Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

 
173
bütün torpaq sahələrinə girişə şəraitin yaradılması.  
 
4.4. Yerquruluşunda dayanıqlı ekoloji landşaft quruculuğunun və 
planlaşdırılmasının elmi-metodiki əsasları 
 
Planetin səthi olan yer atmosferlə qarşılıqlı  təsirdə,  əlaqədə insanın 
yaşaması üçün təbii mühiti yaradır. Yer səthinin elə xüsusiyyətləri vardır 
ki, bu xüsusiyyətlər insan cəmiyyətindən asılı olmayaraq mövcuddurlar və 
insan öz fəaliyyəti prosesində bu xüsusiyyətləri kökündən dəyişdirə 
bilmir.  İnsanların arzu və istəklərindən asılı olmayan bu xüsusiyyətləri 
‘‘təbii  şərait’’ məfhumu altında birləşdirmək də olar. Yer səthinin bu 
xüsusiyyətlərinə (landşaftın təbii  şəraitinə) iqlim (temperatur, yağıntı, 
külək, atmosfer təzyiqi, insolyasiya və s.) və biosfera (yerin üz qabığı ) 
aiddirlər. Landşaftın bu təbii  şəraitlərinin  ərazinin təşkilində, landşaft 
quruculuğunda, bütövlükdə yerquruluşunda nəzərə alınmaları vacibdir. 
Məhz bu baxımdan gələcək yerquruluşçuları tədqiq olunan ərazilərin təbii 
şəraitlərinin landşaft quruculuğunda, istehsalatın ərazicə təşkilində rolunu 
bilməlidirlər. 
Məlumdur ki, havanın temperaturu yer üzərindəki temperatur 
fərqlərinə görə yaranır. Bu göstərici planetin səthində zonal yayıma 
malikdir ki, onlar da öz növbəsində bir sıra ekoloji-landşaft  şəraitləri, o 
cümlədən bitki örtüyünün xüsusiyyətlərini müəyyənləşdirir.  
Yerquruluşu tədbirlər sistemində temperatur rejimini xarakterizə 
edən göstəricilər sırasında aşağıdakıları bilmək tələb olunur: 

 
isti və soyuq dövrlər üçün orta illik, orta aylıq maksimal və 
minimal temperaturlar; 

 
şaxtalı günlərin müddəti; 

 
müsbət temperaturlu, 10
0
S-dən artıq temperaturlu günlərin sayı; 

 
müsbət temperaturun cəmi; 

 
torpağın, havanın, suyun və s. temperaturu və müxtəlif dövrlərdə 
onların nisbəti; 

 
torpağın donma dərinliyi. 
Yağıntılar torpağın tipini, bitki örtüyünün tərkibini, eroziya 
proseslərini və s. müəyyənləşdirir və  aşağıdakı göstəricilərlə xarakterizə 
olunurlar: 

 
illik, orta aylıq, orta illik, orta dekadalıq yağıntıların cəmi 


 
174 
(miqdarı); 

 
qar örtüyünün qalınlığı; 

 
yağıntıların kimyəvi tərkibi; 

 
yağıntısız günlərin sayı. 
Külək rejimi eroziyanın səviyyəsini, qar örtüyünün paylanmasını, 
qazşəkilli tullantıların yayılma istiqamətini müəyyənləşdirir. Külək rejimi 
aşağıdakı göstəricilərlə xarakterizə olunurlar: 

 
illərin dövrləri üzrə hava kütləsinin dəyişməsinin istiqaməti və 
müddəti; 

 
küləyin sürəti; 

 
qara yelli küləklərin əsmə günlərinin sayı; 

 
ilin ayrı-ayrı dövrləri üçün küləksiz (1-2m/s) günlərin sayı. 
  İnsolyasiya kəmiyyəti bitkilərin inkişafını  və insanların rekreasiya 
fəaliyyətlərinin şəraitinə təsir göstərən amillərdəndir. 
İnsolyasiya-vahid zamanda bir kvadrat santimetr yer səthinə 
günəşdən düşən işıq enerjisinin miqdarıdır. 
İnsolyasiyanı xarakterizə edən aşağıdakı göstəricilərin  ərazinin 
təşkilində nəzərə alınması vacibdir: 

 
ilin dövrləri üzrə işıqlı günlərin sayı; 

 
insolyasiyanın intensivliyi; 

 
atmosferin tozluluğu; 

 
buludsuz (günəşli) günlərin sayı. 
İqlimin qlobal təzahürü ilə bərabər yerli şəraitlər (relyef, bitki və s.) 
hesabına iqlimin yerli xüsusiyyətləri mikroiqlim yaradır. Mikroiqlim yerli 
torpaq tipinin, bitki və heyvanat aləminin formalaşmasına səbəb olur. 
Mikroiqlimin təzahürünə dair göstəricilərə kiçik ərazilərin temperatur 
rejimi, rütubətlik, külək rejimi aiddirlər. Makroiqlimdən fərqli olaraq 
mikroiqlim həm də insan fəaliyyəti nəticəsində yaranır. Məsələn, insan 
fəaliyyəti nəticəsində salınmış meşə zolaqları, su hövzələri, mühafizə 
qurğuları və s. kiçik ərazilərdə mikroiqlim yaradır. 
Torpaq örtüyü-yerin bərk qatının üst münbit səthidir. Yerin torpaq 
örtüyü bitki yetişdirmək qabiliyyətinə malikdir. 
Torpaq-iqlim kompleksinin bioloji inkişafının məhsuludur. Torpaq 
aşağıdakı göstəricilərlə xarakterizə olunur: 

 
genetik tipi; 

 
ağır metallarla, pestisidlərlə çirklənmə dərəcəsi; 


 
175

 
şoranlığı, şorakətliliyi; 

 
eroziyaya uğrama dərəcəsi; 

 
kənd təsərrüfatı bitkilərinin, çoxillik əkmələrin yetişdirilməsi üçün 
yararlılığı; 

 
eynicinsliliyi (texnoloji, ekoloji cəhətdən). 
Torpağın tipi əsasən ərazinin iqlimi, relyefi, hidroqrafik və hidroloji 
xüsusiyyətləri ilə müəyyənləşir. Məhz torpaq tipi digər ekoloji-landşaft 
xüsusiyyətləri ilə istehsalatın ixtisaslaşma istiqamətini, istehsalın həcmini, 
xərcləri və s. müəyyənləşdirir. 
Ərazinin təbii bitki aləmi təbii sahələrin məzmununu formalaşdırır. 
Təbii xüsusiyyətlərinə görə  ərazinin bitki aləmi ağac (meşə) və ot 
örtüyünə bölünür. Ərazinin təbii bitki aləmi aşağıdakı göstəricilərlə 
xarakterizə olunurlar: 

 
ərazinin meşə ilə örtülmə dərəcəsi; 

 
meşə örtüyünün tipi və sahəsi; 

 
kənd təsərrüfatı torpaqlarının şumlanma dərəcəsi; 

 
təbii ot örtüyünün tipi və sahəsi; 

 
bitkilərin ərazini eroziyadan mühafizə qabiliyyəti; 

 
ot örtüyünün qidalılığı; 

 
meşələrin bonitet balları; 

 
meşələrin məhsuldarlığı; 

 
ərazinin rekreasiya xüsusiyyətləri. 
Ərazinin bitki örtüyü, bitki aləmi iqlimdən, relyefdən, torpaq tipindən 
asılı olaraq formalaşır. Bu örtük, heyvanlar üçün yem, istehsalat üçün 
xammal rolunu oynayır, rekreasiya fəaliyyəti üçün şərait yaradır, torpağı 
eroziyadan qoruyur, insan üçün əlverişli və yaraşıqlı landşaftlar 
formalaşdırır.  
Ərazinin hidroqrafiya və hidrogeologiya şəraitləri yerin xüsusiyyət 
göstəricilərindən olub yerüstü və yeraltı suların mövcudluğunu 
xarakterizə edirlər. Onların mövcudluğu relyeflə  sıx  əlaqəlidir. Su 
ehtiyatları insanların məişət və fizioloji tələblərini ödəmək üçün vacib 
olmaqla bərabər, həm də istehsalat və rekreasiya fəaliyyətinin rəsmi 
şərtləridir. Onlar aşağıdakı göstəricilərlə xarakterizə olunurlar. 

 
yerüstü su mənbələrinin sahələri; 

 
ilin müxtəlif müddətlərində suyun həcmi və ehtiyatı; 

 
suyun kimyəvi və bakterioloji tərkibi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə