Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   7   8   9   10   11   12   13   14   ...   72

 
32 
olunmasını  və qorunmasını  təmin etməkdən,  əhalinin yaşayış  səviy-
yəsinin, iqtisadiyyatın, sənaye və kənd təsərrüfatı komplekslərinin inkişaf 
tempinin qısa müddətdə yüksəldilməsindən, xidmət obyektlərini və 
mədəni-maarif müəssisələrini  əhaliyə maksimum yaxınlaşdırmaqdan, 
respublika paytaxtından uzaqda formalaşmış yaşayış  məntəqələrinin, 
xüsusilə  sərhədyanı zonaların, habelə Naxçıvan Respublikasının qısa 
müddətdə inkişafını təmin etməkdən ibarətdir.  
Sözügedən sənəddə göstərilir ki, şəhər, qəsəbə, kənd yaşayış məntə-
qələrinin, müvəqqəti geoloji ekspedisiyaların, turizm bazalarının, çoban 
yataqlarının (yaylaqda və  qışlaqda), arıçılıq düşərgələrinin, nəqliyyat 
dayanacaqlarının və onların gələcək inkişaf sahələrinin formalaşması, 
habelə bir-birinə yaxın yerləşmiş və gələcəkdə formalaşan aqlomeriasiya-
ların qarşısını ala biləcək yaşayış  məntəqələrinin qarşılıqlı inkişaf 
istiqamətləri respublika və regionlar miqyasında hazırlanan müvafiq 
planlaşdırma layihələri ilə müəyyənləşdirilir.  
Regional qruplar sistemləri daxilindən kənar yeni salınacaq 
şəhər və digər kənar yaşayış məntəqələri üçün nəzərdə tutulan ehtiyat 
torpaq zonaları.  
Buraya Azərbaycan Respublikasının perspektiv iqtisadi inkişafını 
təmin etmək məqsədi ilə sənaye, kənd təsərrüfatı və digər obyektlərin və 
həmin obyektləri işçi qüvvəsi ilə  təmin edəcək yaşayış  məntəqələrinin 
salınması üçün nəzərdə tutulan torpaq sahələri aiddir.  
Arxeoloji, memarlıq abidələri və onların qalıqları müəyyən 
olunmuş zonalar.  
Sözügedən sənəddə  tələb olunur ki, dövlət tərəfindən müvafiq 
qaydada müəyyənləşdirilmiş tarixi-mədəni, memarlıq abidələrinin yerləş-
diyi  ərazilərdə, onların qoruq zonalarında xüsusi arxitektura-arxeoloji 
axtarış qrupunun fəaliyyəti istisna olmaqla, insan fəaliyyətinin qalan 
bütün növləri məhdudlaşdırmalı, aşkar olunmuş arxeoloji, memarlıq 
abidələri və onların qalıqlarından aralı məsafədə həmin qoruq zonalarının 
sərhədləri müvafiq qaydada müəyyənləşdirilməlidir.  
Kənd təsərrüfatına yararlı torpaqlar, yaylaq və qışlaq zonaları.  
Buraya hal-hazırda  əkin üçün istifadə olunan və  gələcəkdə  əkiləcək 
yararlı torpaq əraziləri, yaylaq və  qışlaq zonaları, kənd təsərrüfatında 
(heyvandarlıqda) istifadə olunan ərazilər və tikililər aiddirlər.  
Kənd təsərrüfatına tam yararsız zonaları bataqlıqlar, şoran torpaqlar, 
sürüşməyə məruz qalmış və s. ərazilər təşkil edir.  


 
33 
Yer səthində və yerin təkində yerləşən (perspektiv geoloji axtarış 
sahələri də daxil olmaqla) mineral ehtiyatlar zonaları.  
Bu zonaların  ərazisindəki sərvətlərin istehsal üsulundan asılı olaraq 
burada yaşayış obyektləri, laboratoriya və texnika üçün açıq və örtülü 
sığınacaqlar, anbar binaları  və s. qurğular müvafiq təhlükəsizlik norma-
larına  əməl olunmaqla yerləşdirilməlidir. Partlayış metodundan istifadə 
olunduqda, filiz və ya başqa maddələrin çıxarılması nəticəsində sürüşmə, 
dağ  ətəyinin uçurulması, çökmə proseslərinin baş verə biləcəyi 
gözlənilirsə, bunların zonasında yerləşən yaşayış  məntəqələrinə  və su 
anbarlarına edilə biləcək təsir nəzərə alınmalı, möhkəmləndirmə işlərinin 
görülməsi və ya yaşayış məntəqələrinin köçürülməsi nəzərdə tutulmalıdır.  
Yaşayış  məntəqələrindən kənar hərbi  şəhərciklər və poliqonlar 
zonası.  
Bu zonaya kənardan gələnlər üçün qadağan məsafələri müəyyən 
olunmaqla, burada keçid buraxılış  məntəqələri yaradılmalıdır. Poliqon 
zonalarında məşq, mərmi və atıcı silahların uçuş dairələri müəyyənləş-
dirilərkən sərhəd məsafələrinin təhlükəsizliyi nəzərə alınmalıdır. Bu 
zonaların  ərazisində yaşayış  məntəqəsinin salınması, heyvandarlıq və 
əkinçilik məqsədləri üçün istifadə edilməsi zamanı  təhlükəsizliyi təmin 
edən qaydalara riayət olunmalıdır.  
Perspektiv nəqliyyat koridorları  və qovşaqları da daxil olmaqla 
ölkələrarası, ölkədaxili, şəhərlərarası tranzit dəmir yolları, avtomobil 
yolları  və qovşaqları, hava nəqliyyatının yerüstü qovşaqları  və 
onların mühafizə zonaları.  
Perspektiv nəqliyyat koridorları və qovşaqları da daxil olmaqla ölkə-
lərarası, ölkədaxili,  şəhərlərarası, tranzit dəmir yolları, avtomobil yolları 
və qovşaqları, hava nəqliyyatının yerüstü terminalları, dəhlizləri və on-
ların mühafizə qovşaqları zonaları şəhər və digər yaşayış məntəqələrindən 
müvafiq normalarla müəyyən olunmuş  məsafədə yerləşdirilməli, onların 
ərazisini kəsib keçməməlidir.  
Bu zonada təyyarə meydançalarının uçuş və eniş zolaqları, istiqamətli 
hava dəhlizlərinin yaşayış  məntəqələrindən müvafiq normativlərə  əsasən 
aralı yerləşdirilməsi təmin olunmalıdır.  
Ölkələrarası, ölkədaxili,  şəhərlərarası neft, qaz, elektrik, rabitə 
kəmər və xətlərinin mühafizə zolaqları ilə birlikdə zonaları.  
Bu zonaların sərhədləri ölkələrarasi, ölkədaxili,  şəhərlərarası neft, 
qaz kəmərləri və elektrik xətlərinin mühafizə zolaqları zonaları bu xətlər 


 
34 
və  kəmərlər boyu hər iki tərəfə müvafiq texniki normativlər nəzərə 
alınmaqla müəyyənləşdirilməlidir.  
Meşə fondu zonaları.  
Azərbaycanda yerləşən bütün tip dağ, dağətəyi, dəniz sahili meşələr 
və Kür çayı vadisi boyunca Tuqay meşələrinin torpaqları respublika meşə 
fondu zonasını  təşkil edir. Rekreasiyaya yararlı olan bu zonalar ətrafda 
yerləşən yaşayış  məntəqələrinin  əhalisi üçün istirahət zonası kimi də 
istifadə edilə bilər.  
Xəzər dənizinin (gölünün) qalxması  və enməsi ilə  əlaqədar 
subasma zonaları.  
Xəzərin su səviyyəsinin dəyişməsi səbəblərinin elmi əsası  dəqiq 
müəyyən olunmadığından onun dəyişməsi həddi də  dəqiq müəyyən 
edilməmişdir. Bu səbəbdən səviyyənin hüdudunun son 100 il ərzində 
maksimum həddini müəyyən edərək, həmin subasma horizontu zonasına 
böyük kapital qoyuluş  tələb edən yaşayış, ictimai, sənaye obyektlərinin 
tikilməsi qadağan edilməlidir.  Əgər belə qurğuların tikilməsi vacibdirsə
yaxud dənizlə əlaqədardırsa, onların tikintisində müəyyən olunmuş subas-
ma izometriya xəttinin maksimum subasma hündürlüyü nəzərə 
alınmalıdır.  
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub 
olan bölməsi (zonası).  
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan 
bölməsi (zonası) aşağıdakı unikal funksiyaların yerinə yetirilməsinə 
zəmin yaradır:  

 
eyni zamanda bir neçə xarici ölkələrlə  sərhəd zonasını  təşkil 
edərək, onlarla su nəqliyyat əlaqələrinə;  

 
Volqa çayı vasitəsi ilə ümumdünya su dəhlizləri, okeanlar ilə 
gəmiçilik nəqliyyatı əlaqələrinə;  

 
respublika paytaxtının, Abşeron regionunun və eləcə  də bütün 
Xəzərsahili zonaların Mingəçevir gölünədək, Kür çayı vasitəsi ilə dənizlə 
su nəqliyyatı  əlaqələrinin yaradılması ilə  bərabər, Kürboyü Tuqay meşə 
zonalarının rekreasiya zonaları kimi istifadə olunmasına;  

 
balıqçılıq təsərrüfatı və sənayesinin inkişaf etdirilməsinə;  

 
dəniz dibindən neft və qaz yataqlarının istismarına.  
Çay, açıq su hövzələri, kanallar və kollektorlar zonası.  
Bu zonalara çaylar, kanallar, kollektorlar, təbii və süni göllər, habelə 
digər daimi axını olan və qurumayan yerüstü suaxarları  və sututarları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə