Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   60   61   62   63   64   65   66   67   ...   72

 
191
yaranmasına imkan verir.  
İctimai münasibətlərin müasir inkişaf mərhələsində torpaq ehti-
yatlarının idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi məsələsi daha 
çox aktuallıq kəsb edir.  
Torpaq ehtiyatlarının dövlət tərəfindən idarə edilməsi inzibatçılıq, 
büdcə, işlərin təhlili və qiymətləndirilməsi, başqa sözlə konstitusiyaya 
müvafiq hüquqi-legitim sahənin yaradılması kimi idarəçilik fəaliyyəti 
növləri ilə  sıxı bağlıdır. Torpaq ehtiyatlarının dövlət tərəfindən idarə 
edilməsi vətəndaşların könüllü fəaliyyəti ilə uyğunlaşdırılır, qarşılıqlı 
fəaliyyət göstərir və müəyyən dərəcədə onunla genişləndirilir.  
Belə qarşılıqlı  fəaliyyət sosial idarəetmə sferasını  təşkil edir. Buna 
görə də torpaq ehtiyatlarının dövlət tərəfindən idarə edilməsi cəmiyyətin 
sosial idarə edilməsinin tərkib hissəsidir.  
Torpaq ehtiyatlarının dövlət tərəfindən səmərəli idarə edilməsi elmi 
cəhətdən  əsaslandırılmış  nəzəriyyəyə istinad edilməklə praktiki 
fəaliyyətdən ibarətdir.  
Torpaq ehtiyatlarının dövlət tərəfindən idarə edilməsinin predmetini 
dövlətlə həm idarəetmə subyektləri və həmçinin idarəetmə obyektləri kimi 
çıxış edən  ərazi vahidləri (respublika səviyyəsindən konkret təsərrüfat 
sahəsinə  qədər) arasındakı qarşılıqlı  əlaqə, təsir və münasibətlər təşkil 
edir.  
Yerquruluşu sistemi torpaq ehtiyatlarının dövlət tərəfindən vahid 
idarəetmə sisteminin tərkib hissəsi kimi torpaq münasibətlərinin dövlət 
tərəfindən idarə edilməsinin əsas həlqəsini təşkil edir.  
Azərbaycanda torpaq ehtiyatlarını idarəetmə quruluşu obyektiv 
şərtlər  əsasında meydana gəlmiş  və formalaşmışdır. Azərbaycan SSR-də 
yerquruluşu xidməti torpaq üzərində vahid dövlət mülkiyyətinə müvafiq 
təşkil olunmuşdu. Məhz torpaq münasibətlərinin belə forması yerquruluşu 
xidmətinin əsaslarına uyğun idi. XX əsrin əvvəllərində Azərbaycan SSR-
də torpaq resurslarını idarə edən xüsusi dövlət orqanı – Torpaq Komitəsi 
mövcud olmuşdur ki, bu da sosialist torpaq münasibətlərinin bərqərar 
olması üçün çox işlər görmüşdür.  
Sovet hakimiyyətinin sonrakı illərində torpaq ehtiyatlarının idarə 
edilməsində Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin 
Torpaqdanistifadə  və Yerquruluşu Baş  İdarəsi, digər idarələrin torpaq 
bölmələrinə söykənərək, aparıcı rol oynamışdır. Kənd təsərrüfatı 


 
192 
sahəsinin vacibliyi mövqeyindən sovet hakimiyyəti dövründə  Kənd 
Təsərrüfatı Nazirliyinin torpaq ehtiyatlarının dövlət tərəfindən idarə 
edilməsi prosesində kifayət qədər hüquqlara malik olmasını  məntiqə 
uyğun saymaq olar.  
İctimai münasibətlərin müxtəlif inkişaf mərhələsində yerquruluşu 
işləri növlərinin müxtəlif nisbətləri mövcud olmuşdur.  
Azərbaycanda Sovet hakimiyyətinin bərqərar olduğu dövrə  qədər 
burada kəndlərarası  və  kənddaxili yerquruluşu işləri üstünlük təşkil 
etmişdir. Sovet Azərbaycanının “Torpaq haqqında” 5 may 1920–ci il 
tarixli dekretinin reallaşması zamanı  və  kənd təsərrüfatının 
kollektivləşdirilməsi prosesində 
əsas diqqət təsərrüfatlararası 
yerquruluşuna yönəldilmişdir.  
XX  əsrin 90-cı illərinə  qədər kolxoz və sovxozların təsərrüfatdaxili 
yerquruluşu böyük yer tutmuşdur. Bu illərdə planaalma və  tədqiqat, 
kolxoz və sovxozların böyüdülməsi və kiçildilməsi, yararlı torpaqların 
bonitirovkası  və iqtisadi cəhətdən qiymətləndirilməsi, torpaqların 
istifadəsinə  nəzarət və onların qorunması bir-birinə bağlı  şəkildə 
aparılmışdır.  
Yeni torpaq münasibətləri  şəraitində Azərbaycan Respublikasında 
torpaq ehtiyatlarının idarə edilməsi bütün səviyyələrdə torpaq 
qanunçuluğuna riayət edilməsini təmin etməlidir. Respublikada torpaq 
ehtiyatlarının idarəedilməsi funksiyaları hakimiyyətin müxtəlif səviyyələri 
və qolları arasında bölüşdürülmüşdür.  İdarəetmə funksiyalarının bir 
hissəsi qanunverici hakimiyyətin səlahiyyətinə, bir hissəsi isə icra və 
məhkəmə hakimiyyətlərinin səlahiyyətlərinə aid edilmişdir.  
Respublikanın qanunverici hakimiyyət orqanlarının səlahiyyətlərinə 
Azərbaycan Respublikası Konstitusiyasına, torpaq qanunvericiliyinə  və 
Azərbaycan Respublikasının digər qanunlarına müvafiq qanunverici və 
hüquqi normativ aktların qəbul edilməsi daxildir .  
 Mülki  Məcəllənin və  həmçinin torpaq qanunçuluğunun öyrənilməsi 
göstərir ki, respublikada məhkəmə hakimiyyətinə  əsasən aşağıdakı iddia 
kateqoriyaları aiddir:  

 
torpaq sahələrinin verilməsindən yerli inzibati orqanların boyun 
qaçırmasının qanunçuluğunun etiraf edilməsinin tələbi; 

 
torpaq üzərində mülkiyyət və ömürlük vərəsəlik hüququnu təsdiq 
edən dövlət aktlarının qeydiyyata alınması  və verilməsinə inkara və 


 
193
həmçinin torpağın icarəsi üzrə bağlanmış sazişin qeydiyyata alınmasından 
boyun qaçırmağa görə şikayətlər; 

 
torpaq üzərində mülkiyyət hüququnun, torpaq sahələrinin ömürlük 
vərəsəliliyinin və istifadəsinin, onların icarəsinin yerli inzibati orqanlar 
tərəfindən dayandırılmasının qeyri-qanuniliyinin etiraf edilməsi tələbi

 
torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin və torpaq 
istifadəçilərinin dövləti və ictimai ehtiyacların ödənilməsi üçün tikilməsi 
zəruri olan obyektlərin yerləşdirilməsi üçün torpaq sahələrinin geri 
alınması barədə yerli inzibati orqanların qabaqcadan razılaşdırma barədə 
qərarlarından şikayət; 

 
kəndli (fermer) təsərrüfatının başçısı  vəfat etdikdən sonra torpaq 
sahəsi üzrə vərəsəlik hüququnun üstünlüyünün etiraf edilməsi tələbi;  

 
xidməti torpaq payının verilməsinə, həmçinin qanunçuluqda 
göstərilmiş  şəxslərə xidməti torpaq paylarından istifadə hüququnun 
saxlanmasına inzibati orqanlar tərəfindən etiraz edilməsinin qeyri-
qanuniliyinin etiraf edilməsi tələbi; 

 
torpaq sahələrinin dövləti və ictimai ehtiyacların ödənilməsi üçün 
geri alınması, satın alınması, yaxud müvəqqəti götürülməsi zamanı 
vurulmuş ziyanların ödənilməsi tələbi;  

 
torpaq sahələrinin qeyri-qanuni tutulması, onun çirkləndirilməsi, 
xarab edilməsi və torpaq mülkiyyətçiləri və torpaq istifadəçilərinin digər 
hüquqlarının pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələbi; 

 
torpaq sahələrinə sahibolma, onlardan istifadə  və icarə haqqında 
ömürlük vərəsəlik hüquqları könüllü dayandırıldıqda yerli inzibati 
orqanlardan torpaqların yaxşılaşdırılmasına çəkilmiş xərclərin ödənilməsi 
haqqında, həmçinin yerli inzibati orqanların torpaq sahiblərindən və 
istifadəçilərindən qaytarılan torpaqların keyfiyyət vəziyyətinin 
pisləşməsinə  və xarab edilməsinə görə  dəyən ziyanın ödənilməsinə görə 
tələbi; 

 
torpaq sahəsinin digər  şəxslərə verilməsinə dair yerli inzibati 
orqanların qərarlarından şikayət;  

 
yanaşı yerləşmiş torpaq sahələrində  fərdi yaşayış binalarının 
mülkiyyətçiləri arasındakı mübahisələr, sərhəd və ölçüləri mübahisəli olan 
torpaq sahələrinin istifadəsindəki maneələrin aradan qaldırılması barədə 
iddialar;  

 
bağçılıq, yoldaşlıq müəssisəsi ilə onun üzvləri arasında olan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə