Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

 
197
xarakterizə olunmuşdur. Bu məqsədlə ötən illər  ərzində  əsasən 
təsərrüfatlararası yerquruluşu işləri görülmüşdür. Onun əsas funksiyası 
torpaqların müxtəlif kateqoriyalı torpaq sahibləri və istifadəçiləri arasında 
yenidən bölüşdürülməsi olmuşdur. Yaxın perspektivdə  təsərrüfatdaxili 
yerquruluşu işlərinin  əhəmiyyətli dərəcədə genişləndirilməsini, torpağın 
qorunması, torpağa sahibolma və torpaqdan istifadənin səmərəliliyinin 
artırılması sahəsində digər tədbirlərin həyata keçirilməsini gözləmək olar. 
Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq resurslarını idarə 
edən xüsusi sahələrarası orqan funksiyasını yerinə yetirir. O, həmçinin 
torpaqdan istifadə  və torpaq münasibətləri sahəsində digər nazirlik və 
idarələrin idarəedicilik fəaliyyətini əlaqələndirir.  
Azərbaycan Respublikasının Dövlət Torpaq və  Xəritəçəkmə 
Komitəsi Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il 
tarixli 460 №-li fərmanı ilə yaradılmışdır.  
İcraedici hakimiyyətin torpaq ehtiyatlarının idarə edilməsi üzrə 
mərkəzi orqanı olan komitə yerquruluşu, dövlət torpaq kadastrı, 
torpaqların monitorinqi, geodeziya və kartoqrafiya sahəsində dövlət 
siyasətini formalaşdırır və həyata keçirir.  
Komitə öz fəaliyyətlərini bilavasitə özünün yerli orqanları-Naxçıvan 
Muxtar Respublikası Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsi, rayon və 
şəhər torpaq şöbələri, həmçinin Azərbaycan Dövlət Yerquruluşu Layihə 
İnstitutu, Dövlət Torpaq Kadastrı, Torpaqların Monitorinqi və Məlumatlar 
Elm-İstehsalat Birliyi, Aerogeodeziya və Kadastr Istehsalat Birliyi, Bakı 
Kartoqrafiya Fabriki kimi idarəetmə strukturları vasitəsi ilə həyata keçirir.  
Komitənin əsas vəzifələri aşağıdakılardır: 

 
dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, 
geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, 
torpaqların münbitliyinin bərpası  və artırılması, torpaq bazarının təşkili, 
torpaq-hüquq münasibətlərinin tənzimlənməsi,  ərazi vahidlərinin 
müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və  həyata 
keçirmək; 

 
öz səlahiyyətləri hüdudlarında torpaqlardan istifadəyə  və onların 
mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini 
həyata keçirmək; 

 
dövlət  əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, 
ümumcoğrafı, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər 


 
198 
sahələrarası mövzu xəritələrinin, atlaslarının, ortoqrafık tədris 
vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək; 

 
dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, 
ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin 
edən dövlət plan və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin 
yaradılmasını və işçi vəziyyətində saxlanmasını təmin etmək; 

 
Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən 
sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına 
mənsub olan bölməsinin delimitasiyası  və demarkasiyası  işlərini həyata 
keçirmək; 

 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş 
digər vəzifələri yerinə yetirmək. 
Torpaq münasibətləri və yerquruluşunun müasir inkişaf mərhələsində 
Azərbaycan Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsinin vəzifələrini 
aşağıdakı elmi tutumlu işlərlə daha da zənginləşdirmək olar: 

 
torpaq islahatının inkişaf problemlərinin ümumnəzəri və metodiki 
əsaslarının işlənib hazırlanması;  

 
torpaq islahatının həyata keçirilməsinin yekunlarının qiymət-
ləndirilməsi, problem vəziyyətlərin müəyyənləşdirilməsi

 
respublikada torpaq islahatının antiböhran düzəlişləri konsep-
siyasının işlənilməsi və onun perspektiv reallaşma proqramının 
əsaslandırılmasının metodik bazasının inkişafı;  

 
struktur elementlərin təsnifatının müəyyənləşdirilməsi və regional 
(ərazi) torpaq-təsərrüfat komplekslərinin torpaq münasibətlərinin struktur 
dəyişiklik şəraitinə görə zonalaşdırılması;  

 
respublikada torpaq islahatının struktur dəyişiklikləri və böhransız 
inkişaf proqramı variantlarının formalaşdırılması, onların 
qiymətləndirilməsi göstəricilərinin və meyarlarının əsaslandırılması; 

 
struktur dəyişikliklərinin və antiböhran torpaq islahatı variantının 
həyata keçirilməsində mərhələli ardıcıllığın əsaslandırılması.  
Komitə ona həvalə olunmuş  vəzifələrə uyğun olaraq aşağıdakı 
funksiyaları həyata keçirir: 

 
torpaq ehtiyatlarından səmərəli istifadə olunması  və onların 
mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması, yerquruluşu, 
geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını 
hazırlayır və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirir; 


 
199

 
torpaqlarin eroziyadan, şorlaşma,  şorakətləşmə  və müxtəlif 
antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların 
münbitliyinin qorunması layihələrini aidiyyəti təşkilatlarla birlikdə  tərtib 
edir, həmin layihələrin yerinə yetirilməsinə nəzarət edir; 

 
dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, 
habelə yerquruluşunun həyata keçirilməsi üzrə  işləri və  tədbirləri təşkil 
edir və həyata keçirir; 

 
torpaq islahatının həyata keçirilməsi, torpaqdan səmərəli istifadə 
olunması  və onun mühafizəsi, geodeziya, topoqrafiya, qravimetriya və 
kartoqrafiya sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada 
beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edir, 
onların təcrübəsini öyrənir və  tətbiq edir, qanunvericiliklə müəyyən 
edilmiş qaydada xarici ölkələrin  ərazisində geodeziya və kartoqrafiya 
işlərini həyata keçirir; 

 
torpaq haqqında məlumat bankı yaradır, torpaq, geodeziya və 
kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər 
tərəfindən riayət olunmasına nəzarəti həyata keçirir; 

 
yay və  qış otlaq sahələrinin inzibati-ərazi vahidləri arasında 
uzunmüddətli istifadə üçün bölüşdürülməsi barədə Azərbaycan Res-
publikasının Nazirlər Kabinetinə təkliflər verir; 

 
öz səlahiyyətləri daxilində torpaqların kənd təsərrüfatı  və meşə 
təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı 
və meşə  təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə 
təkliflər verir; 

 
müəyyən olunmuş qaydada torpaq münasibətlərinin, geodeziya və 
kartoqrafiya fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı  məsələlərə dair 
təlimatlar və göstərişlər qəbul edir, onların yerinə yetirilməsini təmin edir 
və icrasına nəzarət edir, zəruri hallarda müvafiq nazirlik, dövlət 
təşkilatları  və  bələdiyyələr ilə  həmin məsələlərə dair normativ hüquqi 
aktların layihələrini razılaşdıraraq qəbul edir;  

 
təsərrüfat fəaliyyətinin torpağa olan zərərli nəticələrini təhlil edir, 
torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsini öncədən 
müəyyənləşdirir və onlara qarşı mübarizə  tədbirlərinin hazırlanmasında, 
habelə ekoloji şəraitin, eləcə  də sanitar və fitosanitar normaların 
pozulmasının qarşısının alınmasında müvafiq dövlət orqanları ilə 
qarşılıqlı fəaliyyət göstərir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə