Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

 
185
onun bütün xüsusiyyətlərini yaxşı bilməyi tələb edir. Arid iqlimli 
vilayətlərin pambıq və s. kimi qiymətli texniki bitkilərin yetişdirildiyi 
yeganə ərazi olduğunu nəzərə alsaq, bütün bu tədbirlərin görülməsinin nə 
qədər mühüm əhəmiyyətə malik olduğunu görərik.  
İrriqasiya və meliorasiya tədbirlərinin vacibliyi təbii-coğrafi şəraitdən 
asılıdır. Ona görə  də meliorasiya tədbirlərinin görülməsində seçilən 
mühəndis üsulları, suvarma şəbəkəsinin tipi, bu şəbəkənin normal 
işləməsi və ya onun mümkün mənfi nəticəsi (şoranlaşma, bataqlıqlaşma) 
təbii şərait və xüsusi relyeflə müəyyən edilir.  
Rütubətlənmə indeksi (illik yağıntının illik mümkün buxarlanmaya 
nisbəti) 0,12-dən az olan quraq regionlarda relyefi və təbii fiziki-coğrafi 
şəraiti nəzərə alıb, suvarma şəbəkəsinin elə quruluşunu seçmək lazımdır 
ki, su itkisi minimal həddə endirilsin.  
Bu cür iqlim şəraitinə malik ərazidə mikroiqlim, qruntun sukeçirmə 
qabiliyyəti və  şoranlaşma dərəcəsi, torpaq və bitki örtüyünün xarakteri 
relyeflə müəyyən edilir, onun “nəzarəti” altında olur. Bundan əlavə, relyef 
torpaq işinin həcmini, suvarma şəbəkəsinin tipini, suvarma üsulunu və 
texnikasını müəyyən edir. Relyefi təşkil edən çöküntülər relyefin quruluş 
xüsusiyyəti ilə birlikdə torpağın yuyulmasını, qruntun yatmasını, 
kanallarda suyun süzülmə yolu ilə itməsini və s. müəyyənləşdirməyə 
kömək edir.  
Suvarma  şəbəkəsinin layihələndirilməsində, relyefin parçalanması 
xüsusiyyətləri, meylliyi, onun ümumi kəsimində qabarıqlığı, batıqlığı  və 
düzlüyü, təbii drenaj sisteminin olub-olmamağı və onun xarakteri nəzərə 
alınır.  
Suvarma  əkinçiliyi  şəraitində mikrorelyef formalarını bilmək və 
nəzərə almaq çox vacib məsələlərdən biridir. Adətən nisbi yüksəklik 0,05-
0,20 m. arasında tərəddüd edərsə düzənliklərin relyefində mikrorelyef 
formaları böyük sahə tutur və  səthi xeyli mürəkkəbləşdirir. Bu cür 
sahələrdə ərazi kənd təsərrüfatı bitkiləri altında istifadə edilməzdən əvvəl 
irimiqyaslı geomorfoloji xəritələr tərtib edilir və bu xəritələrdə bütün 
mikrorelyef formaları, onların ayrı-ayrı ölçüləri əks etdirilir. Ondan sonra 
planlaşdırma işləri aparılır ki, bu da həmin sahədə aparılan bütün 
meliorasiya və irriqasiya işlərinə  sərf olunan vəsaitin 30-35%-ə  qədərini 
təşkil edir.  
Təcrübə göstərir ki, nisbi hündürlük 0,20 m, meyllik isə 0,2 olarsa 


 
186 
kifayət qədər mürəkkəb relyef yaranar. Ona görə də əvvəlcədən müvafiq 
tədbirlər görülməsə və planlaşdırma işləri aparılmasa suvarma şırımları su 
ilə dolub yuyular və suyun itməsi halları baş verər. Suvarmaya normadan 
artıq su gedər, suvarma işləri xeyli vaxt aparar, torpaqlar bir yerdə 
bataqlıqlaşmaya, başqa bir yerdə isə  şoranlaşmaya məruz qalar, bitkinin 
vegetasiya dövründə inkişafı və məhsuldarlığı qeyri-bərabər olar və s. 
Suvarma üsulları  və suvarma norması mikrorelyefə  və  səthin 
meylliyinə görə müəyyən edilir. Ona görə də suvarma şəbəkəsi çəkilərkən 
mikrorelyef və meyllik əsaslı olaraq nəzərə alınmalıdır. Mikrorelyefin 
suvarma  şəbəkəsinin layihələndirilməsində  və  çəkilməsində  nəzərə 
alınması  və müvafiq kənd təsərrüfatı bitkisinin yerləşdirilməsi torpaq 
işlərinin kəmiyyətinə və ona sərf edilən vəsaitin azaldılmasına xeyli təsir 
edə bilər. Aparılan tədqiqatlar göstərir ki, suvarılan sahələrdə  səthin 
meylliyinin optimal kəmiyyəti 0,1-0,5%-ə bərabərdir. Meyllik 0,05%-dən 
aşağıdırsa təbii axımla suvarma mümkün olmur. Meyllik 1-2 % olanda isə 
torpaqlar hökmən yuyulmağa məruz qalır. 
Suvarma  əkinçilik sahələri üçün geomorfoloji xəritədən  əlavə, 
suvarma şəraitini də nəzərə alaraq geomorfoloji rayonlaşma sxemi tərtib 
etmək lazım gəlir. Bu sxemin əsasını morfogenetik və yaş etibarilə relyef 
tiplərinin (qədim və müasir deltalar və  gətirmə konusları, çay terrasları, 
dağətəyi  şleyflər və s.) göstərilməsi təşkil etməlidir. Belə sxemlər su 
mənbələrinin axtarışını asanlaşdırır, torpağın coğrafi yayılmasını  və 
duzların qrunt suları vasitəsi ilə miqrasiya istiqamətini müəyyən etməyə 
imkan verir.  
Meliorasiya işləri təbii sərvətlərdən daha səmərəli və geniş istifadə 
etmək məqsədilə  ətraf mühitin xüsusiyyətlərinin məqsədəuyğun 
yaxşılaşdırılması üçün aparılan tədbirlərdən ibarətdir. Relyeflə  əlaqədar 
olaraq meliorasiya tədbirləri kənd təsərrüfatında, nəqliyyatda, dağ-mədən 
sənayesində, tikinti işlərində  və iqtisadiyyatımızın başqa sahələrində 
həyata keçirilir. 
 Suvarma  işləri düzgün təşkil edilməzsə qrunt sularının səviyyəsi 
qalxar və bataqlıqların, yeni şoranlıqların  əmələ  gəlməsinə  səbəb olar. 
Kənd təsərrüfatı üçün əvvəlcədən relyefi bilməli və suvarma işlərinin 
layihələndirilməsində  nəzərə alınmalıdır. Bu məqsədlə  tərtib edilən 
geomorfoloji xəritələrdə relyefin parçalanma xüsusiyyəti, intensivliyi və 
sıxlığı, mənimsənilən sahələrin səth meylliyi və mikrorelyef 


 
187
xüsusiyyətləri, suayırıcıların morfoloji xüsusiyyətləri  əks etdirilir. Bu 
xəritələrdə suvarma üçün əlverişli sahələr seçilir və relyef bütün dəqiqliyi 
ilə göstərilir.   
Torpaqların meliorasiyası deflyasiya, eroziya, suffoziya əleyhinə  və 
dəniz, göl sahillərinin bərkidilməsi üçün görülən tədbirlərdən və s. 
ibarətdir. Təbiidir ki, bu tədbirlərin həyata keçirilməsi üçün relyef 
haqqında hərtərəfli məlumata malik olmaq lazımdır.  
Rekultivasiya tipli meliorasiya tədbirləri insanın təsərrüfat fəaliyyəti 
ilə  əlaqədar olaraq sıradan çıxmış  və  məhv edilmiş landşaftın və onun 
ayrı-ayrı komponentlərinin bərpası ilə  əlaqədar olaraq planlaşdırılır və 
həyata keçirilir. Bu məqsədlə relyef coğrafi mühitin başqa komponentləri 
(iqlim, mikroiqlim, səth suları, torpaq, bitki örtüyü, qrunt sularının rejimi 
s.) ilə yanaşı kompleks yolla öyrənilir. Bu komponentlərin istər landşaftın 
dəyişilməsində  və  sıradan çıxması prosesində, istərsə  də onun bərpası 
dövründə qarşılıqlı əlaqələri araşdırılmalıdır.  
Rekultivasiya ilə əlaqədar olaraq təbiətdə bir sıra antropogen mənşəli 
relyef formaları əmələ gəlir ki, onların da həm özü dəyişkən olur, həm də 
təbii relyefəmələgətirici proseslərin xarakterinə və dinamikasına təsir edir. 
Bütün bunların  əvvəlcədən istismarı  nəzarət altında olmalı  və 
tənzimlənməlidir.  
Beləliklə insanın yaşayış  tərzi və  əmək fəaliyyəti həmişə relyeflə 
əlaqədar olmuşdur.  İnsan  ətraf mühitə  fəal təsir etsə  də relyefdən və 
relyefə müvafiq olaraq yaranmış yerli iqlim, torpaq və bitki şəraitindən, su 
təminatından asılı olmuşdur. Onun məşğuliyyəti və  təsərrüfatının 
istiqaməti relyef və ümumiyyətlə, təbii şəraitlə müəyyən edilmişdir.  
Bu, gələcək yerquruluşçularından relyefi daha mükəmməl öyrə-
nməyi, onun haqqında əldə edilən məlumatlardan geniş və düzgün istifadə 
etməyi tələb edir.  
Torpaq, digər ekoloji sistemlər kimi, zaman keçdikcə öz xüsu-
siyyətlərini dəyişir. Bu dəyişiklik (genezis) xarici (abiotik) və daxili 
(biotik) qüvvələrin təsirilə baş verir. Təbii kompleksə insan təsiri 
bütövlükdə abiotik proseslərə (istehsalat), qismən də biotik proseslərə 
(rekreasiya) aiddir.  
Landşaftın antropogen genezisi aşağıdakı prosesləri nəzərdə tutur: 
təbii mühitdən maddələrin ayrılması; landşaft elementlərində maddələrin 
toplanması; landşaftın quruluşunun pozulması, dağılması. Landşaft 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə