Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   57   58   59   60   61   62   63   64   ...   72

 
182 
ayrı qurşaqlarında eroziya kəmiyyətinin fərqi qabarıq yamaclara nisbətən 
çox azdır.  
Mürəkkəb yamaclar yuxarıda adlarını  çəkdiyimiz yamacların 
müxtəlif kombinasiyasından təşkil olunur. Ona görə  də bu yamacların 
ayrı-ayrı qabarıq, batıq və düz hissələrində torpaq eroziyası özünə xas 
tərzdə inkişaf edir.  
Eroziya və torpağın yuyulmasına yamacların səmti də çox təsir 
göstərir. Səmtdən asılı olaraq yamacların istilik və  işıqlanma rejimi 
dəyişir. Bu da öz növbəsində torpağın temperaturunu, rütubətliyini, 
küləklərin istiqamət və rejimini tənzimləyir. Bütün bunlar da yamacların 
quraqlıq dərəcəsinə, qışda qar toplanmasına və torpağın donması  və 
donunun açılması proseslərinə təsir göstərir.  
Kənd təsərrüfatı istehsalatı üçün mikrorelyef formalarının öyrə-
nilməsi də  zəruridir. Mikrorelyef formaları tutduqları sahədə rütubət və 
istiliyi tənzimləyir, torpaqəmələgətirmə proseslərinə  təsir göstərir. 
Bununla belə, mikrorelyef kənd təsərrüfatı bitkiləri üçün əlverişli və ya 
qeyri-əlverişli şərait yaradır.  
Mikrorelyefin kənd təsərrüfatı bitkilərinə  təsiri günəş radiasiyasının 
və rütubətin çatışmadığı düzənliklərdə daha qabarıq gözə çarpır. Səthin 
quruluşunda az da olsa qeyri-bərabərlik mülayim və rütubətli ekvatorial 
qurşaqlarda bataqlıqlaşmaya, səhra, yarım səhra və quru çöllərdə 
şoranlaşmaya səbəb olur. Təsadüfi deyildir ki, düzənlik  ərazidə  kənd 
təsərrüfatı ilə  əlaqədar olaraq bütün planlaşdırma, meliorasiya və 
irriqasiya tədbirləri əvvəlcədən aparılmış mühəndis-geoloji, geomorfoloji, 
landşaft tədqiqatları  və  tərtib olunmuş irimiqyaslı müvafiq xəritələrin 
əsasında aparılır.  
Relyef, yerli iqlim şəraiti, torpaq-bitki örtüyü və insanın kənd 
təsərrüfatı  fəaliyyəti qarşılıqlı  əlaqədə olaraq ekzogen proseslərin 
xarakterini, dinamikasını  və intensivliyini müəyyən edir. Həmin 
proseslərin bir qismi (eol, eroziya) özünü fəal büruzə verir ki, bu da 
relyefin, torpaq və bitki örtüyünün, tarla, bağ və pplantasiyaların normal 
inkişafına mənfi təsir göstərir. Relyefəmələgətirici proseslərin başqa bir 
qismi (bataqlıqlaşma,  şoranlaşma, və s.) passiv inkişaf etsə  də torpaq 
ehtiyatlarının sıradan çıxmasına, torpaqların keyfiyyətinin dəyişməsinə və 
məhsuldarlığın aşağı düşməsinə səbəb olur.  
Bu göstərilən proseslərin kənd təsərrüfatına vurduğu ziyanın qarşısını 


 
183
almaq üçün eroziya və eol proseslərinin inkişaf etdiyi sahələrdə relyefin 
dinamikasını stabil vəziyyətdə saxlayan tədbirlər görülməli, təbii bitki 
örtüyünü zənginləşdirməli, eroziyanın inkişaf etdiyi sahələrdə yarğan və 
qobuların kənarlarında, yamaclarda ağac və kol bitkiləri  əkilməli, 
yamaclar terraslaşdırılmalı  və  hərəkətdə olan qum tirələrini və  təpələri 
bərkitmək üçün tədbirlər görülməlidir.  
Bataqlıqlaşma və  şoranlaşma proseslərinin qarşısını almaq və ya 
onların inkişafını  məhdudlaşdırmaq üçün ən səmərəli tədbir drenaj 
şəbəkəsinin çəkilməsidir.  
Yuxarıda qeyd edildiyi kimi, ərazinin kənd təsərrüfatına yararlığı 
cəhətdən qiymətləndirilməsində  və ayrı-ayrı  kənd təsərrüfatı sahələrinin 
yerləşdirilməsində relyef mühüm rol oynayır. Məsələn, dəmyə  dənli 
bitkilərinin yerləşdirilməsi üçün relyefin parçalanma xüsusiyyətini və 
parçalanma dərəcəsini, meylliyi nəzərə almaq lazım gəlir. Bu, taxıl 
zəmilərinin böyüklüyünü müəyyənləşdirir, kənd təsərrüfatı maşınlarından 
səmərəli istifadə edilməsini təmin edir. Suvarılan taxılçılıq 
təsərrüfatlarında relyefin meylliyinin və  səthin hamarlıq dərəcəsinin 
nəzərə alınması zəruri şərtlərdəndir. Tarlalar üçün elə sahələr seçilməlidir 
ki, orada relyef eroziya və  şoranlaşma proseslərinin inkişaf etməsinə 
imkan verməsin. Meylliyin çox olduğu və səthin hamar olmadığı sahələr 
biçənəklər və otlaqlar kimi istifadə edilməlidir. Bu cür sahələr bağçılıq və 
üzümçülükdə  də istifadə edilə bilər. Belə yanaşmalarla eroziyanın 
qarşısını xeyli almaq olar.  
Qoyunçuluğun intensiv inkişaf etdiyi ərazilərdə  təsərrüfatların 
yerləşdirilməsində də başlıca olaraq relyefin xüsusiyyəti nəzərə alınır. Bu, 
ilk növbədə otlaqların keyfiyyətini, təbii bitki örtüyünün zənginliyini 
müəyyən edir. İqlimi quru keçən vilayətlərdə isə relyef sürüləri suvarmaq 
üçün istifadə edilən su mənbələrinin kəmiyyət və keyfiyyətini, günün 
qızmar saatlarında qoyunların dincəlmə yerlərini və suvarma mənbələri 
ətrafında örüşlərin böyüklüyünü müəyyənləşdirir.  
Azərbaycan şəraitində dəmyə əkinçilik relyef və rütubətlənmə şəraiti 
ilə  əlaqədar olaraq, əsasən 350-500 m-dən 1000-1200 m-ə  qədər 
yüksəklik qurşağında yerləşmişdir. Lakin relyefin oroqrafik 
xüsusiyyətləri, onun parçalanma dərəcəsi və yamacların səmti ilə əlaqədar 
olaraq dəmyə  əkinçilik qurşağı  bəzən 1500-1600 m. yüksəkliklərə  qədər 
qalxır. Bəzi kənd təsərrüfatı bitkiləri (kartof, çovdar və s.) daha 


 
184 
yüksəkliklərdə, bu bitkilər üçün əlverişli istilik rejimi (başlıca olaraq 
vegetasiya dövründə) mövcud olan cənub səmtli yamaclarda, geniş  dərə 
və çökəkliklərdə də əkilə bilər.  
Yüksəkliyə  və yamacların səmtinə görə temperatur və rütubətlənmə 
rejiminin, ekzogen proseslərin xarakter və dinamikasının dəyişməsi  əkin 
sahələrinin yerləşdirilməsində 
nəzərə alınmalıdır. Tarlaların 
formalaşdırılması zamanı çalışmaq lazımdır ki, onların  əkin sahəsi 
eynisəmtli yamacda, müəyyən yüksəklik hüdudlarında yerləşdirilsin ki, 
bitkinin vegetasiyası və yetişməsi bərabər şəraitdə getsin.  
Sahələrin  şumlanması yamacların meylliyinə köndələn istiqamətdə 
elə aparılmalıdır ki, torpağın yuyulması özünün minimum həddinə ensin 
və vaxt keçdikcə yamaclar terraslaşdırılsın. Terraslaşdırılmış  səviyyələr 
arasında dar zolaqlar saxlanmalı və orada ağac və kol bitkiləri əkilməlidir. 
Bu, yamacların uzunluğunu azaldır və  səthi eroziyanı  zəiflədir. 
Azərbaycanın Kiçik Qafqaz hissəsində əkinçiliyin ən qədim dövrlərindən 
yadigar qalmış terraslaşmış yamaclara tez-tez rast gəlmək olur.  
Aparılan müşahidələr göstərmişdir ki, yamacların bu cür əkilməsi 
torpağın yuyulmasını 4-6 və hətta 12 dəfə azaldır.  
Göründüyü kimi, kənd təsərrüfatı sahələrini planlaşdırmaq və 
yerləşdirmək üçün relyefi bilmək çox vacibdir. Lakin onu da nəzərə 
almaq lazımdır ki, relyefin bu və ya digər xüsusiyyətləri, onun kənd 
təsərrüfatına təsiri  ərazinin yerləşdiyi iqlim qurşaqlarından, dağlıq 
ölkələrdə isə yüksəklikdən və relyefin xarakterindən asılı olaraq müəyyən 
edilir.  
Kənd təsərrüfatı üçün tərtib edilən geomorfoloji xəritələrdə relyefin 
kənd təsərrüfatı sahələrinin yerləşdirilməsi üçün vacib xüsusiyyətlərinin 
əks etdirilməsi ilə yanaşı, relyefin iqlim, səth suları, torpaq və bitki örtüyü 
ilə  əlaqəsi də göstərilməlidir. Xəritələrdə relyefin o elementləri  əks 
etdirilməlidir ki, onların öyrənilməsi və  təhlili  əsasında torpaqların 
yerləşməsi qanunauyğunluqları, qar örtüyü, torpaqların rütubət rejimi, 
səthi axım, torpaqların yuyulması, mikroiqlim və s. haqqında fikir 
yürütmək mümkün olsun.  
Suyun çatışmadığı arid iqlimli vilayətlərdə kənd təsərrüfatında birinci 
dərəcəli məsələ irriqasiya və meliorasiya tədbirləridir. Su anbarlarının 
tikilməsi, suvarma kanalları şəbəkəsinin, yerüstü və yeraltı kollektorların 
çəkilməsi, tarlaların suvarılması,  şoran torpaqarın yuyulması relyefin və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə