Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   21   22   23   24   25   26   27   28   ...   72

 
74 
kəndli  əməyindən geniş istifadə olunurdu. Kəndli feodaldan asılı 
vəziyyətdə idi, çünki o, feodalın torpağını becərməli, məhsulun müəyyən 
hissəsini torpaq sahibinə verməli idi. Bununla yanaşı, kəndli təsərrüfata 
(evi, həyətyanı torpağı, mal-qarası,  əmək alətləri) malik idi. Lakin onun 
əsas gəliri icarəyə götürdüyü feodal torpağı ilə bağlı idi. Torpaqsız 
kəndlilər hüquqi cəhətdən feodaldan tam asılı olmaqla, onun torpağa 
təhkim edilməsi prosesi artıq bərqərar olurdu.  
Azərbaycan istila edildikdən sonra Xilafətin vergi siyasəti burada da 
tətbiq olunmağa başladı. Çoxsaylı ağır vergilər torpaq sahiblərini tezliklə 
iflasa uğratdığına görə onlar məcbur olurdular ki, öz torpaqlarını  ərəb 
tayfasının iri torpaq sahiblərinin və dövlət qulluqçularının hamiliyinə 
versinlər. Bu torpaqlar hami və ya ilca kateqoriyasına daxil edilib qeydə 
alınırdı. Torpağın əsl sahibləri məhsulun bir hissəsini hamilərə verirdilər 
ki, onlar torpaq sahibini məmurların zülmündən qorusunlar, torpağın özü 
isə sahibinin adına qeydə alınırdı.  
Kəndli kütlələrini istismar etmək formaları arasında yarıdarlıq icarəsi 
xüsusi yer tuturdu. Torpaq sahibləri torpağı  xırda sahələrə bölür və 
bunları yarıdarlıq icarə şərtləri-müzariə, müstəqil, qəbalə və i.a. əsasında 
yarıdarlara verirdilər. Yarıdarlara akkar, şərik, amil, münasif və s. 
deyirdilər. Torpaq məhsulun altıda bir və yeddi də bir hissəsinə müqabil 
icarəyə götürülürdü.  
Müsəlman hüququ torpaq üzərində mülkiyyət formalarına və ya onun 
əldə edilmə üsullarına dair geniş olmayan müddəalar həsr etmişdir. Bu 
hüquq yalnız sahibsiz və istifadəsiz torpaqları  əldə etməyin 
xüsusiyyətlərini və qaydalarını normalaşdırır. Torpaq üzərində 
mülkiyyətin  əldə edilməsi formaları müsəlman hüququnun obyektinə o 
zaman çevrilir ki, o, qanunla nəzərdə tutulan hər hansı bir ictimai 
münasibətin yaranması, dəyişməsi və ya xitam edilməsinə səbəb olsun və 
bundan sonra mülki hüququn obyekti olsun.  
Müsəlman hüquqşünasları torpaq üzərində mülkiyyəti özlərindən 
əvvəl mövcud olmuş şəkildə qəbul edir və mülkiyyətin dəyişildiyi zaman 
hüququn tənzimləmə obyektinə çevirir. Başqa halda mülkiyyət müsəlman 
hüququnun tənzimləmə obyekti deyildir. Yeni torpaqlar işğal edildiyi 
zaman belə torpağın mülkiyyətçisi aradan çıxmış olarsa, həmin torpağa 
yeni sahibkarlıqdan söhbət gedə bilər.  
Azərbaycanda istifadəsiz, bataqlıqlar altında qalmış,  şoranlaşmış 
torpaqlar mülkiyyətin heç bir kateqoriyasına daxil deyildi. Müəyyən əmək 


 
75 
sərf olunduğu halda “Ölü torpaq”lardan istifadə etmək mümkün idi. Ölü 
torpaqlar iki yerə bölünürdü: birincisi, uzun müddət istifadə olunduqdan 
sonra sahibinin köçməsi və ya müharibələr nəticəsində əhalinin qırılması 
ilə boş qalan, lakin suvarma sistemi yolu və başqa  əkinçilik imkanları 
mövcud olan istifadəyə yararlı torpaqlardır. İkincisi isə heç zaman istifadə 
olunmamış, təsərrüfatçılıq imkanları son dərəcə  məhdud olan, böyük 
əmək və sərmayə qoyuluşu tələb edən torpaqlardır.  
Fiqhə görə ölü torpaqlara yiyələnmək üçün dini rəhbərin razılığı 
olmalı idi. Lakin torpaq üzərində mülkiyyət hüququ tədricən dövlətə 
keçmiş, dövlətin torpaq idarəçiliyinə baxan orqanları olmuşdur. 
Xilafətdəki torpaqlar beş əsas kateqoriyaya bölünürdü: 1) Sultan (xəlifə) 
mülkləri (diya əssultaniyyə); 2) iqta (icarə) torpaqları; 3) mülk torpaqları; 
4) vəqf torpaqları; 5) icma torpaqları.  
Sultan torpaqları Əməvilərdən Abbasilərə keçmişdi. Bu torpaqlar alqı 
yolu ilə və ya ölənin, yaxud vəzifədən kənar edilən məmurların mülklərini 
müsadirə etmək yolu ilə tədricən artırdı. Sultan torpaqları çox geniş idi və 
böyük gəlir verirdi. Bu torpaqları idarə etmək üçün bir neçə divan 
yaradılmışdı.  
Yararlı torpaqların  əksəriyyəti iqta torpaqlarına daxil idi. Xəlifə 
(Sultan) belə torpaqları müəyyən şəxslərə verir və həmin torpaq üzərində 
nəzarəti ona tapşırırdı, yəni torpaq iqta sahibinin mülkü olurdu. Lakin 
torpaq sahibliyi hüququna həmişə riayət olunmurdu və iqta geri alınıb 
yenidən xüsusi divana verilə bilərdi. Formal olaraq təkcə xassə 
torpaqlarından iqta bağışlaya bilməzdi, lakin çox vaxt buna riayət 
edilmirdi.  İqta sahibləri hərbi mükəlləfiyyət daşımırdılar, lakin bunun 
əvəzinə vergi verirdilər. Onlar öz torpaqlarında olan kanal, yol və 
körpüləri təmir etməyi öhdələrinə götürmüşdülər.  İqta torpaqları  nəzəri 
cəhətdən iki kateqoriyaya bölünürdü ki, bu da iqta torpağına hansı hüquqa 
görə sahib olmaqdan asılı idi.  
Bağışlanan iqta şəxsin tam sahibliyinə çevrilirdi və irs olaraq keçirdi. 
Bu iqta sahibi üşr verirdi. Bu növ iqta, adətən, becərilməyən torpaqlardan, 
ya da sahibi ölmüş və vərəsəsi olmayan torpaqlardan verilirdi.  
İcarə edilən iqta (icarə) irsən keçmirdi, adətən, hərbçilərə verilirdi. 
Xərac torpaqları da bu kateqoriyaya daxil idi. Şəxsin cəmiyyətdəki 
mövqeyindən asılı olaraq ona verilən iqtaların aşağıdakı növləri mövcud 
idi: 1) mülki (şəxsi) iqta; 2) xüsusi (xassə) iqta; 3) hərbi iqta; 4) xəlifə 
iqtası.  


 
76 
Mülki iqta çox geniş yayılmışdı  və  məmurların tutduqları  vəzi-
fələrdən asılı olaraq verilirdi. Yüksək vəzifələrə  təyin olunduqdan sonra 
məmura iqta verilirdi, lakin o, vəzifədən çıxarıldıqda iqta ondan geri alınır 
və onun yerinə keçən şəxsə verilirdi.  
Xüsusi iqta şairlərdən başqa, xüsusi bir xidməti və ya xüsusi istedadı 
olan şəxslərə də verilirdi. Onun sahibləri torpağın tam sahibi olub, onu irs 
olaraq verə bilərdi. Abbasilər xilafətində bütöv vilayətlərin bağışlandığı 
müşahidə olunurdu. Babək üsyanı darmadağın edildikdən sonra xəlifə 
Mötəsim belə bir iqta adı ilə Azərbaycan, Arran və  İrəvanı Afşinə 
vermişdi. Digər belə bir iqta, Bab əl-Əbvab (Dərbənd)  şəhəri və  ətraf 
vilayətləri ilə birlikdə iqta kimi Yəzid ibn Məzyədə verilmişdi. Həmçinin
Gəncə  şəhərində “Xaldiyye” adlanan məşhur malikanələr də ona bəxş 
edilmişdir. Herik (dinc) saxlanan torpaq bu növ iqtaya daxil idi. Torpaq 
sahibi onu becərmək üçün kəndlilərə icarəyə verir, onları toxum, kənd 
təsərrüfatı alətləri və suvarmaq vasitələri ilə təchiz edirdi. Şəxsən özü hər 
il xəzinəyə müəyyən məbləğ pul verirdi, əvəzində isə torpağa nəzarət 
etmək və onu irs olaraq vermək hüququna malik idi. Belə iqta sahibləri 
başqa vergilərdən azad idilər.  
Hərbi iqta başqa torpaq növləri-xassə iqta, xəlifə malikanələri və 
xəzinə torpaqları hesabına verilirdi. Hərbi iqta irsən də  həmişəlik 
verilmirdi, bu iqta sahibinin mülkiyyəti deyildi. Hüquqşünas  Əbu Yusif 
iqtanı satın alına bilən, satıla bilən və irs olaraq verilən bir əmlak kimi 
başa düşürdü.  İqta torpağını irs olaraq və ya pul ilə  əldə etmiş olan 
şəxsdən geri almağa heç bir kəsin ixtiyarı yox idi.  
Torpaq üzərində müxtəlif növ ayrıca sahiblik var idi. Onlardan biri 
müxtəlif  şəxslərə  və icmalara bağışlanan xəlifə iqtası idi. İşğal altında 
olan torpaqların canlanması, mərkəzi hökumətin həvəsləndirməsi və 
köməyi ilə bataqlıqların qurudulması  və bu torpaqların  əkilməsi həmin 
torpaq sahiblərinə tam sahiblik hüququ verirdi. Mülk torpaqlarının 
əmələgəlmə  mənbələrindən biri də  məhz belə torpaqlar idi. Həmin 
kateqoriyadan olan torpaqların digər mənbəyi dövlət torpaqlarının satın 
alınması idi. Məmurlar və  vəsaiti olan digər  şəxslər özləri üçün xəlifə 
mülklərini (dövlət torpaqlarını)  əldə edir və torpaqların daimi sahibi 
olaraq ondan nisbətən sabit gəlir götürürdülər. Həmin kateqoriyadan olan 
torpaqların sahibləri  əlavə vergi verməli və öz torpaqlarından keçən 
kanalları  bərpa etmək xərcini də öz üzərinə götürməli idilər. 
Mülkiyyətçinin sahibliyində olan daimi mülk torpaqları da mövcud idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə