Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   2   3   4   5   6   7   8   9   ...   72

 

Dərslik akademik Məmmədtağı 
İbrahim oğlu Cəfərovun əziz 
xatirəsinə ithaf olunur.  
 
 
 
 
 
 
 
GİRİŞ 
 
Çoxillik müstəqillik tarixinə malik olan ölkələrin təcrübəsi göstərir 
ki, siyasi suverenliyin daimiliyinin, dönməzliyinin labüd şərtlərindən biri 
iqtisadi müstəqilliyə nail olmaqdır. 
İqtisadi müstəqillik  şəraitində xalq tarixi boyu yaratdığı  və  təbiətin 
ona bəxş etdiyi sərvətlərin sahibi olur, ona sərəncam verir və öz 
mənafeyinə uyğun istifadə edir. İqtisadi müstəqillik  şəraitində  cəmiyyət 
özünü iqtisadi cəhətdən yaşatmaq gücünə malik olur, iqtisadiyyatın 
ictimai formasını müəyyən edir və formalaşdırır.  
Bu baxımdan, Azərbaycan Respublikası hökuməti qarşısında duran 
ən mühüm vəzifələrdən biri xalqın müstəqil yaşamasını  təmin edə bilən 
müstəqil iqtisadiyyatın yaradılmasından ibarətdir.  
Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində, 
sosial-iqtisadi problemlərin həllində, dinamik inkişafın təmin edilməsində 
aqrar sahə həlledici rol oynayır. 
Azərbaycan  ənənəvi kənd təsərrüfatı  məhsullarının istehsalı 
sahəsində güclü potensial imkanlara və müqayisəli üstünlüyə malikdir. 
Respublikanın əlverişli torpaq-iqlim şəraiti, nisbətən ucuz işçi qüvvəsi və 
mühüm nəqliyyat yollarının qovşağında yerləşməsi bu sahənin geniş 
inkişaf etdirilməsinə imkan verir.  
Ölkəmiz müstəqillik qazandıqdan sonra, keçid dövrü üçün xarakterik 
olan aqrar bölmədə baş vermiş  tənəzzül, kənd təsərrüfatı  məhsulları 
istehsalının illik həcminin aşağı düşməsi aqrar sferada bazar 
münasibətlərinin formalaşması  və inkişafına istiqamətlənmiş köklü 
iqtisadi islahatların həyata keçirilməsini zərurətə çevirmişdi.  
Müstəqilliyin ilk illərindən başlayaraq iqtisadiyyatın bazar mü-
nasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, ərzaq 
və yeyinti məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi 
və s. bu kimi tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi 
təsir göstərmiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş 


 

vermiş, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər 
formalaşmışdır.  
Ölkəmizin iqtisadi siyasətində aqrar sahənin prioritetliyi xüsusi 
əhəmiyyət kəsb edir. Aqrar sahədə aparılan islahatlar nəticəsində 
respublikada bazar iqtisadiyyatına uyğun təsərrüfatçılıq sistemi for-
malaşdırılmış, kənd təsərrüfatında böhranın qarşısı alınmış  və ayrı-ayrı 
sahələr üzrə məhsul istehsalının artımına nail olunmuşdur. 
Aqrar sahənin inkişaf strategiyası yaxın gələcəkdə Azərbaycanın 
dünya bazarına kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi çıxmasına 
imkan yaradacaqdır.  
Əldə edilmiş nailiyyətlərə baxmayaraq, aqrar bölmədə  məhsul 
istehsalının həcmi və  məhsuldarlığın səviyyəsi inkişaf etmiş ölkələrin 
müvafiq göstəricilərindən hələ də geri qalmaqdadır.  
Bütün bunların başlıca səbəbi isə ölkənin təbii ehtiyatlarından, ilk 
növbədə torpaq ehtiyatlarından istifadədəki və onların mühafizəsindəki 
problemlərlə izah olunur. 
Respublikamızda yararlı torpaq sahəsinin məhdudluğu, ölkəmizdə 
gedən müharibə  nəticəsində bilavasitə  kənd təsərrüfatı  məhsullarının 
istehsalı üçün nəzərdə tutulmuş torpaqların bir qisminin erməni işğalçıları 
tərəfindən qəsbi və yararsız hala salınması, antropogen amillərin təsiri ilə 
aqrar bölümün fəaliyyəti üçün ayrılmış torpaq sahələrinin korlanması, 
onların  əkin dövriyyəsindən çıxarılması, iqtisadiyyatın qeyri-kənd 
təsərrüfatı sektorunun dinamik inkişafı və bununla əlaqədar böyükhəcmli 
yararlı torpaq sahələrinin qeyri-kənd təsərrüfatı ehtiyacları üçün ayrılması 
və s. kimi hallar torpaqlardan tam, dolğun, səmərəli istifadə edilməsi və 
onların mühafizəsi sahəsində elmi cəhətdən əsaslandırılmış təxirəsalınmaz 
kompleks tədbirlər sisteminin həyata keçirilməsini tələb edir. Müasir 
dövrdə bu problemlərin həllinə isə yalnız və yalnız yerquruluşu 
sistemində hazırlanan və həyata keçirilən kompleks tədbirlərlə nail olmaq 
olar.  
Ölkəmizdə yeniləşmiş ictimai-siyasi quruluşa uyğun formalaşmış 
yeni bazar torpaq münasibətləri, çoxukladlı iqtisadiyyatın subyektləri olan 
kəndli (fermer), ailə təsərrüfatlarının, kənd təsərrüfatı təyinatlı birliklərin, 
assosiasiyaların, kənd təsərrüfatı təyinatlı kooperativlərin, dövlət müəssisə 
və  təşkilatların torpaqdanistifadələr sisteminin təşkili və yenidən təşkili 
torpaq ehtiyatlarından istifadəyə  və onların mühafizəsinə dair yeni 
nəzəriyyələr, metodiki əsaslar, praktiki vərdişlər tələb edir.  


 

“Yerquruluşunun elmi əsasları” fənninin tədrisində  də  əsas məqsəd 
gələcək yerquruluşçularına yuxarıda göstərilən nəzəri və metodiki 
bilikləri aşılamaqdan ibarətdir. Məhz buna görə  də, dərslikdə torpaq 
haqqında müasir təlim öyrənilir, Azərbaycanda torpaq münasibətlərinin 
formalaşması  tədqiq edilir, onların inkişaf perspektivləri müəyyən-
ləşdirilir. Burada yerquruluşu elminin müasir vəziyyəti təhlil edilir, onun 
konsepsiyası, məqsəd və  vəzifələri göstərilir, respublikamızdakı 
yerquruluşu sisteminin, torpağa (daşınmaz  əmlaka) hüququn dövlət 
reyestri xidmətinin strukturu açıqlanır, yerquruluşu sisteminin xarici 
modeli tədqiq olunur.  
 “Yerquruluşu və torpaq kadastrı” istiqaməti üzrə bakalavr pilləsində 
təhsil alan tələbələrimiz “Torpaq bazarı  və torpaq ehtiyatlarının idarə 
edilməsi”, “Təsərrüfatlararası yerquruluşu layihələşdirməsi”, “Təsərrüfat-
daxili yerquruluşu layihələşdirməsi” və s. kimi ümumpeşə hazırlığı  və 
ixtisas fənlərinin elmi əsaslarını  məhz bu fənn – “Yerquruluşunun elmi 
əsasları” fənni vasitəsi ilə öyrənirlər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə