Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

 
161
məsələlər’’, ‘‘Azərbaycan Respublikasının dövlət torpaq kadastrı: hüquqi, 
elmi və praktiki məsələlər’’, ‘‘Ekologiya və ətraf mühitin mühafizəsi’’ və 
s. kimi fundamental əsərləri Azərbaycan Kənd Təsərrüfatı Akademiya-
sında ‘‘Yerquruluşu və torpaq kadastrı’’ istiqaməti üzrə bakalavr və 
magistratura pillələrində mütəxəssis hazırlığında dəyərli tədris vəsaiti 
kimi istifadə olunurlar. 
Akademik Q.Ş. Məmmədovun  əsərlərində torpaq münbitliyinin 
bioekoloji qiymətləndirilməsi, kənd təsərrüfatı  və meşə torpaqlarının 
bonitirovkası, ayrı-ayrı landşaft komplekslərinin qiymətləndirilməsi və 
digər qlobal problemlərin nəzəri məsələləri tədqiq edilir, bazar 
iqtisadiyyatının təşəkkülü  şəraitində respublikanın təbii sərvətlərindən, o 
cümlədən torpaq ehtiyatlarından səmərəli istifadəyə dair metodiki əsaslar 
verilir, praktiki vərdişlər aşılanır.  
Akademik Q.Ş. Məmmədovun AKTA-nın ‘‘Yerquruluşu və torpaq 
müfəttişliyi’’ kafedrası üçün elmi-pedaqoji kadrların hazırlanmasında da 
müstəsna rolu vardır. Belə ki, məhz onun elmi rəhbərliyi və elmi 
məsləhəti ilə kafedra əməkdaşlarından R.M.Quliyev doktorluq 
dissertasiyası, A.D.Babayeva namizədlik dissertasiyası müdafiə etmişlər. 
Bu gün respublikamızda həyata keçirilən torpaq islahatı MDB 
məkanında öz orijinallığı ilə  fərqlənir. Bu isə torpaq islahatının həyata 
keçirilməsinin məhz geniş elmi əsaslara söykənməsiylə, bu aktı  həyata 
keçirən quruma ölkəmizin hüdudlarından da kənarda elmi nailiyyətləri ilə 
şöhrət tapmış akademik Q.Ş. Məmmədovun rəhbərlik etməsidir. 
Yuxarıda qeyd edildiyi kimi, respublikamızın tarixində ilk dəfə 
olaraq ali təhsilli yerquruluşçularının hazırlığına 1976-cı ildən etibarən 
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında başlanmışdır. Bu sahə üzrə 
mütəxəssis hazırlığı ilə bilavasitə  məşğul olan ixtisas kafedrası kimi 
‘‘Yerquruluşu və geodeziya’’ kafedrası 1981-ci ildə  təşkil edilmişdir. 
Kafedranın ilk müdiri kənd təsərrüfatı elmləri namizədi, dosent Urfan 
Bala oğlu Ağayev olmuşdur. Sonralar ‘‘Yerquruluşu və torpaq 
müfəttişliyi’’ adı altında fəaliyyət göstərən bu kafedraya qısa fasilələrlə 
1986-cı ildən 2002-ci ilədək iqtisad elmləri namizədi, dosent Ramiz 
Mirmahmud oğlu Quliyev  rəhbərlik etmişdir. 2002-2007-ci illərdə 
kafedra müdiri vəzifəsində  kənd təsərrüfatı elmləri namizədi, dosent 
Zahid  İlyas oğlu Süleymanov çalışmışdır. 2007-ci ilin iyunundan 
kafedraya yenidən kənd təsərrüfatı elmləri doktoru R.M.Quliyev 
rəhbərlik edir.  


 
162 
Kafedra  əməkdaşlarının müəllifi və  həmmüəllifi olduğu bir sıra 
əsərlər ali təhsil ocaqlarında, liseylərdə  dərslik və  dərs vəsaitləri kimi 
istifadə olunurlar. Kafedranın elmi-tədqiqat işinin  əsas istiqaməti bazar 
torpaq münasibətləri, yüksəklik qurşağı  və suvarma əkinçiliyi  şəraitində 
torpaq ehtiyatlarından səmərəli istifadənin və onların mühafizəsinin 
təşkilinə dair nəzəriyyənin və elmi-metodiki əsasların işlənməsindən 
ibarətdir.  
Burada  əsas məqsəd torpaq islahatı  nəticəsində formalaşmaqda olan 
yeni təsərrüfatların (kəndli-fermer təsərrüfatlarının, ailə  təsərrüfatlarının, 
kənd təsərrüfatı  təyinatlı birliklərin, assosiasiyaların, kooperativlərin) 
təbii-resurs potensiallarından tam istifadəni təmin etmək məqsədilə 
yerquruluşu tədbirlər sisteminin hazırlanmasında landşaft-ekoloji yanaş-
maların tətbiqindən ibarətdir.  Ərazilərin təşkilinin landşaft-ekoloji  əsas-
lara söykənməsi davamlı  kənd təsərrüfatı üçün müvafiq zəmin yaradır, 
eroziyaya, səhralaşmaya, digər təbii mənfi antropogen təsirlərə  ərazinin 
davamlığını artırır, ekoloji cəhətdən dayanıqlı tarla landşaftlarının 
quruculuğuna şərait yaradır.  
Kafedra əməkdaşları tərəfindən son illərdə məhz bu problemin həlli-
nə yönəlmiş 1 doktorluq, 2 namizədlik dissertasiyaları müdafiə edilmişdir.  
Kafedra əməkdaşları ölkəmizdə aparılan aqrar və torpaq islahatlarının 
hüquqi-normativ bazasının yaradılmasında yaxından iştirak etmiş, Milli 
Məclisin işçi qruplarının tərkibində  fəaliyyət göstərmişlər. Kafedra 
əməkdaşlarının alim-mütəxəssis kimi rəy və  təklifləri Azərbaycanda 
torpaq qanunvericiliyinin daha sivil, daha mükəmməl olmasını, onların 
müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət etmişdir.  
1976-2007-ci illər  ərzində AKTA-ya yerquruluşu və torpaq müfət-
tişliyi ixtisası üzrə  təhsil almaq üçün cəmi 940 tələbə  qəbul olmuşdur. 
Bunlardan 396 nəfəri birpilləli təhsil sistemini, 300 nəfəri bakalavr təhsil 
pilləsini, 9 nəfəri isə magistr təhsil pilləsini başa vurmuşlar.  
“Yerquruluşu və torpaq kadastrı” istiqaməti üzrə hazırlanmış bu 
mütəxəssislər Azərbaycan Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsində
Kənd Təsərrüfatı Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 
və digər dövlət qurumlarında, özəl təşkilatlarda öz fədakar  əməkləri ilə 
respublikamızda tarixi aktların-aqrar və torpaq islahatlarının 
müvəffəqiyyətlə həyata keçirilməsinin bilavasitə icraçılarına çevrilmişlər.  
 
 


 
163
4.2. Müasir yerquruluşu elmi, onun konsepsiyası və digər elmlərlə 
əlaqəsi 
 
Ölkəmizdə torpaq islahatının həyata keçirilməsi ilə torpaq mü-
nasibətlərinin məzmununda radikal dəyişikliklər baş vermişdir. Belə ki, 
torpaq islahatının ilkin mərhələsindəcə torpaq üzərində dövlət inhisarına 
son qoyulmuş, onun dövlət, xüsusi və  bələdiyyə mülkiyyət formaları 
təsbit edilmiş, iqtisadiyyatda çoxmülkiyyətli təsərrüfatçılıq formalarının 
təşəkkülünə hüquqi zəmin yaradılmışdır. 
Respublikada torpaq fondunun yeni mülkiyyətçilər (dövlətdən başqa 
həm də  bələdiyyə  və xüsusi mülkiyyətçilər) arasında bölgüsü, müxtəlif 
mülkiyyətli təsərrüfatçılıq formalarının təşəkkülü, yeni bazar torpaq 
münasibətləri mahiyyətcə yeni torpaq quruluşunun (rejiminin, siyasətinin) 
yaranmasına səbəb olmuşdur. 
Ona görə  də müstəqil respublikamızda formalaşmaqda olan yeni 
torpaqdanistifadələr sisteminin nizamlanması, torpaq ehtiyatlarından 
istifadənin səmərəliliyinin artırılması, torpaq fondunun idarə edilməsi və 
mühafizəsi sivil dünya təcrübəsinə əsaslanan mexanizmlərin işlənməsi və 
həyata keçirilməsi Azərbaycan dövlətinin torpaq siyasətinin ana xəttini 
təşkil edir. 
İnkişaf etmiş xarici ölkələrin, habelə Azərbaycan Respublikasının 
təcrübələri göstərir ki, yeniləşmiş torpaq münasibətləri  şəraitində 
torpaqlardan səmərəli istifadənin və onların mühafizəsinin təşkilini həyata 
keçirəcək real mexanizm yerquruluşudur. “Yerquruluşu” (bəzən səhv 
olaraq “Yer quruluşu” yazılır!) sözü “Yer” və “Quruluş” kimi sözlərin 
birləşməsindən  əmələ  gələn mürəkkəb sözdür. “Yerquruluşu” sözünün 
hərfi mənasına nəzər salaq. 
“Konstitusiya” sözü latın sözü olan “constitutio” sözündən olub, Azər-
baycan dilinə  tərcümədə  hərfi mənası “quruluş” deməkdir. Onda 
“Yerquruluşu” sözünün mənasını “Yerin Konstitusiyası” kimi də başa 
düşmək olar. Deməli, yerquruluşunda torpaq ehtiyatlarından istifadənin 
təşkilinin əsas qanunları (konstitusiyası) öyrədilir, torpaqlardan istifadənin 
təşkilinin üsulları, təşəkkül formaları, “konstruksiyası” (ayrı-ayrı 
massivlərin qarşılıqlı yerləşməsi) göstərilir, elmi cəhətdən əsaslandırılır. 
Yalnız torpaqdanistifadələr sisteminin təşkilinin hüquqi, iqtisadi, 
ekoloji tələblərinin optimal variantlarını özündə birləşdirən yerquruluşu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə