Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

 
155
Akademik Həsən Əliyev əsərlərində israrla və uzaqgörənliklə göstə-
rirdi ki, antropogen gərginlik  şəraitində respublikanın torpaq ehtiyatları 
ciddi təsirlərə  məruz qalır. O, yazırdı: “Torpağın dərdi çoxdur. Onu 
düşünmək, görmək və hiss etmək lazımdır. Torpaqların kənd təsər-
rüfatında, sənayedə, məişətdə düşüncəsiz istifadəsi nəticəsində torpaq 
ehtiyatları azalır, münbitlik qabiliyyəti zəifləyir, məhsuldarlıq aşağı 
düşür”.  
Hələ keçən  əsrin 70-80-ci illərində böyük alim özünün əsərlərində 
dünyada və Azərbaycanda ekoloji mühitdə tarazlığın pozulmasından, ana 
təbiətin, müqəddəs vətən torpaqlarının göz bəbəyi kimi qorunması 
vacibliyindən ürək ağrısı, millət yanğısı ilə söz açır, həyəcan təbili çalırdı. 
Alimin “Həyəcan təbili”, “Təbiətin keşiyində”, “Təbiətin yaşıl libası” və 
onlarla digər əsərləri Azərbaycan təbiəti, Azərbaycan torpağı, Azərbaycan 
ekologiyası,  ətraf mühitin mühafizəsi barədə yazılmış  şah  əsərlərdir. 
Alimin bu əsərləri ölkədə ekoloji mədəniyyətin yüksəlməsində, insanların 
təbiətə münasibətinin düzgün istiqamətləndirilməsi və  ətraf mühitin 
şüurlu qorunması işinin təşkilində bu gün də böyük aktuallıq kəsb edir.  
Hələ keçən  əsrdə böyük uzaqgörənliklə söylənmiş müdrik alim 
tövsiyələri ekoloq alimin torpağın,  ətraf mühitin, bütövlükdə insanlığın 
qorunması naminə bugünkü və  gələcək nəsillərə, bütün bəşəriyyətə 
ünvanlanmış çağırışları idi.  
Akademik  əsərlərində respublikamızda baş verən müxtəlif ziyanlı 
təbii hadisələrin (sel, sürüşmə  və s.) qarşısını almaq üçün dağ yamac-
larının yaşıllaşdırılmasını, çəmən və otlaqların mühafizəsini, təkmilləşmiş 
və  təbii  şəraitə uyğun zonal əkinçilik sistemlərinin tətbiqini, azmünbitli 
torpaqların meliorasiya yolu ilə  əkin dövriyyəsinə qaytarılmasını  və bu 
səpgidən olan digər yerquruluşu, meliorasiya, əkinçilik, ekologiya 
tədbirlərinin həyata keçirilməsini tövsiyə edir və eyni zamanda o, bütün 
bunları insan üçün sağlam mühitin mühafizəsinə imkan verən tədbirlər 
kompleksi kimi qiymətləndirirdi.  
Akademik H.Ə.  Əliyevin Azərbaycanda xüsusi mühafizə olunan 
ərazilərin yaradılmasında, təşkilində  də  əvəzsiz rolu olmuşdur. Belə ki, 
Qarayazı, Ağ göl, Bəsitçay, Türyançay, İsmayıllı, Pirqulu, Göy göl, Qara 
göl,  Şirvan dövlət təbiət qoruqları  məhz akademik H.Ə.Əliyevin ya 
bilavasitə  təşəbbüsü ilə yaradılmış, ya da onun sayəsində bu ərazilərə 
ikinci həyat verilmişdir.  
Akademik H.Ə.Əliyev dünyanın hər yerində  həmişə “Təbiət və 


 
156 
insan” problemlərinə  həsr olunan beynəlxalq simpoziumlarda və kon-
franslarda təbiətin təəssübkeşi kimi çıxış edir, təbii sərvətlərin, o 
cümlədən torpaq ehtiyatlarının mühafizəsini təmin edə biləcək elmi 
konsepsiyalar irəli sürürdü.  
Akademik H.Ə.Əliyevin elmi-tədqiqat işlərinin obyekti Adəm 
peyğəmbərin yarandığı torpaq olub. Torpağı  tədqiq etməklə, deməli bu 
Nurlu  İnsan həm Tanrımıza xidmət etmiş, ilahinin tapşırığını yerinə 
yetirmiş, həm də xalqın qida və  ərzaq mənbəyi olan müqəddəs 
torpaqlarımızın yaxşılaşdırılmasına, sağlamlaşdırılmasına dair insanların 
arzu və istəklərini həyata keçirmişdir.  
Akademik Həsən  Əliyevin təbiət-insan münasibətlərinə dair bəzi 
aforizmləri bəşər adamına hələ çox yüzilliklər çıraq olacaqdır:  

 
təbii sərvətlərin mühafizəsi və artırılmasını insanın mənafeyi tələb 
edir;  

 
təbii gözəlliyi görmək, hər  şeydən  əvvəl, ona qayğı göstərmək 
deməkdir.  Əgər biz gözəlliyin qayğısına qalmırıqsa, demək onu 
görmürük;  

 
sağlam və gözəl təbiət insana nəinki təkcə yeni fiziki qüvvə verir, 
habelə onun ağlına,  şüuruna, zehninə  təsir edir, insanda özünə inam 
hissini, yaradıcılıq şövqünü artırır;  

 
torpaq vətən deməkdir. Hər şey torpağın üstündə bitir. Bu mənada 
insan üçün torpaqdan kənar təbiət anlayışı yoxdur;  

 
təbii sərvətlərin mühafizə edilməsində istər maddi və istərsə  də 
estetik baxımdan birinci növbədə insanı  nəzərdə tutmaq lazımdır. 
Siyasətdə  də, iqtisadiyyatda da,elmdə  də,  ədəbiyyatda da insan həyatı 
birinci yerdə durmalıdır;  

 
biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, 
o da bizə o qədər qida və şəfa verəcəkdir;  

 
insan özü özünün keşikçisi olmalıdır. Ayrı bir canlı onun harayına 
gəlməyəcək. Ona görə  də, bu gün heç bir təşvişsiz –haraysız həyəcan 
təbili çalmaq yerinə düşərdi. Bu “təbil”i heç yerdən asmaq lazım deyil. O, 
bu günün insanının ürəyidir.  
Torpaqla bağlı alimlər bəşər tarixində, elm tarixində xüsusi yer 
tuturlar. Bütün varlığı ilə torpağa bağlı olan akademik Həsən  Əliyev də 
məhz elələrindəndir. Alimin elmi irsi bu gün də yerquruluşu, 
torpaqşünaslıq, ekologiya sahələrində alim-mütəxəssislər tərəfindən 
tədqiq edilir. Bu günün tələbələrinə, tədqiqatçılarına, gələcək torpaq 


 
157
adamlarına aşılanır, öyrədilir.  
Məlum olduğu kimi, keçən  əsrin 70-ci illərindən başlayaraq ümum-
milli liderimiz H.Ə. Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikamızın 
iqtisadiyyatının bəzi sahələrindəki mütəxəssis qıtlığını aradan qaldırmaq 
məqsədilə ölkəmizdən kənara oxumaq üçün azərbaycanlı  gənclər 
göndərilirdi. O illərdə mütəxəssis qıtlığı ilə rastlaşan sahələrdən biri də 
yerquruluşu sahəsi idi.  
Azərbaycan Respublikası üçün yüksəkixtisaslı mühəndis yerq-
urluşçuları əsasən SSRİ-nin mərkəzi ali təhsil ocaqlarında-Voronej Kənd 
Təsərrüfatı  İnstitutunda, Moskva Yerquruluşu Mühəndisləri  İnstitutunda 
hazırlanırdı.  
Azərbaycan ölkəsi üçün mühəndis yerqurluşçularının hazırlan-
masında VKTİ-nin yerquruluşu və torpaq kadastrı kafedrasına uzun 
müddət rəhbərlik etmiş, RKTEA-nın həqiqi üzvü, Rusiya Federasiyasının 
Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Zapletin 
Vladimir Yakovleviçin xüsusi əməyini qeyd etmək lazımdır. 
İkinci Dünya Müharibəsinin qanlı-qadalı günlərində belə  cəbhə 
xəttində müsəlman əsgərlərinə, böyük Türk Dünyasının insanlarına xüsusi 
rəğbət bəsləyən bu böyük vətəndaş-alim müharibədən keçən uzun 
müddətdən sonra da o hislərə sadiq qalmışdı. Belə ki, Azərbaycana və 
azərbaycanlılara böyük hörmətlə yanaşan V.Y.Zapletin dövlətimizin kadr 
hazırlığı sahəsindəki bu siyasətinə qayğı göstərir, gənclərimizin gələcəkdə 
bacarıqlı ixtisas sahibi, yüksəkintelektli ziyalı kimi formalaşması 
istiqamətində böyük işlər görürdü. Professor V.Y. Zapletin yerquruluşu 
ixtisası üzrə müdafiə etmiş ilk azərbaycanlı alimlərin (i.e.n. 
R.M.Quliyevin, i.e.n. M.M.İsmayılovun) namizədlik dissertasiyalarının 
elmi rəhbəri olmuşdur.  
Professor V.Y.Zapletinin elmi-tədqiqat işlərinin  əsas istiqamətləri 
kənd təsərrüfatı  təyinatlı torpaqdanistifadələrin  ərazilərinin kompleks 
təşkilinin nəzəri və metodiki əsaslarının işlənməsindən, torpaq 
ehtiyatlarından səmərəli istifadəni və onların mühafizəsini təmin edən 
yerquruluşu və torpaq kadastrı üsullarının  İRÜ və kompüter 
texnologiyasının tətbiqi ilə müəyyənləşdirilməsindən ibarət olmuşdur.  
Professor V.Y.Zapletinin elmi-tədqiqat işləri aqrar iqtisadiyyat 
elminə böyük yeniliklər gətirmişdir. O, əsərlərində  kənd təsərrüfatı 
müəssisələrində istehsalatın sosial-iqtisadi səmərəliliyinə yerquruluşu 
tədbirlərinin kompleks təsirini müəyyənləşdirmiş, bu səmərəliliyin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə