Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

 
146 
prinsipləri  əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərinin 
yaranması, bazar iqtisadiyyatının və sahibkarlıq təşəbbüskarlığının inki-
şafı, iqtisadi müstəqilliyə, o cümlədən ölkənin ərzaqla təmin olunmasına 
nail olmaq və son nəticədə Azərbaycan xalqının maddi rifah halının 
yüksəldilməsi torpaq islahatının  əsas məqsədi kimi müəyyən edilmişdi. 
Torpaq islahatının qarşısında duran vacib məsələ Azərbaycan respublikası 
ərazisində dövlət torpaqlarının müəyyən edilməsi, torpağın bələdiyyələrə 
və xüsusi mülkiyyətə verilməsi, mülkiyyətçilərin torpağa sahibolma, 
istifadə  və onun barəsində  sərəncamvermə hüquqlarının təmin edil-
məsindən ibarət idi.  
Azərbaycanda torpaq islahatı  ərazinin ekoloji-iqtisadi və  təbii-tarixi 
şəraitini, yerli təsərrüfatçılıq formalarının özünəməxsusluğunu, torpağın 
iqtisadi məhsuldarlığını nəzərə almaqla həyata keçirilmişdir. Torpaqların 
təyinatına görə istifadə edilməsi, torpaq islahatının elmi cəhətdən 
əsaslandırılmış yerquruluşu layihələri əsasında həyata keçirilməsi və ətraf 
mühitin mühafizəsinin təmin edilməsi kimi müddəalar da torpaq 
islahatının əsas tələblərinə daxil idi. 
Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq 
fondudur.  İslahatın  əvvəlində ölkənin yerquruluşu orqanları  tərəfindən 
dövlət, bələdiyyə  və  həmçinin xüsusi mülkiyyətə verilən torpaqların 
sərhədləri müəyyənləşdirilmişdir.  
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanu-
nunun 6-cı maddəsinə görə dövlət mülkiyyətində aşağıdakı torpaqlar 
saxlanılır:  

 
dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 

 
dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş 
faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, faydalı qazıntı 
yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, 
nəqliyyat, rabitə  və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, 
mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 

 
yay və  qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının 
torpaqları; 

 
meşə fondu torpaqları; 

 
su fondu torpaqları  və  Xəzər dənizinin (gölünün). Azərbaycan 
Respublikasına mənsub olan sektorunun altında yerləşən torpaqlar; 

 
təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarix-
mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində  təsərrüfat fəaliyyəti 


 
147
qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 

 
dövlət elmi-tədqiqat və  tədris müəssisələrinin, onların təcrübə 
bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, 
toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları;  

 
dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və 
ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar və digər 
torpaqlar.  
Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qa-
nunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə  və icarəyə verilə 
bilər.  
Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla 
müəyyən edilir.  
Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət 
idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti 
orqanları həyata keçirir.  
Ölkədə dövlət kənd təsərrüfatı müəssisələrinin – kolxoz və 
sovxozların islahatı prosesi praktiki olaraq başa çatmışdır. Dövlətin 
mülkiyyətində yalnız tətbiqi elmi tədqiqatlarla məşğul olan müəssisələr, 
damazlıq zavodları, toxumçuluq təsərrüfatları  və özəlləşməsi nəzərdə 
tutulmayan Azərbaycan Kənd Təsərrüfatı Akademiyası  və digər tədris 
müəssisələrinin tədris-təcrübə təsərrüfatları saxlanılmışdır.  
Müvafiq inzibati ərazi hüdudlarında dövlət mülkiyyətində saxlanılan 
və xüsusi mülkiyyətə verilən torpaqlar müstəsna olmaqla qalan torpaqlar 
bələdiyyə mülkiyyətinə verilmişdir.  
Xüsusi mülkiyyətə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış 
evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, 
dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan 
torpaqlar, habelə sovxoz və kolxozların özəlləşdirilən torpaqları aiddir.  
Kolxoz və sovxozların daimi istifadə etdikləri torpaqlardan 
bələdiyyələrin ehtiyat fonduna verilən torpaqlar çıxıldıqdan sonra qalan 
torpaqlar özəlləşdirmə üçün müəyyənləşdirilmişdir.  
İslahat aparılarkən bələdiyyələrin ehtiyat fonduna kolxoz və 
sovxozların kənd təsərrüfatı üçün yararlı torpaqlarının 5%-dən çox 
olmayan hissəsi, azyararlı və yararsız torpaqların isə hamısı verilmişdir.  
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 
fərmanı ilə aqrar islahatın həyata keçirilməsini təmin edən bəzi normativ-
hüquqi aktlar təsdiq edilmişdir.  


 
148 
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə  təsdiq edilmiş 
“Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək 
torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən 
edilməsi haqqında  əsasnamə” torpaq payının ölçülərinin müəyyən 
edilməsi qaydalarını  təsdiq edir. Orta torpaq payı fiziki sahə  və torpaq 
qayiməsi ilə müəyyən olunan torpaq dəyəri formasında hesablanır. Torpaq 
payının fiziki sahəsi kolxoz və sovxozların özəlləşdirilən torpaqlarının 
sahəsindən, onun keyfiyyətindən, həmçinin torpaq payı almaq hüququ 
olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Pay dövlət 
yerquruluşu xidməti idarəsi tərəfindən hesablanır. Göstərilən payların 
bölgüsünü əks etdirən yerquruluşu layihəsi rayon aqrar islahat komissiyası 
tərəfindən yerli aqrar islahat komissiysı ilə razılaşdırmadan sonra təsdiq 
olunur.  
“Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaq-
larının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla ) haqqında 
əsasnamə” kolxoz və sovxoz torpaqlarının Azərbaycan Respublikasının 
qanunçuluq aktlarına uyğun özəlləşdirilməsinin qayda və şərtlərini müəy-
yən edir. Kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilən torpaqları kolxoz 
və sovxozların daimi istifadəsində yerləşən torpaqlardan bələdiyyələrin 
ehtiyat fonduna ayrılan torpaqları çıxmaqla müəyyənləşdirilir. Kolxoz və 
sovxozların özəlləşdirilən torpaqları  əkin sahələrindən, çoxillik əkmələr 
altında yerləşən torpaqlardan, dincə qoyulmuş torpaqlardan və biçənək 
üçün istifadə olunan torpaqlardan ibarətdir.  
Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 
fərmanı ilə təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisələri və obyekt-
ləri yerləşən torpaq sahələrinin satış qaydaları haqında  əsasnamə” fiziki 
və hüquqi şəxslərə üzərində özəlləşmə üçün nəzərdə tutulan dövlət 
müəssisə  və obyektləri yerləşən torpaq sahələrinin satış qaydalarını 
müəyyənləşdirir. 
Aqrar islahatların birinci mərhələsində islahatın həyata keçirilməsini 
təmin etmək üçün müvafiq hüquqi baza yaradılmış, kənd  əhalisinə 
torpaqların, həmçinin sovxoz və kolxozların  əmlakının paylanması başa 
çatdırılmışdır. Lakin 1999-cu ilin başlanğıcından hökumətin hesabat-
larında göstərilirdi ki, islahatın dərinləşməsi üçün hələ kifayət qədər 
tədbirlər həyata keçirilməmiş, aqrar bölmədə mövcud olan istehsal 
münasibətləri bazar iqtisadiyyatının tələblərinə tam uyğunlaşdırılma-
mışdır. Kənd təsərrüfatı  məhsullarının istehsalçıları  hələ  də kolxoz və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə