Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   64   65   66   67   68   69   70   71   72

 
215
(hüquqi şəxs olduqda- tam adı, hüquqi ünvanı); 

 
Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin möhür yeri, rəisinin 
adı, soyadı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının adı, atasının 
adı və soyadı; 

 
plan və ölçünün tərtib edilmə tarixi; 

 
torpaq sahəsinin təyinatı (kateqoriyası) və  məqsədli istifadə növü 
(uqodiyası); 

 
torpaq sahəsinin mülkiyyət növü (dövlət, bələdiyyə və xüsusi); 

 
torpaq sahəsi üzərində daşınmaz  əmlakın dövlət reyestrində 
qeydiyyata alınan hüququn növü; 

 
torpaq sahəsinin müvafiq hüquqmüəyyənedici sənədlərdə öz əksini 
tapmış sahəsi (ha); 

 
torpaq sahəsinin inventarlaşdırma (çölölçmə) işləri nəticəsində 
müəyyən edilmiş faktiki sahəsi (ha); 

 
plan və ölçünün tərtib edilməsi üçün əsas olan qanunvericiliklə 
nəzərdə tutulmuş sənədlərin rekvizitləri; 

 
torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat; 

 
ilkin torpaqayırma sənədlərində müəyyənləşdirilən torpaq 
sahəsinin  əsas göstəriciləri (o cümlədən, torpaq sahəsinin normativ 
qiyməti); 

 
torpaq sahəsinin döngə nöqtələrinin koordinatları  və onlar 
arasındakı məsafələr; 

 
torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq 
sahəsinin planı (cizgisi); 

 
torpaq sahəsinin yerləşdiyi ərazini əhatə edən “Daşınmaz əmlakın 
rəqəmli kadastr xəritəsi”ndən çıxarış; 

 
şərti işarələr (“Daşınmaz  əmlakın rəqəmli kadastr xəritəsi”ndən 
çıxarışda göstərilən işarələrin təsviri). 
Plan və ölçü Reyestr Xidmətinin müvafiq rayon (şəhər)  ərazi 
idarəsinin rəisi və  həmin plan və ölçünü tərtib etmiş icraçı  tərəfindən 
imzalanır, möhürlə təsdiq olunur. 
Plan və ölçü itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə 
qanunvericiliklə müəyyən edilmiş qaydada dublikat verilir. Bu halda plan 
və ölçünün yuxarı sağ  tərəfində iri hərflərlə ‘‘DUBLİKAT’’  ştampı 
vurulur və plan və ölçünü verən Reyestr Xidmətinin müvafiq rayon 
(şəhər)  ərazi idarəsinin rəisi tərəfindən imzalanır və möhürlə  təsdiq 


 
216 
olunur. 
Dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq yalnız məhkəmə 
qaydasında etibarsız hesab edilə bilər. 
Qanunçuluğa görə dövlət qeydiyyatı ilə bağlı mübahisələr yalnız 
məhkəmə qaydasında həll edilir. 
  
5.3. Xarici ölkələrdə yerquruluşu sistemi 
 
 
Xarici ölkələrdə yerquruluşu sisteminin müasir vəziyyətinə ekskurs, 
bu dövlətlərdə yerquruluşu təhsilinin təşkilinin xüsusiyyətləri ilə tanışlıq 
respublikamızın iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası 
şəraitində böyük maraq doğurur. Bu tanışlığa isə keçmiş Sovetlər 
İttifaqına daxil olmuş ölkələrdən başlamaq daha məqsədəuyğundur. Uzaq 
xaricdə yerquruluşu sisteminin və  təhsilinin təşkili ilə  əlaqədar 
məlumatların hazırlanmasında akademik S.N.Volkovun araşdırmalarından 
istifadə edilmişdir. 
Bizim anlamımızda yerquruluşu torpaq ehtiyatlarından səmərəli 
istifadənin və onların mühafizəsinin təşkilinə dair kompleks tədbirlər 
sistemidir. Təbii ehtiyatlardan, o cümlədən torpaqlardan tam, dolğun və 
səmərəli istifadə edilməsi, təbiətin mühafizəsi, ekoloji landşaft 
quruculuğu tədbirləri xarici ölkələrin hər bir vətəndaşının, bütövlükdə 
dövlətin bir saylı vəzifəsi və borcu olsa da, bəzi ölkələrdə “yerquruluşu” 
anlamına analoq sözü yoxdur. Onu müxtəlif dillərə müxtəlif cür tərcümə 
edirlər.  İngilis dilində “Land Use Planning” – torpaqdan istifadənin 
planlaşdırılması; “Land Management” – torpaq idarəetməsi; “Land 
Survey” – sərhədlərin müəyyənləşdirilməsi,  ərazi planaalması  və s. 
Mütəxəssislər bu anlayışlar altında konkret yerquruluşu  əməliyyatlarını 
başa düşürlər. Yerquruluşu məfhumuna bərabər tutulmayan, amma ona 
yaxın olan ifadə fransız dilində “Amenagement Foncir”, alman dilində – 
“die Flurbereinigung” ifadələridir. 
XVIII  əsrin ikinci yarısının ortalarından başlayaraq Rusiyada 
mərzçəkmə  işlərinə böyük əhəmiyyət verilirdi. Burada məqsəd torpaq 
hüququna riayətin yoxlanmasından, zəbt edilmiş dövlət torpaqlarının 
müəyyənləşdirilməsindən, sahibkar torpaqlarının və torpaqdanistifadələrin 


 
217
sərhədlərinin dəqiqləşdirilməsindən, torpaq münasibətlərindəki anlaşıl-
mazlıqların, xaosun ləğvindən, torpaqdanistifadələrdəki məkan yerləş-
məsindəki satışmazlıqların aradan qaldırılmasından ibarət olub.  
Yerölçən kadrların çatışmazlığı, mərzçəkmənin dövlət  əhəmiyyəti 
Rusiyada belə mütəxəssislərin hazırlanması üçün xüsusi məktəbin 
təşkilini tələb edirdi. 
Məhz buna görə  də, hələ 200 ildən artıq müddət bundan əvvəl, 25 
may 1779-cu ildə Moskvada yerölçmə  məktəbinin açılması barədə 
sərəncam verilmişdir. Bu məktəb həmin ildə II Yekaterinanın dünyaya 
gəlmiş  nəvəsi, Knyaz Konstantin Pavloviçin şərəfinə Konstantinovka 
məktəbi adlandırılırdı. Çar dövləti bu təhsil ocağına həmişə himayədarlıq 
edir, yerölçmə təhsilinə xüsusi əhəmiyyət verirdi. 1835-ci ildən bu məktəb 
bazasında Konstantinovsk Mərzçəkmə İnstitutu təşkil edildi və bu sahədə 
ali təhsilli mütəxəssis hazırlığına başlanıldı.  
Rusiyada bolşeviklərin hakimiyyətə  gəlişindən sonra-1917-ci ildən 
bu  İnstitut Moskva Mərzçəkmə  İnstitutu, 1945-ci ildən isə Moskva 
Yerquruluşu Mühəndisləri  İnstitutu adlandırılmışdır. 1992-ci ildən 
MYMİ-nin bazasında torpaq hüququ, yerquruluşu, torpaqşünaslıq, 
geobotanika, geodeziya, memarlıq və  kənd yaşayış  məntəqələrinin 
planlaşdırılması ixtisasları üzrə mütəxəssis hazırlayan Dövlət Yerquruluşu 
Universiteti yaradılmışdır. Hal-hazırda Dövlət Yerquruluşu Universitetinə 
akademik, Rusiyanın  Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, 
professor Volkov Sergey Nikolayeviç rəhbərlik edir. Universitet Rusiyada 
yerquruluşu, torpaq və şəhər kadastrı sahəsində mütəxəssislər hazırlayan 
ixtisaslaşmış  və  ən böyük ali təhsil müəssisəsidir. Burada torpaq 
ehtiyatlarının və torpaq bazarının idarə edilməsi, torpaqların və daşınmaz 
əmlakların qiymətləndirilməsi sahəsində çalışacaq mühəndis-yer-
quruluşçuları ilə yanaşı, həm də geodeziyaçılar, memarlar, hüquqşünaslar, 
iqtisadçı menecerlər hazırlanır. Dövlət Yerquruluşu Universiteti MDB 
ölkələrində yerquruluşu təhsilinə koordinasiya edən Tədris-Metodiki 
Birlik kimi də fəaliyyət göstərir. 
Yerquruluşunun təşkili bir çox xarici ölkələrdə özünəməxsus 
xüsusiyyətləri ilə xarakterizə olunur. 
Birincisi, yerquruluşuna dair sifarişçilərin böyük hissəsi,  əsasən də 
dövlət sifarişlərinin dövlət və özəl  şirkətlər arasında bölgüsü müsabiqə 
əsasında aparılır. Bunun üçün tenderlər, sövdələşmələr, müsabiqələr və s. 


 
218 
həyata keçirilir. 
İkincisi, yerquruluşunun istehsalat prosesinə böyük ərazilər və 
çoxsaylı torpaqistifadəçiləri, sahibkar torpaqları  cəlb edildiyi hallarda 
yerquruluşu işləri təsisçilərin, sahibkarların-başqa sözlə torpaq bazarı 
iştirakçılarının cəlb edilməsi ilə aparılır. 
Üçüncüsü, yerquruluşu layihələri daha çox dövlət və yerli 
hakimiyyət orqanlarının iştirakı  və  nəzarəti altında həyata keçirilir. Bu 
zaman əsas şüar “ilk növbədə ictimai maraqlara qulluq edilməlidir” olur. 
Bunun nəticəsində ilk öncə torpaq mülkiyyətçilərinin həyata keçirilməsi 
zəruri olan maraqları öyrənilir, torpaqlardan istifadənin dövlət, regional və 
yerli planlaşdırılması,  ərazinin zonalaşdırılması aparılır, iqtisadi, hüquqi 
və  təşkilati tədbirlər vasitəsi ilə torpaq münasibətlərinin dövlət 
nizamlanması həyata keçirilir. 
Dördüncüsü, yerquruluşuna dair bütün proseslərdə öndəmə  gələn 
prioritet məsələnin təbiəti mühafizə  məsələsinin olmasıdır. Məhz buna 
görə  də, bu ölkələrdə bütün yerquruluşu layihələrinin müstəqil 
ekspertizası aparılır. 
Rusiya Federasiyasında yerquruluşunun və torpaq ehtiyatlarının idarə 
edilməsi ilə bağlı funksiyaların yerinə yetirilməsini həyata keçirən xüsusi 
yerquruluşu orqanları mövcuddur. 
Yerquruluşu xidməti-yerquruluşunun inzibati-idarəetmə strukturudur. 
Bu xidmətə torpaq ehtiyatlarının dövlət idarəedilməsi üzrə icra 
hakimiyyətinin federal orqanı  rəhbərlik edir. 2001-ci il tarixdən RF-də 
icra hakimiyyətinin federal orqanı kimi Rusiya Torpaq Kadastrı 
Federal Xidməti  bu funksiyanı yerinə yetirir. Bu orqan ona verilmiş 
səlahiyyətlər çərçivəsində dövlət torpaq kadastrının və torpaq sahələrində 
yerləşən və torpaqla bilavasitə bağlı olan daşınmaz  əmlak obyektlərinin 
dövlət uçotunu, yerquruluşunu, torpaqların dövlət kadastr 
qiymətləndirilməsini, torpaqlardan istifadə və onların mühafizəsi üzərində 
dövlət nəzarətini həyata keçirir. 
Yerquruluşuna dair layihə-axtarış işlərinin aparılması Rusiya Torpaq 
Kadastrı Federal Xidmətinin tabeçiliyində olan Rusiya Elmi-Tədqiqat və 
Layihə-Axtarış Torpaq Ehtiyatları  İnstitutuna  həvalə edilmişdir. 
Yerquruluşuna dair bu baş layihə-axtarış institutu RF-nin paytaxtı Moskva 
şəhərində yerləşir. RF-nin iqtisadi regionlarında Rusiya Elmi-Tədqiqat və 
Layihə-Axtarış Torpaq Ehtiyatları İnstitutunun 10-dan artıq zonal filiallari 


 
219
vardır. 
Yerquruluşuna dair irihəcmli işlərin bir qismi (aerofotogeodezik, 
topoqrafik və s. bu səpgidən olan işlər) Rusiya Elmi-Tədqiqat Torpaq-
Kadastr Planaalmaları İnstitutu tərəfindən yerinə yetirilir.  
Bunlardan  əlavə Rusiya Torpaq Kadastr Federal Xidmətinin 
tabeçiliyində  Rusiya Torpaq Monitorinqi və Ekosistem İnstitutu 
fəaliyyət göstərir. Federal Xidmətin tərkibində həmçinin torpaq kadastrı, 
torpaq monitorinqi və yerquruluşu məqsədləri üçün cihaz və 
texnologiyanın hazırlanması  və istehsalı ilə  məşğul olan dövlət 
müəssisələri – “Hesablama mərkəzi” və “Yerölçən” mərkəzləri fəaliyyət 
göstərirlər. 
Rusiyada yerquruluşu istehsalatı üçün, habelə elmi-pedaqoji fəaliyyət 
göstərmək üçün kadrların hazırlanması ilə 70-dən artıq ali və orta ixtisas 
təhsil müəssisəsi məşğul olur. 
Hal-hazırda Rusiyada yerquruluşu üzrə ali təhsilli mütəxəssis 
hazırlığı ilə məşğul olan təhsil müəssisələri arasında Dövlət Yerquruluşu 
Universitetini (Moskva ş.), Voronej Dövlət Aqrar Universitetini, Omsk 
Dövlət Aqrar Universitetini, Sankt-Peterburq Dövlət Aqrar Universitetini, 
Novoçervask Dövlət Meliorasiya Akademiyasını, Kuban Dövlət Aqrar 
Universitetini, Krasnoyarsk Dövlət Aqrar Universitetini, Perm Dövlət 
Kənd Təsərrüfatı Akademiyasını göstərmək olar. 
Qazaxıstanda yerquruluşu təhsili və elmi Astana Aqrar Univer-
sitetində təşkil edilmişdir. 
Ukrayna Respublikasında yerquruluşu təhsilinin və elminin mərkəzi 
Kiyev  şəhərində yerləşən Ukrayna Milli Aqrar Universitetidir. Xarkov 
Dövlət Aqrar Universitetində, Lvov Dövlət Aqrar Universitetində  də 
yerquruluşçuları hazırlanır. 
Belarusiyada yerquruluşu kadrları Qorki şəhərində yerləşən 
Belarusiya Dövlət Kənd Təsərrüfatı Akademiyasında hazırlanırlar. 
Baltikyanı dövlətlərdə yerquruluşu təhsili Latviya Aqrar 
Universitetində (Yelqava ş), Estoniya Kənd Təsərrüfatı Universitetində 
(Tartu ş), Litva Aqrar Universitetində (Kaunas ş) həyata keçirilir. 
Özbəkistanda yerquruluşçuları Daşkənd Kənd Təsərrüfatının 
Irriqasiyası və Meliorasiyası İnstitutunda hazırlanır.  
Qərbi Avropada, ABŞ-da, Kanadada yerquruluşu  əməliyyatları 
tarixən torpaq kadastrı ilə əlaqədə olub. Bu aşağıdakı səbəblərlə izah 


 
220 
olunur: 

 
torpaq kadastrı məlumatları torpaq sahələrinin bölgüsünə, yenidən 
bölgüsünə, birləşdirilməsinə dair torpaq əqdləri prosesində bilavasitə 
istifadə edilir, bunların  əsasında da torpaq üzərində mülkiyyət (istifadə) 
hüququnu təsdiqləyən sənədlər verilir; 

 
torpaqdan müxtəlif səviyyəli hakimiyyət orqanları  tərəfindən 
istifadənin planlaşdırılması, torpaq quruculuğuna nəzarət edilməsi və s. 
məsələlərlə bağlı idarəetmə  qərarlarının qəbul edilməsi üçün torpaq 
kadastrı məlumatları istifadə edilir ; 

 
torpaq kadastrı məlumatları əsasında torpaqların və digər torpaqla 
bağlı olan daşınmaz  əmlakların uçotu və qiymətləndirilməsi aparılır ki, 
bunlar da vergitutma üçün informasiya mənbəyi kimi istifadə olunur; 

 
torpaq kadastrı materialları torpaq sahibkarları üçün alət rolu 
oynamış, müxtəlif obyektlərin tikintisini koordinasiya etməyə, torpaq 
əqdlərini həyata keçirməyə imkan vermişdir. 
Beləliklə, xaricdə torpaq kadastrı özündə  təkcə texniki əməliyyatlar 
deyil, həm də torpaq sahələrinin və digər daşınmaz əmlakların qeydiyyata 
alınması və onlarla bağlı əqdlərin həyata keçirilməsi ilə əlaqədar torpaq-
kadastr prosesini özündə birləşdirmiş, yerquruluşu işlərinin böyük bir 
hissəsini tarixən akkumulyasiya etmişdir. 
Bir çox ölkələrdə  ərazinin planaalınması  xəritələrinin tərtibi, ölçmə 
istehsalatı ilə bağlı yerquruluşu əməliyyatları torpaq kadastrı, geodeziya, 
kartoqrafiya işləri ilə  məşğul olan xidmətlərdə  mərkəzləşdirilmişdir. Bu 
zaman yerquruluşu öz kompetensiyaları (səlahiyyətləri) çərçivəsində 
müxtəlif səviyyəli icra hakimiyyəti orqanları (dövlət, regional, yerli) 
tərəfindən təşkil edilir. Akademik S.N.Volkov xarici ölkələrdə yerinə 
yetirilən yerquruluşu işlərinə aşağıdakı tədbirləri aid edir. 
Müxtəlif inzibati-ərazi vahidlərində torpaqdanistifadənin 
planlaşdırılması (land Use Planing). Bu işlər vaxtı ilə sovet ölkələrində 
müxtəlif ərazi vahidləri üçün hazırlanan yerquruluşu sxemlərinin tərtibinə 
dair işlər ilə analoji mahiyyət daşıyır. Belə planlar Fransada, İsveçdə, 
İsveçrədə müxtəlif  ərazi vahidləri və müxtəlif müddətlər üçün tərtib 
olunur: regionlar üçün 20-25 ilə  nəzərdə tutulan baş planlar, yerli 
(bələdiyyə) inzibati ərazi vahidləri üçün isə qısa müddətə – 5-15 ilə torpaq 
ehtiyatlarından istifadəyə dair proqnoz təkliflər verilir. İctimaiyyətin 
müzakirəsinə verilən belə planlar yalnız camaat tərəfindən bəyənildikdən 


 
221
sonra onlar müvafiq qurumlar tərəfindən təsdiq olunur və icra üçün 
hüquqi qüvvə qazanır. 
Dövlət, regional, yerli proqramlar və torpaq ehtiyatlarının dövlət 
idarəetməsi üsulları  əsasında  torpaqlardan istifadənin və onların 
mühafizəsinin təşkili (Land Management). Bir sıra ölkələrdə torpaq 
ehtiyatlarından istifadənin və onların mühafizəsinin təşkilinə dair əsas 
tədbirlərin həyata keçirilməsini dövlət  ətraf mühitin mühafizəsi, fermer 
torpaqlarının konservasiyası, mühafizəsi və s. xüsusi proqramlarla həyata 
keçirir. Dünya ölkələrinə bu sahədə ABŞ nümunə ola bilər. Bu ölkə 
Daxili  İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ətraf Mühitin 
Mühafizəsi Agentliyi kimi qurumları vasitəsi ilə bu proqramları 
maliyyələşdirir. ABŞ-da Kənd Təsərrüfatı Nazirliyi sistemində xüsusi 
Torpaq Mühafizəsi Xidməti (Soil Survey) fəaliyyət göstərir ki, onların da 
fəaliyyəti bizim yerquruluşu xidmətinin fəaliyyəti ilə üst-üstə düşür. 
Proqramlar əsasən aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 

 
yerquruluşu layihələrinin (torpaqların meliorasiyası, mənimsə-
nilməsi, konservasiyası, su təchizatı) birbaşa maliyyələşdirilməsi;  

 
fermerlərə  təbiəti mühafizə texnologiyalarının tətbiqinə görə, 
həmçinin torpaq sahiblərinə torpaqların istehsal prosesindən çıxması ilə 
əlaqədar olaraq dəymiş  zərərin ödənilməsi üçün subsidiyaların 
ödənilməsi; 

 
elmi-texniki informasiya və məsləhət işlərinin aparılması. 
Bu proqramlardan əlavə ABŞ-da ştat büdcələrindən də yuxarıdakılara 
oxşar proqramların həyata keçirilməsi üçün maliyyə vəsaitləri ayrılır. 
ABŞ-da  ştat və yerli səviyyələrdə torpaq-resurs siyasətində 
mərkəzi yeri torpaqlardan istifadəyə  nəzarət tutur. Torpaqdan 
istifadənin nizamlanması üçün hakimiyyət aşağıdakı üsullardan 
istifadə edir:  

 
regionların inkişaf planı  çərçivəsində  ətraf mühitin çirklənmə 
səviyyəsinin maksimal həddinin müəyyənləşdirilməsi;  

 
qanunvericilik qaydasında torpaqlardan istifadənin xarakterini 
müəyyənləşdirmək məqsədilə  ərazinin zonalaşdırılması; təcili kon-
servasiyası  tələb olunan torpaqların  ştatların mülkiyyətinə alınması  və 
onların yerli rekreasiya resursları kimi istifadəsi; istehsalat və  nəqliyyat 
obyektlərinin yerləşdirilməsinin nizamlanması. 
Torpaqların mərzləşdirilməsinə dair işlərin aparılması (Land 


 
222 
Survey). Xarici ölkələrdə bu işlərin həyata keçirilməsinin kökündə torpaq 
kadastr planaalmaları (sərhədlərin planaalması) durur. Bu işlər iki halda 
yerinə yetirilir: birinci halda, ərazi üçün torpaq-kadastr planları, 
ümumiyyətlə mövcud deyildir və ya yeni qanunçuluqla 
müəyyənləşdirilmiş texniki şərtlərə görə mövcud planların təzələnməsi 
tələb olunur; ikinci hal-sahələrin dəyişməsi, yerquruluşu işləri aparılan 
ərazilərdə torpaq münasibətlərində hüquqi rejimin dəyişməsi ilə əlaqədar 
olaraq mövcud torpaq kadastr planlarının dəyişdirilməsi zərurətinin ortaya 
çıxması. 
Torpaq-kadastr planaalmalarının yeniləşməsi bizim anlamımızda yeni 
torpaqdanistifadələrin yaranması və ya mövcudlarının təkmilləşdirilməsi, 
habelə müxtəlif məqsədlər üçün torpaqayırmaları, torpaqların 
mərzləşdirilməsi məqsədilə aparılan təsərrüfatlararası yerquruluşuna dair 
kompleks işlərin məcmusudur. 
Uzaq xarici ölkələrdə  həmçinin yerquruluşuna dair aşağıdakı 
işlər aparılır: 

 
sahibkar torpaqlarının və torpaqdanistifadələrin təkmilləşdirilməsi; 

 
torpaqların birləşdirilməsi (Land Jonsolidation); 

 
əmlakın bölgüsü (Subdivision); 

 
əmlakın yenidən formalaşdırılması (Transformation); 

 
torpaq sahələrinin yenidən təşkili (Reallotment). 

 
torpaq mülkiyyətinin formalaşdırılması (Real Property Formation); 

 
sərhədlərin müəyyənləşdirilməsi (delimitation); 

 
sərhədlərin naturaya (yerə) köçürülməsi (demarjation); 

 
torpaq sahələrinin alınması ilə  əlaqədar yerquruluşu (land 
Acquisition) və s.. 
Yuxarıda göstərilən yerquruluşu işləri torpaq sahələri ilə bağlı 
əqdlərin həyata keçirilməsi zamanı (mülkiyyətin alqı-satqısı, torpaqların 
bağışlanması, irsən keçməsi, sahənin bir qisminin girov qoyulması və s.) 
öndəmə  gəlir. Bu işlər,  əgər dövlət bu sahədə torpaq münasibətlərinin 
nizamlanmasına müdaxilə etmirsə, torpaq mülkiyyətçilərinin hesabına 
yerinə yetirilir. 
Kənd təsərrüfatı  təyinatlı torpaqlarda yerquruluşu (təsər-
rüfatdaxili yerquruluşu).  Hal-hazırda uzaq xarici ölkələrdə bu işlər 
ayrıca bir sahibkar torpağı üçün görülmür. Yerquruluşu sənədləri bu halda 
özündə bir neçə fermer təsərrüfatının arealını birləşdirən müəyyən 


 
223
ekoloji-landşaft strukturu üçün hazırlanır. Almaniyada, Avstriyada, 
Macarıstanda, Çexiyada, Slovakiyada və digər Qərb ölkələrində 
hazırlanan yerquruluşu layihələrinin  əsas məqsədi-təbiəti mühafizə, 
ərazinin təşkilinin mühəndis-təsərrüfat elementlərinin yerləşdirilməsinə 
qoyulan aqroekoloji tələblər  əsasında torpaqdan istifadənin optimal və 
səmərəli növbəli əkin sistemlərinin müəyyənləşdirilməsindən ibarətdir.  
Yerquruluşu layihələrinin ikinci hissəsi kəndli (fermer) təsər-
rüfatlarında eroziyaya qarşı tədbirlər sisteminin, mühəndis hesablamaları 
əsasında terraslaşma işlərinin, torpaqların konservasiyasına dair 
tövsiyələrin hazırlanmasına həsr olunur. Türkiyə, ABŞ, Fransa kimi 
ölkələrdə bu işlərin yerinə yetirilməsilə təkcə yerquruluşçuları deyil, eyni 
zamanda kənd təsərrüfatının müxtəlif sahələrinin bilicilərini özündə 
cəmləşdirən xüsusi birləşmələr məşğul olurlar. 
Uzaq xarici ölkələrdə yerquruluşu təhsilinin təşkili də maraq doğurur.  
Yerquruluşu kadrları Çexiya və Slovakiyada Politexnik İnstitut-
larında, Bolqarıstanda-Ali Memarlıq və Landşaft Universitetində, 
Macarıstanda-Meşə  Təsərrüfatı  və  Ağac Emalı  Sənayesi Universitetində 
hazırlanırlar. 
Çin Xalq Respublikasında yerquruluşu təhsili Pekin, Uxan, Nankin 
şəhərlərində yerləşən Aqrar Universitetlərdə, Monqolustanda – ali aqrar 
təhsil ocaqlarında, Vyetnamda isə-Hanoy Kənd Təsərrüfatı  İnstitutunda 
təşkil edilmişdir. 
ABŞ  və Kanadada torpaq ehtiyatlarından səmərəli istifadənin və 
onların mühafizəsinin təşkilinə dair mütəxəssislər torpaqlardan istifadənin 
planlaşdırılması, landşaft memarlığı, daşınmaz əmlakın iqtisadiyyatı, kənd 
torpaqlarının təşkili bölmələrində hazırlanırlar. 
 
 


 
224 
 
 
 
 
 
 
 
 
 
 
Ramiz Mirmahmud oğlu Quliyev. Yerquruluşu. Yerquruluşunun 
elmi əsasları. I cild. –Bakı, “MBM”, 2007. – 224 səh. (ali təhsil 
müəssisələrinin tələbələri üçün dərslik və dərs vəsaitləri) 
 
 
 
 
 
 
 
____________________________________ 
Йыьылмаьа верилмишдир: 15.06.2007 
Чапа имзаланмышдыр: 09.07.2007 
Тираъ 300; шярти чап вяряги 14 
«МБМ» мятбяясиндя 
чап олунмушдур 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə