Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   18   19   20   21   22   23   24   25   ...   72

 
65 
divarlarını çəkmək, һabelə təşkilat-təsərrüfat və yerquruluşu tədbirlərinin 
köməyi ilə. 
Məlum olduğu kimi, müxtəlif torpaq tipləri və bitki növləri 
çirklənməyə müxtəlif cür reaksiya verir. Belə ki, bu zərərli maddələr bir 
torpaq növündə asanlıqla aşağı qata sızılır, digərlərində toplanır, üçüncü 
torpaq növündə isə parçalanıb, mənimsənilir və s. Bəzi bitkilər onları kök 
sisteminə toplayıb saxlayır, digərləri bütün orqanizm boyu yayır, yaxud 
parçalayır. 
Azərbaycan Respublikasının təsərrüfatlarının ekoloji-iqtisadi şərait-
lərinin tədqiqi göstərir ki, kənd təsərrüfatı müəssisələri aztorpaqlılıqla 
xarakterizə olunurlar. Məsələn, Azərbaycan Respublikasında sahəsi 3 
hektara qədər olan təsərrüfatların nisbi yükü təsərrüfatların ümumi sayının 
67%-ni təşkil edir. 
Təsərrüfatların yarıdan çoxu 5 ha-ya qədər, 18%-dən çoxu 5,1-10 ha, 
9,4%-i 10,1 -20 ha, 1,3%-i 20,1-50 ha intervallarında sahəyə malikdirlər. 
Yalnız respublikanın kənd təsərrüfatı müəssisələrinin 1%-i 50 ha-dan çox 
sahəyə malikdir. Habelə, ölkənin  ərazisinin landşaft xüsusiyyətlərinin 
təhlili göstərir ki, respublikanın kənd təsərrüfatı torpaqları 
kiçikkonturluluqla xarakterizə edilir. 
Respublikanın torpaqları son illərdə qida maddələrinin mənfi balansı 
ilə xarakterizə olunur. Bu da sahələrə verilən mineral və üzvi gübrələrin 
həcminin kəskin  şəkildə azalması ilə izah olunur. Azərbaycan Dövlət 
Statistika Komitəsinin məlumatlar toplusunun təhlili göstərir ki, 2002-ci 
ilin  əvvəlinə respublikanın  əkin sahəsinin 1/3 hissəsi istifadəsiz qalmış, 
kənd təsərrüfatı dövriyyəsinə  cəlb edilməmişdir. Bütün bunlara səbəb 
torpaq sahələrinin münbitliyinin artırılmasına dair əsas növ işlərin yerinə 
yetirilmə həcminin həddindən artıq aşağı düşməsidir. 
Son 10-15 illər ərzində respublikada təbii yem sahələrinin (yay və qış 
otlaqlarının) səthi və kökündən yaxşılaşdırılmasına dair işlərin həcmi də 
minimuma endirilmişdir. 
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin 
məkan (ərazi)  şəraitlərinin təhlili göstərir ki, onların formalaşdırılması 
zamanı heç də  həmişə yerquruluşu layihələndirilməsinin tələbləri nəzərə 
alınmamışdır. Nəticədə, mövcud torpaqdanistifadələr adda-buddalıq, 
səpələnmə, aztorpaqlılıq, topoqrafik adda-buddalıq, sərhədlərin düzgün 
yerləşdirilməməsi, təsərrüfatların torpaq növlərinin onların ixtisaslaş-
malarıyla uyğunlaşmaması, torpaqdanistifadələrin ölçülərinin həddindən 


 
66 
artıq kiçik olması və s. bu kimi çatışmazlıqlarla xarakterizə olunur. Bütün 
bu çatışmazlıqlar texnoloji əməliyyatların vaxtında yerinə yetirilməsini 
ləngidir, kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazım olan xərclərin 
həcmini artırmaqla son nəticədə  məhsulların maya dəyərini artırır. Eyni 
zamanda torpaqlardan tam, dolğun və səmərəli istifadə yollarında böyük 
əngəlliklər yaranır. 
Müşahidələr yolu ilə habelə müəyyən edilmişdir ki, maliyyə 
vəsaitlərinin çatışmazlığı ucbatından, habelə  təsərrüfatların məkan 
şəraitlərindəki çatışmazlıqlar üzündən aqrotexniki tələblər vaxtında yerinə 
yetirilmir ki, onlar da son nəticədə  kənd təsərrüfatı bitkilərinin məhsul-
darlığına mənfi təsir göstərir. Bütün bunlar kiçikölçülü təsərrüfatların 
kooperasiyasını, torpaq bazarının intensivləşdirilməsini, torpaqdanistifa-
dələrin təşkilini elmi əsaslar zəminində yerquruluşu layihələrinin tərtibi və 
tətbiqi ilə həyata keçirilməsini zəruri edir. 
Respublikanın ərazisində ekoloji şəraitin mürəkkəbləşməsi və nəzərə 
çarpacaq dərəcədə pisləşməsi torpaqlardan istifadədə  məhdudiyyətlərin 
qoyulmasını  tələb edir. Təbiəti mühafizə, rekreasiya və qoruq rejimli 
ərazilərin  əsaslandırılmış  sərhədlərinin müəyyənləşdirilməsi məsələsi 
önəmə gəlir. Landşaftda ekoloji tarazlığı təmin etmək məqsədilə bir sıra 
təsərrüfatların ixtisaslaşmasına korrektirovka edilməli, torpaqların 
eroziyadan, aşınmadan və  mənfi antropogen təsirlərdən qorunması üçün 
kompleks tədbirlər sistemi həyata keçirilməlidir. 
Torpaq və digər istehsal vasitələri üzərində müxtəlif mülkiyyət 
formalarının təsbiti torpaqların hüquqi rejiminin dəyişməsinə  səbəb 
olmuşdur. Torpaq fondunun kateqoriyalar üzrə funksional təyinatının, 
habelə torpaqlardan istifadənin rejiminin dəyişməsi sənaye, nəqliyyat, 
müdafiə, energetika və digər qeyri-kənd təsərrüfatı  məqsədləri üçün 
torpaq ayrılmasının qaydaya salınmasını, təkmilləşdirilməsini tələb edir. 
Təhlil göstərir ki, müvafiq dövlət orqanlarının, təşkilat və idarələrinin 
respublikanın torpaq fondundan istifadəyə monitorinq səlahiyyətləri 
artırılmalı, mövcud qanunçuluğun tələblərinə riayət üzərində  nəzarət 
gücləndirilməlidir. 
Təbiəti müһafizəyə yalnız təbii komponentləri, təbii kompleksləri 
müһafizə etmək kimi baxmaq zəruri deyildir. Təbii kompleksləri müһa-
fizə etmək  əsas məqsədin yalnız bir һissəsidir.  Əslində  təbiəti müһafizə 
təbiət-isteһsal sistemi daxilində öyrənilməli, təһlil olunmalıdır. Bu məsələ 
daһa geniş mənada ətraf müһitin müһafizəsi ilə uzlaşdırılmalıdır. 


 
67 
FƏSİL III.  
AZƏRBAYCANDA TORPAQ MÜNASİBƏTLƏRİNİN 
FORMALAŞMASI TARİXİ VƏ İNKİŞAF 
QANUNAUYĞUNLUQLARI 
 
 
3.1. Ictimai-siyasi quruluş və torpaq münasibətləri 
 
İstehsal prosesi məhsuldar qüvvələrin səviyyəsi və bu zaman yaranan 
iqtisadi münasibətlərin məcmusu ilə xarakterizə edilir. İnsanın təbiətlə 
qarşılıqlı  təsir prosesi əmək prosesi olub, insanların məqsədyönlü 
fəaliyyətidir. Əmək fəaliyyəti prosesində insan təbiətlə yaxından təmasda 
olur və onu öz ehtiyaclarını ödəmək üçün bu və ya digər dərəcədə öz 
tələblərinə uyğunlaşdırır.  Əmək prosesinin nəticəsi  əməyin məhsuludur. 
Torpaqsız ümumiyyətlə hər hansı bir əmək prosesi mümkün deyil. İnsan 
cəmiyyətinin inkişaf mərhələlərində torpaq daima “ümumi əmək vasitəsi” 
kimi çıxış edir.  
Təbii ehtiyatların əsasını təşkil edən torpaq ictimai formasiyalardan, 
xalqların din və dillərindən, coğrafi məskunlaşmasından asılı olmayaraq 
həmişə  bəşəriyyətin  ən dəyərli ümumxalq sərvəti kimi qiymətlən-
dirilmişdir. 
Lakin bu sərvətdən istifadənin qaydaları, mülkiyyət formaları 
ictimai-siyasi quruluşdan asılı olaraq müxtəlif olmuşdur. Yəni ictimai-
iqtisadi formasiya torpaq münasibətlərini formalaşdırmış, onlara söykə-
nərək torpaqdan istifadənin istiqamətlərini müəyyən etmişdir. Torpaqların 
yararlılıq dərəcəsi, onların potensial imkanlarından istifadənin səviyyəsi 
həmin torpaq münasibətlərindən irəli gəlmişdir. 
Torpaq münasibətləri torpaqdan istifadə edən və ya mülkiyyətçisi 
olan ayrı-ayrı insanlarla əsas istehsal vasitəsi olan torpaq arasında istehsal 
prosesində yaranan münasibətdir. Torpaq münasibətləri istehsal münasi-
bətlərinin spesifik sferasıdır. Bu özünəməxsusluq torpağı başqa istehsal 
vasitələrindən fərqləndirən xüsusiyyətlərdən və digər amillərdən irəli 
gəlir. Torpağın istehsal vasitəsi kimi istifadəsi və bununla bağlı torpaq 
münasibətləri sosial-iqtisadi, təbii-tarixi və sairə faktorlarla şərtləşir. Bu 
sistemdə əsas faktor kimi sosial-iqtisadi şəraitlər çıxış edir. Belə ki, məhz 
bu faktor torpaq üzərindəki mülkiyyət formasını müəyyənləşdirir ki, bu da 
öz növbəsində dövlətin torpaq münasibətlərinin xarakterini formalaşdırır.  
İstehsal münasibətlərinin bazisi olmaqla, torpaq münasibətləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə