Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

 
194 
mübahisələr, yoldaşlıq müəssisəsinin öz üzvləri arasında olan müba-
hisələr, həmçinin  ərlə arvad (o cümlədən keçmiş  ərlə arvad) arasında 
torpaq sahələrinin bölüşdürülməsi, yaxud bu sahədən istifadə qaydaları 
üzrə mübahisələr;  

 
bağ-tikinti kooperativinin üzvləri ilə kooperativ arasında olan 
mübahisələr, həmçinin bağ-tikinti kooperativinin öz üzvləri arasında 
torpaq sahələrindən istifadə, yaxud onun bölüşdürülməsinə görə mü-
bahisələr. 
Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlət haki-
miyyəti orqanlarının səlahiyyətlərinə Azərbaycan Respublikası 
Torpaq Məcəlləsinin 6-cı maddəsinə görə aşağıdakılar aid edilir:  
– Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin təkmil-
ləşdirilməsinə dair təkliflərin hazırlanması; 

 
torpaq qanunvericiliyinin icrasını  təmin edən normativ hüquqi 
aktların qəbulu və onlara dəyişikliklərin edilməsi;  

 
dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yer-
quruluşunun aparılması qaydalarının müəyyən edilməsi;  

 
bu məcəllədə  və digər qanunvericilik aktlarında müəyyən edilmiş 
qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə  və 
icarəyə verilməsi, onların dövlət və ictimai ehtiyacların təmin edilməsi 
məqsədilə geri alınması;  

 
xüsusi mülkiyyətdə olan torpaq sahələrinin bu məcəllədə və digər 
qanunvericilik aktlarında müəyyən edilmiş qaydada satın və ya məcburi 
satın alınması;  

 
dövlət qeydiyyatına alına bilən torpaq sahələrinin minimum 
hədlərinin müəyyən edilməsi qaydalarının müəyyənləşdirilməsi

 
torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan 
digərinə keçirilməsi;  

 
yay və  qış otlaq sahələrinin inzibati-ərazi vahidlərinə istifadəyə 
verilməsi;  

 
torpaq vergisinin dərəcələrinin, onların ödənilməsi qaydalarının və 
torpaq vergisinin tutulması sahəsinə güzəştlərin müəyyən edilməsi;  

 
torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin ar-
tırılmasına, torpaq ehtiyatlarının qorunmasına dair və digər təbiəti 
mühafizə  tədbirlərinin dövlət proqramlarının hazırlanması  və yerinə 
yetirilməsi;  


 
195

 
dövlət mülkiyyətində olan torpaqların istifadəsi ilə bağlı fəaliyyətin 
dövlət ekoloji ekspertizasının keçirilməsi və dövlət ekoloji ekspertizasının 
müsbət rəy vermədiyi obyektlərin tikintisinin və ya onların yenidən 
qurulmasının dayandırılması haqqında qərar qəbul edilməsi;  

 
torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların 
mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi;  

 
dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yer-
quruluşunun aparılmasının təşkil edilməsi;  

 
bu məcəllədə göstərilən və  məhkəmədən kənar qaydada həll 
olunmalı torpaq mübahisələrinin həll edilməsi;  

 
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata 
keçirilməsi.  
Torpaq ehtiyatlarının idarə edilməsi üzrə dövlətin funksiyaları 
müxtəlif təbiətlidir. Dövlət torpaq fondunun mülkiyyətçisi olduğu hallarda 
torpaq ehtiyatlarının idarə edilməsi bir başa dövlət tərəfindən həyata 
keçirilir. Belə hallarda dövlət hakim sərəncamverici səlahiyyətlərindən 
istifadə edir və öz göstərişlərini dövlət torpaqlarının istifadəçilərinə  və 
icarədarlarına ünvanlayır. Bununla bərabər dövlət torpaqlarının 
istifadəçilərinə  təsərrüfatçılıq sərbəstliyi verilməlidir. O hallarda ki, 
torpaqlar xüsusi mülkiyyətdə yerləşir, dövlət siyasi hakimiyyət orqanı 
kimi çıxış edərək dövlətin torpaq siyasətini müəyyən edir, mülkiyyətçilər 
üçün daşınmaz  əmlak olan torpağın istifadəsi zamanı imkan verilən 
hədləri müəyyənləşdirir. Lakin bütün bu münasibətlər Azərbaycan 
Respublikasının torpaq qanunçuluğunun göstərişlərinə zidd olmamalıdır.  
Yerli idarəetmə orqanlarının torpaq münasibətlərinin idarə edilməsi 
sahəsində  səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, 
torpaq qanunvericiliyi və yerli özünüidarəetmə üzrə qanunverici aktlarla 
müəyyən olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci 
maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində 
bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 

 
qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mül-
kiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə  və  həmin torpaqlar 
barədə sərəncam verilməsi;  

 
qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiy-
yətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə  və icarəyə 
verilməsi; 


 
196 

 
yaşayış  məntəqələrinin baş planının, planlaşdırma və tikinti 
layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata 
keçirilməsinin təşkil edilməsi; 

 
bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin 
icarəsinə görə haqq alınması;  

 
bələdiyyə ehtiyacları üçün torpaq sahəsinin bu məcəllədə və digər 
qanunvericilik aktlarında müəyyən edilmiş qaydada hüquqi və fiziki 
şəxslərdən geri alınması;  

 
öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin istifadəçilərinin 
və icarəçilərinin hüquqlarının müdafiə edilməsi;  

 
bələdiyyə torpaqlarının mühafizəsinə  və yaxşılaşdırılmasına dair 
proqramların hazırlanması və həyata keçirilməsi;  

 
hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə  və icarəsinə 
verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;  

 
öz səlahiyyəti daxilində  bələdiyyə torpaqlarından istifadə 
olunmasına və onların mühafizəsinə nəzarət edilməsi;  

 
öz səlahiyyəti daxilində  bələdiyyə torpaqlarına dair məhkəmədən 
kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi;  

 
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata 
keçirilməsi.  
Azərbaycanda yeni torpaq münasibətlərinin yaranması yerquruluşu 
vasitəsi ilə  həyata keçirilir. O dövlətin  əlində torpaq islahatının həyata 
keçirilməsi və  gələcək inkişafına yönəldilmiş torpaq qanunçuluğunun 
həyata keçirilməsində, torpaq-hüquq münasibətlərinin daima 
tənzimlənməsində, torpaq üzərində təsərrüfat formalarının çoxnövlüyünün 
yaradılmasında, respublikanın bütün torpaq ehtiyatlarının səmərəli 
istifadəsi və qorunmasında əsas vasitə kimi çıxış edir.  
Ölkədə yerquruluşu xidmətinin, elmi və layihə-axtarış təşkilatları və 
idarələrinin vahid sistemi yaradılmışdır.  
Bu sistem elmi cəhətdən  əsaslandırılmış proqramların, sxemlərin və 
müxtəlif növ layihələrin yaradılması vasitəsi ilə  hər bir torpaq sahəsinin 
səmərəli istifadəsi üçün metodlar və üsullar hazırlayır.  
Yeni torpaq münasibətləri  şəraitində yerquruluşu işlərinin müxtəlif 
növlərinə tələb müxtəlifdir. Azərbaycanda torpaq islahatının ilk mərhələsi 
kolxoz və sovxozların kökündən ləğvi, onların  ərazilərində fermer 
(kəndli) təsərrüfatlarının, digər özəl (xüsusi) təsərrüfatların yaranması ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə