Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 

73 

 

lə  bağlı  olaraq  öz  üzərlərinə  düşən  şərəfli  vəzifələri  daha 

böyük  entuziazmla,  Cavidin  xatirəsinə  layiq  şəkildə  ger-

çəkləşdirməyə  başlamışlar.  Azərbaycan  dilində  latın  qra-

fikası  ilə  Respublika  Prezidentinin  sərəncamı  ilə  Hüseyn 

Cavidin  külliyyatı  kütləvi  tirajla  nəşr  edilsə  də,  25  minlik 

tirajın  hamısı  kitabxanalara  hədiyyə  edildiyindən,  sevimli 

şairin  əsərlərini  stolüstü  kitab  kimi  görmək  istəyən  min-

lərlə  oxucunun  arzusunu  nəzərə  alaraq  beşcildliyin  tək-

milləşdirilmiş  ikinci  nəşri  hazırlanmış  və  çap  edilmişdir. 

Ancaq  Cavid  elə  cahanşümul  şairlərdəndir  ki,  onun  proq-

ressiv  bəşəri  ideyaları  təkcə  öz  xalqına  deyil  bütövlükdə 

mütərəqqi bəşəriyyətə xidmət etməlidir. Bunu əsas götürə-

rək Cavid irsini başqa ölkələrdə tanıtdırmaq üçün bədii tər-

cümənin  müstəsna  əhəmiyyəti  nəzərə  alınmaqla,  böyük 

Azərbaycan şairinin  Avropa dillərinə tərcümə edilməsinin 

ilk  təşəbbüslərindən  biri  kimi,  Cavid  poeziyasından  seç-

mələr  fransız  dilinə,  Hüseyn  Cavidin  Ev  Muzeyinin  və 

Bakı  Slavyan  Universitetinin  birgə  lahiyəsi  nəticəsində 

“Şeyda”  əsəri  ingilis,  fransız,  yunan,  alman,  bolqar,  pol-

yak, çex, ukrayna, belarus, rus dillərinə çevrilmiş və nəfis 

şəkildə çap edilmişdir. Ev muzeyinin müntəzəm olaraq hə-

yata keçirdiyi toplama, tərtib və nəşr işləri sırasında aparı-

cı  yer  tutan  "Cavidşünaslıq"  məqalələr  toplusunun  10  cil-



 

74 

 

dinin nəfis şəkildə nəşri və növbəti cildləri üzərində işlərin 

başa  çatdırılması  və  çapa  hazır  vəziyyətə  gətirilməsi  də 

yubiley  ərəfəsində  gerçəkləşdirilən  mühüm  tədbirlərdən 

biri kimi qiymətləndirilməlidir. Hüseyn Cavid yaradıcılığı 

elə  bir  dəryadır  ki,  bir  çoxları  onu  bütövlükdə  qavramağa 

çətinlik çəkir və buradakı ayrı-ayrı parlaq incilərin gözəlli-

yi  qarşısında  heyran  olur.  Oxucuların  və  Cavidsevərlərin 

bu ehtiyacını və Hüseyn Cavidin bir çox kəlamının aforis-

tik çalara malik olduğunu nəzərə alaraq, muzeydə Cavidin 

hikmətli  sözlərindən  ibarət  toplu  hazırlanmış  və  "Cavid 

hikməti"  kitabı  artıq  həm  Azərbaycan  dilində,  həm  də  bir 

neçə  xarici  dilə  çevrilərək  nəşr  edilmişdir.  Nəşr  işləri  ilə 

yanaşı, yubileylə bağlı keçiriləcək Cavid yaradıcılığının ən 

müxtəlif  problemlərinin  araşdırılmasına  həsr  edilmiş  bey-

nəlxalq  elmi  konfrans  çox  yüksək  səviyyədə  həyata  ke-

çirilmişdir. Konfrans iştirakçılarının məruzələrinin mətnini 

əhatə edən toplu – “Cavid yaradıcılığı çağdaş təfəkkür işı-

ğında”  –  çapdan  çıxmışdır.  Hüseyn  Cavidin  ev  muzeyi 

Beynəlxalq Muzeylər şurasının tamhüquqlu üzvüdür. Zən-

nimizcə,  Cavid  irsinin  Avropada  və  dünyanın  başqa  öl-

kələrində  təbliği  üçün  bu  şura  ilə  əməkdaşlıq  gələcəkdə 

mühüm  rol  oynayacaqdır.  Muzeyin  rəsmi  saytında  fəaliy-

yət göstərən  virtual  muzeyin şəbəkəsini daha  da genişlən-




 

75 

 

dirmək  və  bununla  da  Cavid  irsinin  qlobal  səviyyədə,  ilk 

növbədə isə əlbəttə, dünya azərbaycanlıları arasında təbli-

ğini gücləndirmək, bununla da cavidsevərlərin sayını artır-

maq  fikrindəyik.  Təkcə  onu  demək  kifayətdir  ki,  artıq 

indiyədək  Hüseyn  Cavidin  ev  muzeyinin  rəsmi  internet 

səhifəsinə  (www.huseyncavid.com)  dünyanın  40-a  yaxın 

ölkəsindən,  o  sıradan  ABŞ,  fransa,  Türkiyə,  Rusiya,  İtali-

ya,  Almaniya  və  başqa  ölkələrdən  on  minlərlə  istifadəçi 

daxil olmuşdur. Bu isə özlüyündə Cavid irsinə bütün dün-

yada  marağın  və  məhəbbətin  nə  qədər  güclü  olduğundan 

xəbər verir.  

Əlbəttə, Hüseyn Cavid elə böyük sənətkarlarımızdandır 

ki, onun irsinin təbliği və təşviqi, populyarlaşdırılması yu-

bileydən-yubileyə deyil, hər il, hər ay, hər gün həyata ke-

çirilməlidir.  Təməli  Ulu  Öndər  tərəfindən  qoyulmuş  bu 

müqəddəs və şərəfli vəzifəni öz üzərinə götürmüş Hüseyn 

Cavidin  ev  muzeyi  gündən-günə  möhkəmlənən  və  dünya 

dövlətləri sırasında öz layiqli yerini tutan Azərbaycan Res-

publikası  rəhbərliyinin  təmin  etdiyi  siyasi  sabitlik  və  iq-

tisadi  inkişaf  şəraitində  ölməz  sənətkar  qarşısında  özünün 

gündəlik borcunu yerinə yetirməkdədir. 

Muzey  haqqında  bu  qısa  arayışı  verməkdən  əsas  məq-

sədimiz-onun  yaradıcısı  olan  Ümummilli  Liderimiz  Hey-



 

76 

 

dər Əliyevin cavidşünaslıq qarşısındakı xidmətlərinin, baş-

ladığı möhtəşəm işlərin necə bar-bəhər verməsini bir daha 

nəzərə  çatdırmaq  idi.  Kim  bilir,  əgər  Sovet  imperiyası 

dağılmasaydı, Heydər Əliyev ikinci dəfə Azərbaycan haki-

miyyətinə qayıdaraq, Moskvaya gedərkən yarımçıq qoydu-

ğu  möhtəşəm işləri yüksək səviyyədə davam  etdirərək so-

na çatdırmasaydı, cavidşünaslığın bugünkü səviyyəsini əl-

də etmək mümkün olardımı? Çox ehtimal ki, yox! ona gö-

rə  də  hər  dəfə  Cavid  irsi  və  şəxsiyyəti  ilə  bağlı  bir  uğura 

imza atdıqda biz mütləq bu irsin və şəxsiyyətin böyük qay-

ğıkeşi  və  aşiqi  Ümummilli  Lider  Heydər  Əliyevi  də  yada 

salmalı,  onun  bu  sahədə  qoyduğu  sarsılmaz  bünövrəni 

minnətdarlıq duyğusu ilə xatırlamalıyıq. Bu, bizim ədəbiy-

yatımız, mədəniyyətimiz, milli dövlətçiliyimiz, xalqımızın 

mədəni-mənəvi  inkişafı  qarşısında  yerinə  yetirməli  oldu-

ğumuz müqəddəs bir borcdur.  Yalnız bu borc duyğusunu 

unutmamaqla,  Heydər  Əliyevin  əsasını  qoyduğu  müasir 

Azərbaycan  dövləti  qarşısındakı  vəzifələrimizi  həyata  ke-

çirə bilərik. 

Yalnız bu borc hissini bir an belə yaddan çıxarmamaqla 

Heydər  Əliyevin  möhkəm  özülünü  qoyduğu,  müstəqil 

dövlətimizin  müasir  mədəniyyət  siyasəti  qarşısında  üzəri-

mizə düşən şərəfli vəzifələri layiqincə yerinə yetirə bilərik. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə