Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   64   65   66   67   68   69   70   71   72

 
203
attestasiyasını keçirir, kadrların hazırlanması  və ixtisaslarının artırılması 
üzrə tədbirlər görür; 

 
qanunvericiliklə müəyyən olunmuş qaydada kargüzarlıq işini təşkil 
edir, torpaq, yerquruluşu, geodeziya, topoqrafiya, kartoqrafiya və torpaqla 
bağlı digər məsələlərin həllinə dair şikayət və  təkliflərə baxır, öz 
səlahiyyəti daxilində həmin məsələləri həll edir, lazımi hallarda bu barədə 
müvafiq qərarlar qəbul edir və təkliflər hazırlayır; 

 
qanunvericiliklə müəyyən olunmuş qaydada geodeziya və 
kartoqrafiya ilə bağlı müvafiq məlumatları dövlət sirrinə aid edir; 

 
öz vəzifələrinə uyğun olaraq qanunvericilikdə  nəzərdə tutulmuş 
digər funksiyaları həyata keçirir. 
Komitə öz vəzifə  və funksiyalarını  həyata keçirmək üçün 
aşağıdakı hüquqlara malikdir: 

 
müəyyən edilmiş qaydada öz səlahiyyətlərinə aid olan məsələlərə 
dair mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və 
fiziki  şəxslər üçün icrası  məcburi olan normativ hüquqi aktlar qəbul 
etmək; 

 
torpaqlardan istifadəyə  və onların mühafizəsinə, geodeziya və 
kartoqrafiya fəaliyyətinə  dövlət nəzarətini təmin etmək məqsədilə 
müvafiq tədbirlər həyata keçirmək;  

 
qanunvericiliklə müəyyən olunmuş qaydada torpaqlardan istifadə 
və onların mühafizəsi, geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində 
dövlət nəzarətinin həyata keçirilməsi zamanı  aşkar edilən qanun 
pozuntularının müəyyən olunmuş müddətdə aradan qaldırılması üçün 
müvafiq tədbirlər görmək; 

 
öz səlahiyyətləri daxilində  və qanunvericiliklə müəyyən edilmiş 
qaydada torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq 
tələblərini pozan şəxsləri inzibati məsuliyyətə  cəlb etmək, inzibati işlərə 
baxmaq və həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görmək; 

 
torpaq ehtiyatlarından səmərəli istifadə  və onların mühafizəsi 
məsələləri, yerquruluşu, geodeziya və kartoqrafiya işləri üzrə yerli icra 
hakimiyyəti orqanlarının və  bələdiyyələrin müvafiq qanunvericiliyin 
tələblərinə uyğun gəlməyən qərarların dayandırılması və ya ləğv edilməsi 
barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) 
qaldırmaq; 

 
torpaq istifadəçiləri tərəfindən torpaq qanunvericiliyinin tələbləri 


 
204 
müntəzəm olaraq pozulduqda, ayrılmış torpaq sahəsindən təyinatı üzrə 
istifadə edilmədikdə  və (və ya) qanunvericiliklə müəyyən edilmiş digər 
hallarda, həmin sahənin torpaq istifadəçisindən geri alınması barədə 
müvafiq rayon, şəhər icra hakimiyyəti orqanı və ya bələdiyyə qarşısında 
vəsatət qaldırmaq, məhkəmədə iddiaçı sifətində çıxış etmək; 

 
qanunvericiliklə müəyyən edilmiş hallarda və öz səlahiyyəti 
hüdudlarında torpaq sahələrinin istifadəyə verilməsi barədə müvafiq 
orqanlar qarşısında vəsatət qaldırmaq; 

 
müəyyən olunmuş qaydada torpaqlardan səmərəli istifadənin və 
onların mühafizəsinin vəziyyətinə dair, habelə dövlət torpaq kadastrı, 
torpaqların monitorinqi üzrə  işlərin həyata keçirilməsi üçün zəruri 
məlumatları bütün torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və 
icarəçilərindən almaq; 

 
öz səlahiyyətləri hüdudlarında torpaq qanunvericiliyinin tə-
ləblərinin pozulması ilə  həyata keçirilən faydalı qazıntıların hasilatı, 
aqrokimyəvi, meşə-meliorasiya, geoloji-kəşfiyyat, axtarış  işlərində  aşkar 
olunmuş qanun pozuntularının aradan qaldırılması sahəsində müvafiq 
tədbirlər görmək; 

 
geodeziya, topoqrafiya, kartoqrafiya və qravimetriya fəaliyyəti ilə 
məşğul olan hüquqi və fiziki şəxslərə bu işlərin həyata keçirilməsinə 
xüsusi razılıq (lisenziya) vermək; 

 
qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına 
(patent) alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya və 
kartoqrafiya işlərini müvəqqəti dayandırmaq, qanunvericiliyin tələblərinə 
uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya 
məhkəmə qarşısında məsələ (iddia) qaldırmaq; 

 
geodeziya və kartoqrafiya işlərinin və onların nəticəsi, olan 
materialların və məlumatların hazırlanmasının və istifadəsinin vahid rejim 
və normativ-texniki sənədlər əsasında həyata keçirilməsinə nəzarət etmək; 

 
öz səlahiyyətləri daxilində komitəyə  həvalə edilmiş  vəzifələrə aid 
məsələlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada xarici və 
beynəlxalq təşkilatlarla danışıqlar aparmaq; 

 
qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 
Torpaq münasibətlərinin  əsaslı  dəyişdirilməsi, onların reallaşdı-
rılması üçün yeni qanunverici aktların və normativlərin qəbul edilməsi, 
torpaq islahatının aparılması, yerquruluşu xidmətinin təşkilat 


 
205
quruluşunun, onun funksional fəaliyyətinin məzmun və prinsiplərinin 
dəyişdirilməsini və yenidən qurulmasına zəruri edir.  
Azərbaycanın bugünkü şəraitində yerquruluşu sisteminin dövlət 
strukturlarının idarəçilik fəaliyyətini, geniş amillər dairəsini nəzərə 
almaqla optimallaşdırmaq tələbi təkidlə hiss olunur.  
Müasir dövrdə yerquruluşu işlərinin quruluşu dəyişmişdir. Layihə və 
axtarış  işlərinin həcmi azalmış  və  təsərrüfatlararası yerquruluşu, torpaq 
kadastrı, təsərrüfatdaxili layihələşdirmə, torpaq və geobotanik tədqiqat 
işlərinin həcmi isə kəskin artmışdır.  
Bütün bunlar bazar şəraitində planlaşdırılması mümkün olmayan 
işlərin həcminin artmasına gətirib çıxarır. Bu işlər tələb və  təklifin 
öyrənilməsi ilə proqnozlaşdırma metodu, yerinə yetirilmiş işlərin reklam 
edilməsi, həmçinin bazar iqtisadiyyatının atributları olan marketinq və 
menecmentin tələblərinə uyğun işlərin aparılması ilə müəyyən olunur.  
Bu məqsədlə sifarişli və pullu xidmətlərin həcminin artmasını təmin 
etməyə, həmçinin müəssisənin müsbət imicini formalaşdırmağa qadir olan 
şöbə  və qrupların yaradılması  zəruridir. Bu investisiya sifarişlərinə 
düşmək üçün zəruri olan imkanı yaradır. Öz növbəsində investisiya 
sifarişləri olan yerquruluşu kadrlarının saxlanmasına, elm-istehsalat 
bölmələrinin iqtisadi vəziyyətini yaxşılaşdırmağa imkan verir.  
 
5.2. Daşınmaz əmlaka (torpağa) hüququn dövlət qeydiyyatı 
 
Azərbaycan Respublikasının Konstitusiyası torpaq üzərində 
mülkiyyət formalarını (dövlət, bələdiyyə, xüsusi) müəyyənləşdirdikdən 
sonra ölkəmizin vətəndaşları  və hüquqi şəxsləri torpaq sahələrini 
mülkiyyət, istifadə və icarə hüququnda əldə edirlər. 
Ölkəmizdə  əcnəbilər və Azərbaycan vətəndaşlığı olmayan şəxslər, 
xarici hüquqi şəxslər, beynəlxalq birliklər və  təşkilatlar, habelə xarici 
dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə 
hüququ əsasında əldə edə bilərlər. 
Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) 
əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Əvvəlcədən 
müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi 
istifadə hesab olunur. Torpaqdan müvəqqəti istifadə qısamüddətli (on beş 
ilədək) və uzunmüddətli (on beş ildən doxsan doqquz ilədək) müəyyən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə