Microsoft Word yeni heydercav doc



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix21.06.2018
ölçüsü0,67 Mb.
#50194
1   2   3   4   5   6   7   8   9   ...   29

 

13 

 

nə  də  dərin  maraq  göstərən  Heydər  Əliyev  onun  da  adını 

Azərbaycan  ədəbiyyatı  qarşısında  xüsusilə  böyük  xidmət 

göstərmiş  sənətkarların  arasında  fəxrlə  çəkmişdir.  Səksə-

ninci illərin əvvəllərindən isə ümummilli liderimiz Hüseyn 

Cavid  irsinə  müntəzəm  diqqət  göstərmiş,  kommunist  reji-

mi tərəfindən repressiya edilmiş şairə layiqli qiymətin ve-

rilməsi işinə nəzarəti intensiv olaraq gücləndirmişdir. Qlo-

bal siyasi kataklizmlərdən sonra 1993-cü ildə xalqın tələbi 

ilə ikinci dəfə hakimiyyət başına gələn Heydər Əliyev hə-

min ilin sentyabr ayında  Azərbaycan Milli Elmlər Akade-

miyasının  ziyalıları  ilə  tarixi  görüşündə  Hüseyn  Cavidin 

şəxsiyyəti və yaradıcılığı ilə bağlı gördüyü işləri belə xatır-

layırdı:  «Böyük  filosof-şairimiz,  dramaturqumuz  Hüseyn 

Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. An-

caq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cəna-

zəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəl-

di. Ancaq təəssüf edirəm  ki, 1981-ci ildə Hüseyn Cavidin 

100 illiyi haqqında qəbul edilmiş qərarı  Azərbaycanda on 

il ərzində həyata keçirmədilər. İndi Hüseyn Cavidin əsərlə-

ri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan de-

yil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsər-

lər lazımi səviyyədə nəşr olunmuşdurmu?» 

Əlbəttə, Cavid kimi dahi şairin əsərlərinin lazımi səviy-



 

14 

 

yədə  nəşr  edilməsi  üçün  Ulu  Öndərin  büruzə  verdiyi  bu 

narahatlıq, Azərbaycan ədəbiyyatının böyük mesenatı olan 

bir insan üçün təbiidir. Ancaq nə yazıq ki, onun sağlığında 

bu  narahatlıq,  bir  neçə  əsər  istisna  olmaqla,  bütövlükdə 

Cavid  yaradıcılığı  miqyasında  aradan  qaldırıla  bilmədi. 

Yalnız  2005-ci  ildə  Cavid  külliyyatının  orijinala  tam  uy-

ğun şəkildə şairin qızı Turan Cavid tərəfindən hazırlanmış 

beşcildliyi  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev cənablarının imzaladığı sərəncama əsasən latın qra-

fikası  ilə  çap  edilərək  xalqımıza  çatdırıldı.  Bu  da  təsadüfi 

deyil,  çünki  vətən  qeyrəti  çəkən  ataların  başladığı  böyük 

və möhtəşəm işləri övladlar davam etdirir və başa çatdırır. 

Ədəbiyyatın,  mədəniyyətin  taleyi  də  məhz  bu  faktorla 

müəyyən edilir. Necə ki, minillərdən bəri incəsənətimizdə, 

ədəbiyyatımızda  və mədəniyyətimizdə irs  və varislik ami-

li, mütərəqqi ənənələrin davam və inkişaf etdirilməsi özü-

nü güclü şəkildə göstərir, eyni amili biz dövlət idarəçiliyi, 

siyasət  və  diplomatiyamızda  da  açıq-aşkar  şəkildə  müşa-

hidə edə bilirik. O da sevindiricidir ki, sonuncu sahədə ir-

sin  sadəcə  davam  etdirilməsini  deyil,  həm  də  inkişaf  et-

dirilməsini görürük. 

Mövzumuzla bağlı bir cəhəti də nəzərdən qaçırmamalı-

yıq  ki,  öz  fenomenal  istedadı  və  qabiliyyəti  sayəsində 




 

15 

 

Sovet imperiyasının paytaxtı Moskvaya, yüksək dövlət və-

zifəsinə  getməsi səbəbindən Heydər Əliyevin  Hüseyn Ca-

vid  irsi  ilə  bağlı  yarımçıq  qalmış  bir  çox  işləri  elə  onun 

özü, üstündən bir neçə il keçmiş, respublika hakimiyyətinə 

ikinci qayıdışından sonra tamamlamağa nail oldu.  

Heydər  Əliyevlə  Hüseyn  Cavid  ilişkilərinin  bir  çox 

aspektləri vardır ki, onların elmi şərhi və təsviri üçün cild-

cild  kitablar  və  monoqafiyalar  yazmaq  lazım  gələrdi.  Xü-

susi  halda,  Hüseyn  Cavidin  tarixi  dramlarındakı  monu-

mental hökmdar surətləri ilə Heydər Əliyevin bir türk lide-

ri kimi qarşılaşıdırlması zamanı maraqlı bənzərliklərin üzə 

çıxması  bütöv  bir  elmi  araşdırmaya  material  verə  bilər. 

Eləcə də, bu iki dahinin bənzərlikləri onları yetirən torpa-

ğın özəllikləri ilə də izah edilə bilər. Eyni zamanda, onu da 

yaddan  çıxarmayaq  ki,  Heydər  Əliyev  Azərbaycanın 

Ümummilli Lideri kimi təkcə Hüseyn Cavid irsinə və şəx-

siyyətinə deyil, xalqımıza və dövlətçiliyimizə xidmət gös-

tərmiş  bütün  görkəmli  klassiklərə  hörmət  və  məhəbbət 

bəsləmiş, onların təbliği və tədqiqini prioritet vəzifələrdən 

biri  kimi  qarşıya  qoyaraq,  daim  nəzarət  altında  saxlamış-

dır. Bu baxımdan Ulu Öndər mesenat liderlər arasında xü-

susi bir mövqeyə malikdir.  

Heydər Əliyevin Cavid sevgisi təkcə dahi sənətkara de-



 

16 

 

yil, bütün cavidlərə yansımış, xüsusilə Turan Cavidlə iliş-

kiləri  və  bu  rakursdan  Hüseyn  Cavidin  dəyərləndirilməsi 

daha çox zaman kəsiyini əhatə etmişdir. 

Ancaq  bütün  bunlar  barədə  kitabımızın  sonrakı  fəsil-

lərində daha ətraflı danışacağıq. 




 

17 

 

 

 



 

 

 

ƏDƏBİYYATIN  

BÖYÜK MESENATI 

 

zərbaycan xalqının öz zəngin və keşməkeşli ta-



rixi  boyu  ərsəyə  gətirdiyi  ən  böyük  şəxsiyyət-

lərin, istedad və qabiliyyət, Vətən və el təəssü-

bü sahiblərinin ön sıralarında duranlardan biri olan, xalqı-

mızın tarixi taleyinin müəyyənləşməsində müstəsna rol oy-

nayan  və  bu  taleyi  əbədi  bir  səadət  məcrasına  salan 

Ümummilli  Liderimiz  Heydər  Əliyev  dühası  öz  ölməz 

əməlləri, möhtəşəm fəaliyəti ilə bu gün də yaşayır, icitmai-

mədəni həyatımızın bütün sahələrində bünövrəsini qoydu-

ğu işlərin davam etdirilməsinə, ülvi vətənpərvər məqsədlə-

rinin həyata keçirilməsinə, xalqımızın və ölkəmizin dünya 

birliyində  öz  layiqli  yerini  tutmasına  bizi  ilhamlandırır. 

A

 



18 

 

Ulu öndərin cismani yoxluğundan keçən hər il onun unikal 

ictimai-siyasi  fəaliyyətinin  indiyə  qədər  gizli  qalan  daha 

bir cəhətini üzə çıxarır və heç də qəribə deyildir ki, bu cə-

hətlər  praktik  baxımdan  tükənməzdir.  Bu,  belə  də  olmalı-

dır,  çünki  zaman  keçdikcə,  Azərbaycan  torpağında,  Türk 

dünyasında  və  ümumiyyətlə  dünyada  insan  nəsilləri  bir-

birini əvəzlədikcə hər nəslin öz Heydər Əliyevi olacaq, hər 

nəsil öz Heydər Əliyevinə öz dünyagörüşü, öz problemləri 

baxımından  yanaşacaq  və  onu  narahat  edən  suallara  bu 

nəhəng şəxsiyyətin çoxyönlü fəaliyyət arenasında cavablar 

tapacaq.  Bu,  təkcə  Heydər  Əliyevə  aid  olan  bir  fenomen 

deyil,  öz  sahəsinin  klassiki,  ən  böyük  şəxsiyyəti  olan  bü-

tün dahilər üçün xarakterikdir. 

Əlbəttə, bu sırada Azərbaycan xalqının dünya mədəniy-

yəti  xəzinəsinə  bəxş  etdiyi  ədəbiyyat  və  sənət  adamları, 

bəşər  bədii  təfəkkürünün  zənginləşməsində  öz  rolunu  na-

musla  oynamış  insanlar  da  şərəfli  və  layiqli  yerlərini  tut-

maqdadırlar. Xüsusi halda ədəbiyyatı yüksək qiymətləndi-

rən  Ümummilli  liderimiz  Heydər  Əliyev  nitqlərinin  birin-

də ədəbiyyat haqqında öz yüksək fikirlərini və mülahizələ-

rini  belə  ifadə  etmişdi:  “Ədəbiyyat  bizim  xalqımıza  çox 

böyük faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük mil-

li  sərvətlərimizdən  biridir.  Biz  bununla  fəxr  etməliyik. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə