Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   64   65   66   67   68   69   70   71   72

 
200 

 
dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması, 
yerquruluşunun həyata keçirilməsi, torpaqların mənimsənilməsi və 
mühafizəsi, habelə torpaqların rekultivasiyası ilə bağlı layihə-axtarış, 
elmi-tədqiqat və təcrübi-eksperimental işlərin aparılmasını təşkil edir; 

 
torpaq sahələrinin yerquruluşu planından və dövlət kadastrı 
məlumatlarından çıxarışlar verir; 

 
hər il 1 yanvar vəziyyətinə  əvvəlki il üçün torpaq fondunun 
növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və istifadəçilər 
üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə 
(bonitirovka, iqtisadi qiymətləndirmə) dair ilkin hesabatları tərtib edir; 

 
torpaq vergisi dərəcələrinin müəyyənləşdirilməsi üçün kadastr 
qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı 
torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla 
şərti balları müəyyənləşdirir, habelə torpağın normativ qiymətinin 
müəyyənləşdirilməsinə  və torpaqlardan səmərəli istifadə olunması  və 
onların mühafizəsini təmin edən iqtisadi həvəsləndirmə  tədbirlərinə dair 
təkliflər hazırlayır; 

 
münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti  əkin 
dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verir
torpaqların münbitliyinin bərpası, artırılması  və onların mühafizəsi üzrə 
investisiya proqramlarının ekspertizasını həyata keçirir, gələcəkdə həmin 
sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verir; 

 
torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, 
sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparır, o 
cümlədən  şəhər və  qəsəbələrin baş planlarının, rayonların perspektiv 
planlaşdırılması sxemlərinin və digər layihələrin torpaqla əlaqədar 
hissələrini araşdırır və müvafiq rəylər verir; 

 
müvafiq dövlət və  bələdiyyə orqanları ilə birlikdə torpaq, 
aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil edir; 

 
çirklənmiş, öz keyfiyyətini itirmiş  və yararsız hala düşmüş 
(tənəzzülə  uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin 
hazırlanmasında iştirak edir

 
torpaq bazarı subyektlərinin hüquq və  vəzifələrini  əhali arasında 
təbliğ edir, torpaq bazarını  tənzimləyən rəsmi məlumatların müntəzəm 
toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vasitələri ilə 
açıqlanmasını, habelə torpaq bazarının fəaliyyəti ilə bağlı öz səlahiyyətləri 


 
201
daxilində digər tədbirləri görür; 

 
müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması 
məqsədilə lazımi kadastr-planaalma işlərini həyata keçirir; 

 
Azərbaycan Respublikası ərazisində baş verən dəyişikliklərə uyğun 
olaraq topoqrafik, inzibati, coğrafi və  məlumat xəritələrində olan bütün 
dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin edir; 

 
Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq 
rayon,  şəhər,  şəhər tipli qəsəbələr və digər yaşayış  məntəqələrinin və 
bələdiyyələrin sərhədlərini naturada müəyyən edir və xəritələşdirilməsini 
həyata keçirir; 

 
vahid koordinat və hündürlük sistemində obyekt və  sənaye 
komplekslərinin, şəhər və başqa yaşayış məntəqələrinin ərazisinin 1:2000 
və daha böyük, tikilməmiş (açıq)  ərazilərdə isə 1:5000 və daha 
kiçikmiqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli 
topoqrafik planaalmasını həyata keçirir; 

 
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və 
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla 
aerofotoplanaalma işlərini həyata keçirir və digər təşkilatları  həmin 
məlumatlarla müəyyən olunmuş qaydada təmin edir; 

 
Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin 
edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işləri 
həyata keçirir.  

 
torpaq, su, meşə,  şəhər və digər kadastr işlərinin aparılması üçün 
geodeziya istinadının yaradılması, topogeodeziya, kartoqrafiya və kadastr 
plan və  xəritələrinin tərtibatı, yeniləşdirilməsi və  təminatı  işlərini həyata 
keçirir; 

 
geodeziya və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatları 
əsasında yer səthinin torpaq və bitki örtüyünü tədqiq edir; 

 
qanunvericiliyə uyğun olaraq geodeziya və kartoqrafiya üzrə 
xüsusi təminatlı cihaz və avadanlıqların idxalına və ixracına nəzarət 
məqsədilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyini və 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini müvafiq metodik 
sənədlərlə, mütəmadi olaraq həmin cihaz və avadanlıqların siyahıları ilə 
təmin edir; 

 
ölkə  ərazisində aparılan dövlət torpaq kadastrı, monitorinqi, 
yerquruluşu, geodeziya və kartoqrafiya işlərinin nəticələri və kartoqrafiya 


 
202 
təminatı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə 
mütəmadi olaraq məlumatlar verir

 
bütün növ kadastrları (torpaq, meşə, su və s.) əlaqələndirmək 
məqsədilə qanunvericiliyə uyğun olaraq mülkiyyət formasından asılı 
olmayaraq, ölkə  ərazisi üzrə bütün təşkilatların icra etdikləri torpaq 
kadastrı, yerquruluşu, geodeziya-kartoqrafiya məlumatlarının saxla-
nılmasını və istifadəsini təmin edən tədbirlər hazırlayır və həyata keçirir; 

 
geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) 
və digər fövqəladə  təbii hadisələrin proqnozlaşdırılması  məqsədilə 
tədbirlər görür, bu barədə digər icra hakimiyyəti orqanlarına və 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir; 

 
torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, torpaq 
islahatı, ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaqların 
rekultivasiyası  və münbitliyinin artırılması, geodeziya, topoqrafiya və 
kartoqrafiya fəaliyyətinin, habelə torpaqlardan istifadə  və onların 
mühafizəsinə, dövlət nəzarətinin həyata keçirilməsinə dair işlərin 
maliyyələşdirilməsi üzrə  təkliflər hazırlayır, büdcədən ayrılan vəsait 
əsasında dövlət sifarişlərini həyata keçirir və onun məqsədyönlü 
istifadəsinə öz səlahiyyəti daxilində nəzarət edir; 

 
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub 
olan bölməsinin xəritəsini, o cümlədən topoqrafik və  dəniz xəritələrini 
hazırlayır; 

 
xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və 
cihazlarının uçotunu aparır; 

 
coğrafi adların dəyişdirilməsində qeydiyyatın aparılmasını  təmin 
edir; 

 
müasir geodeziya, topoqrafiya və kartoqrafiya alətlərinin və 
cihazlarının tətbiqi üçün şərait yaradır və lazımi tədbirlər görür; 

 
qanunvericiliklə müəyyən olunmuş xüsusi təyinatlı (sahəvi) 
topoqrafiya, geodeziya, kartoqrafiya və qravimetriya işlərinin yerinə 
yetirilməsinə xüsusi razılıq (lisenziya) verir; 

 
dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, 
geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində normativ texniki 
sənədlərin hazırlanması  və  tətbiqinin vahid rejim və normativ texniki 
sənədlər əsasında həyata keçirilməsini təmin edir; 

 
qanunvericiliklə müəyyən edilmiş qaydada komitə  işçilərinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə