Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   11   12   13   14   15   16   17   18   ...   72

 
44 
zonası altına torpaq sahələrinin seçilməsi aşağıdakı prinsiplər  əsasında 
qiymətləndirilir:  
a) Botanika bağı, dendroloji park zonaları  və ümumşəhər istirahət 
zonası üçün yararlı torpaq sahələri relyefi 10 %-ə  qədər maili olan, 
qruntunun üst qatı qaratorpaq, qırmızı torpaq və nisbətən sarıtorpaq olan, 
mexaniki tərkibi yüngül və orta olan, su qatlarının yer səthindən dərinliyi 
2 m-dən 1 m-ə qədər olan, daşan sulardan qorunan, bataqlığı və tam axım-
sızlığı olmayan, dərinliyi 5m.-dən az olmayan və nisbətən maili divarı 
bərkimiş dərələri olan, sürüşməyə məruz qalmayan, sahilləri yuyulmayan 
və aşınmayan, karst prosesi olmayan torpaqlar bağ və parkların salınması, 
habelə ümumşəhər istirahəti üçün yararlı hesab olunur.  
b) Botanika bağı, dendroloji park zonaları  və ümumşəhər istirahət 
zonası üçün azyararlı torpaq sahələri-relyefi 10-30% olan, qruntun üst qatı 
az miqdarda duzlu sayılıb turş olan, mexaniki tərkibinə görə qum, orta və 
ağır gil olan, su qatları yerin səthindən 0,5-1,5 metr və 2 metrdən 3 metrə 
qədər olan, sahənin subasması müddəti 15 gündən artıq olmayan, 
atmosfer çöküntüləri nəticəsində əmələ gələn bataqlığın qurudulması asan 
olan, dərinliyi 5 metrədək və divarlarında kəskin maillik olan dərələr, 
sürüşməyə meylli və ayrı-ayrı  bərkidilmə ehtiyaclı yamacları olan, bəzi 
yerlərdə yuyulub-aşınmaya məruz qalan və az miqdarda sönmüş karstları 
olan torpaqlar bağ  və parkların salınması, habelə ümumşəhər istirahət 
zonası üçün azyararlı hesab olunur.  
c) Botanika bağı, dendroloji park zonaları  və ümumşəhər istirahət 
zonası üçün tam yararsız torpaq sahələri-relyefin mailliyi 10-30%-dən 
artıq olan, torpaq qatı duzlu, mexaniki tərkibi isə tamamilə bərk süxurlar 
olan, su qatı yerin səthinin 0,5 metr üst hissəsində və 3 metrdən dərində 
olan, sahillərinin daşması 15 gündən artıq olan, çətin qurudulan bataqlıq 
sahələrinə malik olan, çox miqdarda sürüşən yamacları olan, yatağını çox 
tez-tez dəyişən və çayətrafı divarlarını yuyan çaylar olan, dərinliyi 10 
metrdən artıq sönmüş vulkan karstlarına malik və yeraltı boşluqları 
mövcud olan torpaq sahələri bağ  və parkların salınması, habelə 
ümumşəhər istirahət zonası üçün tam yararsız hesab olunur.  
Xüsusi təyinatlı zonalar.  
Bu zonaların ümumi əsasları və prinsipləri baxımından bu zonalarda 
hərbi  şəhərciklər, xüsusi təyinatlı qoşun bölmələri yerləşdirilə bilər. Bu 
zonada yaşayış binaları, mülki-müdafiə qurğuları, təsərrüfat və texniki-
təchizat qurğularının yerləşdirilməsi mümkündür. Xüsusi təyinatlı 


 
45 
qurğuların yerləşdirilməsi və hərbi təlim aparılmasında müvafiq norma və 
qaydalara riayət edilməlidir.  
Sanitar-qoruq zonaları  
Bu zonalar I-IV qrup sənaye zonaları ilə yaşayış zonalarının arasında 
yerləşdirilir.  
Zonanın aralıq məsafəsi sənaye obyektlərinin qruplarından və  səna-
yenin atmosfer tullantılarının miqdarından, tərkibindən,  şəhərin coğrafi 
mövqeyindən, küləyin illik əsmə istiqaməti rejimindən asılı olaraq 
müəyyən olunur. Ekoloji filtrlərin gücündən asılı olaraq, hətta  ən zərərli 
birinci qrup sənaye obyektlərinin sanitar-qoruq zonalarını xeyli azaltmaq-
la sənaye zonasını yaşayış zonasına qismən yaxınlaşdırmaq mümkündür.  
Sanitar-qoruq zonalarında kommunal-anbar binaları, dəmir yolunun 
yükboşaltma meydançaları, dəmiryol sortlaşdırma stansiyaları, yük 
daşıyan avtomobil və yükdaşıma məntəqələri, inşaat materialları 
anbarları, habelə qoruq zonasının yaşıllıqları yerləşdirilə bilər.  
Şəhərətrafı zonalar.  
Bu  ərazilər  şəhərin yaşayış, sənaye-kommunal zonalarından 
başlayaraq şəhər sərhədlərinə bitişik torpaqları əhatə edir. Əsas etibarı ilə 
şəhərin gələcək inkişafı üçün yeni torpaq zonalarının ayrılmasına xidmət 
edərək ehtiyat-inkişaf zonası kimi saxlanılır.  
Bu zonada şəhərin Baş planının gələcək inkişafına uyğun olmayan 
bütün növ əsaslı kapital qoyuluşu tələb edən tikintilər qadağandır. Bu 
zonanın torpaqlarından şəhər əhalisinin bitkiçilik və heyvandarlıq məhsul-
larına olan tələbatını ödəmək üçün istifadə etmək məqsədəuyğundur .  
Ümumşəhər idman meydançaları, olimpiya şəhərciyi və digər 
idman obyektlərinin yerləşdiyi zonalar.  
Buraya respublika stadionları, motodrom, velotrek, örtülü idman 
sarayı, olimpiya şəhərciyi, avarçəkmə və yelkən limanı, ralli trası daxildir.  
Bu zonaların  əsasları  və prinsipləri  şəhərin yaşıllıq və rekreasiya 
zonalarına, yüksək daşıyıcı qüvvəyə malik olan nəqliyyat vasitələrinə 
yaxın yerləşdirilməsindən, qısa müddətdə tamaşaçıların evakuasiyasının 
təmin olunması üçün tələb olunan miqdarda giriş qapılarının və boşaldıcı 
bamper meydanları ilə təmin olunmasından ibarətdir. Ralli avtotrekləri bir 
qayda olaraq şəhərdən kənar zonalarda salınır. Olimpiya şəhərciyinin də 
şəhərdən kənarda salınması məqsədəuyğundur.  
Dini təmsil edən obyektlərin yerləşdiyi zonalar. 
Buraya məscidlər, kilsələr, sinaqoqlar, dini məbədlər, pirlər, məd-


 
46 
rəsələr daxildir. Bu zonalarda tələb olunan əsas prinsiplər yeni tikiləcək 
obyektlər üçün torpaq sahəsi ayrılarkən müəyyən olunacaq məhdudiyyət 
istisna olmaqla şəhərsalma baxımından heç bir normativ qadağa 
qoyulmamağıdır. Burada obyektlərin yerləşdirilməsi və  əsas binalardan 
başqa dini bayram və mərasimlərin keçirilməsini təmin etmək üçün zona 
magistral yollarla əlaqəli olan müvafiq iriölçülü həyət sahəsi tələb edir. 
Dini komplekslərdə yalnız mərasimlərin fəaliyyətini təmin edən qurğu və 
obyektlər yerləşdirilir.  
 
2.4. Azərbaycanın torpaq ehtiyatları və bazar torpaq 
münasibətləri şəraitində onlardan səmərəli istifadənin elmi-
metodiki əsasları 
 
Təbii eһtiyatlar məfһumu iqtisadi termin olub, xüsusi ədəbiyyatlarda 
o, belə açıqlanır: təbii eһtiyatlar insanların maddi və  mənəvi tələbatını 
ödəmək məqsədilə  cəmiyyət tərəfindən istifadə edilən və ya istifadə 
edilməsi mümkün olan təbiətin bir һissəsini özündə birləşdirir. Bütöv-
lükdə, ölkəmizin təbii eһtiyatlarına onun inzibati sərһədləri daxilində olan 
mineral, torpaq, su eһtiyatları, bitki və һeyvanat aləmi, atmosfer һavası və 
günəş enerjisi aiddir. Respublikamızın qiymətləndirilmiş  təbii eһtiyatları 
onun təbii-eһtiyat potensialını  təşkil edir və bu potensial dövlətin milli 
sərvətinin müһüm tərkib һissəsidir. 
Ölkəmizin təbii eһtiyatları tükənməz (Xəzər dənizinin suyu, külək və 
su enerjisi və s.) və tükənən (meşə, fauna və floranın ayrı-ayrı elementləri, 
yararlı torpaq saһələri və s.) mənbələrə bölünür. 
Tükənən təbii eһtiyatlar bərpa olunan və bərpa edilməyən eһtiyatlara 
bölünür. Bərpa edilməyən tükənən sərvətlərə-təbii yeraltı  sərvətlər (neft, 
qaz, digər faydalı qazıntılar: qızıl, gümüş, mis, civə  və s.), bərpa edilən 
tükənən sərvətlərə-meşə  və bitki örtüyü, torpaq münbitliyi, atmosfer 
һavası, һeyvanat aləmi aiddir. Əlbəttə, tükənən eһtiyatların bərpa edilməsi 
uzun müddət və böyük һəcmdə sərmayə qoyuluşu tələb edir. Ona görə də, 
təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadə problemi bütün 
bəşəriyyət qarşısında duran ümdə vəzifələrdəndir. 
Torpaq eһtiyatları  təbii sərvətlərin tərkib  һissələrindən biri olub
cəmiyyətin  ən qiymətli xəzinəsidir. Bu eһtiyatlar iqtisadiyyatımızın 
müxtəlif saһələrində ya istifadə edilir, ya da istifadə üçün nəzərdə tutulub. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə