Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   64   65   66   67   68   69   70   71   72

 
206 
oluna bilər. 
Torpaq sahəsi üzərində icarə hüququ müqavilə  əsasında  əvəzi 
ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 
Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin 
mülkiyyətində, istifadəsində  və icarəsində torpaq sahəsi olduqda, habelə 
mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən 
edilmiş qaydada bağlanan müqavilə  əsasında onlara məxsus olan torpaq 
sahələrinin birləşdirilməsi zamanı yaranır. 
Respublikamızda mövcud olan qanunvericiliyə görə daşınmaz 
əmlaka, o cümlədən torpağa hüquqların dövlət qeydiyyatı zəruridir. 
Yalnız müddəti on bir aydan az olan icarə  və istifadə hüquqları 
daşınmaz  əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadan 
tanınır. 
Ölkəmizdə 2004-cü ildən daşınmaz  əmlaka hüquqların dövlət 
qeydiyyatının vahid sistemi fəaliyyət göstərir. Daşınmaz əmlaka hüququn 
dövlət qeydiyyatını dövlət orqanı olaraq Daşınmaz  Əmlakın Dövlət 
Reyestri Xidməti həyata keçirir. 
Daşınmaz  əmlakın, o cümlədən torpağın dövlət qeydiyyatı qey-
diyyata alınmış hüququn mövcudluğunu təsdiqləyən yeganə aktdır.  
Torpağa və digər mülkiyyətə hüquq qanunla nəzərdə tutulmuş dövlət 
orqanlarının və yerli özünüidarəetmə orqanlarının aktları əsasında yaranır. 
Daşınmaz  əmlaka, o cümlədən torpağa hüququn qeydiyyatı 29 iyun 
2004-cü il tarixdən qüvvədə olan “Daşınmaz  əmlakın dövlət reyestri 
haqqında Azərbaycan Respublikasının Qanunu” ilə tənzimlənir. 
Qanuna görə, daşınmaz  əmlaka, o cümlədən torpağa mülkiyyət 
hüququ və digər  əşya hüquqlarının  əmələ  gəlməsi, məhdudlaşdırılması 
(yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi 
daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməlidir. Daşınmaz 
əmlaka, o cümlədən torpağa hüququn dövlət qeydiyyatı bu hüququn 
dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 
Qeyd etmək lazımdır ki, daşınmaz  əmlakın, o cümlədən torpaq 
sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə  və 
toxunulmazlığına dövlət təminat vermir. Yalnız daşınmaz  əmlaka 
(torpağa) hüququn dövlət qeydiyyatından sonra mülk satınalan, mülk 
dəyişən, mülk hədiyyə alan mülkiyyət hüququ qazanır və mülkiyyətçinin 
hüququ qüvvədə olan qanunvericiliklə müdafiə olunur. 


 
207
Azərbaycanda daşınmaz  əmlakın dövlət reyestri (qeydiyyatı) 
sistemi bir neçə funksiyanı yerinə yetirir: 

 
daşınmaz  əmlaka (torpağa) hüququ müəyyənləşdirən sənədlərə 
qanuni qüvvə verir; 

 
daşınmaz əmlaka (torpağa) hüququn uçotunu aparır; 

 
daşınmaz  əmlakla (torpaqla) bağlı  sənədlərin (servitut, uzufrukt, 
ipoteka, etibarlı idarəetmə, icarə və s.) uçotunu aparır. 
Daşınmaz  əmlak (torpaq) üzərində hüquqların dövlət qeydiy-
yatının aparılmasına  əsas kimi respublikamızda aşağıdakılar hesab 
olunur: 

 
qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və 
bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə 
məxsus olan daşınmaz  əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, 
istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar

 
daşınmaz  əmlak barəsində notariat qaydasında təsdiq edilmiş 
müqavilələr, vərəsəlik hüququ haqqında  şəhadətnamələr və qanun-
vericiliklə müəyyən edilmiş digər sənədlər; 

 
qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 

 
“Daşınmaz  əmlakın dövlət reyestri haqqında Azərbaycan 
Respublikasının Qanunu” qüvvəyə minənədək müvafiq icra hakimiyyəti 
orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq 
sahələri, fərdi yaşayış və bağ evləri, yertəkin sahələri, sututarları, meşələr 
və çoxillik əkmələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr 
və qeydiyyat vəsiqələri; 

 
qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslar. 
Dövlət qeydiyyatına sənədlərin qəbulu üçün əsas-hüquq  əldəedənin 
və ya hüquq əldəedənin adından başqa  şəxsin  ərizəsidir. Hüquq 
əldəedənin adından başqa şəxs ərizəni verdiyi halda, müvafiq etibarnamə 
notarial qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin (müəssisənin, 
təşkilatın) ərizəsi və onu təsdiq edən nümayəndəsinə verilmiş etibarnamə 
həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz 
şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir . 
  Əmlaka hüququn qeydiyyatı üçün ərizə digər sənədlərlə 
müşayiət olunur ki, onları aşağıdakı kimi qruplaşdırmaq olar: 

 
əmlaka hüququ müəyyən edən sənədlər; 

 
əmlaka hüququn qeydiyyatına görə dövlət rüsumunun 


 
208 
ödənilməsinə dair sənəd;  

 
qeydiyyata vəsatət qaldıranın şəxsiyyətini təsdiq edən sənəd. 
Torpaq sahələri üzərində hüquqları  təsdiq edən sənədlərə 
mülkiyyət formalarından asılı olaraq aşağıdakılar aiddir: 

 
dövlət və  bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər 
hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsinə dair müvafiq icra 
hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı  və  tərəflər arasında 
bağlanmış müqavilə; 

 
xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların 
başqasına keçməsi ilə  əlaqədar tərəflər arasında bağlanmış  və notarial 
qaydada təsdiq edilmiş müqavilə. 
Müqavilədə  tərəflərin hüquqları  və  vəzifələri, torpaq sahəsinin 
hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə 
xitam verilməsinin  əsasları  və torpaqların istifadəsi və mühafizəsi üzrə 
digər şərtlər nəzərdə tutulur. 
Alqı-satqı, ipoteka, istifadə  və icarə müqavilələrinin nümunəvi 
formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunur. 
Torpaq sahəsinə hüququ müəyyən edən sənəd kimi həmçinin 
məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair 
qərarı  və ya hökmü, vərəsəlik hüququnu təsdiqləyən və qanunvericiliklə 
müəyyən edilmiş digər sənədlər təqdim oluna bilər. 
Dövlət qeydiyyatının aparılması üçün torpaq sahəsinin planı  və 
ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər 
daşınmaz  əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan 
cizgisi kimi sənədlər mütləq ərizəyə əlavə edilməlidir. 
Daşınmaz obyektin mövcudluğunu təsdiq edən sənədlər dedikdə 
aşağıdakılar başa düşülür: Torpaq sahəsinin Azərbaycan Dövlət Torpaq və 
Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş  və  təsdiqlənmiş planı; 
Binanın, qurğunun, tikilinin texniki göstəricilərini özündə əks etdirən və 
Dövlət  Əmlakının  İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 
təsdiqlənmiş texniki pasport. 
Torpağa hüququn dövlət qeydiyyatı üçün torpağa hüququ olan fiziki 
və ya hüquqi şəxslərə Azərbaycan Respublikasının Dövlət Torpaq və 
Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı  və ölçülərini 
təsvir edən sənəd verilir. 
Azərbaycan Respublikasının Dövlət Torpaq və  Xəritəçəkmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə