Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   13   14   15   16   17   18   19   20   ...   72

 
50 
beton, 1644 kilometr torpaq bəndlər tikilmişdir. 
1980-ci illərin sonu və 1990-cı illərin  əvvəllərində digər sahələrə 
olduğu kimi bu sahəyə  də laqeyd münasibət göstərilməsi nəticəsində 
meliorasiya və su təsərrüfatı sahəsində aparılan tikinti işləri, demək olar 
ki, tamamilə dayandırılmışdı. Sistem və qurğuların saxlanması, istismarı 
və təmir-bərpasına ayrılan vəsaitin həcmi azaldıldığından onların istismarı 
xeyli çətinləşmişdi və bir sıra problemlərin yaranmasına səbəb olmuşdu. 
Təhlil göstərir ki, son illərdə ölkənin meliorasiya kompleksinin 
inkişafı böyük çatışmazlıqlarla müşahidə olunur. Təmir-istismar təd-
birlərinin, habelə suvarma sistemlərinin konstruksiyası üçün maliyyə 
vəsaitlərinin çatışmazlığı, ixtisaslaşmış meliorasiya texnikasının qiymə-
tinin bahalaşması  və s. səbəblərdən hidrotexniki qurğuların, suvarma 
şəbəkələrinin texniki vəziyyəti pisləşmişdir. Məsələn, 01.07. 2001-ci il 
tarixinə olan məlumata görə, respublikada 2979 km təsərrüfatlararası 
suvarma kanalı, 12131 km təsərrüfatdaxili suvarma kanalı nasaz 
vəziyyətdə, 274 km təsərrüfatlararası suvarma kanalı, 4098 km 
təsərrüfatdaxili suvarma kanalı yararsız vəziyyətdə olmuşdur. Məhz bu 
səbəbdən də, Azərbaycanda suvarılan torpaqların su ilə  təminatı son 
illərdə, o cümlədən 2001-ci ildə  qənaətbəxş olmamışdır. Məsələn, 
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə respublikanın 
858 min ha suvarılan torpaq sahəsinin 59,3%-i fasilələrlə suvarılmışdır. 
223,1 min ha sahədə (15,4 %-i) su təminatının vəziyyəti pis olmuşdur. 
Təhlil göstərir ki, yalnız su və kənd təsərrüfatı orqanlarının birgə səyi 
ilə mövcud meliorativ fondun iş qabiliyyətini qorumaq və  təmin etmək, 
suvarma sistemini qaydaya salmaq olar. 
Ölkənin su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 
32,2 milyard kubmetr təşkil edir və quraqlıq illərdə bu həcm 22,6 milyard 
kubmetrə  qədər azalır. Su ehtiyatlarının yalnız 10 milyard kubmetri
yaxud 30 faizi respublikanın öz ərazisində, qalan 70 faizi isə qonşu 
ölkələrin  ərazilərində formalaşır. Yeraltı su ehtiyatları 5,2 milyard kub-
metr təşkil edir ki, bunun da təxminən üçdə biri hazırda istifadə olunur. 
Respublikada ildə orta hesabla 10-12 milyon kubmetr sudan istifadə 
olunur ki, bunun da 65-67 faizi kənd təsərrüfatının, 20-25 faizi sənayenin 
və qalan hissəsi məişət və içməli suya olan tələbatın ödənilməsinə  sərf 
olunur. 
Ölkəmizdə  əsas suvarma mənbəyi yerüstü sular hesab olunur. 
Suvarılan sahələrin 91 faizi (1306,7 min hektar) yerüstü su mənbələrindən 


 
51 
suvarılır. Yalnız 126 min hektar sahənin suvarılmasında və içməli- məişət 
məqsədləri üçün yeraltı sulardan istifadə olunur. 
Azərbaycanda 8350 çay vardır. Ölkənin  əsas su arteriyası Kür 
çayıdır. Yay aylarında, suvarmaya tələbatın artdığı dövrlərdə, çayların 
axımı onların su ehtiyatlarının 10 faizinə  qədər azalır, bir çox hallarda 
bəziləri tam quruyur. Bu da vegetasiya mövsümündə  kənd təsərrüfatı 
əkinlərinin su təminatını  çətinləşdirir. Respublikada orta illik su 
çatışmazlığı adi illərdə 3,7 milyard kubmetrə, azyağıntılı illərdə isə 4,75 
milyard kubmetrə çatır. Su anbarlarında 21,5 milyard kubmetr su 
ehtiyatları toplamaq imkanı olsa da onun təxminən 11.7 milyard 
kubmetrindən (54 faizindən) istifadə olunur. Qalan 9,8 milyard kubmetri 
anbarların ölü həcminə aiddir. 
İrihəcmli su anbarları (Mingəçevir,  Şəmkir, Araz, Yenikənd, Var-
vara, Sərsəng su anbarları) kompleks məqsədlər üçün (hidroenergetika və 
suvarma) istifadə olunur. Ceyranbatan su anbarı isə suvarma ilə yanaşı, 
Bakı, Sumqayıt  şəhərlərinin və Abşeron yarımadasının yaşayış  məntə-
qələrinin içməli və texniki su təchizatı məqsədləri üçün istifadə edilir. 
Son illər dünyada baş verən qlobal iqlim dəyişiklikləri ölkəmizə  də 
təsirsiz ötüşməmişdir. 1999-2001-ci illərdə ölkəmiz kəskin quraqlıqla 
üzləşmiş, 2003-2004-cü illərdə isə güclü və aramsız yağan yağışlara, sel 
və daşqınlara məruz qalmışdır. Hər iki hadisə zamanı respublikanın su 
təsərrüfatına ciddi ziyan dəymişdir. 
Azərbaycan dünyanın təbii fəlakətlərə  ən çox məruz qalan region-
larından biridir. Burada 154 selgətirən çay vardır. Bunlardan 61-i ən 
təhlükəlidir. Sellər, daşqınlar, sürüşmələr, subasmaları  hər il respublika 
iqtisadiyyatına xeyli zərər vurur. Hər il milyon yarımdan çox əhalinin 
məskunlaşdığı 30 inzibati rayonun 200-ə yaxın yaşayış  məntəqəsi, 250 
min hektar əkin sahəsi, 500 kilometr uzunluğunda dəmir və 1500 kilometr 
uzunluğunda avtomobil yolları, 180 kilometr uzunluğunda elektrik xətləri
265 kilometr uzunluğunda qaz boruları, yüzlərlə kilometr suvarma 
kanalları, hidrotexniki qurğular dağ  və dağətəyi çayların sel və daşqın 
sularının zərərli təsirinə  məruz qalır. Sel və daşqın sularının qəzasız 
buraxılmasını təmin etmək üçün hər il ölkənin dağ çaylarında 7-8 milyon 
kubmetr həcmində  tənzimləmə  və  məcratəmizləmə  işləri görülür, 50-60 
min kubmetr həcmində daş-beton, beton, şax-daş bəndlər quraşdırılır, Kür 
və Araz çaylarında mövcud bəndlərin hündürləşdirilməsi və bərkidilməsi 
işləri aparılır. 


 
52 
Meliorasiya və su təsərrüfatı sahəsinin respublika iqtisadiyyatının, 
xüsusilə  kənd təsərrüfatının inkişafında, ölkənin  ərzaq probleminin həll 
olunmasında və regionların sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətini 
və aparıcı rolunu nəzərə alaraq onun gələcək inkişafının təmin edilməsi və 
bu sahəyə investisiya qoyuluşunun gücləndirilməsi məqsədilə 
‘‘Meliorasiya və su təsərrüfatının inkişafı üzrə Milli Proqram (2007-2015-
ci illər)’’ hazırlanmışdır. 
Proqramda meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi və 
yenidən qurulmasının iki mərhələdə aparılması  nəzərdə tutulmuşdur. 
Birinci mərhələdə tikintisinə  əvvəllər başlanılmış, lakin yarımçıq qalmış 
vacib obyektlərin tikintisinin tamamlanması, habelə layihələri hazırlan-
mış, ancaq tikintisinə başlanılmamış obyektlərin tikintisinə başlanılması, 
ikinci mərhələdə isə suvarılan sahələrin həcminin daha da genişlən-
dirilməsi məqsədilə yeni layihələrin hazırlanıb həyata keçirilməsi nəzərdə 
tutulur. 
Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 
2007-2015-ci illərdə ümumi tutumu 772 milyon kubmetr olan 16 su 
anbarı, 825 kilometr uzunluğunda suvarma kanalları tikiləcək, 43,4 min 
hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək, 21,5 min hektara 
yaxın suvarılan torpaqlarda kompleks yenidənqurma işləri aparılacaqdır. 
385 min hektardan artıq suvarılan sahənin su təminatı və 256 min hektar 
sahənin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, 362 min hektar sahədə 
suvarma və kollektor- drenaj şəbəkələri yenidən qurulacaq, 118 min 
poqonmetr qoruyucu bənd, o cümlədən 68 min poqonmetr beton bənd 
tikiləcək, yaşayış məntəqələri və minlərlə hektar kənd təsərrüfatı əkinləri 
sel və daşqın sularından mühafizə ediləcəkdir. 
Respublikamızın ekoloji problemləri içərisində düzən torpaqların 
şorlaşma və  şorakətləşməsinin xüsusi yeri vardır.  Şorlaşmış torpaqlar 
Azərbaycanda çox geniş yayılmışdır. Azərbaycan Milli Elmlər 
Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  əməkdaşlarının 
məlumatlarına görə sahəsi 2,2 mln. hektar olan Kür-Araz ovalığı 
torpaqlarının təxminən 60%-i orta və  şiddətli dərəcədə  şorlaşmış 
torpaqlardan ibarətdir. Bundan əlavə  şorlaşmış torpaqlar Azərbaycanın 
Siyəzən-Sumqayıt, Ceyrançöl massivlərində, Naxçıvan MR-də  və başqa 
ərazilərində də yayılmışdır. Ümumiyyətlə, respublikamızın ərazisində orta 
və şiddətli dərəcədə şorlaşmış torpaqların ümumi sahəsi 1,3 mln. hektardan 
çoxdur. Bu o deməkdir ki, respublika ərazisinin 15%-i bu ekoloji problemə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə