161
məsələlər’’, ‘‘Azərbaycan Respublikasının dövlət torpaq kadastrı: hüquqi,
elmi və praktiki məsələlər’’, ‘‘Ekologiya və ətraf mühitin mühafizəsi’’ və
s. kimi fundamental əsərləri Azərbaycan Kənd Təsərrüfatı Akademiya-
sında ‘‘Yerquruluşu və torpaq kadastrı’’ istiqaməti üzrə bakalavr və
magistratura pillələrində mütəxəssis hazırlığında dəyərli tədris vəsaiti
kimi istifadə olunurlar.
Akademik Q.Ş. Məmmədovun əsərlərində torpaq münbitliyinin
bioekoloji qiymətləndirilməsi, kənd təsərrüfatı və meşə torpaqlarının
bonitirovkası, ayrı-ayrı landşaft komplekslərinin qiymətləndirilməsi və
digər qlobal problemlərin nəzəri məsələləri tədqiq edilir, bazar
iqtisadiyyatının təşəkkülü şəraitində respublikanın təbii sərvətlərindən, o
cümlədən torpaq ehtiyatlarından səmərəli istifadəyə dair metodiki əsaslar
verilir, praktiki vərdişlər aşılanır.
Akademik Q.Ş. Məmmədovun AKTA-nın ‘‘Yerquruluşu və torpaq
müfəttişliyi’’ kafedrası üçün elmi-pedaqoji kadrların hazırlanmasında da
müstəsna rolu vardır. Belə ki, məhz onun elmi rəhbərliyi və elmi
məsləhəti ilə kafedra əməkdaşlarından R.M.Quliyev doktorluq
dissertasiyası, A.D.Babayeva namizədlik dissertasiyası müdafiə etmişlər.
Bu gün respublikamızda həyata keçirilən torpaq islahatı MDB
məkanında öz orijinallığı ilə fərqlənir. Bu isə torpaq islahatının həyata
keçirilməsinin məhz geniş elmi əsaslara söykənməsiylə, bu aktı həyata
keçirən quruma ölkəmizin hüdudlarından da kənarda elmi nailiyyətləri ilə
şöhrət tapmış akademik Q.Ş. Məmmədovun rəhbərlik etməsidir.
Yuxarıda qeyd edildiyi kimi, respublikamızın tarixində ilk dəfə
olaraq ali təhsilli yerquruluşçularının hazırlığına 1976-cı ildən etibarən
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında başlanmışdır. Bu sahə üzrə
mütəxəssis hazırlığı ilə bilavasitə məşğul olan ixtisas kafedrası kimi
‘‘Yerquruluşu və geodeziya’’ kafedrası 1981-ci ildə təşkil edilmişdir.
Kafedranın ilk müdiri kənd təsərrüfatı elmləri namizədi, dosent Urfan
Bala oğlu Ağayev olmuşdur. Sonralar ‘‘Yerquruluşu və torpaq
müfəttişliyi’’ adı altında fəaliyyət göstərən bu kafedraya qısa fasilələrlə
1986-cı ildən 2002-ci ilədək iqtisad elmləri namizədi, dosent Ramiz
Mirmahmud oğlu Quliyev rəhbərlik etmişdir. 2002-2007-ci illərdə
kafedra müdiri vəzifəsində kənd təsərrüfatı elmləri namizədi, dosent
Zahid İlyas oğlu Süleymanov çalışmışdır. 2007-ci ilin iyunundan
kafedraya yenidən kənd təsərrüfatı elmləri doktoru R.M.Quliyev
rəhbərlik edir.
162
Kafedra əməkdaşlarının müəllifi və həmmüəllifi olduğu bir sıra
əsərlər ali təhsil ocaqlarında, liseylərdə dərslik və dərs vəsaitləri kimi
istifadə olunurlar. Kafedranın elmi-tədqiqat işinin əsas istiqaməti bazar
torpaq münasibətləri, yüksəklik qurşağı və suvarma əkinçiliyi şəraitində
torpaq ehtiyatlarından səmərəli istifadənin və onların mühafizəsinin
təşkilinə dair nəzəriyyənin və elmi-metodiki əsasların işlənməsindən
ibarətdir.
Burada əsas məqsəd torpaq islahatı nəticəsində formalaşmaqda olan
yeni təsərrüfatların (kəndli-fermer təsərrüfatlarının, ailə təsərrüfatlarının,
kənd təsərrüfatı təyinatlı birliklərin, assosiasiyaların, kooperativlərin)
təbii-resurs potensiallarından tam istifadəni təmin etmək məqsədilə
yerquruluşu tədbirlər sisteminin hazırlanmasında landşaft-ekoloji yanaş-
maların tətbiqindən ibarətdir. Ərazilərin təşkilinin landşaft-ekoloji əsas-
lara söykənməsi davamlı kənd təsərrüfatı üçün müvafiq zəmin yaradır,
eroziyaya, səhralaşmaya, digər təbii mənfi antropogen təsirlərə ərazinin
davamlığını artırır, ekoloji cəhətdən dayanıqlı tarla landşaftlarının
quruculuğuna şərait yaradır.
Kafedra əməkdaşları tərəfindən son illərdə məhz bu problemin həlli-
nə yönəlmiş 1 doktorluq, 2 namizədlik dissertasiyaları müdafiə edilmişdir.
Kafedra əməkdaşları ölkəmizdə aparılan aqrar və torpaq islahatlarının
hüquqi-normativ bazasının yaradılmasında yaxından iştirak etmiş, Milli
Məclisin işçi qruplarının tərkibində fəaliyyət göstərmişlər. Kafedra
əməkdaşlarının alim-mütəxəssis kimi rəy və təklifləri Azərbaycanda
torpaq qanunvericiliyinin daha sivil, daha mükəmməl olmasını, onların
müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət etmişdir.
1976-2007-ci illər ərzində AKTA-ya yerquruluşu və torpaq müfət-
tişliyi ixtisası üzrə təhsil almaq üçün cəmi 940 tələbə qəbul olmuşdur.
Bunlardan 396 nəfəri birpilləli təhsil sistemini, 300 nəfəri bakalavr təhsil
pilləsini, 9 nəfəri isə magistr təhsil pilləsini başa vurmuşlar.
“Yerquruluşu və torpaq kadastrı” istiqaməti üzrə hazırlanmış bu
mütəxəssislər Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində,
Kənd Təsərrüfatı Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində
və digər dövlət qurumlarında, özəl təşkilatlarda öz fədakar əməkləri ilə
respublikamızda tarixi aktların-aqrar və torpaq islahatlarının
müvəffəqiyyətlə həyata keçirilməsinin bilavasitə icraçılarına çevrilmişlər.
163
4.2. Müasir yerquruluşu elmi, onun konsepsiyası və digər elmlərlə
əlaqəsi
Ölkəmizdə torpaq islahatının həyata keçirilməsi ilə torpaq mü-
nasibətlərinin məzmununda radikal dəyişikliklər baş vermişdir. Belə ki,
torpaq islahatının ilkin mərhələsindəcə torpaq üzərində dövlət inhisarına
son qoyulmuş, onun dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları
təsbit edilmiş, iqtisadiyyatda çoxmülkiyyətli təsərrüfatçılıq formalarının
təşəkkülünə hüquqi zəmin yaradılmışdır.
Respublikada torpaq fondunun yeni mülkiyyətçilər (dövlətdən başqa
həm də bələdiyyə və xüsusi mülkiyyətçilər) arasında bölgüsü, müxtəlif
mülkiyyətli təsərrüfatçılıq formalarının təşəkkülü, yeni bazar torpaq
münasibətləri mahiyyətcə yeni torpaq quruluşunun (rejiminin, siyasətinin)
yaranmasına səbəb olmuşdur.
Ona görə də müstəqil respublikamızda formalaşmaqda olan yeni
torpaqdanistifadələr sisteminin nizamlanması, torpaq ehtiyatlarından
istifadənin səmərəliliyinin artırılması, torpaq fondunun idarə edilməsi və
mühafizəsi sivil dünya təcrübəsinə əsaslanan mexanizmlərin işlənməsi və
həyata keçirilməsi Azərbaycan dövlətinin torpaq siyasətinin ana xəttini
təşkil edir.
İnkişaf etmiş xarici ölkələrin, habelə Azərbaycan Respublikasının
təcrübələri göstərir ki, yeniləşmiş torpaq münasibətləri şəraitində
torpaqlardan səmərəli istifadənin və onların mühafizəsinin təşkilini həyata
keçirəcək real mexanizm yerquruluşudur. “Yerquruluşu” (bəzən səhv
olaraq “Yer quruluşu” yazılır!) sözü “Yer” və “Quruluş” kimi sözlərin
birləşməsindən əmələ gələn mürəkkəb sözdür. “Yerquruluşu” sözünün
hərfi mənasına nəzər salaq.
“Konstitusiya” sözü latın sözü olan “constitutio” sözündən olub, Azər-
baycan dilinə tərcümədə hərfi mənası “quruluş” deməkdir. Onda
“Yerquruluşu” sözünün mənasını “Yerin Konstitusiyası” kimi də başa
düşmək olar. Deməli, yerquruluşunda torpaq ehtiyatlarından istifadənin
təşkilinin əsas qanunları (konstitusiyası) öyrədilir, torpaqlardan istifadənin
təşkilinin üsulları, təşəkkül formaları, “konstruksiyası” (ayrı-ayrı
massivlərin qarşılıqlı yerləşməsi) göstərilir, elmi cəhətdən əsaslandırılır.
Yalnız torpaqdanistifadələr sisteminin təşkilinin hüquqi, iqtisadi,
ekoloji tələblərinin optimal variantlarını özündə birləşdirən yerquruluşu
Dostları ilə paylaş: |