Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

 
137
idarəetmənin nəticəsi idi ki, hamı Moskvadan verilən göstəriş və tapşırıq-
ları gözləyirdi. 
Danılmaz həqiqətdir ki, torpaq dövlət mülkiyyəti kimi lazımi 
qaydada əkilib becərilir, kifayət qədər məhsuldarlıq əldə edilirdi. 
Respublikanın kənd  əməkçiləri XI beşillikdə  ərzaq proqramının 
vəzifələrini həyata keçirərək kənd təsərrüfatı  məhsulunun bütün əsas 
növlərinin dövlətə satışına dair planları  və sosialist öhdəliklərini 
vaxtından  əvvəl yerinə yetirmişdilər. Sahənin ümumi məhsulunun orta 
illik həcmi X beşilliyin səviyyəsinə nisbətən 32 faiz artmışdı. XI 
beşillikdə sahənin ümumi məhsulunun orta illik həcmi 2,7 milyard manat 
va ya X beşillikdəkindən 353 milyon manat çox olmuşdu. Ət-süd, yeyinti 
məhsulları, konserv sənayesi sahəsində xalq üçün mallar buraxılışı 
beşillik  ərzində 46,6 faiz artmışdı. Kənd təsərrüfatı üçün yararlı 
torpaqların hər yüz hektarı hesabı ilə ümumi məhsul çıxımı 31 faiz 
çoxalmışdı. Quş  əti satışı 1985-ci ildə 20,4 min ton olmuşdu ki, bu da 
1980-ci ildəkindən 4 dəfə çox idi. Hər hektardan dənli bitkilərin orta illik 
məhsuldarlığı 25 sentner olmuşdu. 
Bütün bu illər  ərzində  kənd təsərrüfatının, bütün aqrar-sənaye 
kompleksinin daha da inkişaf etdirilməsi prosesi fəal surətdə davam 
etmişdi. Buraya milyardlarla manat əsaslı  vəsait qoyuluşu yönəldilmiş, 
100 min hektarlarla yeni suvarılan torpaqlar istifadəyə verilmiş, geniş 
miqyasda su təsərrüfatı  və meliorasiya qurğuları tikintisi aparılmışdı. 
Kolxoz və sovxozlarda energetika qurğularının gücü, əməyin fond 
təchizatı dəfələrlə artırılmışdı. 
Başqa sözlə, Azərbaycanın müstəqilliyinin çox da uzaqda olmadığını 
görən respublika rəhbəri H.Ə.Əliyev cənabları, o rejim çərçivəsində  də 
dövlətimizin iqtisadi infrastrukturlarının inkişafına dair nə etmək mümkün 
idisə, hamısını edirdi. Əbəs yerə deyildir ki, keçən  əsrin 80-ci illərinin 
sonunda SSRİ dövləti dağılarkən müttəfiq respublikalar içərisində 2 
ölkədən məhz biri Azərbaycan idi ki, onun iqtisadi potensialı 
müstəqilliyini təmin edirdi. (Çox təəssüflər olsun ki, sonradan dağıdıcı 
qüvvələr ölkənin bu potensialını qısa müddətdə heçə endirdilər). 
SSRİ-nin Azərbaycan kimi bir guşəsində sosialist iqtisadi mü-
nasibətlərinin çərçivəsini aşaraq ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində 
müvəffəqiyyətlər qazanılırdısa da, digər respublikalarda yüksək 
göstəricilər əldə edilmirdi. 
Lakin bu nailiyyətlərin hamısı bütövlükdə iqtisadi qanunların 


 
138 
nəticələrindən çox, ayrı-ayrı partiya rəhbərlərinin təşəbbüslərinin, şəxsiy-
yətlərin fərdi qələbəsinin təcəssümü idi. İlk öncə bu müvəffəqiyyətlərin 
mərkəzində  əməyə, torpağa hörmətdən çox, “partiyaya məhəbbət” 
dururdu. Çünki, torpaq dövlətinki, partiya isə özününkü idi. On illərlə 
sovet adamının ideologiyası belə formalaşmışdı. Təbii ki, “partiya 
gözü”ndən kənarlarda min hektarlarla torpaqlar zəhərlənir, sıradan çıxır, 
yararsız hala düşürdü. “Nəyin bahasına olursa olsun partiya tapşırığının 
yerinə yetirilməsi” müddəası torpaqlara normadan yüz dəfələrlə çox 
zərərli maddələrin verilməsinə, onun nəticəsində isə ekologiyanın 
tələblərindən çox-çox uzaq olan zəhərli məhsulların istehsalına gətirib 
çıxarırdı. Bütün bunların nəticəsində  ən müqəddəs vəzifəsi bəşəriyyəti 
yaşatmaq olan torpaq zəhər mənbəyinə çevrilirdi. Belə torpaqlardan qida-
lanma, həmçinin zəhərlənmiş plantasiyalarda işləmə eybəcər uşaqların 
doğulmasına, sonsuzluq və digər xəstəliklərin yaranmasına səbəb olurdu. 
Deməli, sosialist torpaq münasibətləri  şəraitində  həm hüquqi baxımdan, 
həm də  mənəvi baxımdan torpaq doğmadan çox, ögey idi. Bu günah 
xalqın, millətin yox, bütövlükdə sosializm quruluşunun günahı idi. 
Sosialist torpaq münasibətləri çərçivəsində, yuxarıda qeyd edildiyi 
kimi, torpaq dövlətin müstəsna mulkiyyəti olduğundan, dilini bilənlərə, 
qəlbini oxşayanlara yalnız istifadəyə (müddətli və müddətsiz) verilirdi. 
Belə hüquqi rejim kəndçinin sahibkarlıq, mülkiyyətçilik hüququnu onun 
əlindən alırdı. Çox vaxt “hər  şeyin biliciləri” olan yerli partiya 
funksionerlərinin “səpini 3 günə qurtar”, “yığımı 5 günə başa çatdır” 
göstərişlərinin yerinə yetirilməsi bu baxımdan labüd olurdu. Bu isə 
“yetişməmiş” sahələrin səpilməsinə, “dəyməmiş” məhsulun toplanmasına 
səbəb olurdu. Butün bunlar son nəticədə, ya ilk başlanğıçdan, ya da sonra 
min bir zəhmət hesabına  əldə ediləcək və ya edilmiş  məhsulun itkisinə 
gətirib cıxarırdı. 
Bu rejim daxilində torpaqların tam gücündən  əksər hallarda istifadə 
edilmirdi. Buna səbəb elmi cəhətdən əsaslandırılmamış plan-tapşırıqların 
müəyyənləşdirilməsi idi. Belə ki, azaldılmış plan əmək adamını arxayın 
saldığından, torpağın potensial gücündən tam istifadə edilmirdi. İstehsal 
qüvvələrinin inkişaf səviyyəsinə uyğun olmayan, yerinə yetirilməsi 
reallıqdan uzaq olan plan-tapşırıqların raportu üçün ən müxtəlif üsullar 
seçilirdi. Bütün bunların nəticəsində insan öz zəhməti muqabilində 
xoşbəxtçilikdən çox, narahatçılıq tapırdı. 
Su ilə  təmin ediləcək sahələrin xüsusi mülkiyyətdə olmamağı 


 
139
üzündən xeyirxah məqsədlər güdən meliorasiya işləri aparılarkən, melio-
rasiya kanalları  çəkilərkən  ərazinin landşaft xüsusiyyətləri hərtərəfli 
nəzərə alınmır, onların çəkilişi zamanı texniki qüsurlara yol verilirdi, son 
nəticədə bu tədbirlər sistemi torpaqların şoranlaşmasına gətirib çıxarırdı. 
Ərazinin kompleks təşkilini təmin edən yerquruluşu layihələrinin 
tərtibi zamanı layihəyə dair tapşırıq torpaqların real məhsuldarlıq vəziy-
yətini, onların keyfiyyətini nəzərə almadan tərtib edilirdi. Bu yönüm isə 
torpaqları halsızlaşdırır, torpağı  həddindən artıq kimyalaşdırır, onlardan 
elmi cəhətdən uzaq olan üsullar tətbiq etməklə  məhsul götürulməsinə 
gətirib çıxarırdı. 
Keçmiş SSRİ-də  təbiətə hüçum o yerə çatmışdı ki, plan-kartoqrafik 
materiallar üzərində  təbiətdə ekoloji tarazlıq sanki gözlənilirdi (landşaft 
infrastrukturlarının, elementlərinin nisbəti və s.), lakin reallıq bu 
nisbətlərdən çox uzaq idi. “Əkin ən qiymətli kənd təsərrüfatı torpağıdır” 
şüarı altında kəndyanı örüş sahələri  əkin, çoxillik əkmələr altına böyük 
sürətlə transformasiya edilirdi. Bu bir tərəfdən ekoloji cəhətdən sabit 
ərazilərin saxlanması müddəasına zidd idi, digər tərəfdən heyvandarlıq 
sahəsinin inkişafını, bütövlukdə isə torpaqlardan səmərəli istifadənin 
qarşısını alırdı. Xüsusi mulkiyyətçilik  şəraitində, problemin kiçik 
miqyasda həlli kontekstində əlbəttə, belə problemlərin qaydaya salınması 
çətin deyil. 
Sosialist torpaq münasibətlərinin bərqərar olduğu bir mühitdə  ən 
acınacaqlı hallar kənd təsərrüfatı torpaqlarının qeyri-kənd təsərrüfatı 
məqsədləri üçün ayrılması zamanı müşahidə olunurdu. Torpaqayırma ilə 
bağlı layihələndirmə  işləri bəzən başdansovdu yerinə yetirilir, elmi 
cəhətdən hərtərəfli  əsaslandırılmamış layihə variantları  qəbul edilirdi. 
Həmçinin torpaqayırmada qeyri-kənd təsərrüfatı obyektləri üçün sahələrin 
normadan artıq ayrılması hallarına da təsadüf edilirdi. Bunlar isə ilbəil 
əkinə yararlı torpaqların sahələrinin azalması ilə nəticələnirdi. 
“Torpağa sonsuz məhəbbət” o həddə çatmışdı ki, 100 ildə çəmi 2 sm 
münbit qat yaradan torpaqlardan düzgün istifadə edilmədikdə, təqsirkar 
bir çox hallarda yalnız tənbeh olunur, məzəmmət edilirdi. 
Paradoksa fikir verin. Yüz hektarlarla yararlı sahələr becərilmədiyi və 
ya səpilən bir çox sahələrdən yüksək məhsuldarlıq  əldə edilmədiyi bir 
dövrdə onillərlə  zəhmət çəkib topladığı  vəsait hesabına tikdirdiyi evi 
əkinçinin özünəcə “zəbt olunmuş torpaq üzərində tikili” adıyla 
sökdürürdülər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə