti  bir  tərəfdən  də  dahi  mütəfəkkir-sənətkar  kimi 

Hüseyn Cavidin öz arzularının bədii inikası idi. 

Cavid  sənətinə  hələ  keçən  əsrin  70-ci  illərindən  maraq 

göstərən Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı 

xəzinəsini  zənginləşdirənlər  sırasında  dəfələrlə  çəkmişdir. 

Səksəninci  illərin  əvvəllərindən  isə  ümummilli  liderimiz 

Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərmiş, şairə la-

yiqli  qiymətin  verilməsi  işinə  nəzarəti  bir  an  belə  zəiflət-

məmişdir. Sonralar, 1993-cü ilin sentyabrında Azərbaycan 

Milli Elmlər Akademiyasının ziyalıları ilə görüşündə Hey-

dər  Əliyev  Cavidlə  bağlı  fəaliyyətini  belə  xatırlayırdı: 

«…Böyük filosof-şairimiz, dramaturqumuz Hüseyn Cavid 

həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix 

hər  şeyi  öz  yerinə  qoydu.  Hüseyn  Cavidin  cənazəsi  də 

Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq 

təəssüf  edirəm  ki,  1981-ci  ildə  Hüseyn  Cavidin  100  illiyi 

haqqında  Kommunist  Partiyasının  qəbul  etdiyi  qərarı 

Azərbaycanda  on  il  ərzində  həyata  keçirmədilər…  İndi 

Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Tək-

cə  ədəbi  baxımdan  deyil,  həm  də  fəlsəfi,  elmi  baxımdan 



 

62 

 

lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuş-

durmu?» 

Hüseyn  Cavidin  əsərlərinin  onların  dahiyanə  məzmu-

nuna  layiq  bir  şəkildə  nəşr  olunmaması,  bir  çox  təhriflərə 

və ixtisarlara yol  verilməsi, şairin sənətkar ruhunun, amal 

və  qayəsinin  oxucuya  lazımlı  səviyyədə  çatdırılmaması 

Heydər  Əliyevi  bir  cavidsevər  kimi  çox  narahat  edirdi  və 

cavidşünaslıqdakı  bu  çatışmazlıqların  aradan  qaldırılması 

üçün  o,  istər  maddi,  istərsə  də  mənəvi  dəstəyini  əsirgə-

mirdi. Məlum olduğu  kimi,  Ulu Öndərin  möhkəm bünöv-

rəsini  qoyduğu  bu  möhtəşəm  işi  onun  varisi,  Azərbaycan 

Prezidenti  İlham  Əliyev  yüksək  səviyyədə  həyata  keçir-

məyə  nail  oldu  və  Hüseyn  Cavidin  əsərləri  bütün  oriji-

nallığı ilə 25 min tirajla Azərbaycan xalqına çatdırıldı. 

Ancaq  yuxarıda  artıq  ötəri  olaraq  qeyd  etdiyimiz  kimi, 

ümummilli  liderimizin  Moskvaya,  yüksək  dövlət  vəzifə-

sinə getməsi səbəbindən  Cavid irsi ilə bağlı yarımçıq  qal-

mış  bir  çox  işləri  elə  onun  özü,  respublika  hakimiyyətinə 

ikinci qayıdışından sonra tamamlamağa nail oldu. 

Hüseyn Cavid dühası öz ölməz əsərləri ilə adını tarixdə 

əbədiləşdirmiş sənətkarlardandır. 

Heydər  Əliyev  dühası  bu  əbədiləşdirməni  tamamlayan, 

bütövləşdirən,  bir  daha  nadanların  hücumuna  məruz  qal-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə