Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   64   65   66   67   68   69   70   71   72

 
209
Komitəsi tərəfindən verilən “torpaq sahəsinin planı və ölçüsü”nün təsviri 
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli fərmanı 
ilə təsdiq edilmişdir 
 Bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların 
daşınmaz  əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması 
məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və  Xəritəçəkmə 
Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı  və ölçüsü” (bundan 
sonra – plan və ölçü) təsvir edilir. 
Bu sənədə görə plan və ölçü Azərbaycan Respublikasının dövlət 
dilində A3 formatlı xüsusi kağızda tərtib edilir. Plan və ölçü ciddi hesabat 
sənədidir və seriya nömrəsinə malikdir. 
Plan və ölçü yaşayış  məntəqələri hüdudlarında yerləşən torpaq 
sahələri və digər torpaq sahələri ( o cümlədən kənd təsərrüfatı  təyinatlı 
torpaqlar) üzrə ayrıca tərtib edilir. 
Azərbaycan Respublikasının Dövlət Torpaq və  Xəritəçəkmə 
Komitəsi tərəfindən verilən plan və ölçüdə aşağıdakılar göstərilir: 

 
plan və ölçünü verən dövlət orqanının – Azərbaycan Respublikası 
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin adı; 

 
torpaq sahəsinin planı və ölçüsü tərtib olunan ərazinin sahibi olan 
fiziki  şəxsin soyadı, adı, atasının adı, ünvanı (hüquqi şəxsin tam adı, 
hüquqi ünvanı); 

 
torpaq sahəsinin yerləşdiyi inzibati ərazi, sahəsi və təyinatı, plan və 
ölçünün tərtib edilməsinə əsas verən sənədlərin rekvizitləri; 

 
plan və ölçünün Dövlət Torpaq Kadastrı kitabında uçota alındığı 
nömrə və tarix; 

 
torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq 
sahəsinin qayiməsi (sertifikatı),  əsas döngə nöqtələrinin koordinatları  və 
onlar arasındakı məsafələr; 

 
yaşayış  məntəqələrinin hüdudlarında yerləşən torpaq sahələri ilə 
bağlı  tərtib edilmiş plan və ölçüdə baş plandan çıxarış, digər torpaq 
sahələri (o cümlədən kənd təsərrüfatı  təyinatlı torpaqları) ilə bağlı  tərtib 
edilmiş plan və ölçüdə isə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; 

 
şərti işarələr (baş plandan çıxarışda və ya rəqəmli (elektron) 
kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri); 

 
torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq 
sahəsinin planı; 


 
210 

 
torpaq sahəsinin qonşu sərhədləri; 

 
Azərbaycan Respublikası Dövlət Torpaq və  Xəritəçəkmə 
Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin möhür yeri, şöbə müdirinin 
soyadı, adı, atasının adı, plan və ölçünü tərtib edən icraçının soyadı, adı, 
atasının adı. 
Plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və  Xə-
ritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin 
plan və ölçünü tərtib etmiş icraçı  tərəfindən imzalanır, möhürlə  təsdiq 
olunur. 
Plan və ölçü itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə 
qanunvericiliklə müəyyən edilmiş qaydada dublikat verilir. Bu halda plan 
və ölçünün yuxarı sağ  tərəfindən iri hərflərlə ‘‘DUBLİKAT’’  ştampı 
vurulur və plan və ölçünü verən Azərbaycan Respublikası Dövlət Torpaq 
və  Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər)  şöbəsinin müdiri 
tərəfindən imzalanır və möhürlə təsdiq olunur. 
Daşınmaz obyekt, o cümlədən torpaq üzərində hüququ tən-
zimləyən sənədlərə aşağıdakılar aid edilir: 

 
torpaq sahəsinin verilməsi haqqında müvafiq icra hakimiyyəti 
orqanının və ya bələdiyyənin qərarı; 

 
torpaq sahəsinin ayrılması haqqında akt; 

 
torpaq sahəsinə  və digər daşınmaz obyektə hüququn müəy-
yənləşdirilməsi barədə məhkəmənin qərarı və ya hökmü (qərarın qanunla 
qüvvəyə mindiyi barədə qeyd göstərilməlidir); 

 
torpaq sahəsinin və digər daşımaz obyektin alqı-satqısı barədə 
müqavilə;  

 
torpaq sahəsinə  və ya digər daşınmaz obyektə mülkiyyət hüququ 
verən torpaq sahəsinin dəyişdirilməsi müqaviləsi; 

 
torpaq sahəsinə  və ya digər daşınmaz obyektə mülkiyyət hüququ 
verən torpaq sahəsinin bağışlanmasına dair müqavilə; 

 
torpaq sahəsinə  və ya digər daşınmaz obyektə mülkiyyət hüququ 
verən torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi barədə 
müvafiq sənəd; 

 
torpaq sahəsinə və ya digər daşınmaz obyektə servitut və ya digər 
yükləmə müəyyənləşdirməyə dair müqavilə; 

 
səlahiyyətli dövlət orqanının və ya yerli özünüidarəetmə orqanının 
torpaq sahəsinə 
və ya digər daşımaz 
əmlaka servitutun 


 
211
müəyyənləşdirilməsi barədə qərarı; 

 
torpağın və ya digər daşımaz obyektin icarəyə verilməsi mü-
qaviləsi; 

 
torpağın və ya digər daşınmaz obyektin girov müqaviləsi; 

 
torpaq sahəsinin və ya digər daşınmaz obyektin nizamnamə (pay) 
fonduna verilməsi barədə müqavilə

 
torpaq sahəsi və ya digər daşımaz obyektlə bağlı etibarlı idarəetmə 
və ya qəyyumluqla əlaqədar müqavilələr və ya məhkəmə qərarları; 

 
torpaq sahəsi və ya digər daşınmaz obyektlə bağlı qanunçuluqla 
müəyyən edilmiş qaydada digər torpaq bazarı  əqdlərini rəsmiləşdirən 
sənədlər. 
Dövlət qeydiyyatına dair haqqın ödənilməsi sənədi-dövlət rüsumunun 
ödənilməsi barədə qəbzdir. 
Fiziki şəxslər, onların şəxsiyyətini təsdiq edən sənəd təqdim edirlər. 
Bu sənəd kimi şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən digər sənəd ola 
bilər. Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər 
Nazirliyinin və digər hərbi, hüquq-mühafizə orqanlarının qulluqçularının 
şəxsiyyətlərini təsdiqləyən sənəd kimi onların vəsiqələri və yaşayış yerinə 
qeydiyyata düşməsi barədə arayış  əvəz edir. Xarici vətəndaşlar və ya 
vətəndaşlığı olmayan şəxslər qanunçuluqla müəyyən edilmiş qaydada 
onların şəxsiyyətlərini təsdiqləyən sənəd təqdim edirlər. 
Dövlət reyestrinin ayrılmaz tərkib hissəsi  ərizə jurnalı  (ərizələrin 
qeydiyyatı kitabı) və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər 
daxil edilən qovluqlardır. 
Sənədlərin qəbulu yekunlaşdıqdan sonra daşınmaz  əmlak üzərində 
hüququn və daşınmaz  əmlaklarla  əqdlərin dövlət qeydiyyatına dair 
qeydiyyat hərəkətləri başlayır. 
Sənədlərin hüquqi ekspertizası iki istiqamətdə aparılır: qeydiyyat 
üçün təqdim edilmiş hüquq müəyyənləşdirən sənədlərin dürüstlüyünün 
(orijinallığının) müəyyənləşdirilməsi; təqdim edilmiş  sənədlərin qüvvədə 
olan qanunçuluğa uyğunluğunun yoxlanılması. 
Hüquqların mövcudluğunu,  əldə edilməsini, başqasına keçməsini, 
məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq 
edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün müəyyən edilmiş 
tələblərə uyğun olmalıdır. 
Daşınmaz  əmlakın dövlət reyestri haqqında Azərbaycan Res-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə