Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   2   3   4   5   6   7   8   9   ...   29

 

19 

 

Şəxsən  mən  həmişə  belə  hesab  etmişəm,  bu  gün  də  belə 

hesab  edirəm,  daim  belə  düşünəcəyəm.  Hesab  edirəm  ki, 

bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı sözünün cəmiy-

yətə, millətə, xalqa təsiri böyükdür.” (Heydər Əliyev. Ədə-

biyyatın yüksək borcu və amalı. Bakı, 2000.) 

Doğrudan  da,  klassik  səviyyəyə  yüksəlmiş  ədəbiyyat, 

yəni  həqiqi  mənəvi  dəyər  olan  bədii  söz  sənəti  cəmiyyət 

həyatının  yaxşılaşmasında,  insanların  ruhi-psixoloji  rahat-

lığının,  dolayısı  ilə  isə  maddi  rifah  halının  təmin  edilmə-

sində  müəyyən  qədər  rol  oynamağa  qadirdir.  Dünyanın 

aparıcı  şəxsiyyətləri,  böyük  fikir  adamları  zaman-zaman 

bu həqiqəti təsdiq etmək məcburiyyətində qalmışlar. 

Heydər Əliyev klassiklərin daim xalqın gələcəyini, xoş-

bəxt  həyatını  düşünməsinə  və  bunu  yaradıcılıq  kredosuna 

çevirməyinə  böyük  əhəmiyyət  verərək,  bu  sahədə  onların 

elm və zəhmət adamlarından heç də az əmək sərf etmədiyi 

qənaətinə gələrək deyirdi: 

“Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mə-

dəniyyət  nümunələri  qədər  güclü  təsir  edən,  yəni  insanla-

rın  mənəviyyatına,  əxlaqına,  tərbiyəsinə,  fikirlərinin  for-

malaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə 

yoxdur.  Bu  vasitədən  xalqımız  keçmişdə  də  istifadə  edib-

dir.  Bizim  mütəfəkkir  insanlarımız,  şəxsiyyətlərimiz,  bö-



 

20 

 

yük  alimlərimiz,  yazıçılarımız  məhz  bununla  fəxr  edirlər 

ki,  xalqın  içindən  çıxaraq  böyük  mədəniyyət,  ədəbiyyat, 

şeir nümunələri yaradaraq xalqı oyadıblar, qaldırıblar, ruh-

landırıblar, mübarizəyə dəvət ediblər.” 

Azərbaycan  xalqı  ta  qədimlərdən  özünün  zəngin  ədə-

biyyatı  və  mədəniyyəti  ilə  seçilmiş,  bu  misilsiz  xəzinəyə 

yüksək  qiymət  vermiş,  qayğısına  qalmışdır.  Mədəniyyətə 

və ədəbiyyata xüsusi diqqət və qayğının Azərbaycan xalqı-

nın mentalitetinin ayrılmaz əlaməti olduğunu xüsusi şəkil-

də qeyd edən Heydər Əliyev bunun böyük üstünlük  oldu-

ğunu  vurğulayaraq,  28  oktyabr  1997-ci  ildə  Azərbaycan 

ədəbiyyatının yaşlı nümayəndələri ilə Prezident Sarayında 

keçirdiyi görüşü zamanı deyirdi: 

“Mən  düşünürəm  ki,  Azərbaycan  xalqının  müsbət  xü-

susiyyətlərindən  biri  də  odur  ki,  mədəniyyətə,  ədəbiyyata 

daim  diqqət,  qayğı  göstərib  və  hörmət  edibdir.  Bilmirəm, 

bəlkə səhv edirəm, ancaq yazıçıya, şairə, mədəniyyət xadi-

minə bizim Azərbaycandakı kimi hörmət və ehtiram bəlkə 

də az yerlərdə tapılar. Bunun da  kökləri  var.  Çünki bizim 

ədəbiyyatımız da, mədəniyyətimiz də zəngindir, ədəbiyya-

tımızı,  tariximizi  və  mədəniyyətimizi  zənginləşdirən  dahi 

şəxsiyyətlərimiz  də  olubdur.  Ona  görə  də  xalq  bu  şəxsiy-

yətlərlə  həmişə  fəxr  edərək,  onların  yaratdıqları  əsərləri 




 

21 

 

həmişə  sevə-sevə  oxuyaraq  mədəniyyətə,  ədəbiyyata  hör-

məti nəinki saxlayıb, hətta artırıbdır.”  

Burada  Heydər  Əliyevin  üslubundakı  bir  nüansı  da  nə-

zərdən  qaçıra  bilmərik.  O  da  Ulu  Öndərin  nitqindəki  bir 

ifadə ilə bağlıdır. “Bilmirəm, bəlkə səhv edirəm...” Əslin-

də bu, Heydər Əliyevin dahilərə məxsus yüksək təvazökar-

lığının  parlaq  təzahürlərindən  biri  kimi  qiymətləndirilə 

bilər. Axı bütün dünya bilirdi və Ulu Öndərin özü də bütün 

dünyadan  əvvəl  yaxşı  bilirdi  ki,  heç  vaxt  yanılmır,  səhv 

eləmir; xüsusən Azərbaycana, Azərbaycan xalqına, bu xal-

qın  unikallığına,  mədəni  keçmişinə  münasibətdə  heç  bir 

səhvdən söz gedə bilməzdi və Heydər Əliyev burada özü-

nəməxsus  üslubi  vasitədən  istifadə  edərək  irəli  sürdüyü 

fikri  daha  da  qabartmaq,  onun  əhəmiyyətini  vurğulamaq 

istəyir və buna yüksək səviyyədə nail olurdu. Bu da Hey-

dər  Əliyev  dühasının  hələ  bundan  sonra  daha  dərindən 

araşdırılmalı olan sirlərindən biridir. 

Hadisələrə  və  şəxsiyyətlərə  peşəkarcasına  qiymət  ver-

mək istedadına malik olan Heydər Əliyev, xüsusən klassik 

ədəbiyyatın  ictimai-mədəni  inkişafdakı  roluna  yüksək 

qiymət verir və Azərbaycan xalqının öz klassik ədəbiyyatı 

ilə  fəxr  etməyə  haqlı  olduğunu  göstərirdi.  1997-ci  ilin 

sonlarında  Prezident  Sarayında  Azərbaycan  ədəbiyyatının 



 

22 

 

gənc nümayəndələrini qəbul edən Ümummilli Lider onlara 

ünvanladığı  tövsiyələrində  və  atalıq  öyüdlərində,  xeyir-

dualarında xalqımızın malik olduğu ədəbi-mədəni dəyərlə-

ri  unutmamağa,  bunlarla  hər  zaman  qürur  duymağa  çağı-

rardı: 


“...Xalqımızın tarixində ədəbiyyat qədim dövrlərdən öz 

yerini  tutubdur  və  xalqımızın  inkişafında  çox  böyük  rol 

oynayıbdır.”  

Ədəbiyyatı dərindən bilən Heydər Əliyev, bu ədəbiyya-

tın  uzun  illər  boyu  təhsil,  oxuyub-öyrənmə,  bəşəriyyətin 

yaratdığı  mənəvi  dəyərlərə  sahiblənmə,  ağır  zəhmətlər, 

sarsıntılar, mənəvi yaşantılar bahasına başa gəldiyini yaxşı 

anladığındandır  ki,  gənclərə də yaradıcılıqda  asan yol tut-

mamağı  və bununla da xalq üçün lazımlı ədəbi əsərlər ər-

səyə  gətirməyi  tövsiyə  edərək  dünyagörmüş  bir  ağsaqqal 

müdrikliyi  ilə  deyirdi:  “Ədəbiyyat,  mədəniyyət  ...  həmişə 

fədakarlıqdan  doğan  bir  anlayışdır.  Ədəbiyyatı,  mədəniy-

yəti, bədii əsərləri, yüksək incəsənət əsərlərini yaradan in-

sanlar  həmişə  fədakar  olurlar.  Onlar  fitri  istedadı  ilə 

bərabər  fədakar  olmasalar,  böyük  sənətkar  ola  bilməzlər. 

Siz  gənclər  bunu  bilirsiniz,  amma  daha  dərindən  bilmə-

lisiniz ki, ən qədim dövrlərdən bizə gəlib çatmış, indi fəxr 

etdiyimiz  ədəbiyyat  əsərlərinin  –  Nizaminin,  Nəsiminin, 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə