Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   8   9   10   11   12   13   14   15   ...   72

 
35 
daxildir. Bu zonadan suvarma məqsədləri və rekreasiya üçün istifadə 
olunması  və mühafizə zonasından istifadə rejimi müvafiq normativ 
hüquqi aktlarla tənzimlənir.  
Dağ çaylarının daşqınından mühafizə zonaları.  
Burada dağ çaylarının daşqınından mühafizə zonalarında yerləşən 
yaşayış məntəqələrinin inkişaf etdirilməsi, binaların və qurğuların, sənaye 
obyektlərinin və digər  əsaslı tikintilərin yerləşdirilməsi qadağan edilmə-
lidir.  Əsaslandırılmış hallarda bu ərazilər də birillik kənd təsərrüfatı 
bitkilərinin əkini üçün istifadə oluna bilər.  
 Təbii və texnogen xarakterli fövqəladə halların təsiri ilə su 
anbarlarının susaxlama qabiliyyətinin itirilməsi nəticəsində subasma 
izometriya xətləri arasında su altında qala biləcək zonalar.  
Su anbarlarının fəlakət nəticəsində susaxlama qabiliyyətinin itirilməsi 
hallarında nəzərdə tutulan subasma izometriya horizont xətləri arasında su 
altında qalabilmə ehtimalı olan zonaların az kapital qoyuluşu qeyri-
yaşayış məqsədləri üçün istifadə olunması (heyvandarlıq, əkinçilik və s.) 
mümkündür. Bu zonalarda böyük kapital qoyuluşlu ilə tikinti və mühəndis 
avadanlıqları qurularkən baş verə biləcək fəlakətin nəticələri nəzərə 
alınmalıdır.  
Turizm və rekreasiya zonaları.  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarında 
göstərilir ki, Abşeron yarımadasından  şimala və  cənuba, Xəzər dənizi 
sahillərində, Araz çayı sahillərində, Naxçıvan Muxtar Respublikası ərazi-
sində, Araz su qovşağı sahillərində, Qubadlı,  Şuşa, Laçın, Zəngilan, 
Cəbrayıl,  Şəki-Zaqatala,  Şamaxı-Pirqulu,  İsmayıllı, Masallı-Yardımlı, 
Lənkəran-Lerik zonalarında,  Şahdağ  və Murovdağ zirvələri və dağətəyi 
sahələrdə, habelə qanunvericiliyə uyğun olaraq ayrılmış digər sahələri 
əhatə edən turizm və rekreasiya zonalarının  ərazilərində idman, turizm, 
alpinizm, qısa və uzunmüddətli, aktiv və passiv istirahət ocaqları, müva-
fiqmiqyaslı mehmanxana, kempinqlər, istirahət məqsədləri üçün çadır 
şəhərcikləri yaradıla və fəaliyyət göstərə bilər.  
Bu zonalarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
müəyyən edilmiş qaydada turizm infrastrukturu yaradıla və inkişaf etdirilə 
bilər.  
Müalicə müəssisələri, sanatoriya və istirahət evlərinin bu zonalarda 
yerləşdirilməsi, onlarda kurort fəaliyyətinin yaradılmasına gətirib çıxarır. 
 


 
36 
Təbii qoruq zonaları.  
Dövlət tərəfindən təsdiq olunmuş  təbii qoruq zonalarının (Zaqatala, 
İlisu,  İsmayıllı, Pirqulu, Qızılağac, Hirkan, Göygöl, Türyançay, Ağgöl, 
Altıağac, Bəsitçay, Qaragöl, Qarayazı və Şirvan) təyinatı, ümumi əsasları 
və prinsipləri flora və faunanın qorunmasını təmin edir. Bu zonada flora 
və faunanın qorunub saxlanılması  məqsədi ilə kiçikhəcmli müvafiq 
tikililər və qurğular inşa edilə bilər.  
Dağ zonaları. 
Bu zonalara aid edilən ərazilər Baş Qafqaz sıra dağlarından, Şahdağ, 
Qaradağ, Murovdağ, Bozdağ silsilələrindən, Samur silsiləsinin bir 
hissəsindən, Dərələyəz və Zəngəzur silsilələrinin bir hissəsindən ibarətdir. 
Bu zonanın  ərazilərindən heyvandarlıq və arıçılıq təsərrüfatları üçün, 
habelə turizm və alpinizm idman-rekreasiya məqsədləri üçün istifadə 
etməklə dağ  kəndlərinin yaşayış  məntəqəsi kimi fəaliyyəti bərpa oluna 
bilər.  
Radioaktiv və kimyəvi tullantıların basdırılma zonaları.  
Bu zonalar xüsusi sanitar normalarına müvafiq şəhər və digər yaşayış 
məntəqələrindən aralı yerləşdirilməlidir.  
Belə zonalar ətrafında aidiyyəti normativlərə  əsasən bütün parametr 
boyu mühafizə məsafəsində hər bir insan və təsərrüfat fəaliyyəti qadağan 
olunmalıdar. Bu zonada atmosfer çöküntülərindən törənmiş su axımının 
istifadə olunan su hövzələrinə yönəldilməsi yolverilməzdir. Eləcə də, bu 
zonada mövcud içməli su mənbələrindən istifadə etməklə sanitar-ekoloji 
mühafizə zonaları müəyyən olunmalı, dağ-mədən və digər işlərin 
aparılması müvafiq təşkilatlarla razılaşdırılmalıdır.  
Xüsusi neft-qazçıxarma antropogen zonaları.  
Bu zonalar Azərbaycan Respublikasında mövcud olan aşağıdakı 4 
növ neft-qazçıxarma zonalarını xarakterizə edir:  

 
hal-hazırda istismarda olan zonalar;  

 
qismən istifadədə olan və rekultivasiya tələb edən boşalmış 
zonalar;  

 
istismarı sona yetmiş zonalar;  

 
dəniz təkindən neft-qazçıxarma zonaları.  
Rekultivasiyası  tələb olunan zonalarda bu torpaqların istifadəsi 
(yaşayış, yaşıllıq, nəqliyyat dəhlizi, kənd təsərrüfatı və s. məqsədlər üçün) 
üzrə  bərpa və tikinti-quraşdırma işlərinin eyni vaxtda aparılması 
prinsiplərinə üstünlük verilir. 


 
37 
II səviyyədə aparılmış zonalaşdırmaya görə  şəhər və digər 
yaşayış məntəqələri əraziləri aşağıdakı zonalardan ibarətdir:  

 
yaşayış zonaları;  

 
ümumşəhər ictimai mərkəz zonası;  

 
sənaye zonaları;  

 
mühəndis,  şəhərdaxili və  şəhərdənkənar nəqliyyat infra-
strukturu zonası;  

 
ümumşəhər istirahət zonası;  

 
akademiya  şəhərciyi, elmi-tədqiqat mərkəzləri, konstruktor 
büroları və eksperimental bazalar zonası;  

 
tələbə şəhərcikləri, ali və orta təhsil ocaqları zonası;  

 
kommunal-anbar zonaları;  

 
ixtisaslaşdırılmış taxıl, tərəvəz və qida anbarları zonası;  

 
botanika bağı və dendroloji park zonaları;  

 
xüsusi təyinatlı zonalar;  

 
sanitar qoruq zonaları;  

 
şəhərətrafı zonalar;  

 
ümumşəhər idman meydançaları, olimpiya şəhərciyi və digər 
idman obyektlərinin yerləşdiyi zonalar;  

 
dini təmsil edən obyektlərin yerləşdiyi zonalar.  
Bu zonaların ümumi əsasları  və prinsipləri ayrı-ayrılıqda aşağıdakı 
kimi şərh edilir:  
Yaşayış zonaları.  
Bu zonalarda yerləşdirilməsi vacib olan obyektlər bunlardır: bütün 
növ yaşayış binaları, ictimai bina və  mədəni-məişət obyektləri, bağlar, 
bulvar və bağçalar, digər yaşıllıqlar və zonaya məxsus küçə və meydanlar, 
metro stansiyaları.  
Zonada bu obyektlərin yerləşdirilməsi qanunauyğundur: ümumşəhər 
əhəmiyyətli inzibati və təsərrüfat obyektləri, təhsil ocaqları, elmi-tədqiqat 
institutları, minik avtomobilləri üçün qaraj və dayanacaqlar, ətraf mühitə 
zərərsiz olan V qrup sənaye obyektləri.  
Bu zonada yerləşdirilməsi qadağan olunan obyektlər bunlardır: I-IV 
qrup sənaye obyektləri, dəmir yolu qanadları, irihəcmli qarajlar və ekoloji 
çirkləndirməyə qadir obyektlər.  
Yaşayış zonalarının  ərazi planlaşdırılması aparılarkən torpaq 
sahələrinin təbii və sanitariya xüsusiyyətləri nəzərə alınmalıdır. Bu 
baxımdan  ərazi tikintiyə yararlı, tikintiyə azyararlı  və yararsız torpaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə