Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

 
164 
layihə  sənədlərinə istinadən səmərəli torpaqdanistifadələr sistemi 
yaratmaq mümkündür. 
İctimai və istehsal münasibətlərinin inkişaf səviyyəsindən asılı 
olmayaraq bütün dövrlərdə yerquruluşunun məqsədi iqtisadiyyatın bütün 
sahələrində torpaqlardan səmərəli istifadəni və onların mühafizəsini təşkil 
etməkdən,  ərazinin və istehsalatın təşkilini iqtisadi münasibətlərin tələb-
lərinə uyğunlaşdırmaqdan ibarət olub. Yerquruluşu prosesində torpaqlar-
dan səmərəli istifadə edilməsi və mühafizəsi üçün optimal şəraitlər 
yaradılır, ekoloji-iqtisadi cəhətdən davamlı torpaqdanistifadələr sisteminin 
təşkili problemləri həll edilir. 
Ölkəmizdə dövlət yeni torpaq münasibətlərinin formalaşdırılmasına 
dair islahatları yerquruluşu sistemi vasitəsi ilə  həyata keçirdiyindən 
yerquruluşu dövlət xarakteri daşıyır. 
Yerquruluşu dövlət funksiyalarından  əlavə, həm də sahələrarası, 
ərazilərarası (təsərrüfatlararası) və  təsərrüfatdaxili funksiyaları yerinə 
yetirir. 
Dövlət səviyyəsindəki funksiyaları ilə yerquruluşu ölkədə torpaq 
islahatının həyata keçirilməsini təmin edir, torpaqlardan istifadənin 
perspektivlərini proqnozlaşdırır, torpaqlardan istifadənin və onların 
mühafizəsinin  əsas təyinatını müəyyənləşdirir, Respublikanın, Muxtar 
Respublikanın, rayonların, bələdiyyələrin yerquruluşu sxemlərinin tərtibi 
ilə torpaqlardan istifadəyə, onların mühafizəsinə, səmərəli torpaqdan-
istifadələr və torpağa sahibkarlıq sistemlərinin formalaşdırılmasına nail 
olur. Yerquruluşu sənədləri dövlət və yerli özünüidarəetmə orqanları 
tərəfindən torpaq ehtiyatlarının idarəedilməsinə dair qərarların çıxarılması 
üçün əsas rolunu oynayır. 
Sahələrarası yerquruluşunun funksiyalarına iqtisadi sahənin xarak-
terindən, ixtisaslaşmasından və istehsalatın xüsusiyyətlərindən asılı olaraq 
aşağıdakıları aid etmək olar: 

 
kənd təsərrüfatı  və qeyri-kənd təsərrüfatı sahələrində  səmərəli 
təsərrüfatçılıq fəaliyyəti üçün müvafiq təşkilati-ərazi  şəraitlərinin 
yaradılması; 

 
mövcud torpaqdanistifadələr sistemlərinin təkmilləşdirilməsi, 
yenilərinin təşkili; 

 
sahələrarası davamlı  və optimal iqtisadi əlaqələri təmin edəcək 
torpaqdanistifadələr sistemini qurmaq məqsədilə torpaq sahələrinin təmər-


 
165
küzləşməsi və yığcam yerləşməsi üçün ərazi şəraitlərinin yaradılması. 
Sahələrarası yerquruluşunun funksiyalarına həmçinin qeyri-kənd 
təsərrüfatı istehsalatının (sənayenin, nəqliyyatın, tikintinin və s.) 
ehtiyacları üçün torpaq sahələrinin ayrılması da aid edilir. 
Təsərrüfatlararası (ərazilərarası) yerquruluşunda iqtisadiyyatın bütün 
sahələrinin normal fəaliyyətləri üçün müvafiq şəraitlər yaradılır, kənd 
təsərrüfatı  və qeyri-kənd təsərrüfatı  təyinatlı davamlı torpaqdanistifa-
dələrin səmərəli sisteminin formalaşdırılması həyata keçirilir. Təsərrüfat-
lararası yerquruluşu vasitəsi ilə həmçinin vətəndaşlar və hüquqi şəxslərə 
verilməsi üçün torpaq sahələrinin formalaşdırılması  həyata keçirilir, 
habelə  bələdiyyə  və digər inzibati-ərazi vahidlərinin təyinatına görə 
müxtəlif olan torpaq kateqoriyalarının yerdə (naturada) sərhədləri 
bərkidilir.  
Təsərrüfatdaxili yerquruluşu işləri konkret kənd təsərrüfatı mü-
əssisələrinin (ailə  təsərrüfatlarının, kəndli (fermer) təsərrüfatlarının, 
assosiasiyaların, birliklərin, kooperativlərin və s.) sərhədləri daxilində 
aparılır. Məqsəd-ərazinin ekoloji-landşaft xüsusiyyətlərini nəzərə almaqla 
aqrar istehsalatın fəaliyyətini təmin edəcək təşkilati-ərazi  şəraitlərin 
yaradılmasından ibarətdir. Təsərrüfatdaxili yerquruluşunda obyektin 
sərhədləri daxilində təbii landşaftı yaxşılaşdıracaq, torpaq ehtiyatlarından 
səmərəli istifadəni təmin edəcək torpaqqoruyucu, təbiəti mühafizə
meliorativ və s. tədbirlər layihələndirilir.  
Yerquruluşu işlərinin yerinə yetirilməsi zamanı  aşağıdakı  əsas 
prinsiplərə (müddəalara) riayət edilməlidir: 

 
yerquruluşu işləri aparılan  ərazilərdə yaşayan vətəndaşların və 
torpağa hüququ olan subyektlərin qanuni maraqlarının təmin edilməsi; 

 
müxtəlif təsərrüfatçılıq formalarının və iqtisadiyyatın bütün sahə-
lərinin inkişafı üçün bərabər təşkilati və ərazi şəraitlərinin yaradılması; 

 
bələdiyyə  və digər inzibati-ərazi vahidlərinin  ərazilərinin 
perspektiv və kompleks inkişaflarının nəzərə alınması; 

 
torpaq ehtiyatlarının və  təbii landşaftların mühafizəsi və  səmərəli 
istifadəsi; 

 
torpaqdanistifadələrin formalaşdırılması zamanı onların sahə  və 
məkan yerləşmələrinə görə optimallığının, yığcamlığının təmin edilməsi; 

 
torpaqdanistifadələrin dayanıqlığının təmin edilməsi, torpaq 
sahələrinin ekoloji-landşaft baxımından məqsədəuyğun olmayan kiçiköl-


 
166 
çülü paylara parçalanmamağının zəruriliyi; 

 
torpaq, meşə, su qanunvericiliyinin və  ətraf mühitin mühafizəsinə 
dair qanunvericiliyin tələblərinin yerinə yetirilməsi; 

 
ilk növbədə təbiəti mühafizə məsələlərinin həlli, başqa sözlə ətraf 
mühitə ziyan vura biləcək hər hansı bir ərazinin təşkili variantlarının 
baxılmasının mümkünsüzlüyü; 

 
kənd təsərrüfatı müəssisələrinin yenidən təşkili zamanı  ərazinin 
təbii, ekoloji-təsərrüfat xüsusiyyətlərinin nəzərə alınması; 

 
ərazinin təşkilinin dayanıqlı  və aqroekoloji cəhətdən düzgün 
yerləşmiş elementlərinin saxlanmasının təmin edilməsi; 

 
yerquruluşu layihələri əsasında ərazinin aqroekoloji qiymətləndiril-
məsi və ərazinin zonalaşdırılmasının ekoloji-texnoloji prinsiplərinin təmin 
edilməsi; 

 
çirklənmiş, zəhərlənmiş  və deqradasiyaya uğramış torpaq 
sahələrinin kənd təsərrüfatı istifadəsindən çıxarılması, konservasiya 
edilməsi və bölüşdürmə fonduna daxil edilməsinə dair tələblərin yerinə 
yetirilməsi. 
Ekoloji tələblərin həyata keçirilməsinin təmin edilməsi üçün yerqu-
ruluşu işləri kompleks şəkildə ekoloji-landşaft yanaşmalardan istifadə 
etməklə  həyata keçirilməlidir. Bunun üçün ilk öncə inzibati rayonun 
(bələdiyyənin) yerquruluşu sxemi tərtib edilməli, sonra yerquruluşu 
layihəsi hazırlanmalı və ən nəhayət, sonda işçi layihəsi tərtib edilməlidir. 
Bazar torpaq münasibətləri müasir yerquruluşu qarşısında yeni 
vəzifələr qoyur:  

 
dövlətin yeni torpaq siyasətinin həyata keçirilməsi: mülkiyyət 
formalarına və torpaq üzərində hüquqi subyektlərə görə iqtisadi və ekoloji 
tələbləri nəzərə almaqla torpaq bölgüsü, səmərəli torpaqdanistifadələr 
sisteminin formalaşdırılması, torpaqların yenidən bölüşdürülməsində 
sosial  ədalətin təmin edilməsi, torpaq üzərində konstitusion hüquqların 
təminatı; 

 
mülkiyyət formalarından asılı olmayaraq bütün kateqoriyadan olan 
torpaqlardan bütün səviyyələrdə – Respublika, Muxtar respublika, rayon, 
bələdiyyə, özəl qurumlar səviyyəsində  səmərəli istifadəni təmin edəcək 
tədbirlərin hazırlanması, kənd təsərrüfatı  və qeyri-kənd təsərrüfatı 
sahələrində səmərəli təsərrüfatçılıq üçün müvafiq təşkilati-ərazi şəraitlərin 
yaradılması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə