Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

 
41 
hərəkət edən nəqliyyat vasitələri və nəqliyyatla əlaqədar obyektlər yerləş-
dirilir. Bu obyektlərin  şəhər daxilində yerləşdirilmə prinsipləri  şəhərin 
daxili nəqliyyat  əlaqələrinin təmin olunmasına xidmət edir. Yaşayış 
zonası daxilində yerləşən dəmiryolu paylaşdırıcı stansiyaları, sərnişin 
stansiyaları, yük və konteyner meydançaları  və avtomobil nəqliyyatının 
yük meydançası və anbarları bu zonadan kənara köçürülməlidir. Bu zona-
ya, eləcə də metro xəttinin yerüstü stansiya və xətləri, onların qarşısındakı 
meydançalar, şəhərdaxili magistral və başqa kateqoriyalı avtomobil, tram-
vay, monorels, funikulyor yolları, meydançalar və yolların kəsişmə dü-
yünləri, mühəndis qurğuları, yeraltı keçid və yolları, şəhərətrafı avtomobil 
stansiyaları, radio-televiziya ötürücü stansiyaları, tramvay, trolleybus, 
avtobus, yerüstü metro vaqonları, habelə taksi və yük maşınları parkları, 
elektrik transformator stansiyaları, məişət istilik qazanxanaları, taksi və 
minik maşınları qarajları, həmçinin təminat qurğuları daxildir.  
Ümumşəhər istirahət zonası.  
Buraya parklar, bulvarlar, bağlar, bağçalar, yaşıllıq zolaqları (nəqliy-
yat yolları boyu bircərgəli yaşıllıq zolaqları istisna edilməklə) daxildir. 
Kiçik memarlıq formaları, su, dondurma, qəzet köşkləri, skamyalar, kölgə 
örtükləri, yelləncəklər, uşaq avtomobil meydançaları da bu zonaya aiddir.  
Akademiya  şəhərciyi, elmi-tədqiqat mərkəzləri, konstruktor 
büroları və eksperimental bazalar zonası.  
Bu zonada yerləşdirilən obyektlər yalnız elmi-tədqiqat axtarışlarının 
aparılması, elmi kadrların hazırlanması və təkmilləşdirilməsi proseslərinin 
həyata keçirilməsi məqsədini güdür. Akademiya şəhərcikləri  şəhərdən 
kənar xüsusi təminatlı zonalarda, yaxud buna münasib iri şəhərlərin peyk-
şəhərlərində yerləşdirilə bilər. Şəhər daxilində akademiya şəhərciyi, daxili 
sıx əlaqəli elmi-tədqiqat, kitabxana, nəşriyyat, mühəndis-texniki və məişət 
infrastrukturu, yaşıllıq və daxili yollar avtonom və vahid plan strukturuna 
istinadən yerləşdirilir. Böyükhəcmli neft-qaz, yanğına həssas, partlayıcı, 
zəhərləyici, atmosfer çirkləndirici, böyük qurğulara tələbatı olan, yüksək 
gərginlikli elektrik enerjisi tələb edən, yüksək desibelik səsə malik olan 
obyektlər bu zonada yerləşdirilə bilməz. Belə obyektlər yaşayış zonaların-
dan kənarda müvafiq norma və qaydaların tələblərinə uyğun yerləşdiril-
məlidir. Bu obyektlərin bir çoxu aparılan elmi-tədqiqat işlərinə müvafiq 
sənaye zonalarında, yaxud onların yaxınlığında yerləşdirilməlidir.  
Tələbə şəhərcikləri, ali və orta təhsil ocaqları zonası.  
Buraya universitetlər, liseylər, sənət-peşə  məktəbləri, institutlar 


 
42 
daxildir. Tələbə  şəhərcikləri  şəhərdənkənar xüsusi təyinatlı zonalarda, 
yaxud iri şəhərlərin peyk-şəhərlərində yerləşdirilə bilər. Belə halda bu 
zonanın yüksək daşıyıcı gücünə malik olan sərnişin nəqliyyatı ilə təminatı 
vacibdir.  Şəhərlərin yataqxanası öz kompleksində yerləşdirilməlidir. Bu 
zona bütün növ elmi-tədqiqat, kitabxana, texniki və  mədəni-məişət 
strukturu, idman kompleksi, yaşıllıq və istirahət zonası, habelə piyada 
yolları və s. ilə təmin olunmalıdır.  
İri şəhər daxilində yerləşdirilmiş təhsil obyektləri müvafiq norma və 
qaydalara uyğun yerləşdirilməli və özünün giriş meydançası, həyətyanı və 
infrastruktur sahəsi ilə təmin olunmalıdır.  
Ayrı-ayrı peşə  məktəbləri müvafiq buraxılış-hazırlıq sənət profil-
lərinə uyğun sənaye obyektlərinin yaxınlığında yerləşdirilə bilər.  
Kommunal-anbar zonaları.  
Özünün tələb olunan torpaq sahəsinin miqdarı baxımından bu zonalar 
iri və nəhəng şəhərlərin yaşayış və sənaye zonalarından sonra üçüncü yeri 
tutur və xüsusi mühəndis avadanlığı, dəmir yolu qanadı  tələb edir. 
Bununla  əlaqədar bu zonanın altındakı torpaq sahələrinin seçilməsinə 
xüsusi tələbat mövcuddur. Bu zonanın torpaq sahələrinin qiymətləndiril-
məsinin (seçilməsinin) əsasları və prinsipləri aşağıdakı kimi açıqlanır:  
a) kommunal-anbar binalarının tikintisi üçün yararlı torpaq sahələri-
relyefi nisbətən düz, mailliyi 0,3-5% olan, adi tipli bina və qurğu 
özüllərinin qoyulmasına yararlı olan, 1,5 kq/kv.sm-dən artıq torpağa bura-
xılan gərginliyi qəbul edə bilən, hidrogeoloji şərait baxımından təzyiqsiz 
horizontal su qatının 7 metr dərinliyində və təzyiqli horizontal su qatının 
15 metr dərinliyində zirzəmi qurulmasını təmin edən, 50 ildə 1 dəfədən az 
olmamaq  şərti ilə su horizontunun 0,5 metrdən artıq olmayan hissəsini 
subasmaya məruz qoyan, sahillərin yuyulması  və karstın olmamağı 
təminatı olan torpaqlar kommunal-anbar binalarının tikintisi üçün yararlı 
hesab olunur.  
b) kommunal-anbar binalarının tikintisi üçün azyararlı torpaq sahələri-
azca təpəliyi olan, mailliyi 5%-dən artıq və 35%-dən aşağı olan, 
gücləndirilməsinə özülün tələbatı olan, torpağa buraxıla bilən gərginliyə 
tələbat 1,0-1,5 kq/kv. sm-ə qədər olub özülün gücləndirilməsi tələb olunan, 
təzyiqsiz horizont su qatları 15 metrdən 10 metrədək olan, 20 ildə 1 dəfədən 
çox olmayaraq su horizontunun 0,5 metrdən artıq olmayan hissəsi 
subasmaya məruz qalan, atmosfer çöküntüləri nəticəsində cüzi bataqlıq 
əmələ  gələn dərinliyi 3 metrədək, divarı  bərkimiş  və doldurula bilən 


 
43 
yarğanlar olan, subasma və  aşılanması  təsadüf olunan zolağın eni 10 
metrdən artıq olan torpaq sahəsi kommunal-anbar binalarının tikintisi üçün 
azyararlı hesab olunur.  
Bu sahələrdə  əlavə  xərclər tələb edən müvafiq tədbirlər nəzərə 
alınmaqla tikinti işləri aparıla bilər.  
c) kommunal-anbar binalarının tikintisi üçün tam yararsız torpaq 
sahələri-çoxlu miqdarda təpəliyi olan, ümumi mailliyi 5%-dən artıq və 
tamamilə mailliyi olmayan, torpağa buraxıla bilən gərginlik 1,0 kq/kv. 
sm-dən az olan, təzyiqsiz horizont su qatlarının səviyyəsi 3 metrdən az 
olan, təzyiqli horizont su qatlarının səviyyəsi 10 metrdən az olan 20 ildə 1 
dəfədən artıq subasmaya məruz qalan, qrunt sularından bataqlıq  əmələ 
gələn, intensiv yarğanlar əmələ gələn, divarları kəskin stabilləşmiş maili 
və dərinliyi 10 metrdən artıq yarğanı olan, subasması və aşınması təsadüf 
olunan sahil zolağının eni 10 metrdən artıq olan torpaq sahəsi kommunal-
anbar binalarının tikintisi üçün tam yararsız hesab olunur.  
İxtisaslaşdırılmış taxıl, tərəvəz və qida anbarları zonaları.  
Bu zonalar kommunal-anbar zonaları kimi iriölçülü torpaq sahələri
xüsusi mühəndis avadanlığı, irihəcmli yük maşınlarının hərəkəti üçün 
şose və  dəmiryolu qanadı  tələb edir. Bununla əlaqədar bu zonaların 
altındakı torpaq sahələrinin seçilməsi və qiymətləndirilməsinin əsasları və 
prinsipləri kommunal-anbar zonalarının tələblərinə uyğun olaraq həyata 
keçirilir. Sanitar-gigiyena müddəalarına  əsasən bu zonaya dair obyektlər 
sənaye və kommunal zonalarında yerləşdirilə bilməz.  
Bu zonalar yaşayış zonaları daxilində yerləşdirilə bilər. Lakin 
şəhərsalma baxımından iriölçülü qeyri-yaşayış müəssisələrinin yaşayış 
zonasında yerləşdirilməsi həm  şəhərsalma, həm də  şəhəri planlaşdırma 
strukturunun miqyasına uyğunluq baxımından  əlverişsizdir. Bu zonalar 
yaşayış zonalarına bitişik və şəhərdən kənar yerləşdirilə bilər.  
Botanika bağı və dendroloji park zonaları.  
Bu zonaların yerləşdirilməsinin  əsasları  və prinsipləri elmi, elmi-
tədqiqat, təhsil, mədəni-maarif, əhalinin xüsusi təyinatlı istirahət funksiya-
larını  əhatə edə bilər. Bu zonanın sahəsində botanika, dendrologiya, 
torpaqşünaslıq, ekologiya, zoologiya elmi-tədqiqat institutlarının labora-
toriya binaları və istixanaları yerləşdirilə bilər.  
Dendroloji və zooloji parkların, nəbatat bağlarının torpaqları 
təsərrüfat fəaliyyəti üçün istifadəyə verilə bilər.  
  
Botanika bağları, dendroloji park zonaları  və ümumşəhər istirahət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə