Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

 
188 
komponentlərindən maddələrin ayrılması heç də o demək deyildir ki
ümumiyyətlə planetdən maddə yoxa çıxır. Burada söhbət yalnız konkret 
landşaftda maddə itkisindən söhbət gedir. Maddələrin çıxarılması burada 
bir sıra səbəblərdən baş verir. Maddənin müəyyən miqdarı vegetasiya 
dövründə meyvələrdə, toxumlarda, yaşıl kütlədə toplanır. Meyvələrin, 
giləmeyvələrin, toxumların yığımı yem tədarükündə, oduncaq 
tədarükündə, ov, balıqtutma zamanı maddə istehlak yerinə daşındığından, 
bu landşaftdan yoxa çıxır. Və yaxud da digər bir misal: torpaq 
eroziyasının inkişaf etdiyi yerlərdə torpağın münbit qatındakı maddələrin 
bir qismi yerini dəyişir və landşaft maddələr itkisi ilə üzləşir. 
Landşaft elementlərində maddələrin toplanması süni və ya təbii 
yollarla digər sahələrdən maddələrin gətirilməsi ilə baş verir. Maddələrin 
toplanması  aşağıdakı  səbəblərdən ola bilər: mineral və üzvü gübrələrin 
verilməsi ilə; pestisidlərin tətbiqi ilə; qrunt sularının qalxması ilə; 
torpaqların suvarılması ilə;, küləklə, yeraltı və yerüstü sularla maddələrin 
gətirilməsi ilə  və s. Landşaftın destruksiyası (pozulması, quruluşunun 
dağılması) genezisin mürəkkəb nəticələrindən hesab edilir. Landşaftın 
quruluşunun pozulması ətraf mühitin kökündən dəyişməsi və ya intensiv 
texnogen təsir nəticəsində baş verir. Belə  şəraitlərdə adətən landşaftın 
azdayanıqlı elementləri  şəraitə uyğunlaşır, dayanıqlı elementləri isə 
sadəcə dağılır. Bunlar isə son nəticədə yeni strukturun formalaşmasına 
səbəb olur. Landşaftın destruksiyasında eyni zamanda həm maddə itkisi, 
həm də maddələrin toplanması baş verir. 
Baş verən proseslər landşaftın ayrı-ayrı xüsusiyyətlərini sistemin 
tolerantlıq çərçivəsindən kənara çıxarır. Bu zaman biosenozun və bütün 
digər faktorların strukturunu müəyyənləşdirən minimal şəraitlərin 
kəmiyyətləri dəyişir. Landşaftın yenidən təşkili zamanı zonallıq 
müddəasının tələblərinin pozulması baş verir. 
Landşaftın davamlığı, başqa sözlə onun yetkinliyi torpaqlardan 
təsərrüfat məqsədləri üçün istifadədə əlverişli mərhələ sayılır. Landşaftın 
yaranması  və dağıntısı-gözlənilməz nəticələr (torpaq eroziyası, subasma 
və s.) meydana çıxarır. Ona görə  də, torpaqların istehsalat məqsədləri 
üçün istifadəsi baxımından, yetkin və dağılan landşaftların 
stabilləşdirilməsi üçün şəraitlərin yaradılması zəruridir. Yaranmaqda olan 
landşaftlar üçün onların yetkinliyi və stabilləşməsini sürətləndirən 
tədbirlər nəzərdə tutmaq lazımdır. 


 
189
Torpaqların rekreasiya məqsədləri üçün istifadəsi nöqteyi-nəzərdən 
landşaftların destruksiyası mərhələsi daha əlverişlidir. 
Belə ki, yetkin landşaft insanların istirahəti və digər məşğuliyyətləri 
üçün lazım olan görüntüləri yarada bilmir. Destruksiya mərhələsində 
landşaftlarda dəyişikliklər baş verir, onların müxtəliflikləri güclənir, 
landşaft kiçik ekosistemlərə bölünür ki, bütün bunlar da öz növbəsində 
insanın müxtəlif tələbatlarını ödəyir. Belə ki, istehsalat nöqteyi-nəzərdən 
əlverişli olmayan dəyişiklik (layların, karxanaların əmələ gəlməsi) düzən, 
aran yerlərdə  cəlbedici rekreasiya sahələrinin yaranmasına səbəb olur. 
Landşaftın destruksiyası-obyektiv hadisə olub, planetin ekosistemlərinin 
ümumi genezisi ilə, habelə daxili səbəblərdən  əmələ  gəlir. Beləliklə, 
landşaftların destruksiyası insanın landşaftlara təsiri və onların təbii 
inkişaf prosesində yaranan təbii hadisələrdir. 
Yerin xüsusiyyətlərinin öyrənilməsi torpaqlardan səmərəli istifadənin 
vacib  şərtlərindəndir. Bu bilik torpaqlardan, habelə digər təbii 
resurslardan tam, dolğun istifadə edilməsi, təbiətin mühafizəsi, 
istehsalatın və rekreasiyanın səmərəliliyinin artırılması üçün elmi zəmin 
yaradır. 
 
 
 


 
190 
FƏSİL V.  
AZƏRBAYCANDA YERQURULUŞU SİSTEMİ 
 
5.1. Azərbaycanda torpaqlardan istifadəyə və onların 
mühafizəsinə nəzarət edən dövlət orqanları 
 
Torpaq ehtiyatlarının dövlət tərəfindən idarə edilməsi-dövlətin torpaq 
siyasətinin həyata keçirilməsində müxtəlif subyektlərin fəaliyyətini 
istiqamətləndirən, torpaq münasibətlərinin tarixi inkişafı prosesində nail 
olunmuş  dəyərlərin, norma və  ənənələrin qorunub saxlanılmasına 
yönəldilmiş ictimai həyatı  tənzimləyən özünəməxsus və kifayət qədər 
mürəkkəb mexanizmdir. 
Dövlətin torpaq siyasətini və torpaq ehtiyatlarının dövlət tərəfindən 
idarə edilməsini bir medalın iki üzü kimi təsvir etmək olar. Burada 
“siyasət” anlayışı altında qərarların qəbul edilməsi ilə bağlı  fəaliyyət, 
“idarəetmə” ifadəsi altında isə onların həyata keçirilməsi başa düşülür.  
Nəinki müxtəlif inzibati sistemlər, hətta müxtəlif siyasi mə-
dəniyyətlər belə müxtəlif idarəetmə  qərarlarının qəbul edilməsini tələb 
edir.  Şübhəsizdir ki, Azərbaycan Respublikasında torpaq ehtiyatlarının 
dövlət tərəfindən idarə edilməsi kursu müəyyən edilən zaman digər 
ölkələrdə  həyata keçirilən bütün yeni ideya və eksperimentlər haqqında 
məlumata malik olmaq zəruridir. Bu bilik təqlidçilik üçün deyil, uğurlu 
praktikanın konkret şəraitə uyğunlaşdırılması üçün əsas olmalıdır.  
Sivil mülki cəmiyyətdə torpaq ehtiyatlarının dövlət tərəfindən idarə 
edilməsi cinsindən, yaşından, milli mənsubiyyətindən asılı olmayaraq 
insanlara ləyaqətli həyat  şəraiti yaratmağa, meydana çıxan ziddiyyətləri 
sosial qrupların xeyrinə  həll etməyə  və sosial həyatın bütün sahələrində 
mütərəqqi dəyişiklikləri təmin etməyə yönəldilir. 
Torpaq ehtiyatlarının dövlət tərəfindən idarə edilməsi nəzəriyyəsi 
dinamik inkişaf edən sahələrdən biri olmaqla elmi biliklərin 
beynəlmiləlləşdirilməsi və  uğurlu idarəetmə  təcrübəsinin ümumiləş-
dirilməsi hesabına daima zənginləşir. Xarici təcrübənin ümumiləşdi-
rilməsi, torpaq ehtiyatlarının dövlət tərəfindən idarə edilməsi 
nəzəriyyəsinin mənimsənilməsi,  ən yeni konsepsiyaların və idarəçilik 
paradiqmalarının öyrənilməsi və  dərk edilməsi müəyyən  şəraitdə 
praktikada səmərəli həyata keçirilə biləcək idarəçilik potensialının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə