Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   64   65   66   67   68   69   70   71   72

 
212 
publikasının Qanununda göstərilir ki, təqdim olunmuş sənədlərdə mətnlər 
aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə 
göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və 
hüquqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə  məzmununu 
birmənalı başa düşmək imkanı verməyən dərəcədə  zədələnmiş  sənədlər 
hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. 
Qeydiyyat orqanının sənədlərin hüquqiliyinə ciddi şübhəsi varsa, 
qeydiyyat bir ay müddətinə dayandırıla bilər. 
Qeydiyyatın dayandırılması  əsaslandırılmalı  və 48 saat ərzində 
ərizəçiyə yazılı  şəkildə bildirilməlidir. Bu halda vəzifəli  şəxs  şübhə 
doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və 
həmin sorğulara cavab 10 gün müddətində verilməlidir. Qanuna görə bu 
cür sorğulara vaxtında cavab verməyən vəzifəli  şəxslər inzibati 
məsuliyyətə cəlb edilirlər. 
Hüquqların dövlət qeydiyyatı habelə  aşağıdakı hallarda da 
dayandırıla bilər: 

 
hüquq  əldə edənin,  əqdin tərəfinin və ya onların vəkil etdikləri 
şəxsin ərizəsi əsasında; 

 
qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə; 

 
daşınmaz  əmlakın həbs edilməsi barədə  əqdlərin bağlanmasına 
qadağan qoyulması  və ya qeydiyyata alınmalı olan hüquq barəsində 
mübahisə edən digər maraqlı  şəxsdən  şikayətin verilməsi haqqında 
məhkəmədən məlumat daxil olduqda. 
“Qanun” un 15-ci maddəsinə  əsasən daşınmaz  əmlakın dövlət 
qeydiyyatından aşağıdakı hallarda imtina edilə bilər: 

 
dövlət qeydiyyatı barədə müraciət olunan hüquq dövlət 
qeydiyyatına alınmalı deyildirsə; 

 
hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiq-
lənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə 
müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 

 
hüquqların dövlət qeydiyyatı barədə  ərizəni verməyə ixtiyarı 
olmayan şəxs müraciət etdikdə; 

 
daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya 
bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada 
etibarsız hesab olunduqda; 

 
daşınmaz  əmlak barəsində  təsdiqləyici sənəd vermiş  şəxs həmin 


 
213
əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik 
olmadıqda; 

 
hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar 
aradan qaldırılmadıqda. 
Qanunçuluğa müvafiq olaraq hüquqların dövlət qeydiyyatından 
imtina edilməsi barədə bildiriş ərizəçiyə 5 gün müddətində göndərilir. 
Yuxarıda qeyd edildiyi kimi daşınmaz əmlaka hüququn ləğvi ilə bağlı 
olaraq qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. 
Torpağa hüququn ləğvi torpaq sahələri üzərində hüquqi və fiziki 
şəxslərin hüquqlarına xitam verilməsi ilə də baş verə bilər. 
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə 
müvafiq olaraq, torpaq sahəsi və ya onun bir hissəsi üzərində 
mülkiyyət, istifadə  və ya icarə hüququna aşağıdakı hallarda xitam 
verilir: 

 
torpaq sahəsindən könüllü imtina edildikdə  və ya torpaq mül-
kiyyətçisi onu özgəninkiləşdirdikdə; 

 
torpaq sahəsinin istifadəyə  və ya icarəyə verildiyi müddət 
qurtardıqda; 

 
hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; 

 
torpaqdan təyinatına görə istifadə edilmədikdə

 
əmək münasibətləri  əsasında müvəqqəti istifadə edilən torpaq 
sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; 

 
istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; 

 
torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 2 il dalbadal 
ödənilmədikdə; 

 
kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 
2 il ərzində  və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq 
sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə

 
istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, 
kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar 
şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya 
sistemlərinin istismar qaydalarının pozulmasına,  ətraf təbii mühitin 
çirklənməsinə yol verildikdə; 

 
dövlət ehtiyacları  və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin 
geri alınması zəruriliyi müəyyən edildikdə; 

 
tikili və qurğu üzərində mülkiyyət hüququ və ya əməli idarəçilik 


 
214 
hüququ başqasına keçdikdə; 

 
torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə  və  vərəsələr 
olmadıqda; 

 
torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin 
edilmiş öhdəlik icra edilmədikdə. 
Məcəllədə göstərilir ki, yuxarıda göstərilən maddənin 5-ci, 8-ci, 9-cu 
və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan 
torpaqlara şamil edilmir. 
“Daşınmaz  əmlakın dövlət reyestri haqqında” Azərbaycan Res-
publikası Qanununun 18-ci maddəsinə görə, məhv olunmuş daşınmaz 
əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 
150-ci maddəsinə uyğun olaraq aparılır. 
Daşınmaz  əmlaka mülkiyyət və digər  əşya hüquqlarının  əmələ 
gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları 
tərəfindən hazırlanan sənədlər  əsasında qeydiyyat orqanı  tərəfindən 
verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz 
əmlakın reyestr nömrəsi göstərilir. 
Sonda torpağa hüququ qeydiyyata alınmış fiziki və hüquqi şəxslərə 
Azərbaycan Respublikasının daşınmaz  əmlakın dövlət reyestri xidməti 
tərəfindən verilən “torpaq sahəsinin planı və ölçüsü”nü əks etdirən sənəd 
verilir 
Bu sənəddə qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan 
Respublikasının Daşınmaz  Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 
verilən “Torpaq sahəsinin planı və ölçüsü” (bundan sonra – plan və ölçü) 
təsvir edilir. 
Plan və ölçü Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı 
kağızda tərtib edilir. Plan və ölçü ciddi hesabat sənədidir və seriya 
nömrəsinə malikdir. 
Reyestr Xidməti tərəfindən verilən plan və ölçüdə  aşağıdakılar 
göstərilir: 

 
Reyestr Xidmətinin tam adı və torpaq sahəsinin yerləşdiyi müvafiq 
rayon (şəhər) ərazi idarəsinin adı; 

 
torpaq sahəsinin ünvanı və ya yerləşdiyi ərazi; 

 
qanunvericiliyə uyğun olaraq torpaq sahəsinə daşınmaz  əmlak 
obyekti kimi verilən reyestr nömrəsi; 

 
torpaq sahəsi üzərində hüquq sahibinin soyadı, adı, atasının adı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə